Zəlimxan Yaqubla oxucuların daha bir görüşü

 

 

XALQ ŞAİRİNİN KÜLLİYYATININ TƏQDİMATI KEÇİRİLİB

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası tədbiri çərçivəsində Xalq şairi Zəlimxan Yaqubla oxucuların görüşü oldu. Tədbiri giriş sözü ilə açanŞərq-Qərbnəşriyyatının direktor müavini Rafiq Kazımov qonaqları salamlayıb, Zəlimxan Yaqubun yaradıcılığı haqqında danışdı. Oxuculara Zəlimxan Yaqubun əsərlərinin on üç cildliyi haqqında məlumat verildi. Bildirildi ki, I-VII cildlərdə şeirlər, VII-XI cildlərdə isə müxtəlif illərdə yazılmış qırx poema yer alıb. Külliyyatın XII-XIII cildlərində Zəlimxan Yaqubun ictimai-siyasi dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr çap olunub.  Xalq şairinin görkəmli ədəbiyyat sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz rəylər, ozan-aşıq sənəti ilə bağlı düşüncələri digər yazıları toplanıb. Xüsusilə, VII cildə şairin bugünə qədər heç bir yerdə çap olunmayan şeirləri əlyazmalar əsasında tərtib edilib.

Tədbir regional tərkib baxımından zənginliyi ilə seçilirdi. Xalq şairinin görüşünə müxtəlif bölgələrdən, Cənubi Azərbaycandan gələn oxucular vardı. Bədii qiraət ustası Ağalar Bayramov şairin şeirlərini oxudu. Aşıq Ramil şairin bir neçə şeirini saz havası üstə oxudu. Gənc şair Anar Amin Zəlimxan Yaqubun ədəbiyyatımızda uca bir zirvə olduğunu, ədəbiyyata yeni gələn yazarların ondan öyrənmələrinin vacibliyini vurğuladı onun şeirlərindən birini səsləndirdi.

Daha sonra çıxış edən Zəlimxan Yaqub tədbiri təşkil edən, onun görüşünə gələn hər kəsə təşəkkürünü bildirdi. Nizaminin adını daşıyan bir küçədə oxucularla görüşməkdən məmnun olduğunu deyən Xalq şairi  Dahiləri belə gördümadlı silsilə şeirlər yazdığını, bu silsilədə Nizami, Xaqani, Qazi Bürhanəddin, Xətai, Nəsimi, Füzuli, Vaqif, Hadi, Hüseyn Cavid digər şairlər haqqında şeirlərinin yer aldığını vurğuladı. Tədbirin sonunda Zəlimxan Yaqub  oxuculara imzalı kitablarını hədiyyə etdi.

 

RAMİL

 

525-ci qəzet.- 2013.- 25 sentyabr.- S.7.