Abel Məhərrəmova
açıq məktub
Hörmətli Abel müəllim! Deyirdilər
ki, dekabrın 21-də
dünya dağılacaq,
çoxu kimi mən də inanmırdım! Hərənin
öz arqumenti var və o səbəbdən
inanmırdı dünyanın
dağılmasına, mən
də ona görə birmənalı
inanmırdım ki, həmin gün Siz dünyaya gəlmisiniz! Doğrudur, yaş kağızınızda
5 yanvar 1950-ci il yazılıb, bununla bağlı rəhmətlik atanız Məmmədəli müəllim
deyərdi:
”Düşündüm ki,
5-10 günə görə
bu uşaq 40-cı illərin övladı olacaq, qoy 50-ci illərə keçsin, gedib rayonda belə
yazdırdım...”.
O vaxt belə şeylərə çox
fikir verməzdilər,
bir də heç kəsin ağlına gəlməzdi
ki, Ermənistandan qaçqın düşmüş
Ağdamın Əhmədağalı
kənd məktəbi
müəlliminin ailəsində
dünyaya gələn
bu uşaq sonralar çox tanınmış bir insana çevrilə biləcək! Bəli, məhz çevrilə biləcək!!! Çünki,
indi zaman ötdükcə çox
aydın görünür
ki, xalqımızın
tarixinin ən ağır dövrləri
məhz Sizin yaşıdlarinızın taleyinin
həlledici dövrləri
olan 50-70, bir də 88-95-ci illər olub. Bu illərdə qaçqınlıq da, sürgün də, aclıq da, müharibə də, dövlət çevrilişləri
də, vətəndaş
qarşıdurmaları da,
böhranlar da... daha nələr, nələr olub... Həmin illərdə bir məqsəd, amal uğrunda mübarizəyə
qalxıb sonadək çarpışmaq və
qalib gəlmək qeyri-mümkün hal idi. Çünki bu günün alqışları sabah qarğışa, bu günün qəhrəmanlığı sabah
yamanlığa çevrilirdi.
Qiymətlər, qiymətləndirmələr dəyişirdi, çünki
meyarlar sabit deyildi. Geri qayıdan
köçün qabağına
qoyunun axsağı düşdüyü kimi bəzən
elə adamlar “liderə” çevrilirdi ki, adam məəttəl
qalırdı...
O qarışıqlığın birinə də Siz düşdünüz.
60-cı illərdə SSRİ-nin rəhbəri olan Xruşovun “gələcək kimyanındır”
çağırışı Sizi də “çaşdırdı”
və kimyaçı
olmaq qərarına gəldiniz. Xruşov gələcəyi kimyaya “verə bilməsə” də, özü də bilmədən kimyaçılara
“verdi”. O dövrün
bütün xüsusi istedadlıları
kimyaçı olmaq qərarında olduğundan
bu elm sahəsi də sıçrayışla
irəli getdi, cəmiyyətdə də
kimyaçılar yüksək
yerlər tutdular. Nə isə, sözüm onda deyil, əsas fikrim odur ki,
Sizin 16 yaşında
hay-küyə düşüb
kimyaçı olmaq qərarınızı təbii
hesab etmək lazımdır, çünki,
praqmatik hesablamalar gəncliyə yaddır, cavanlıq təfəkküründə
çətinə qalib
gəlmək hünər
sayılır və
s. Ən böyük hünər isə boynuna düşən məsuliyyətin
ağırlığını dərk edib onun öhdəsindən məharətlə gəlməkdir
ki, bunu da məharətlə bacara bildiniz. Şagird kimi də, övlad kimi də, tələbə
olanda da, professor rütbəsində də,
rektorluqda da...
Yadınızdamı, 80-ci illərin sonunda dünya dönəndə bir çoxları qazanc dalınca xaricə üz tutdu, bəziləri müəllimliyi
atdı, elmlə vidalaşdı... Amma Sizin
inamınız ölmədi,
heç bir qüvvə Sizi elmdən, müəllimlikdən,
doğma Universitetdən
ayıra bilmədi.
Onda kim
inanardı ki, yenidən hər şey bərpa olacaq, universitet də, müəllimlik də əvvəlki nüfuzunu qaytaracaq, bəlkə o vaxtkından
da yaxşı olacaq?! Deyirlər, insanın ümidi
sonuncu öləndir.
Ancaq mən Sizin ömür yolunuza baxanda düşünürəm
ki, sona qalan sədaqət və etibardır. Başqalarını bilmirəm,ancaq Sizi sona qədər mübarizəyə aparan qüvvə ümid deyil, sədaqətdir. Bu böyük və tükənməz enerji
yaradan qüvvəni dostlara, valideynlərə,
müəllimlərə, ən
adi adamlara, sıravi seçicilərə
münasibətdə görmüşəm.
Bu sədaqətin hesabına
Siz kimya elminə(boynunuza düşən ixtisas olmağına baxmayaraq) bir çox yeniliklər gətirən dünya şöhrətli alimə
çevrilə bilmişsiniz.
Məhz sadiqliyinizə görə
Siz çətin vaxtlarda Vətəni, ölkəni tərk etməyib Universitetdə qalmaq, onu yaşatmaq
qərarını qəbul
etdiniz.
Mən qəti əminəm ki, əgər Sizin kimi fədakarlar
olmasaydı, çox şey başqa cür olardı! Hərdən
düşünürəm ki, bu gün
hər arzusunun ən yüksək zirvəsinə çatan bir insana nə
lazımdır görəsən?
Alimliyin ən alisi akademiklikdir, təhsildə
ən yüksək rütbə birinci ali məktəbin rektorluğudur, vətəndaşlıqda
deputatlıq,siyasətdə də aparıcı partiyanın İdarə heyətinin üzvü olmaq. Bunların hamısı var, bəs niyə bu insan özünə
rahatlıq tapmır?
Gecə-gündüz işləyir, çalışır,
nəsə qurmaq, yaratmaq, yeniliklər etmək üçün mübarizə aparır?
Bu sualın cavabı da sədaqətdir! Vətənə sədaqət,
xalqa sədaqət, elmə, təhsilə sədaqət! Mən bunu bilirdim, ancaq bu yaxınlarda bir yerdə özünüz də etiraf etdiniz: ”Məni hərdən qınayırlar ki, bir az da
özün üçün
yaşa! Ancaq mən başqa
cür yaşaya bilmərəm. Əgər mən
bu gün öz təcrübəmi,
biliyimi, qüvvəmi
xalqıma sərf etməsəm, mən də yaxamı kənara çəkib gedib sakit həyat
sürsəm, özümü
bağışlaya bilmərəm.
Bu bacarıqları mənə xalq verib, bunu mən
ona qaytarmalıyam.”
Mənim üçün, mənim
dostlarım, həmkarlarım
üçün nə
qədər çətin
olsa da, biz də tale yazısı kimi, Sizinlə birlikdə bu yolu şərəflə gedirik. Universitetimizin müqəddəs
tarixini Abel Məhərrəmovla
birgə yaza-yaza...
Fikrət Şiriyev
525-ci qəzet.- 2013.- 11 yanvar.- S.3.