Ağdamın təhsil sistemi: Xatirələr yada düşür...

 

 

 

Ağdamda təhsilin inkişafında valideynlərim Tofiq Cəfərov Şərqiyyə Firudinovanın  xüsusi rolu yeri var.  Bir müddət Quzanlı kənd orta məktəbində, sonralar isə səkkizillik məktəbə rəhbərlik etsələr , təqaüddə olduqları vaxt  daha  çox o dövrdəki fəaliyyətlərindən  deyil, təhsilin  hazırkı durumu barədə danışar, bəzən  mübahisələr edər, müxtəlif mülahizələr irəli sürər, nəhayət ortaq məxrəcə gələrək, hər addımın yaxşıya doğru yönəldiyinə inanardılar...

 

lll

 

Səkkizillik məktəb 1967-ci ildə kəndinKommunisttirəsində olan klubda fəaliyyətə başladı. Kəndimizin  üç əsas tirələrindən biri belə adlanır.

Ötən əsrin 30 – cu illərində kəndin ərazisində iki kolxoz formalaşmışdı. BiriKommunist”, digəri isə “26 Bakı Komissarıadlanırdı. 1951-ci il kolxozların birləşməsindən sonraKommunistkolxozu ləğv edildi, lakin adı qaldı.  Bu günədək həmin tirə belə adlanır. Tirənin mərkəzi hissəsində idarə heyətinin  ayıbalasıçiy kərpiçdən tikilmiş  inzibati binası var idi.  1946-cı ildə kolxoz sədri İsmayıl Əliyevin təşəbbüsü ilə inşa edilmişdi. 1964-cü ildə isə yeni müasir Mədəniyyət evi istifadəyə verildiyindən, klub binası boş qaldı... ən nəhayət 1967-ci ildə həmin binada kənd səkkizillik məktəbi fəaliyyətə başladı.  Etiraf edilməlidir ki,  iyirmi illik fəaliyyəti zamanı  səkkizillik  orta məktəbdən daha çox hörmətli oldu...

1987 – ci ilədək bina səkkizillik məktəbin balansında olmuş sonralar uşaq bağçasının sərəncamına verilmişdi...

 

lll

 

70 – ci illərin əvvəllərində o zamanlarqoşa faradeyilən rayonda  hələ çoxda geniş yayılmayanJiquli” (VAZ- 2103) maşını ilə Ağdam Rayon Maarif Şöbəsinə  gedərdik. Ağdama ilk “Jiquli”ni isə 1973- ilin əvvəllərində gətirmişdilər. İlk yaşıl rəngdə olanJiqulini  isə diş həkimi Niyazi Fərəcov almışdı....

Məni dərsdən ayırıb özləri ilə aparmaqda məqsədləri isə  maşına bir  növgözolmaq idi.  O illər bir çox imkanlı adamların maşınları oğurlandığından,  hamıda  müəyyən mənada ehtiyatı əldən verməmək prinsipi var  idi...

 

lll

 

Maarifdə  mənə xoş təsir bağışlayan Teybə arvadın yeməkxanası idi. Onun Xəlil adlı oğlu da var idi. Teybə arvadın bişirdiyi yeməklərin dadına hələki rast gəlməmişəm...

İkimərtəbəli bina 1965-ci ildə maarifin sərəncamına verilmişdi. Onadək isə yeddillik uşaq musiqi məktəbinin həyətində olan binada fəaliyyət göstərmişdi. Sonralar orda  uşaq bağçası fəaliyyət göstərdi.

 

Birinci mərtəbənin sol tərəfi Zeynal Məmmədovun rəhbəri olduğu kənd təsərrüfatı işçilərinin həmkarlar təşkilatına verilmişdi. Sağ tərəfə döndükdə  sol hissədə  partkomRəfiqə Hüseynova əyləşirdi. O  həm uşaq bağçaları üzrə metodist idi. Onun kabineti ilə üzbəüz metodistlərin otağı idi. Sonra isə metodkabinet gəlirdi. 70 – ci illərdə metodkabinetə Zahid Şükürov rəhbərlik edirdi. Ordan  maarifin həyətinə giriş var idi. Texniki heyətin otaqları isə həyətdə idi. Sonralar həyətdə böyük ambar  əlavə otaqlar tikildi. Maarifin həyətinə giriş isə Xudu Məmmədov küçəsindən idi. Əvvəllər küçənin adı Voroşilov adlanırdı.

İkinci mərtəbəyə pilləkənlərlə qalxanda üzbəüz kiçik otaqda metodistlər Afiq Yurik müəllim, sağ tərəfə döndükdə başda  katib Əfqan müəllimin,  sonra isə müdir otağı gəlirdi.  Qəbul otağı ilə üzbəüz maarifin arxivi idi. Qara Hüseynov uzun illər bu otaqda əyləşmişdi. İkinci mərtəbədə  sağ  tərəfə  dönəndə soldakı otaqda inspektorların otağı idi. Burada Ənvər Hüseynov, Mamed Haqverdiyev, İsa Məmmədov oturardı.  Ənvər Hüseynov İsa Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifəyə müvafiq olaraq Rüstəm Səlimov İlyas  Zeynalov təyin edilmişdi. Mamed Haqverdiyev isə sonralar internat məktəbinə direktor göndərilmişdi. İkinci mərtəbədə sol  tərəfə getdikdə həmkarlar təşkilatı  yerləşirdi. Şərifə  Abuşova  burda oturardı. Üzbəüz isə mühasibatlıq idi.  Baş mühasib Sərvər müəllimin səsi hər zaman otağı başına götürərdi. O daim ciddiliyi səmimiliyi ilə seçilərdi. Mühasiblər  Əli Mehdiyev,  Səfail müəllim, Bəsti xanım, Səyyarə xanım, Xasay müəllim  burda  oturardılar.  Bu otaqda həmçinin Qreta adlı erməni mühasib çalışırdı. Boş vaxtlarında  yun jaket, corab toxuyub satardı bizlərə...

Bundan sonra isə Ağdam maarif şöbəsi  üç dəfə yerini dəyişməli oldu.  Onun ikisi Qarabag müharibəsi illərində, biri isə köçkünlük həyatı yaşanan vaxtı...

 

 lll

 

Ağdam inzibati rayon olaraq formalaşdırılarkən yenicə yaranan təhsil şöbəsi Əsəd Nəbiyevə  həvalə edilir.  1936-ci ilin əvvəllərində rayon müəllimlərinin yanvar konfransı keçirilir. Tədbiri Ağdam rayon Maarif Şöbəsinin müdiri Əsəd Nəbiyev açaraq tədris ilinin birinci yarısı barədə fikirlərini açıqlayır perspektiv fəaliyyətə toxunur...

Xatırladaq ki, o illərdə mədəniyyət maarif sahəsi bir şöbədə  birləşirdi. Əsəd Nəbiyev  mədəniyyət sahəsini İbiş Qasımova həvalə etmişdi.

1937-ci ilin ikinci yarısından Ağdam maarif şöbəsinin müdiri vəzifəsi İbiş Qasımova həvalə edilir.  Əsəd Nəbiyev isə rayon 1 nömrəli məktəbə direktor təyin edilir. İbiş Qasımov isə sonralar “8 mart” artelinin sədri kimi fəaliyyətini davam etdirdi. İbiş Qasımovdan sonra Vəli Məhərrəmov bu vəzifəyə təyin edilir. 1940-cı ilin dekabrından isə rayon maarif şöbəsinin müdiri vəzifəsinəordenlimüəllim Əli Eyvazov təyin edilir.

1940-ci ilin hesabatında qeyd olunur ki, tədris ilinin başlanması ərəfəsində  rayonun 72 məktəbinin 42-də ciddi təmir işləri aparılmışdı. Vəzifəsini tərk edən Vəli Məhərrəmov sonradan bir müddət  6 nömrəli məktəbin direktoru vəzifəsini icra etməli olur.

1949- cu ildən Əhəd Ələkbərov maarif şöbəsinin müdiri təyin edilir.  1963-cü ilədək rayonların birləşdirilməsinədək maarif şöbəsinin müdiri vəzifəsini icra edir. Əhəd Ələkbərov savadı, idarəetmə qabiliyyətiylə seçilirdi. Sonralar Ağdam Müəllimlər Evinin rəhbəri Bakı mehmanxanasının direktoru vəzifəsində çalışmışdı.

Məmməd Həsənov bu vəzifəni 1970-ci ilin iyul ayınadək apara bildi. Ondan sonra vəzifəyə İslam Əliyev  təyin edilir. 1976-ci ilin yanvar ayının beşinədək bu vəzifədə çalışan İslam Əliyev sonralar şəhər sovetinin sədri kimi məsul bir vəzifəyə seçilir.

1976-cı ildən vəzifəyə təyin edilən Qara Hüseynov iyirmi ilə yaxın müddətdə vəzifəsini icra edir. Müxtəlif illərdə Hüseyn Bayramov, Nəsib Şəfiyev rayon təhsil şöbəsinə rəhbərlik ediblər.

1998-ci ildən bu vəzifəni Elmira Şükürova icra edir. E.Şükürova Ağdam təhsilinə rəhbərlik edən ilk xanımdır.

 

lll

 

Beləliklə, rayonda həmişə təhsilə və mədəniyyətə xüsusi bir  maraq var idi. Ziyalı sözünün də həmişə  öz çəkisi və hörməti olub...

Birki, hamı  o illərdə  “boğazından kəsib” övladına təhsil vermək arzusuyla yaşayırdı...

Bu gün belədir...

 

Vüqar Tofiqli

525-ci qəzet.- 2013.- 24 sentyabr.- S.5.