Azərbaycandakı məscidlər: mənəviyyat
və tarixi-memarlıq abidələri
Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində
yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir.
Keçən silsilə yazılarımızda
şəxsi müşahidələrimizə,
müxtəlif mənbələrə,
o cümlədən də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza
məlumat vermişdik.
İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin
– təxminən 95 faizdən
artığının etiqad
etdiyi islam
dininin müqəddəs
ibadətgahlarından – məscidlərdən
söhbət açacağıq.
Ölkə ərazisində, demək olar ki, hər bir
rayon və şəhərdə
böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir.
Növbəti silsilə yazılarımızda
paytaxt və Abşeron yarımadasından
başlamaqla ölkə
ərazisində fəaliyyət
göstərən məşhur
məscidlərimizdən bəhs
edəcəyik.
İçərişəhərdəki “Gileyli” məscidi də qədim tarixi abidələrdəndir. Məscid
iki mərhələdə
tikilib: 1309-cu ildə Şirvanşahlar dövründə,
sonra isə XIX əsrin ikinci yarısında. Köhnə hissə xaçgünbəzli
kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir,
künclərdə isə
kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı,
memarlıq elementləri
və detalları ilə profillənmiş və naxışlanmış
mehrab, həcmli kütlələrinin sərtliyi
və tektonilliyi ilə fərqlənən
ibadət zalının
daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin
vəhdətini pozmur,
əksinə ibadət
zalının rahatlıq
imkanlarını genişləndirərək,
qübbəli, taclı
və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq
mühitini təkrarlayaraq,
onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını
ifadə edən yeni formalar tətbiq
olunub. Daha qabarıq şəkildə
bu öz əksini fasadın quruluşunda tapıb.
Sahəsi 150 m2 təşkil edir və burada
eyni vaxtda 100 nəfər ibadət edə bilər. Məscidin dini icması dövlət qeydiyyatdan keçib.
İçərişəhərin özünəməxsus ilginc
abidələrindən biri
də “Xıdır” məscididir. 1301-ci ildə
küçə-pilləkən üzərində tikilib.
Bu isə öz
növbəsində məscidin
memarlıq planlaşdırma
üslubuna təsir göstərib. Daxili məkanın
proporsional bölgüsü,
kompozisiya üsulları
və daş elementləri qabarıq oyma üsulu ilə aydın ifadə olunub, bədii-təsvirli mehrabın
sayəsində, zal çox gözəl tərtibata malik olub. Cənub fasadının düzgün
profilli, çatma pəncərələri göstərən
bütöv daş divarın fonunda, xüsusi vurğulanmış
portala, həmçinin
geniş ərəb yazısı zolağına
əsaslanan məscidin
iri həcmli kompozisiyası fonunda yerli memarlığın ən möhtəşəm
formalarında canlanır.
Məscidin bütün
perimetri boyu yerləşən, zəif
profilli daş tac, şərq
kompozisiya üsullarını
aydın göstərir.
1988-ci ildə daş qübbənin aşağı mərtəbəsində
arxeoloji qazıntılar
və portalda bərpa işləri aparılıb. Məscid atəşpərəstlik
məbədi üzərində
inşa olunub.
İçərişəhərin məşhur
məscidlərindən biri
də “Seyid Yəhya Murtəza” məscididir. Orta əsr karvan
ticarət yolu üzərində yerləşən
bu məscid XVII əsrin əvvəllərində
inşa edilib.Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında
stalaktit yaruslu mehrabı var. Dövrün
görkəmli şəxsiyyətlərindən
biri olmuş Seyid Yahya Murtuza
bu məscidi öz şəxsi vəsaiti hesabına tikdirib. O, dini ruhani xadim kimi,
məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını
dəyişdikdən sonra
məscidin həyətində
dəfn edilib. Hal-hazırda qəbri
məscidin giriş qapısının yanında
yerləşir.
Fatmayıdakı XVI əsrə aid olan tarixi məscid Əlvətdin adlı şəxs tərəfindən
tikilən eyniadlı məscidin sahəsi 226 kvadratmetrdir, məsciddə
eyni vaxtda 100 nəfər namaz qıla bilər.
Fatmayıda daha “Hacı Heybət” məscidi XV əsrə aid tarixi – memarlıq abidəsi olan məscid Hacı Heybət tərəfindən tikilib.
Məscidin sahəsi 236 kvadratmetrdir.
Məsciddə eyni vaxtda
110 nəfər nəfər
namaz qıla bilər.
Novxanı qəsəbəsindəki “Hacı
Soltan” məscidi XVIII əsrə aid olan abidədir. Goradil qəsəbəsi, “Əbdürrəhman” məscidinin
tikintisi isə
1861-1905-ci illəri əhatə
edir. Hacı Əbdürrəhman tərəfindən tikilən
məscidin sahəsi
200 kvadratmetrdir. Məsciddə eyni vaxtda 170 nəfər namaz qıla bilər.
Keşlə qəsəbəsindəki “Şah
Abbas” məscidi isə XVII əsrə aid abidə hesab olunur. O, Şah Abbas tərəfindən tikdirilib.
Giriş
qapısının üstündə
ərəbcə daş
kitabə yazılıb.
İbadət zalı dörd
böyük tağdan
ibarətdir. Tağlar məscidin
dairəvi formada olan günbəzi ilə qovuşur. Günbəzin aşağı hissəsi
12 guşəlidir. Bu da on iki imama
işarə xarakteri daşıyır. Mehrab və
minbər yonulmuş sal daşlardan düzəldilib. İki laydan
ibarət olan pəncərələrin birinci
layı taxta, ikinci layı isə bütöv yonulmuş daşla işlənib. Daşlar kiçik-kiçik
dairəvi boşluqlardan
ibarətdir. Məscid sovetlər dövründə
fəaliyyət göstərməyib
və yalnız 1989-cu
ildən fəaliyyəti
bərpa edilib.
Əhmədli kəndindəki “Cümə” məscidinin inşa tarixi hicri-qəməri təqvimlə 1324-cü ilə aiddir. Ümumi sahəsi 264 kvadratmetr, həyətyanı sahəsi 240 kvadratmetrdir. Məscidin vaxtilə tikilən sahəsi 80 kvadratmetr olub. Əhmədli kənd Cümə məscidi yonulmuş sal daşlardan tikilib. Divarların qalınlığı 1 metrdir. Kişilər şöbəsinin sahəsi 180 kvadratmetr, qadınlar şöbəsinin sahəsi 84 kv.metrdir. Sovetlər dövründə məscid müxtəlif məqsədlər üçün istifadə olunub. Bundan sonra təmir-bərpa işlərinə başlanılıb. Əhmədli kənd Cümə məscidinin interyeri sadə şəkildə işlənib. Günbəzin diametri 5 metrdir. Günbəzin dairəvi hissəsində “Kəlmeyi-teyyubə” yazılıb. Günbəz nəbati ornamentlərlə işlənib. Günbəzdə səkkiz pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib. Mehrabın üstündə daş kitabə həkk olunub. Məscidin giriş qapısının üst tərəfində dörd daş kitabə həkk edilib. Onlardan birində məscidin tarixi göstərilib. Əsas ibadət zalının tavanı dörd sütun üzərində dayanıb. Sütunlar tağlar vasitəsilə bir-birinə birləşib. Məscidin üç yardımçı otağı da vardır.
Məscid Bakı şəhərinin
Ramazan küçəsində
tikilib. Məscidin giriş hissəsindəki
kitabədə h.q. 1327-ci il, mehrabın üstündəki kitabədə
1324-cü il, minarədə
isə 1333-cü il tarixi qeyd olunub.
Mehrabın üstündəki kitabədə “Allah, Məhəmməd,
Əli, Fatimə, Həsən və Hüseyn” sözləri yazılıb. Əsas ibadət
zalının sahəsi
225 kvadratmetr qadınlar
şöbəsinin sahəsi
isə 75 kvadratmetrdir.
Bu məscid 1937-ci ildə bağlanaraq sovxozun sərəncamına
verilib və anbar qismində istifadə olunub. Daha sonra xalça sexinə çevrilib.
1937-ci ildə isə yandırılıb.
1985-ci ildə məscid kimi fəaliyyəti bərpa olunub. 1987-1992-ci illərdə burada təmir-bərpa işləri
aparılıb. Təmir və
bərpa işləri
kənd sakinlərinin
təşəbbüsü və mərhum Hacı Məhəmmədin
(66 yaşında rəhmətə
gedib) başçılığı
ilə həyata keçirilib.
Məscidin içərisində dörd
sütun vardır. Sütunlar tağlarla
bir-birinə birləşib.
Sanki günbəz də bu sütunlar
üzərində dayanıb.
Minbəri səkkizpilləlidir. Məscidin minarəsinin hündürlüyü
32 metrdir. Minarənin şərəfəsinin
altında Qurandan ayələr həkk olunub. Minarə
1918-ci ildə ermənilər
tərəfindən top atəşinə
məruz qalaraq zədələnib. Zədənin əlaməti indidə qalmaqdadır.
Pirşağı qəsəbəsindəki “İmam
Hüseyn” məscidi 2
saylı sovxozun ərazisində yerləşir. Pirşağı qəsəbəsi sakinləri
tərəfindən inşa
edilib. 2009-cu ildə qəsəbə sakinlərinin vəsaiti hesabına əsaslı şəkildə təmir
edilib dindarların istifadəsinə verilib.
Məscidin həyəti ilə
birgə ümumi sahəsi 320 kvadratmetrdir.
Əsas ibadət zalı 100 nəfər dindarın rahat ibadəti üçün tam uyğundur.
Məscid təmir edilərkən
tarixi və müasir memarlıq üslubu nəzərə
alınıb.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 28 sentyabr.-
S.30.