Unutsaq unudularıq və ya bir ailənin tarixçəsi
Azərbaycan kino tarixində
özünəməxsus yer
tutan “Əhməd haradadır” filmi ekranlara çıxdığı 1963 – cü ildən kinosevərlər tərəfindən
böyük rəğbətlə
qarşılanıb.Əlbəttə ki, belə məşhur
filmin yaradıcı heyətini (ssenari müəllifi Sabit Rəhman, rejissor Adil İsgəndərov)və əsas rolların ifaçılarını
hamımız sevərək
xatırlayırıq. Filmdə yaddaqalan
personajlardan biri də yataqxananın komendantı obrazıdır
ki, o da ən çox öz mahnısı ilə məşhurdur.Ölməz
bəstəkarımız Rauf
Hacıyevin musiqisi filmə xüsusi təravət verib və komendantın mahnısı öz
professional ifası və
təravətli səsi
ilə tamaşaçılar
tərəfindən sevilib.
Bəs kimdir bu mahnının
ifaçısı? Hələ
uşaq yaşlarından
bu sual məni
maraqlandırır,lakin heç
bir yazılı mənbələrdən bu
ifaçı haqqında
məlumat ala bilmirdim.Müəyyən
araşdırmalardan sonra,
nəhayət mahnı
ifaçısının şəxsiyyətini
müəyyən edə
bildim.Onun ailə üzvlərinin xatirələrindən
məlum oldu ki, bu, istedadlı
musiqiçi,vokal sənətini
respublikamızda geniş
təbliğ edən müəllimlərdən olan
Bağırov Ramiz Məmməd Tağı oğlu olub.
R.M.Bağırov məşhur opera müğənnisi,Azərbaycan
Respublikasının Xalq
artisti Məmməd Tağı Bağırovun
ailəsində 1929 – cu ildə
dünyaya göz açıb.R.M.Bağırov A.Zeynallı
adına Musiqi Texnikumunda,sonra isə Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət
Konservatoriyasında vokal
ixtisası üzrə
təhsil alıb.R.M.Bağırov
əmək fəaliyyətinə
1947-ci ildə M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının
“Mahnı və rəqs” ansamblında başlayıb.O, 1957-ci ildən
Azərbaycan
Dövlət Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq
Texnikumunda müəllimlik
edib,1971-ci ildən isə
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə
müəllim,sonralar isə
vokal ixtisası üzrə şöbə
müdiri vəzifəsində
çalışıb. R.M.Bağırov bir neçə metodik işləmələrin,
o cümlədən “Azərbaycan
vokalistlərinin məcmuəsi”adlı
elmi-nəzəri metodik
əsərin müəllifi
olub. 1973-cü ildə
bəstəkar Hazim Əliverdibəyov tərəfindən
yazılmış “Cırtdan”
uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar
sənətkar, tələbkar
müəllim, həssas
insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük
rolu olub.Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov
1991-ci ildə çəkdiyi
“Qəzəlxan” filmində
yaddaqalan obrazlardan biri olan Mirzənin
rolunu məhz Ramiz Bağırova həvalə edib ki, o da bu
rolun öhdəsindən
bacarıqla gəlib. Filmdə qəzəlxan Əliağa
İsgəndərova “Vahid”
ləqəbini verən
bir tarixi şəxsiyyətin rolunun
ifaçısı olmasına,
həm də bu rolu özü
səsləndirməsinə baxmayaraq, nədənsə
titrlərdə R.M.Bağırovun
adı yoxdur.
Eləcə də rejissor Ağarza Quliyevin
1964-cü ildə bəstəkar
Süleyman Ələsgərovun
“Ulduz” operettası əsasında çəkdiyi
eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı
rollardan biri olan Gülümsərov obrazının (Bəşir
Səfəroğlu) bütün
mahnılarını səsləndirib.
Qeyd edək
ki,”Ulduz” filmində R.M.Bağırovun qardaşı
Pərviz Bağırov
da bir neçə
mahnı səsləndirib.
O da vaxtı ilə
“Azərbaycan” estrada orkestrinin solisti kimi uzun
illər ölkəmizdən
kənarlarda respublikamızın
musiqi sənətini təbliğ edib, sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti işləyib. Bir çox rolların ifaçısı
kimi tamaşaçılarda
özünəməxsus rəğbət
hissi oyadıb və məlahətli səsi ilə sevilib.Teatrın səhnələşdirdiyi
Emin Sabitoğlunun “Hicran” komediyasının premyerasında əsərin
əsas qəhrəmanlarından
olan Orxan rolunun
ilk ifaçısı da
məhz Pərviz Bağırov olub. Gözəl ifasına görə müəllif tərəfindən ona qiymətli hədiyyə də bağışlanıb.
Ramiz və Pərviz Bağırov qardaşlarının yaradıcılıqlarından
bəhs edərkən
onların bu dərəcəyə çatmasının
əsas səbəbkarı
olan ataları Məmməd Tağı Bağırovu mütləq
yad etməliyik.
M.Bağırov Respublikanın ilk opera müğənnilərindən
olub. O, Azərbaycan muğamlarının
gözəl bilicisi, öz dövrünün ədəbiyyat, incəsənət
və bir çox başqa elm sahələrinə dərindən
bələd olan bir ziyalısı idi.
M.Bağırov 1890-cı ildə Bakı
şəhərində, fəhlə
ailəsində anadan olub.S.Ruhullanın təkidi
ilə H.Ərəblinski
reatr truppasına daxil olub, H.Sarabski,Ə.Ağdamski,H.Terequlov,H.Hacıbababəyov
ilə birgə ölməz səhnə əsərlərində çıxış
edib.
Sənət yolunda ilk addımlarını
qadın rolları oynamaqla atıb, Ü.Hacıbəyovun “Əsli
və Kərəm”ində
Əsli,”Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan
musiqisinin,habelə, dramaturgiyasının əvəzsiz
nümunəsi sayılan
“Arşın mal alan” komediyasının ilk səhnə
quruluşunda M.Bağırovun
zəhməti az olmayıb. O, operettanın
maraqlı surətlərindən
olan Süleyman və Soltan bəy obrazlarını ifa edib. Ümumiyyətlə,onun
yaddaqalan obrazları hədsiz dərəcədə
çox olub.Bunlara misal olaraq “Şah
İsmayıl”da Aslan şahı, “Koroğlu”da Həsən xanı, “Aşıq Qərib”də
Şahvələdi misal
çəkmək olar.
Ömrünün son illərində
isə sənətkar
“Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı.Hüseyn Seyidzadənin
“O olmasın,bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli)
bütün mahnılarını
M.Bağırov səsləndirib.
Filmotekanın “Qızıl
fondunda” onun səsi yazılmış
kino lenti daim səsləndirilir,ancaq adı çəkilmir.
Bəli,
bir ailəni təmsil edən bu sənətkarlar Azərbaycan kino sənətində iz qoysalar da, təəssüf
ki, adları yada salınmır.Yəqin
ki,belə sənətkarlarımız az
deyil. Odur ki, bizlər
gərək onları
xalqımıza, gənc
nəslə tanıdaq.
Çünki onlar öz həyatlarını Azərbaycan
sənətinə və
deməli, Azərbaycan
xalqına həsr ediblər.
Rza Məmmədzadə,
ADMİU-nun 2-ci kurs tələbəsi
525-ci qəzet.-
2013.- 18 yanvar.- S.7.