Elmə bağlı ömür

 

Rütbələr içində seçilir biri

Hamıdan ucadır alimin yeri

 

Nizami Gəncəvi

 

 

Doğrusunu deyim ki, Zeynal müəllimlə hər dəfə təmasda olanda dahi İbn Sinanın bu sözlərini xatırlayıram: “Yaxşı insan yaxşılar arsında meydana gəlir”. Əlbəttə, ömrünün 37 ilini BDU-ya bağlayan Zeynal müəllim əsl elm məbədi sayılan bu ocaqda xeyirxahlığı, ziyalılığı ilə çoxlarına örnəkdir. Bu uzun illər ərzində Zeynal müəllim öz zəhmətkeşliyi, elmə bağlılığı ilə bir daha sübut edib ki, həyat xəzinəsinin açarıelmlə ağlın vəhdətindədır.

Mən əvvəllər onu yalnız BDU-nun istedadlı nüfuzlu alimlərindən biri kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. İllər kecdi Zeynal müəllimin əsl Azərbaycan ziyalısı olduğunun, alim ömrünün ucalığında durduğunun şahidi oldum.

Zeynal müəllimin bioqrafiyası onun haqqında hər şeyi özü deyir.

Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirdikdən sonra 1976-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olur. xoşbəxtlikdən tale onu birdəfəlik bu möhtəşəm elm məbədinə bağlayır.1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Azərbaycan tarixinin ən şərəfli dövrlərindən olan Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir tədqiqat yoluna qədəm qoyur. Günlərlə, aylarla kitabxanalarda, arxivlərdə axtarır, arayır, mütaliə edir, fakt toplayır. Beləliklə, 1991-ci ildəSəfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isəSəfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)” doktorluq işini müdafiə edir. Doğma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən Beynəlxalq münasibətlər beynəlxalq hüquq fakültəsinə tanınmış istedadlı alim, tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik edir.

Yəqin rəhbər olmaq üçün yüksək idarəetmə mədəniyyətinə malik olmaq gərəkdir. Kimlərinsə əlindən tutmaq, dəyərli məsləhət vermək, təmənnasız xeyirxahlıq etmək. Budur insanlığın, rəhbərliyin ali göstəricisi. Yüksək idarəetmə mədəniyyətinə malik olan Zeynal müəllim bir dekan kimi, istər fakültə əməkdaşlarının, istərsə tələbələrin qayğısına qalır, onların problemlərinin həllinə dəstək olur. Hazırda fakültədə təhsilin yüksək səviyyədə günün tələblərinə uyğun qurulmasında Zeynal müəllimin rolu danılmazdır. Belə ki, universitetdə fəaliyyət göstərən İnformasiya Texnologiyaları Mərkəzi əməkdaşlarının fəal iştirakı ilə fakültədə kafedralar, fənn kabinetləri, kitabxana komputerlərlə təchiz olunmuş universitetin lokal şəbəkəsinə qoşulmuşdur.

Son illər universitetimiz dünyanın bir çox tanınmış universitetləri ilə birliyi yaradıb. Bunun nəticəsidir ki, beynəlxalq münasibətlərin hüquqi baxımdan tənzimlənməsinin həm gələcək peşəkar mütəxəssislərdən asılı olduğu üçün innovativ tədris uğuruna geniş yol verilir. Təfəkkür etibarilə həmişə  yeniliyə can atan dekanın da fəaliyyəti nəticəsində fakültə istər universitet səviyyəsində, istərsə ölkə səviyyəsində bir çox nailiyyətə, uğurlara nail olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri sırasında bərabər hüquqlu dövlət oldu. Xaricdə Azərbaycan səfirliklərinin, nümayəndəliklərinin getdikcə artdığı şəraitdə fakültənin üzərinə böyük vəzifələr düşdüyü aydındır. Bu fakültə o zərurətdən yarandı ki, milli kadrlarımızı dünya dövlətlərinə göndərə bilək.

İndi dünyanın 30-dək dövlətində bu fakültəni bitirmiş kadrlar var. Beynəlxalq təşkilatlarda, qeyri-dövlət təşkilatlarında, səfirliklərdə bu fakültənin məzunları çalışırlar. 2011-ci ilədək bu fakültədə beynəlxalq hüquq, beynəlxalq münasibətlər beynəlxalq jurnalistika ixtisasları tədris edirdi. Lakin bir müddət sonra əvvəl beynəlxalq jurnalistika ixtisası Jurnalistika fakültəsinə, sonra isə beynəlxalq hüquq ixtisası Hüquq fakültəsinə verildi fakültənin adı dəyişdirilərək Beynəlxalq münasibətlər iqtisadiyyat adlandırıldı.

1991-ci ildə üç ixtisas üzrə 55 nəfər tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 1500-dən artıq tələbə təhsil alır. Onların arasında Türkiyə, Əfqanıstan, İran, Rusiya Gürcüstandan gələn tələbələr var.

Otuz yeddi ildən çoxdur ki ömrünü bir elm ocağına bağlamaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Zeynal müəllim bu illər ərzində BDU-nun hər nailiyyətini, uğrunu öz uğuru kimi qarşılayıb, sevinib. Çalışıb ki, ona bəslənən ümidləri doğrultsun. Buna nail olub. Ona görə bəlkə 60 yaşın zirvəsinə necə, vaxt gəlib çatdığını duymayıb. Bu günlərdə Zeynal müəllim ömrünün müdrik bir cağına qədəm qoyacaq. O çağına ki, geriyə dönəndə orada, istedadlı zəhmətkeş alim ömrü, xeyirxah insan taleyi var. Bu ömrün daha uğurlu olması arzusu ilə sizə Tanrı sevgisi, Tanrı qayğısı arzulayırıq, əzizimiz Zeynal müəllim!

 

 

 Afaq Sadıqova,

BDU Jurnalistika fakültəsi,

Qəzet laboratoriyasının müdiri

 

525-ci qəzet.- 2013.- 23 yanvar.- S.8.