Dolubu dəfə “Amirani”də

 

 Tbilisidəki “Amirani” kinoteatrında yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolufilmi nümayiş etdirilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən qəzetimizə verilən məlumata görə, filmin yaradıcı heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib. Sonra 9 Aprel Tbilisi faciəsi şəhidlərinin abidəsi önünə əklil qoyulub.

 Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra film nümayiş etdirilib. Filmin ssenari müəllifi Aqil Abbas deyib ki, Tbilisidə “Dolufilminin təqdimatı Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşəbbüsü, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə baş tutub:Filmin Gürcüstanda göstərilməsi çox xoşdur, onun gürcü dilinə tərcümə olunması isə gürcü tamaşaçıların bu ekran əsərini daha yaxşı anlamasına gözəl şərait yaradıb. Məncə filmin yaradıcı kollektivi məqsədinə nail olub. Belə ki, biz filmdə məğlub olmadığımızı, ağır itkilər versək də çökmədiyimizi və mütləq öz torpaqlarımıza qayıdıb Qarabağı azad edəcəyimizi nümayiş etdirə bilmişik. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik”. A.Abbas filmin qələbəyə inam yaratdığını, vətənpərvərlik hissləri aşıladığını qeyd edərək Azərbaycan ilə eyni taleli, Abxaziya və Cənubi Osetiyanı itirmiş Gürcüstan üçün də maraqlı olacağına əminliyini ifadə edib.

Quruluşçu-rejissor Elxan Cəfərov filmdə xalqımızın göstərdiyi qəhrəmanlıq ön plana çəkilib: “Müharibə haqqında film çəkmək texniki, mənəvi, psixoloji baxımdan çətindir. Zənnimcə bizim filmdə yaradıcı qrup istəyinə nail olub”.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Qarabağ müharibəsinə həsr olunmuşDolufilminin mövzusunun gürcü ictimaiyyətinə də yaxın olduğundan onun böyük maraqla izlənildiyini və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. A.Hüseyn azadlıq uğrunda mübarizəyə qalxmış xalqı faciəyə məruz qoyanların haqlı cəzalarını alacaqlarına əmin olduğunu bildiribümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən hakimiyyətə qayıdışı ilə dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması işində böyük irəliləyişə nail olunduğunu deyib.

Reinteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət naziri Paata Zakareişvili filmin qəhrəmanlıq, mərdlik nümunəsi olduğunu qeyd edib. Gürcüstan parlamentinin deputatı, akademik Demur Başaleişvili bildirib ki, “Dolufilmi çox cəsarətlə çəkilib və finalı da çox yaxşıdır: “Yaradıcı heyəti təbrik edirəm və belə bir aktual mövzuya müraciət etdiklərinə görə onları alqışlayıram. Deputat demişdir ki, bu, əsl qələbədir, özü də yalnız yaradıcı kollektivin deyil, bütün Azərbaycan xalqının qələbəsidir”.

Qeyd edək ki, bu, filmin Azərbaycanda və xarici ölkələrdə 30-cu təqdimatıdır.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 23 yanvar.- S.7.