Vaşinqton ağdamlısı
12 ildir ABŞ-ın Vaşinqton şəhərində yaşayır. Memarlıq, inşaat və layihələndirmə şirkəti yaradıb. Hazırda rəhbərlik etdiyi müəssisədə 30 nəfərə yaxın insan çalışır. Özünün dedyinə görə, şəhərdə smeta dəyəri üç-dörd milyon dollardan artıq olan evləri onun rəhbərlik etdiyi şirkət layihələndirməklə yanaşı, tikintisini həyata keçirir. Doğulduğu torpağı, yurd yerini unutmur. Bacardığı qədər ölkəmizi tanıtmağa çalışır.
25 ildən çox xarici ölkələrdə yaşamasına baxmayaraq ana dilində səlist danışır. Həmsöhbətim Ağdamda Əli Bayramov küçəsi 20-də doğulub boya-başa çatıb. Orta məktəbi Knyaz müəllimin məktəbində-altı nömrəlidə oxuyub. Oxuduğu səkkizillik məktəb olsada sonralar, orta məktəbə çevrildi. Ata tərəfinin əsli Hindarx kəndindən, ana tərəfinin əsli isə Quzanlı kəndindəndir. Babası Məşədi Kərimin Hindarxın mərkəzində, məscidə yaxın olan yol qırağında böyük mağazası var idi. Kərim kişi 1937-ci il represiya qurbanı olub…
Söhbət hazırda yaradıcı fəaliyyətini Mayamidə davam etdirən ağdamlı memar-rəssam Yavər Rzayevdən gedir. Atası Abbas Rzayev Ağdam Kənd Təsərrüfatı texnikumununu bitirdikdən sonra bir müddət Ağcabədidə, Beyləqanda və İmişlidə çalışmış, amma yurd yeri kimi ötən əsrin 60-cı ilindən Ağdamı özünə daha yaxın bilmişdi. Əsas səbəb isə Ağdamın iqliminin münasibliyi və uşaqların dərs oxuması üçün şəhərdə müəyyən şəraitin olması idi. O vaxtlar yay aylarında Şuşadan gələn hava axını şəhəri sərinləşdirdiyindən heç kimə kondinsioner lazım olmurdu. Abbas kişi harada işləməsindən asılı olmayaraq ailəsini Ağdamdan kənara çıxarmamışdı…
Anasının adı Ruzə osa da, pasportunda Roza yazıldığını deyir...
Məktəbə getməyi də maraqlı olub Yavərin. Bacısı bir nömrəlidə oxusa da, Yavəri bir nömrəliyə götürməyiblər. Xeyli söz-söhbətdən sonra yaşadıqları ərazi bölgüdə altı nömrəlinin ərazisinə düşdüyündən bu məktəbdə oxumaq qərarı verildi. Məktəb 1975-ci ildə S.S.Axundov küçəsindən, Ağdam bazarının yanından, uşaq xəstəxanasının yanında yeni məktəb binasına köçürüldü. O vaxtlar yüksək səviyyəli məktəb binası inşa edilmişdi. Məktəb evlərindən uzağa köçsədə Yavər məktəbi dəyişmək barədə düşünmədi və həmişə, hətta xəstələnəndə belə dərslərinə vaxtında çatar, ləngiməzdi.
Ağdamda evlərinin və qonşularının darvazalarının rəngini belə unutmayan Yavər Rzayevlə doğulduğu şəhər haqqında danışırıq…
“Hər şey inkişafa doğru gedirdi. Şəhərdə həmişə sağlam rəqabət olub. Əvvəlcə çəpər koldan idisə, sonralar qarğıdan çitək düzəldilərdi.
60-cı illərin sonlarından
isə barılar ağ daşdan
hörülməyə başlanıldı.
Amma həmin illərdə pud daşdan olan barılarda az
deyildi. Bir müddətdən sonra şəhərdə bütün
hörgü işlərində
yalnız standart ağ daşdan
istifadə edilməyə
başlanıldı. Həm evlər,
həmdə barılar
bu daşla hörülürdü. 80-ci illərdə hörgü
elə aparılırdı
ki, daşlar arası məsafə belə hiss edilmirdi…
Maraqlısı o idi ki, o dövrdə
darvazalara hamı toxunulmaz bir yer kimi baxırdı. Hamı ildə
bir dəfə darvazalarını rəngləyər,
köhnə hesab etdikdə isə ümumiyyətlə darvazaları
dəyişdirərdilər. Beş-on ildən bir darvaza dəyişmək sanki adətə çevrilmişdi.
Darvaza müasir
olmalı, “dövrünün
tələblərinə” cavab
verməli idi.
Darvazanın yuxarısında isə alüminiumdan tökmə bəzək naxışlarına indi rast gəlməzsən. Keçmiş sovetin vurhavur vaxtında, darvaza dəmirinin çətin tapıldığı bir
vaxtda, dəmirçilərdə
mal-material əlindən tərpənmək
olmurdu. Hər il bazardakı
dəmirçiləri ilin
dəbi olacaq darvazanı hazırlayar və satışına başlayardılar. Burda da bir qanunauyğunluq
vardı…
Həmsöhbətim deyir ki, 28 Aprel küçəsini
perpendikulyar kəsərək
başlanan Əli Bayramov küçəsi düz Novruzlu aeroportunadək uzanırdı…
Küçənin maraqlı sakinləri çox idi.
Üzbəüz qonşumuz
İbiş kişigilin
evi idi. Ona şəhərdə “kirşan”
İbiş deyərdilər.
Rəhmətlik İbiş
kişi daim kraxmallı paltar geyinərdi. Əyninə
geydiyi paltarlar sanki fabrikdən yenicə götürülmüşdü.
Oğlanları Yusif və Rasim taksi sürücüsü
idilər. Xalçasatan Əligil İbiş
kişigilnən qonşu
idilər. Onunda Mobil və
Qabil adında iki oğlu var
idi. Bizdən
saga Məhəmməd kişi və yoldaşı Məlahət
müəllimə, sonra
isə Şamil Ağayevgil gəlirdi. Şamil Ağayev uzun
müddət “Lenin yolu” qəzetində
şöbə müdiri
vəzifəsində çalışmışdı.
Onun Bəhruz, Eldar, Adil və
Sarvan adında iki oğlu var
idi. Qərənfil xala gildən sonra Həmid müəllim, diş həkimi Elmangil gəlirdi. Səmayə xalagil, Hadı
kişigilin evləridə
bizim küçədə
idi. Onlar ticarətlə məşğul
olurdu. Bazarda hər ikisinin
mağazası var idi. Tum satan Tamaşa
xalagildə bizim küçədə yaşayırdı.
Onun həyəti geniş olduğundan tez-tez həyətdə kino göstərərdilər. Hərə əlinə bir stul götürüb gələrdi Tamaşa xala gilə. Yayda demək olar ki, hər həftə
kino verərdilər.
Biletin qiyməti isə 20-40 qəpik arası dəyişirdi. Oğlu
həmyaşıdlarına bariya çıxmaqda kömək edər, sinif yoldaşlarına pulsuz kinoya baxmağa
şərait yaradardı…
Nümayiş olunan filmlərin əksəriyyəti Hindistan
istehsalı idi. Kinoya baxdıqca
tum çırtlamaq artıq adətə çevrilmişdi. Tamaşa
xalanın xeyri
də məhz tum satmaqda olurdu.
Kinonun şirin yerində sanki həyat dayanırdı. Hamı
elə bil kinonun içində özünü hiss edirdi.
Ya kimsə göz yaşlarını
tökər, kiməsə
qarğıyar, “boy əlin
qurusun” deyənlər
də olurdu. İntizarla kinonun nə ilə qurtaracağını gözləyənlərdə
az deyildi.
Belə gərgin məqamda kino lentinin qırılması
və ya işığın keçməsi
az qala
faciə kimi qiymətləndirilirdi. Əsas məsələ
isə kino sona çatdıqdan sonra başlayardı.
Kino qəhrəmanlarını
yamsılayanlar səhərə
qədər dava edər, bir birlərinə özünün
gücünü göstərərdilər.
Maraqlısı o idi ki,
saat yeddidə
başlayacaq kinoya qadınlar saat beşdən gələr,
kinoqabağı dərdləşər,
həm də “aləmi bir birinə qatardı”lar. Elə bil kino bütün
qonşuları daha da birləşdirdirirdi.
Mehribançılıq yaradırdı…
Altı
nömrəli məktəb
yeni binaya köçdükdən sonra bizim sinif otagı ikinci mərtəbədə
oldu. Sinif otağından baxanda
Şahbulaq qalası aydın şəkildə
görsənirdi. Yaz
aylarında, xüsusən
may ayında buraların
ayrı abu-havası var idi. Şahbulaq aprel
və iyun aylarında haldan-hala düşürdü. Gah lalələr,
gah da digər
çiçəklərin qoxusu və rəngi adamı heyran edirdi.
Əhd etmişəm ki, Ağdama qayıdanda, buna mənim heş şübhəm yoxdu, ilk olaraq Şahbulağa çıxıb
ətrafı seyr edəcək, sonra isə evimizin bünövrəsini də
olsa tapıb əvvəlki görkəmində
bərpa edəcəyəm…
Həyətdə futbol, voleybol oynamağım heç vaxt yadımdan çıxmır. Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil
olanadək küçəmizdə
xokkey, futbol voleybol oynayardıq…
Tələbəlik illərim maraqlı keçib. İnstitutun ikinci kursunda
oxuyanda məni o zamankı Çexoslovakiyaya
oxumağa göndərdilər.
Orda isə meksikalı bir xanımla tanış
oldum və ailə həyatı qurdum. Hər ikimizin ixtisası layihələndirmə işi
ilə bağlı idi…
Beləcə, iyirmi beş
ilə yaxındır
ki, əvvəlcə Meksikada, sonra isə ABŞ-da yaşayıram. Bu gün əsas arzum ağdamlılar üçün mənzillər
layihələndirməkdir. İndidən artıq bəzi addımlarıda atmışam…”.
…Ağdamın virtual gəzintisi
davam edir. Bu dəfə Əli
Bayramov küçəsini
Yavər Rzayevlə gəzəsi olduq. Bir çox maraqlı məqamlara toxunduq. Xəyali gəzintimizin reallaşacağı
günü isə tək biz yox, bütün Azərbaycan səbrsizliklə gözləyir…
Vüqar Tofiqli
525-ci qəzet.- 2013.- 12 yanvar.- S.11.