Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri (davamı)

 

 

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza məlumat vermişdik. İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinintəxminən 95 faizdən artığının etiqad etdiyi islam dininin müqəddəs ibadətgahlarındanməscidlərdən söhbət açacağıq. Ölkə ərazisində, demək olar ki, hər bir rayon şəhərdə böyük kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir. Növbəti silsilə yazılarımızda paytaxt Abşeron yarımadasından başlamaqla ölkə ərazisində fəaliyyət göstərən məşhur məscidlərimizdən bəhs edəcəyik.

Bakıdakı Şah məscidi qədim tarixi abidələrimizdəndir. Məscid  Şirvanşahlar Sarayı Kompleksinə daxildir. Məscidin hündürlüyü 22 metrdir. Minarəni əhatə edən yazıdan məlum odur: “bu minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını hakimiyyət illərini böyütsün 845-ci il” (1441-42 illər).

Məscidə girməzdən əvvəl yuyunmaq dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hündür meydançada quyu kiçik hovuz varr. Memarlıq formasına görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənib. Minarə dilimli gümbəzlə tamamlanır. Eyvanın ətrafı başqa böyük məscid minarələrində olduğu kimi üzəri oyma üsulu ilə bəzənib, daş məhəccərlə əhatə olunub. Sonralar rus ordusu tərəfindən şəhər top atəşinə tutularkən dağıdılmış daş məhəccər XIX əsrdə dəmir məhəccərlə əvəz edilib.

Məscidin daxilində şimal, şərq qərbdən sadə işlənmiş qapılar açılır. Qapılardan şərq tərəfdəkindən şah onun ailəsi, şimaldakından kişilər, qərbdəkindən isə qadınlar istifadə edirlərmiş. Gümbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən 4 tərəfdən birləşən çatma taxçalardan ibarətdir. Dilimli yarım gümbəzlə tamamlanan mehrab zərif stalaktitlərlə bəzənib. Məscidin şimal-şərq küncündə tağ-tavanla örtülmüş kiçik bir otaq yerləşir ki, bura qadınlar üçün ibadətxana olub. Onun mehrabını sadə taxca əvəz edir. Mərkəzi zalın yuxarı küncündə divara hörülmüş zala açılan küplər səsi o qədər gücləndirirdi ki, mollanın səsi qadınlara məxsus otaqdan da eşidilirdi. Minbərin arxasında olan divar oyuğundan digər kiçik bir otağa keçmək üçün pilləkənlər vardır.

Bakıda İçərişəhər ərazisində yerləşənŞeyx İbrahimməscidi paytaxtın görkəmli abidələrindəndir. Salyan darvazasına çıxmaq üçün, öz istiqamətini dəyişən ticarət magistralı üzərində yerləşib. Fasad üzərindəki epiqrafik yazı, sifarişçi Hacı Əmirşah Yaqub oğlunun adını öyrənməyə imkan verir. Digər yazı isə məscidin Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa olunması haqqında məlumat verir. Əsas yazı məscidin hicri təqvimi ilə 818-ci ildə (1415-16 illər) Sultan oğlu Sultan Şeyx İbrahimin dövründə inşa olunmasını qeyd edir. Ona görə bu məscidə xalq Şeyx İbrahim adını verib. Məscid dördbucaq şəklindədir çatma formalı daş qübbə ilə örtülüb. Mehrab ənənəvi yan divarda deyil, uzunluğuna olan divarda yerləşib. XIX əsrdə məscidin fasad divarının səthi üç dördbucaq çərçivələrə bölündü bununla da fasad Avropa memarlıq üslubu aldı. Hər bir çərçivənin içərisində yarıqla tamamlanan pəncərə yerləşdirildi, giriş isə portal formasında işlənildi. Milli memarlıq abidəsinin qədim məzmunu qorunaraq, burada yerli Avropa motivləri, vahid memarlıq platformasında birləşir.

İçərişəhərdə daha bir tarixi abidəÇinməscidi diqəti cəlb edir. Məscid Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığındadır. Fasad üzərində, giriş qapısının üstündəki epiqrafik kitabə onun hicri tarixi ilə 777-ci ildə (1375-ci ildə) Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə bəzən məscidi onun adı ilə adlandırırlar. Fasad üzərindəki digər epiqrafik yazıdan belə məlum olur ki, abidə hicri tarixi ilə 1186-cı ildə (1772-73-cü illər) Məsud Əli tərəfindən bərpa olunub. Xalq etimalogiyasına görə məscidin “Çin” adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə bağlıdır. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilib. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanıb. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, çatma oyuq və ərəb yazısının epiqrafik başlığı, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilib. Şəhərin şərq üslublu orta əsr portalları arasında, məscidin portalı ən klassik olanıdır.

Məscidlərlə zəngin İçərişəhərdə Aşur məscidi də seçilir. 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilib. Məscid indiki adını XIX əsrin sonu – XX əsrin əvvəllində neft sənayesi inkişaf etməyə başlayan zaman alıb. Belə ki, Dağıstan fəhlələri Bakı sənaye müəssisələrinə qazanc dalınca axışan zaman İçərişəhərin sakinləri ibadət üçün onlara məhz bu məscidi həvalə ediblər. Dağıstandan gələn fəhlələrin uzun müddət burada ibadət etmələri, məscidin xalq etimalogiyasında “ləzgi məscidi” adını almasına səbəb olub. Məscid sasanilər dövrü abidəsi üzərində tikilib. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalıb. Məscid həcmcə paralellepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılıb. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür. Daşdan tac kimi hörülmüş nəbati və həndəsi naxışlarla bəzədilmiş mehrab isə XII əsrə aid stalaktit ilə zəngin naxışlanıb. XX əsrin əvvəlində ibadət zalının cənub-qərb küncündə bir Bakı sakini tərəfindən ikinci mehrab tikilib. Bayır tərəfdən məscidin qədim hissəsində, təmiz yonulmuş iri daş bloklardan yuxarı, daha sonrakı hissəsinə isə xırda daşlardan üz çəkilib. Cənub fasadının oxu ilə sadə profilli karnizin üzərindən kufi xətti ilə “Allahsözü frizlənmiş lövhə var. 1970-ci ildə məscidin bərpa prosesi zamanı arxeoloji qazıntılar nəticəsində binanın cənub hissəsinin altından Sasanilər dövrünə aid iki yarımdairəvi tipli tağlar aşkar edilib. Tağların arxasından isə qübbəli otaq aşkar olunub. Məscidin qədim atəşpərəstlik məbədi üzərində inşa olunduğu ehtimal edilir. Gələcək arxeoloji qazıntılar, səkkiz əsrdən çox üzərində müsəlman ibadətgahı yerləşən qədim binanın digər hissələrini də üzə çıxaracağı istisna olunmur.

 

(Ardı var)

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 27 sentyabr.- S.6.