Səfir Rafael Harpaz: “İsrail-Azərbaycan münasibətləri əvvəlki illərdə olduğu kimi yüksək ruhda davam edəcək”

 

 İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın Gün.Az-a müsahibəsi:

- Cənab səfir, ötən il Azərbaycan-İsrail münasibətləri üçün hansı vacib hadisələrlə yadda qaldı və bu il iki ölkənin əməkdaşlıq prioritetləri hansılar olacaq?

- Biz ötən il Azərbaycanla İsrail arasında olan yaxşı münasibətlərin davam etməsini izlədik. Bu münasibətlərin yaxşı olması bizə ikitərəfli münasibətləri əhatə edən bütün sahələrdə müzakirələr aparmağa imkan yaratdı. İqtisadi, enerji, turizm sahələrində olan ikitərəfli münasibətlərdə bunu müşahidə etdik. Ötən il İsraildən bir sıra rəsmilərin, o cümlədən xarici işlər naziri Aviqdor Libermanın, energetika və kənd təsərrüfatı nazirlərinin Azərbaycana səfərləri oldu.

Həmçinin Azərbaycandan iqtisadi inkişaf naziri Şahin Mustafayevin İsrailə səfəri baş tutdu, iqtisadi konfranslar çərçivəsində digər səfərlər də oldu.

Bizim milli futbol komandamızın Azərbaycanla oyunu baş tutdu. “Eurovision” mahnı yarışmasında İsraildən böyük nümayəndə heyəti Bakıya gəldi. Yəni bu siyahını uzatmaq olar.

2013-cü ildə də əvvəlki illərdə olduğu kimi münasibətlərimiz yüksək ruhda davam edəcək. Bu il əməkdaşlığımızda əsasən 4 prioritet sahə olacaq. Bunlar informasiya texnologiyaları, su texnologiyaları, kənd təsərrüfatı və tibb texnologiyaları sahələridir.

Digər mühüm element energetika sahəsidir. İsraildə çoxlu həcmdə təbii qaz resursları əldə olunub. Amma bizim bu sahədə, o cümlədən qazma işləri, vergi məsələlərində bir o qədər təcrübəmiz yoxdur. İsraildə yenicə sizin Dövlət Neft Fondunuz kimi bir Fond yaradılıb. Bunun üçün Azərbaycanın bu sahədə təcrübəsini öyrənmək istərdik.

Onu da əlavə edim ki, ARDNŞ-ın “Caspian Drilling Company” şirkəti artıq İsraildə fəaliyyət göstərir.

- Qeyd etdiniz ki, Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyirsiniz. Bununla bağlı hazırda hansısa danışıqlar aparılırmı?

- Əlbəttə ki, bu məsələni ötən il İsrailin energetika nazirinin Azərbaycana səfəri zamanı müzakirə etmişik. Bu sahədə hazırda İsrail Azərbaycanın 15 il əvvəl olduğu vəziyyətdədir. Təbii ki, enerji strukturu sahəsində təcrübənin öyrənilməsinə ehtiyac var. Xüsusilə Azərbaycan kimi dost bir ölkədən öyrənmək çox gözəl haldır. Mənim qeyd etdiyim 4 sahədə İsrail böyük təcrübəyə malikdir. İsrailin özəl sektorunun Azərbaycana böyük marağı var. Ölkəmiz artıq iki ildir ki, “BakuTelsərgisində iştirak edir orada ayrıca bir stendi var. Hesab edirəm ki, Azərbaycanın İsrailin özəl sektorunda biznes üçün əlverişli imkanları olan ölkə kimi gözəl imici var.

- Azərbaycan İsrail hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Bu sahədə əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında bütün sahələrdə çox gözəl əməkdaşlıq var. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi rolu vacibdir   yüksək qiymətləndirilir. Yenə təkrar edirəm ki, ölkələrimizin bütün sahələrdə çox gözəl dialoqu yüksək səviyyədə münasibətləri var.

- Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir Fələstinin BMT- müşahidəçi status almasına səs verib. Siz Azərbaycanın bu mövqeyini necə dəyərləndirirsiniz?

- Azərbaycanın bu mövqeyinin İsrail-Azərbaycan münasibətlərinə heç bir təsiri yoxdur.  Azərbaycan İsraillə , eyni zamanda Fələstin xalqı ilə dostluq münasibəti qura bilər. Biz özümüz sülh tərəfdarıyıq. Ümid edirik ki, Fələstin Muxtariyyətinin rəhbərliyi danışıqların bərpa olunmasına razılaşacaq.

- Bu yaxınlarda Mahmud Abbas Fələstin Milli Muxtariyyətini rəsmiFələstin dövlətiadlandırılması barədə fərman imzalayıb. Bundan sonra məsələnin həllini necə görürsünüz?

- İsrail fələstinlilər arasında razılaşma yalnız birbaşa danışıqlar yolu ilə əldə oluna bilər. Fələstinlilərin istifadə etdikləri birtərəfli tədbirlər onları dövlətçiliyə bir az da olsun yaxınlaşdırmayacaq bu addımlar İsrail fələstinlilər arasında olan mövcud sazişləri pozur. Son bir neçə ildə İsrail Fələstin xalqı üçün kommersiya ticarətin asanlaşdırılması həmçinin danışıqların bərpa olunması üçün bir çox addımlar atıb. Təəssüf ki, Fələstin Muxtariyyətinin rəhbəri danışıqlar masasına qayıtmaqdan imtina etdi əvəzində BMT- üz tutdu.

- Dağlıq Qarabağ məsələsi ilə bağlı İsrailin mövqeyi aydındır. Bilirsiniz ki, bu yaxınlarda ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında Xocalı hava limanı istismara veriblər yaxın günlərdə uçuşlar həyata keçirəcəklərini bildiriblər. Buna münasibətiniz necədir?

- Bizim qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ məsələsində mövqeyimiz tam aydındır.

Bizim regiondakı təcrübədən öyrənərək, biz məsələnin sülh yolu ilə həllinə ümid edirik. İsrail Azərbaycanın ərazi bütövlüyünü ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

- Cənab səfir, ötən il İsrailin  İrana hücum edəcəyi ilə bağlı ehtimallar böyük idi. Bu il İsrail məlum məsələ ilə bağlı hansı mövqeyi tutacaq?

- Bunu başa düşmək vacibdir ki, İran təkcə İsrailin problemi deyil. Bu elə bir məsələdir ki, onunla beynəlxalq ictimaiyyət məşğul olmalıdır. Burda bir neçə məsələ var. Birincisi, İran nüvə silahı əldə etmək istəyir. İkincisi, İran ən böyük terrorist təşkilatlarının sponsurudur. Bu, İslami Cihad, Hizbullah, HƏMAS başqa təşkilatlardır.

Üçüncü element isə budur ki, İranın çox ekstremist radikal ideologiyası var bu ideologiyanı bütün müsəlman ölkələrinə yeritmək istəyirlər. Məsələ ondadır ki, belə bir ideologiyanın nüvə silahı ilə birləşməsi beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır. Nəhayət, İran Yaxın Şərqdə qeyri-stabilliyin ən böyük mənbəyidir. İrana tətbiq edilən sanksiyalar çox vacibdir onlar artıq öz təsirini büruzə verir. Ötən il İranın neft sektorunda gəlirləri 45 faiz azalıb. Bundan əlavə, İran realının məzənnəsi zəifləyib. Bu sanksiyaların davam etməsi dəstəklənməsi çox vacibdir.

- Xarici mətbuat mütəmadi olaraq Azərbaycanla Qərb dairələri İsrail arasında İrana hücumla bağlı müzakirələrin getdiyini yazır. hücumla bağlı müzakirələrin getdiyini yazır. Amma rəsmi Bakı qəti olaraq bəyan edib ki, öz ərazisindən İrana qarşı üçüncü dövlətin istifadəsinə icazə verməyəcək. Siz bu mövqeyi necə dəyərləndirirsiniz?

- Bircə onu deyə bilərəm ki, bütün bu yazılanlar, deyilənlər Ceyms Bondun filmləri kimidir, yəni fantaziyadır.

- Türkiyə-İsrail münasibətlərinin gələcəyini necə görürsünüz?

- Türkiyə çox mühüm ölkədir. İsrail Türkiyə bir çox məsələlər üzrə ümumi maraqlara malikdirlər. Mən ümid edirəm ki, ölkələr arasında münasibətlər normallaşacaqdır.

- “Ərəb baharıinqilabları regionun geosiyasi mənzərəsini dəyişsə , proseslər gözlənildiyi kimi olmadı. Yəni ərəb ölkələrində, məsələn, Misirdə, Tunisdə hakimiyyətə Qərb dəyərlərini bölüşənlər gəlmədi. Bunu nəzərə alaraq İsrail həmin ölkələrə yanaşmada siyasətini necə formalaşdıracaq?

- Əlbəttə, biz baş verən hadisələri izləyirik, çünki bizim ətrafımızdadır. İsrail bütün ölkələrlə normal gözəl münasibətlərin olmasının tərəfdarıdır. Xüsusilə bu ərəb müsəlman ölkələridirsə. Amma biz ölkələrin daxili işlərinə qarışmırıq, bu, bizim işimiz deyil. Biz o ölkələrin inkişafını çiçəklənməsini arzu edirik. Ümid edirik ki, gələcəkdə belə olacaq biz bunda maraqlıyıq.

- Cənab səfir, son olaraq bilmək istərdim, siz Azərbaycanın regionlarında olmusunuzmu regionun turizm imkanlarını, iki ölkə arasında bu sahədə əməkdaşlıq perspektivlərini  necə qiymətləndirirsiniz?

- Mən mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə bu barədə danışdım. Bildiyiniz kimi, Azərbaycanın ən böyük diasporlarından biri İsraildədir. Hesab edirəm ki, Azərbaycan çox böyük potensiala malik olan dost ölkədir,  istiqanlı, mehriban insanlarınız var. Regionlarda gözəl qurulmuş inkişaf etmiş infrastruktur, bir sözlə, potensial böyükdür. Mən Qəbələ, Quba, Lahıc, Şirvanda olmuşam, hər biri çox gözəldir çox bəyəndim. Bakı da olduqca gözəl şəhərdir.

İsraildən Azərbaycana birbaşa uçuşlar da olur, ölkəmizdən bura turistlər gəlir, burdan da turistlərin İsrailə getməsini müşahidə etmişəm. Bundan əlavə, Azərbaycanın Turizm İnstitutunun tələbələri artıq bir neçə ildir ki, həyata keçirilən təcrübə proqramında iştirak edirlər. Çünki İsrail bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Bu sahədə böyük potensial imkanları var.

Onu da deyim ki, Azərbaycanda özümü evdəki kimi hiss edirəm. İnsanlarınız  çox dostcanlıdır.

Azərbaycan muğamını çox sevirəm, mətbəxinizi həmçinin. Bir sözlə, Azərbaycanda olmağımdan çox məmnunam.

 

 

Pərvanə

 

525-ci qəzet.- 2013.- 22 yanvar.- S.5.