Bülbüllərin muradı
Ötən əsrin 70-ci illərində
Ağdam keçmiş
SSRİ məkanında, xüsusi
ilə Rusiya vətəndaşları arasında çaxırı
ilə tanınsa da, 1971-ci ilin may ayından etibarən Ağdam pioner və məktəblilər evinə direktor təyin edilən Murad Rzayevin həyata keçirəcəyi layihələr sonralar şəhərin
atributuna çevrilmiş
oldu. Atası, uzun illər Ağdam Mədəniyyət
Evinin direktoru vəzifəsində işləmiş,
Yunis Rzayevin yolunu davam etdirən
Murad Ağdam Musiqi Texnikumunun xor dirijorluq fakultəsini bitirdikdən
sonra əsgəri xidmətə çağrılmışdı.
Əvvəlcə Bakıda,
sonra isə doğma
şəhəri Ağdamda
hərbi xidmətini davam etdirən gənc musiqişünas, xidmətdə olarkən hərbi hissənin bütün mədəni kütləvi tədbirlərinin
baş tutmasında əlindən gələni
əsirgəməmiş və
daim qurub yaratmaq eşqilə yaşamışdır.
Keçmiş adı Yeni
Stalin, sonralar Budyonnu adlanan küçə Muradgilın
mənzili ilə başlayırdı. Hətta yaşadığı
mənzilin barısı
Muradbəylidə yerləşən
hərbi hissənin hasarına bitişik idi. “Voyençastın”
divarından başlanan Budyonnu
küçəsi Həzi
Aslanovu kəsərək
Sabir küçəsinədək
uzanırdı. Küçənin işğaldan bir qədər əvvəl yaxınlıqdan keçən
Üzeyir Hacıbəyov
küçəsinə birləşdirildiyi
deyilir. Maraqlıdır
ki, M.Rzayevgilin həyətindən bu küçəyədə çıxış
var idi...
Keçmiş Budyonnu küçəsinin
uzunluğu 600-700 metr olardı. Atasının işlədiyi dövrdə
isə məhz bu evə Azərbaycanın
tanınmış mədəniyyət
simalarının dəfələrlə
gəldiyini deyir Murad Rzayev...
Musiqiyə olan sevgisi nəticədə
onu “pioner evi”nə gətirdi. Təhsil
müəssisəsinin direktoru
işləyən Kamal
Bağırov başqa
işə keçdiyindən
bu vəzifəyə Murad Rzayevin namizədliyi təsdiq edilir. Murad müəllimə
ürəyində tutduğu
arzuların həyata keçirməsi üçün
elə bil ilahidən şans verilir...
1972-ci ilin yanvarında Moskvada “Ruskaya zima” (rus qışı)
adlı ümumittifaq səviyyəli festivalda
ilk dəfə çıxış
edən ansamblın üzvləri sözün
həqiqi mənasında
bülbül kimi cəh-cəh vurduqlarından
münsiflər heyəti
onları rus dilində “solovey”(bülbül) deyə çağırmağa
başlayırlar. Qrupun adının
məhz bundan sonra yarandığnı deyir Murad müəllim.
Ansamblın rəhbərinin təklifi
ilə qrup sonralar belə adlandırılmağa başlandı.
Həmin
ildən böyük səhnədə çıxışlara başlayan “Qarabağ bülbülləri”nin şanı-şöhrəti
az müddət ərzində
keçmiş SSRİ miqyasına
yayılır. Çöxsaylı
ümumittifaq və beynəlxalq festivallardakı
çıxışları ilə “Qarabag bülbülləri” daha geniş əks-səda yarada bildi. Bu addımı atmaqla Murad Rzayev bütün
Qarabağın keçmiş
Sovetlər İttifaqında
təbliğinə nail olur.
1976-cı
ilin mart ayının beşində Moskvada
Sov.İKP-nin 26-cı qurultayının
yekun konsert proqramı baş tutur. Kremlin Qurultaylar
Sarayında ansambl ən yadda qalan
çıxışını edir. Sov.İKP rəhbərliyi, başda baş katib Leonid Brejnev və yüzlərcə xarici qonaq olmaqla, ansamblın çıxışının
ayaq üstə alqışlaması bütün
uğurların başlanğıcı
oldu. Zaqafqaziya respublikalarından yalnız
“Qarabağ bülbülləri”nə
yer verilməsi, o zamankı SSRİ-nin paritya və hökumət rəhbərliyinin
Azərbaycana və
onun mədəniyyətinə
verdiyi qiymət kimi də dəyərləndirmək
olar.
1984-cü ildə Mədəniyyət
və İncəsənət
Universitetinin mədəni-maarif
fakultəsini bitirən
M.Rzayev bəstəkarlıq
fəaliyyətini davam
etdirir. Sonuncu mahnısını isə şair Avdal Qəhrəmanın sözlərinə yazılmış
“Ağdamım”
mahnısını gənc
perspektivli müğənni
Elnur Zeynalov məharətlə ifa edir...
Hazırda Uşaq Yaradıcılıq
mərkəzinin rəhbəri
olan Murad Rzayev darısqal, cansıxıcı və ürəkağrıdan bir
otaqda fəaliyyətini
davam etdirmək məcburiyyətindədir. Daim həyat
eşqiylə yaşayan
Murad müəllimlə
söhbətimizi məhz
bu otaqda başlayırıq. Keçmişdən
başlayıb gələcəyə
ümidlə baxmaq istəyirik...
Bu günlərdə 40 yaşını qeyd edən ansamblın üzvlərindən altı
nəfəri son illər
fəxi ada layiq görülüblər. İkisi Xalq artisti-Aygün Bayramova və Nəzakət Teymurova, üçü Əməkdar artist–Cabir Abdullayev, Feyruz Səxavət, Teymur Əmrah, biri əməkdar mədəniyyət
işçisi – İlhamiz
Paşayev fəxri adına layiq bilinənlər sırasındadırlar.
Biz isə bu günədək sıravi
mədəniyyət işçisi,
xalqının qəlbində
xüsusi hörmətə
layiq olan Murad Rzayevlə
QARABAĞIN BÜLBÜLLƏRİ barəsində
danışırıq...
2012-ci il dekabrında
keçirilən yubiley
tədbirindən başlayırıq.
Ansamblın hesabat konserti
çox maraqlı və möhtəşəm
alındı. İndiki və əvvəlki tələbələri
hamısı bir nəfər kimi ustadlarına ehtiramla çıxışlarını edir, ürək sözlərini deyirdilər.
Ancaq qeyd etməyə bilmirəm ki, nə rəsmilərdən,
nə də ansamblın tabe oldugu nazirlikdən bir kimsənin tədbirdə təmsil olunmaması təəsüf
hissi doğurur.
Sanki elə fikir yarandı ki, “Qarabağ bülbülləri”
yalnız Murad
Rzayevə lazım imiş...
Əvvəllər “Pioner evi” “pojarnı” ilə üzbəüz 28 aprel küçəsindəki Kamilin
çörək mağazasının
yanında fəaliyyət
göstəribmiş. Arxiv idarəsinə
yaxın yerdə.
Murad Rzayev təyin edilən zaman isə Lenin küçəsində
köhnə raykomun binasının yanında olan birmərtəbəli binada fəaliyyətdə
olmuşdur. Binada
məşqlərin keçirilməsi
üçün şərait
olmadığından “Pioner
evi”ni 70-ci illərin əvvələrindən Üzeyir Hacıbəyov küçəsindəki “komxoz”un
inzibati binasına köçürmüşdülər.
Hətta
“komxoz”un rəisi Muxtar Əliyev soruşanda ki, binamızı kimə verirsniz, ona deyilib ki, “Muradın
Qarabağ bülbüllərinə”.
Çalışdığı otaqda kreslosunu belə götürməyən
Muxtar müəllimin cavabı qısa olur: “ Allah xeyir
versin”.
80-ci illərin sonlarından isə yeni inşa edilən Mədəniyyət
Sarayında fəaliyyətini
davam etdirdi “pioner evi”...
İlk tərkibdə Xanım Abdullayevanın, Gülçöhrə
Quliyevanın, Məhərrəm
Qasımovun, Ədalət
Feyziyevin, Füzuli Qasımovun çıxışları
daha çox diqqəti çəkirdi.
Müxtəlif illərdə
ansamblda Füzuli Qasımovun, Elbrus Hüseynovun,
Sədi Məmmədovun,
Tunar Zeynalovun, Natella Qarayevanın, Maarifə Ələkbərovanın,
Baxşeyiş Hüseynovun,
Nazim Zeynalovun, Vaqif Həsənovun yaddaqalan çıxışları
olub. Solistləri daim Murad müəllimin yaratdığı
“Qarabağ” instrumental ansamblı
müşayət edirdi.
Musiqiçilərdən Rövşən
Əhmədov –gitara, Ramiz Cəfərov-qarmon, Sadıq Zeynalov – nağara, Rövşən
Məmmədov-akkardeon, Niyazi
Yusifov-royalda ifa edirdilər...
Tacir Allahverdiyev, İlhamiz Paşayev, İzahat Cəfərov və Əli
Hüseynovun çıxışları
Qarabağ bülbüllərinin
qızıl dövrü
hesab etmək olar. Böyük uğurlar isə məhz bu kvartetin 1976-1977-ci illərdəki
çıxışları ilə qazanılmışdı.
1977-ci ildə ansambl haqqında Xamis Muradovun rejissorluğu
ilə sənədli film çəkilmiş
və dünyanın
46 ölkəsində nümayiş
etdirilmişdi...
Ümumilikdə isə, ansamblda
40-il ərzində yüzlərlə
ifaçılar yetişib
və bu gündə proses davam edir. Söz
yox bir yazıda
onların hamısı
haqqında fikir söyləmək çətindir...
Bu gün Murad Rzayev yaradıcılığının
ən qaynar dövrünə qədəm
qoyub. Tələbələrindən
və dövlətin muğamın inkişafına
göstərdiyi qayğıdan
razılıqla danışır,
həmdə bu
prosesdə onun rəhbəri olduğu “Qarabağ bülbülləri”də
öz töhfəsini
vermək üçün
ona lazımi şəraitin yaradılması
arzusu ilə yaşayır. Və buna inanır.
Ona görə də bir an belə həvəsdən
düşməyən Murad
müəllim
“tələbələrim muğam dünyasına töhfə verdikcə ömrümü sanki uzadırlar”, –deyir...
Tacirin, Elbrusun və digər tələblərinin
nadincliyindən, çəkilişlər
zamanı baş vermiş maraqlı hadisələrdən həvəslə
danışır...
Qarabağ bülbüllərinin nailiyyətlərini saydıqca
qurtamır...
Qarabağ Azərbaycanın konservatoriyası
hesab edilirsə, Ağdam “muğamat evi” adlanır. Bu gün muğam korifeylərimizin,
habelə hazırda fəaliyyətdə olan muğam ifaçılarımızın
əksəriyyəti məhz
bu evin “sakinləri” olmuşdu...
Bütün muğamat evinin
sakinlərini bir yerə birləşdirən
isə doğma Qarabağdır və Qarabağ dərdidir...
Murad Rzayevin həyatda ən böyük arzusu
isə Ağdama qayıtmaq, “komxozun binasının” yerini tapmaq və bütün tələbələri
ilə birlikdə onu bərpa etməkdir. Yalnız bundan sonra o özündə rahatlıq
tapacağını deyir...
Vüqar Tofiqli
525-ci qəzet.- 2013.- 22 yanvar.- S.5.