Bakıda “Mahmud Məryəmfilminin premyerası

 

Nizami” Kino Mərkəzində Xalq yazıçısı Elçinin “Mahmud Məryəməsəri əsasında hazırlanan filmin premyerası keçirilib.

Təqdimat mərasimində dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları KİV təmsilçiləri iştirak ediblər. “Mahmud Məryəmfilmi romantik dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kareşirkəti tərəfindən ekranlaşdırılan film Mahmud Məryəmin sevgisindən bəhs edir. Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə Keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir. Yeni ekran əsərində Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb.

Çəkilişlərinə Azərbaycanın Şəki şəhərində başlanılan ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela digər tanınmış aktyorlar da rol alıb. Təqdimat mərasimində filmdə rol alan aktyorlar yaradıcı heyət səhnəyə dəvət olunub.

Filmin prodüseri Sevda Kayğısız, aktyorlardan Məlahət Abbasova, Fəxrəddin Manafov başqaları çıxışlarında seçilən mövzunun çox aktual olduğunu ekran əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını bildiriblər: “Mahmud Məryəmsəkkiz Avropa ölkəsində nümayiş etdiriləcəkdir. Bu filmin özəlliyi ilk dəfə olaraq Azərbaycan Türkiyə kinematoqrafları tərəfindən çəkilmiş müştərək ekran əsəri olmasındadır”.

Mərasimdə iştirak edən filmin müəllifi, Xalq yazıçısı Elçin jurnalistlərə müsahibəsində bu ekran əsərinin 4 illik çox gərgin əməyin nəticəsi olduğunu bildirib: “Bundan əvvəl film İstanbulda nümayiş olunub. Otuz beş il əvvəl qələmə aldığım romanın ekran həyatına qovuşmasından çox məmnunam, bu, mənim üçün xoş bir hadisədir. Romanda əksini tapan məsələlər öz aktuallığını bu gün qoruyur.

Filmin Türkiyə Azərbaycan kinematoqraflarının birgə işi olması mənim üçün xüsusi məna daşıyır”.

Təqdimat mərasimində iştirak edən Türkiyədə yaşayan fəaliyyət göstərən azərbaycanlı aktrisa, bu ekran əsərinin baş məsləhətçisi, eləcə Qəmərbanu rolunun ifaçısı Məlahət Abbasova jurnalistlərə müsahibəsində bildirib ki, filmin prodüseri Sevda Kayğısız məndən bir eşq hekayəsi istəmişdi. Mən bir sənət adamı kimi Azərbaycanda bu sahədə qələmə alınmış əsərlərə bələd olduğuma, digər tərəfdən Türkiyə mətbuatında orada çap edilən kitabların sayına sevildiyinə görə Xalq yazıçısı Elçinin “Mahmud Məryəməsərini təklif etmişdim. Bu əsər oxunduqdan sonra çox bəyənilib film çəkmək qərarına gəlinib. Ekran əsərinin çəkilişi ilə bağlı Türkiyə Azərbaycan tərəfləri arasında razılığa gəlindikdən sonra hər iki tərəf öz maddi dəstəyini göstərib yaradıcı heyət sıx birləşib”. Aktrisa onu da vurğulayıb ki, uzun illər mənim Fəxrəddin Manafov ilə birgə çəkilmək arzum bu filmdə həyata keçib.

M.Abbasova filmin çəkilişində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Tədbirdə həmçinin Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını”nın yay buraxılışının da təqdimatı keçirilib. Mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Jurnalda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif mədəniyyət layihələrindən söhbət açılıb. Son vaxtlar uğurla inkişaf edən mədəni əməkdaşlıq sayəsində Parisin ardınca Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təsis olunması, beynəlxalq təsviri incəsənət sərgisində – Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılması, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı geniş materiallar oxuculara təqdim olunub.

“Azərbaycan ilə UNESCO arasında tarixi əməkdaşlıq” sərlövhəli yazıda ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata üzv qəbul olunmasının 20 illiyi münasibətilə Parisdə keçirilən təntənəli mərasimdən söz açılıb.

Jurnalda həmçinin müxtəlif mövzularla bağlı maraqlı materiallar da yer alıb.

 

S.ABDULLAYEVA,

R.ƏHMƏD

525-ci qəzet.- 2013.- 28 sentyabr.- S.17.