Şairin xatirəsinə
Ömrü boyu, həyatının ən çətin anlarında belə nikbin olmağa, gələcəyə ümidlə baxmağa çalışan, yazılarında bir güc, bir inam, insanın qəlbini isidəcək bir hərarət olan, günəşə baxan və günəş şüaları kimi misrlarayla ürəklərin buzunu əritməyə çalışan bir şair qəlbi döyüntülərini misralara pıçıldayıb susdu... Hər bir insan həyatda ruhən güclü, nikbin olmağa çalışsa da elə anlar olur ki, həyatın, dünyanın özü bir yarpaq kimi saralıb gözündən düşür. İndi Moskvanın bu soyuq qarlı qışında bir çox dost-tanışlarla birgə mənim də qəlbim üşüyür, ürəyimdə, gözlərimdə yaş donur. Bəzən od da, alov da donur, buz kimi, çıraq şüşəsi kimi kövrək olur, zaman dayananda hər şey donur...
Hər şairin dünyadan köçməyi təkcə bir ömrün baş günü deyil, həm də bir zamanın sonudu.
Yer üzündə xəzəllər son dəfə gülər,
Son dəfə dil
açar, diləyər
kömək.
Ömür ağacından güllər
tökülər,
Payızın saralmış yarpaqları
tək.
Çəkər öz ardıyca
məni tale, bəxt,
Əlimdən nə gəlir, öndə – qar, külək.
Bir gün, son günüm də o son yarpaq tək,
Ömür ağacımdan qopub düşəcək.
Bu misralar qürbətdə,
nəhəng Rusiyanın
baş şəhəri
Moskvada yaşayan həmyerlimiz, qələm
dostumuz, söz sirdaşımız olan şair Sabir Abdullanın 2006-cı ildə Moskvada nəşr olunan “Günəşə bax” adlı kitabının son
səhifəsindəndi. Bu günlərdə acı bir xəbər hamımızı titrətdi,
sarsıtdı. Uzun
müddət xəstə
yatan, ölümlə
çarpışan, həyatda
həmişə nikbin,
gülərüz, təmkinli
və cəsarətli
insan, hər şeydən öncə kövrək qəlbli şair olan bir insan, arzuları,
ümidləri yarı
yolda qaldı, 8 yanvar 2013-cü ildə gözlərini əbədiyyətə
qapadı... O hələ
oğul evləndirməli,
qız köçürməli,
nəvə qığıltısı
eşitməli idi, hələ neçə-neçə
kitablıq sözlərlə
dolu ürəyini misra-misra boşaltmalı idi. Göylərin sirrini yerdə açmaq olmur ki?!..
Onun yaxınlarına, əzizlərinə,
dostlarına səbr və əziz qələm qardaşımıza
Allahdan rəhmətlər
diləyirik!
Məmmədov Sabir Abdulla oğlu
1950-ci il 15 iyunda Şəkidə, Oraban kəndində doğulub. Azərbaycan Politexnik İnsititunu və Moskvada Qorki adına
Ədəbiyyat İnstitunu
bitirmişdi.
Azərbaycan və Rusiya Yazıçılar Birliyinin
üzvü idi.
Ədəbiyyat üzrə
V.Tsıbin adına
mükafata layiq görülmüşdü. Rusiyadakı azərbaycan
diasporunda, eləcə
də rusiya şairləri arasında tanınmış və sevilən bir şəxsiyyət idi.
Qəlbi
Vətənə, taleyi
şeirə bağlı
şairin Moskvada nəşr olunan Azərbaycan və rus dilində kitabları ilə, gözəl və mənalı şeirləri
ilə yaddaşlarda öz yeri var. Doğulduğu gündən
öləcəyi bəlli
insanın ömrü
sanki bir məchulluğa doğru gedən yoldu. Zaman-zaman hər bir insan həyatın
mənasını dərk
etməyə çalışır.
Və bu əbədi sual-cavablara ən həssas yanaşanlar şairlərdi. Sabir
Abdullanın klassik rübailər səpkisində
belə bir şeiri var:
– Hardansan, nəçəsən?
Sual verməyin,
Cahan millətimdir,
dünya Vətənim.
Bir gün mən öləndə kədərlənməyin,
Ölümlə qurtarmır ömürüm
mənim.
Doğrudan da sənətkar ömrü, şair ömrü, ölümlə
bitmir. Onun yazdığı, yaratdığı, qəlbinin
ən dərin, pak qatlarından süzülüb gələn
əsərlərində, şeirlərində
qalır. Sabir Abdullanın
geniş yaradıcılıq
irsi var, bu ayrıca bir tədqiqat və araşdırma tələb edir. Mən istərdim ki, oxuculara onun son şeirlərindən bir dəstə, çələng
təqdim edim. Ola bilsin məzarı
üstünə qoyulan
güllər solacaq, təravətini itirəcək,
amma onun şeirləri həmişə
tər-təzə, doğma
Şəkisinin, doğulduğu
Oraban kəndinin baharda açılan gül-çiçəkləri kimi təravətini saxlayacaq. Bu şeirlərdə
yetkin bir şair düşüncəsi,
həyatın son damlasını,
acısını da mərdliklə qəbul edən müdrik bir insanın ibrətamiz
və poetik düşüncələri var. Bu şeirlər sanki şair Sabir Abdullanın son qu quşu nəğmələridir. Bu möhtəşəmlikdə
misralar yalnız şair ömrünün sonunda, əbədiyyət
qapısının önündə
yazıla bilər...
Gəlişim sualdır, gedişim
bir sirr,
Nələr görməmişəm, nələr görəcəm...
Sabir ABDULLA
SAĞLIĞIMDA GƏL
Mən xəstəxanada olan zaman bir nəfər
doğma adam
telefonda məndən soruşdu: “Səni görməyə nə vaxt gəlim?”
Günaha
batmışam, halım
indi yox,
Günahkar yanına öz ağlında gəl.
Sən məni görməyə
can verəndə yox,
Sən məni
görməyə sağlığımda
gəl.
Sən məni görməyə sağlığımda gəl,
Hələ tükənməyib səsim,
nəfəsim.
Fikrində, qəlbində inam
ək, becər,
Zərrəcə ümid ver – bəsimdir, bəsim.
Tufanlar qoynunda çırpınır
ömür,
Həyatın zövqünə çatmayır
da əl.
Sanıram üstümə Əzrayıl
dönür,
Sən məni
görməyə sağlığımda
gəl.
Sən məni görməyə sağlığımda gəl,
Giley-güzarları saxla sabaha.
Bir gün axtaracan məni əlbəəl,
Bir gün axtaracan... Mən yoxam daha?!
Göylərin qoynunda keşikçin
ollam,
Yer üstdə heç nəyə qoyma da məhəl.
Allahdır can alan, ömrü saxlayan,
Sən məni
görməyə sağlığımda
gəl.
Sabir Abdullayam, halım indi yox,
Halımı duymağa öz ağlında gəl.
Sən məni görməyə
can verəndə yox,
Sən məni
görməyə sağlığımda
gəl.
Moskva. 01 iyul 2012-ci il.
SAXTALIQ
Möcüzə qoynunda titrəyir
səsim,
Heyrət axarında mən bata-batda.
Hər kəlmə başında
“can” deyən kəsi,
Qarğışı ürəkdən, alqışı
saxta.
Yersiz qürrəliyib özəyi
şöhrət,
Şöhrət sevənlərin sevgisi yalan.
Məqsədlə edilən yaxşılıq,
hörmət,
Söyüşdən, yumruqdan yamandır, yaman.
Nadürüst kimsənin ocağı
saxta,
Nəfsinin alovu, közü saxtadır.
Beşiyi,
qundağı, qucağı
saxta,
Əməli saxtadır, sözü saxtadır.
Zorla qürrələnib, zorla gülməkdən,
Bir daşa
könüllü dönmək
yaxşıdır.
Pul üstə kif basıb ömür sürməkdən,
Çul üstə fərəhlə
ölmək yaxşıdır.
Güldanda toz basıb ipək güllərin,
İyi yox, qoxu yox – baxışı
saxta.
Könül ovsunlayan “şəkər”,
“bal” dilin
Qəlblərə vurduğu naxışı
saxta.
Yolun əyrisini seçsən əzəldən,
Getmə...
gedirsənsə, “cəhənnəmə
get”...
Cənnətdə könülsüz veyillənmə
sən,
Sidqi ürək ilə cəhənnəmə get.
Mərmər şahənşahda ət
ürpəşir, ət,
Qızılı taxt-tacın kişisi axta.
Minlərlə yoğrulan nəzakət,
hörmət,
Qayğı, məhəbbət də saxtadır, saxta.
Hara boylanırsan nağıldır,
nağıl,
Toyda gülməyən
kəs hüzürdə
gülür.
Dağ boyda atanı görməyən oğul,
Darı böyüklükdə daş-qaşı
görür.
Məzmunsuz dastandır şərəfsiz
ömür,
Dastanın bu başı, o başı saxta.
Sağlığı bir yana rəzil
ömürün
Qəbrinə qoyulan başdaşı saxta.
Quruluq evinin yolları əyri,
Cah-cəlal içində xəstədi
vicdan.
Bu dünya Adəmdən, Həvvadan bəri
Göz yaşı
axıdır, ya axıdır qan.
Əsilsiz kimsənin qanı
da saxta,
Yağını çıxartsan – yağı
saxtadır.
İştahı təbii, imanı
saxta,
Gözünün qarası, ağı saxtadır.
ULDUZUMUZ SÖNDÜ...
Ayaq izlərindən soruşdum
səni,
Yolları göstərdi, yollar duman, sis.
Qovuşub ayrılan cığırlar
kimi,
Görüşdük, ayrıldıq səssiz-səmirsiz.
Yağdı aramıza yağış,
dolu, qar,
Günəşi axtardım, günəş
görünməz.
Sandım
ki, üstümə dartındı dağlar,
Dağlar da sevgidir, sevgi
bölünməz.
Qorxunc xəbərlərdən titrəyəndə
can,
Demə, tükənərmiş ürəyin
sözü.
Qımışa-qımışa dolanan hicran,
Oxşada-oxşada ayırdı bizi.
Görüş yerlərinə bir
dön, qayıt gəl,
Qayıt bax, gör necə
dünya daraldı.
Min-min ulduzların içində
bircə,
Bizim ulduzumuz
söndü, qaraldı.
Sultan MƏRZİLİ,
“Şəhriyar” Ədəbi Mədəni
Cəmiyyətinin poeziya və nəsr üzrə katibi
525-ci qəzet.- 2013.- 24 yanvar.- S.8.