Memarlıq və arxeoloji abidələrin bərpası ilə bağlı Payız məktəbi açılıb

 

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq arxeoloji abidələrin bərpası konservasiyası sahəsində birinci Payız məktəbinin açılış mərasimi keçirilib. Tədbiri açan mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev Payız məktəbinin əsas məqsədinin gəncləri Azərbaycanın qədim tarixi mədəni abidələri ilə yaxından tanış etməkdən onların bu sahədə biliklərinin artırılmasından ibarət olduğunu bildirib: “Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə inkişafa nail olmaqla yanaşı, mədəni irsimizə diqqət xeyli artıb. Bu baxımdan ölkədə xeyli işlər görülmüş, memarlıq abidələri bərpa edilib. Hazırda Azərbaycanda 10 minədək respublika dünya əhəmiyyətli tarixi-mədəni abidələr mövcuddur. Onların bərpası üçün isə yerli mütəxəssislərə ehtiyac duyulur. Eyni zamanda, mədəni irsimizin qorunmasına təbliğinə hər kəs öz töhfəsini verməlidir”.

 Nazir müavini tədbir iştirakçılarına bu mühüm vəzifənin həyata keçirilməsində uğurlar diləyib.

Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova son illər ölkə miqyasında arxeoloji tədqiqatların böyük vüsət aldığını diqqətə çatdırıb: “Bu sahəyə ayrılan maliyyə vəsaitinin ilbəil artması nəticəsində 40-dan artıq elmi-tədqiqat işi aparılıb elmə məlum olmayan yüzlərlə abidələr üzə çıxıb. Bütün bunların gələcək nəsillərə çatdırılması üçün şərait yaradılıb.  Bu istiqamətdə Arxeologiya Etnoqrafiya İnstitutu Mədəniyyət Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir”.

Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Kral Tarix İncəsənət Muzeyinin tədqiqatçısı Aleksandr Turovets çıxışında müasir dövrdə Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın tarixi mədəni abidələrin tədqiqatı baxımından dünyanın bir çox mütəxəssislərinin diqqətini cəlb etdiyini diqqətə çatdırıb: “Azərbaycana xüsusi marağın digər səbəbi onun mədəniyyətlərin qovşağında yerləşməsidir”.

İlk nəzəri təlimlərdə Mədəniyyət Turizm Nazirliyinin, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun, AMEA-nın Memarlıq İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq İnşaat Universitetinin, “AzərbərpaElmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən təqdimatlar edilib. Layihənin növbəti günlərində iştirakçılara Bakı Quba şəhərlərində yerli xarici mütəxəssislərin iştirakı ilə memarlıq arxeoloji abidələrin bərpası konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılarXınalıqTarix, Memarlıq Etnoqrafiya Qoruğu Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı qazanacaqlar. Onlar son illər ərzində bərpa olunmuş hazırda bərpası davam etdirilən tarix mədəniyyət abidələrini ziyarət edəcəklər.

Sentyabrın 27-dək davam edəcək layihənin növbəti günlərində iştirakçılara Bakı Quba şəhərlərində yerli xarici mütəxəssislərin iştirakı ilə memarlıq arxeoloji abidələrin bərpası konservasiyası sahəsində təlimlər keçiləcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 25 sentyabr.- S.7.