III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində silsilə tədbirlər keçirilib

 

 

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində uşaq ədəbiyyatının nümayəndələri iləUşaqlar, kitab oxuyunmövzusunda görüş olub. Görüşdə  Firudun bəy Köçərli adına Uşaq Kitabxanasının hazırladığı slayd izlənib, uşaqlar hazırladığı  səhnəcik nümayiş etdirilib. Bundan başqa, Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı digər uşaq ədəbiyyatı nümunələrini yaradan tanınmış yazıçı şairlər, uşaq ədəbiyyatının problemlərini müzakirə ediblər. Sonda müəlliflərin yaradıcılıqlarından nümunələr səsləndirilib. Sərgi-yarmarka çərçivəsində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Rusiya Federasiyası Federal mətbuat kütləvi kommunikasiyalar agentliyi, Sosial-iqtisadi intellektual proqramlar fondu, habelə Rusiya Kitab Naşirləri Assosiasiyası ilə təmsil edilən RF pavilyonunun təqdimatı olub.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Rossotrudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov pavilyonun açılışında iştirak ediblər.

Bakıya gəlmiş Rusiya nümayəndə heyətinə ədəbiyyat tənqidçisi, publisist Lev Anniski, nasir, uşaq yazıçısı Valeri Voskoboynikov, şair Mariya Vatutina, şair nasir Yevgeni Reyn, sənətşünas naşir Nadejda Reyn daxildir.

Rusiya nəşriyyatları yarmarkada uşaqlar üçün kitablardan başlamış xüsusi texniki dini ədəbiyyata qədər çox müxtəlif kitab məhsulları təqdim edirlər. Russkiy reportyorstendi isə sərgiyə gələnlərə Rusiyanın ən yaxşı fotoqraflarının işlərini tanıdır.

İlk dəfə açıq səma altında təşkil edilən sərgi-yarmarka çərçivəsində dəyirmi masa olub. Ədəbi tənqidçi publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı, keçmiş sovet xalqlarının ədəbiyyatları, teatr, kino bədii fotoqrafiya haqqında kitabların, monoqrafiya məqalələrin müəllifi, bir çox mükafatların, o cümlədən “TEFİ” mükafatının laureatı, Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninski dəyirmi masanın qonağı olub. DiskussiyaMillilik vətənpərvərlikmövzusunda aparılıb. L.Anninskiyə görə, milli özünüdərk ali mənəvi özünüdərkdir: “Bu barədə məxsusi fikirləşmək lazım deyil, çünki hər şey təbii şəkildə olmalıdır”. Müəllif milli ədəbiyyatların inkişafına, milli müəlliflərin əsərlərində bədii mənəvi məsələlərə, insan varlığı barədə əzəli suallara dair fikirlərini bölüşərək deyib ki, bütün bunlar ümumbəşəri olduğuna görə oxucu üçün hər bir dildə başa düşülən maraqlıdır.

Sonda L.Anninskinin Bakı Slavyan Universitetinin nəşriyyatındaFiloloqun kitabxanasısilsiləsindən Azərbaycan dilində çap edilmişQoz ləpəsi: tənqidi oçerklərkitabı müəllifə təqdim olunub.

III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Zahid QaralovunHeydər Əliyevin elmi irsiikicildliyinin təqdimatı da keçirilib.  Şərq-Qərbnəşriyyatı direktorunun müavini Rafiq Kazımov ulu öndərin xatirəsinə həsr olunmuş kitabın əhəmiyyətindən söz açıb: “Professor Zahid Qaralovun bu dəyərli əsəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə sanballı töhfədir”. R.Kazımov kitabda Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətinin, elmi-nəzəri əhəmiyyətinin əks olunduğunu xüsusi vurğulayıb.

Kitabın müəllifi, professor Zahid Qaralov ümummilli lider Heydər Əliyevin əvəzsiz şəxsiyyət olmasından, respublikamızın inkişafında dünyada tanınmasında, inkişafın Azərbaycan modelinin yaradılmasında ulu öndərin əvəzsiz rolundan danışıb. O, eyni zamanda, Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, onun suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, ölkənin iqtisadi inkişafı sahəsində cari uzunmüddətli layihələrin işlənib hazırlanmasında həyata keçirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib: “Heydər Əliyevin elmi irsikitabı 1969-cu ildən bəri topladığı materiallar əsasında, son bir ildə tərtib olunub. Kitabı fərqləndirən cəhət ondan ibarətdir ki, burada Azərbaycanın yeni tarixində baş vermiş siyasi hadisə proseslərə sadəcə olaraq xronoloji ardıcıllıqla deyil, elmi nöqteyi-nəzərdən yanaşılıb. Kitab ümummilli lider Heydər Əliyevin yalnız elmi irsinin deyil, həmçinin onun mənəvi, əxlaqi dövlətçilik irsinin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Əsərdə ümummilli liderin elmi irsi on beş istiqamət üzrə araşdırılıb”.

Z.Qaralov qeyd edib ki, son on ildə ölkədə həyata keçirilmiş islahatlar da kitabda əksini tapıb: “Ulu öndərin siyasi kursunun məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrilib. Ümummilli lider Heydər Əliyev siyasəti Azərbaycanı daha xoşbəxt gələcəyə aparır buna görə xalq daim onun xatirəsini ehtiramla yad edəcəkdir. Ziyalılarımız elm adamlarımız ulu öndərin irsini bundan sonra da araşdıracaq, yeni dəyərli əsərlər yaradacaqlar. Ulu öndərin özünəməxsus üslubu, bilik bacarığı, psixologiyası, hadisələrə yanaşma tərzi var idi. Onun yaradıcı təfəkkürünü təhlil edib mühüm elmi nəticələr əldə etmək mümkündür”.

Sərgi-yarmarka çərçivəsində növbəti tədbirlər bu gün keçiriləcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 25 sentyabr.- S.7.