Uşaq və yeniyetmələrin
sağlamlığı xalqımızın dəyərli sərvətidir
Bu, həqiqətən təkzibedilməz bir aksiomadır. Məhz onlar xalqımızın
genefondu olaraq onun gələcəyini, iqtisadi, siyasi və mənəvi inkişafını davam etdirəcək yeni nəsil kimi ümidimizi doğruldan vətəndaşlarımız olacaqlar. Bax, elə bu qayədən
çıxış edərək
Azərbaycan Diabet Cəmiyyəti “Bakı şəhərində I-XI siniflərdə
təhsil alan məktəblilər arasında
şəkərli diabet
və digər endokrin patalogiyaların aşkarlanması və bu sahədə maarifləndirmə işinə
ictimai dəstək” adlı maraqlı bir layihəni Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının
mütəxəssisləri və bir qrup
gənc pediatr-endokrinoloqlarla
əməkdaşlıq çərçivəsində
hazırlayıb və
Azərbaycan Respublikası
Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasına təqdim
edib. Layihə bəyənilib və
Şura tərəfindən
maliyyələndirilib.
Lazımi təşkilatı işlər
görüldükdən sonra
onun icrasına başlanılıb və
yaxınlarda layihə
sona yetib. Belə bir
layihənin işlənilməsində
məqsədimiz nə
idi? Məlumdur ki, şəkərli diabet və digər endokrin xəstəliklər infeksion
təbiətli xəstəlik
olmasada axır 10-15 ildə böyük sürətlə artır,
cəmiyyətə, ailələrə,
ölkələrin iqtisadiyyatına
ciddi maddi və sosial ziyanlar yaradır. Həm də təəssüflə
qeyd edilməlidir ki, bu xəstəliyin
gəncləşməsi bütün
ölkələrdə olduğu
kimi respublikamızdan da yan keçməyib.
Hazırda 1000 nəfərdən çox uşaq və yeniyetmə diabet və digər endokrin patalogiya ilə qeydiyyatdadırlar. Bu xəstəliyin məkirli
təbiəti onunla izah edilir ki,
onun əlamətləri
uzun müddət özünü biruzə vermir və diaqnoz müəyyən edildikdə bir çox halda artıq onun ağırlaşmaları üzə
çıxır. Məhz bu
amilləri nəzərə
alaraq biz belə bir layihənin keçirilməsi üçün
Azərbaycan Respublikasının
təhsil naziri cənab M.Mərdanova müraciət etdik. Nazir layihənin əhəmiyyətini qeyd edərək onun reallaşdırılması üçün
lazımi göstərişlər
verdi.
Bakı
şəhəri üzrə
Təhsil İdarəsinin
rəhbərliyi
layihənin keçirilməsi
üçün paytaxtın
Binəqədi, Nəsimi
və Yasamal rayonları ərazilərində
yerləşən 12 məktəbi
ayırdı və bu məktəblərin direktorlarına layihənin
uğurla yerinə yetirilməsi üçün
lazımi təşkilatı
işlərin görülməsini
həvalə etdi. Layihə Binəqədi rayonunun 102, 135, 248 və
276, Nəsimi rayonunun
35, 151, 152 və 164, Yasamal
rayonunun 18,
31, 60 və 153 saylı
məktəblərində keçirilərək
3019 şagirdi əhatə
edib. Azərbaycan Tibb Universiteti II uşaq xəstəlikləri
kafedrası əməkdaşlarının
hazırladıqları müayinə-sorğu
anketi əsasında hər bir uşaq
tibbi müayinədən
keçirilib, onların
fiziki inkişaf göstəriciləri (boy, çəki
və bədən kütləsinin indeksi) müəyyən edilib, piylənmə dərəcələri,
boy defisiti, bəzi oğlanlarda cinsi inkişafın yaş həddinə görə irəliləməsi, bəzilərində
isə geri qalması, bir neçələrində ikitərəfli
və birtərəfli
kriptorxizm, qalxanvari vəzdə hiperplaziya və digər endokrin patalogiyalar aşkar edilibr. Belə ki, 525 şagirddə artıq çəki, 250 şagirddə
birinci dərəcəli,
98 şagirddə ikinci
dərəcəli piylənmə,
352 şagirddə isə
çəki defisiti aşkarlanıb. Fiziki inkişaf göstəriciləri
mövcud Sentel şkalasına əsasən
qiymətləndirildikdə 259 şagirddin boy göstəricisində
çox geri qalmaları müəyyən
edilib. Qalxanvari vəzin müayinəsi zamanı 156 şagirddə
qalxanvari vəzin birinci dərəcəli,
19 şagirddə ikinci
dərəcəli hiperplaziya,
34 şagirddə isə
digər patalogiyalar müəyyən edilib. Bütün bunlarla yanaşı uşaqların psixomator inkişafı, dərsə
davamiyyət, müvəffəqiyyət
göstəriciləri və
sosial vəziyyəti qiymətləndirilib və
bu göstəricilərin
endokrin patalogiyalarla əlaqəsi araşdırılıb.
Layihənin keçirildiyi
bu məktəblərdə
4 nəfər 1-ci tip şəkərli
diabeti olan şagirdlər ətraflı
müayinə edilib, onların qarşılaşdıqları
problemlərlə yaxından
maraqlanıb lazımi
tövsiyələr verilib.
Endokrinologiya elmi sahəsində son tədqiqatlar ona əsas verir ki, ailələrdə 1-ci
və 2-ci dərəcəli
qohumlarda şəkərli
diabetlə xəstə
olanlar varsa bu ailələrdəki piylənməyə məruz
qalan uşaqlar böyük ehtimal ilə 2-ci tip şəkər
xəstəliyinə risk qruppasına
namizəddirlər. Keçirilən
bu layihədə belə ailələrdən
olan 167 şagirddə
artıq çəki,
77 şagirddə 1-ci, 19 şagirddə
isə 2-ci dərəcə
piylənmə aşkarlanıb.
Odur ki, bu şagirdlərlə
bu gündən başlayaraq lazımi qabaqlayıcı profilaktik
tədbirlərin aparılması,
onların qida rasionlarının sağlam
və enerji baxımından (kaloriy vahidinin) nizamlanması, fiziki fəallıqlarının
artırılması (fiziki
hərəkətlər, həkimin
məsləhət gördüyü
idman növü) məsləhətdir. Layihəni keçirən
həkim-endokrinoloqlar məktəblərdə
şagirdlərlə ətraflı
maarifləndirmə işi
aparmış, onlara layihə çərçivəsində
hazırlanan diabet, piylənmə və qalxanvari vəzin xəstəlikləri və
onların profilaktikasını
özündə ehtiva
edən bukletlər paylayıblar. Pataloji dəyişiklik
aşkar edilmiş şagirdlərin valideynləri
məktəbə çağrılıb,
onlar və məktəb həkimləri
bu barədə məlumatlandırılıb, onlarla
lazımi maarifləndirmə
aparılıb. Layihənin yekunu,
hazırlanmış hesabat
və Fiziki inkişaf göstəricilərinin
şkalası Azərbaycan
Respublikasının səhiyyə
naziri cənab O.Şirəliyevə göndərilib.
Əlbəttə, Azərbaycan
Diabet Cəmiyyətinin
həyata keçirdiyi
bu layihə bir pilot layihə olaraq maliyyə məhdudluğu səbəbindən
yalnız 12 məktəbi
və bunlarda təhsil alan
3019 şagirdi əhatə
edə bilib. Halbuki respublikamızda 5000-ə yaxın
üumtəhsil məktəbi
və onlarda bir milyondən çox uşaq və yeniyetmə təhsil alır.
Layihənin məqsəd və məramı baxımından
bu tibbi müayinələr respublikanın
bütün şəhər
və rayonlarında yerləşən ümumtəhsil
məktəblərində aparılmaqla
oradakı bütün
uşaq və yeniyetmələr əhatə
olunmalı, alınan nəticələr təhlil
edilməli, bu və ya digər
patalogiyaya məruz qalanlarla xüsusi profilaktik tədbirlər keçirməli, geniş
maarifləndirmə işi
təşkil edilməlidir. Göründüyü kimi bu mühüm
məsələ dövlət
səviyyəsində həyata
keçirilməlidir.
Gənc
nəslin sağlam və gümrah inkişafı xalqımız
üçün böyük
əhəmiyyət kəsb
edən bir məsələdir. Bu baxımdan ümid edirik ki, keçirdiyimiz
bu pilot – layihənin məqsədi, alınan nəticələr səhiyyə,
təhsil orqanlarını,
bütün valideynləri
və ictimaiyyəti düşündürəcək, belə tədbirlərin davamlı olaraq respublika miqyasında keçirilməsinin vacibliyi
qənaətinə gətirəcək.
Həqiqətən bu məsələ
millətimizin gələcək
genefondunu sağlam inkişafı naminə diqqətəlayiqdir.
Akif Muxtarov,
Azərbaycan Diabet Cəmiyyəti
sədrinin müavini
525-ci qəzet.- 2013.- 8 yanvar.- S.2.