YOLUN AXIRINA
ÇIXASAN GƏRƏK
Yolu yoxuşacan getməyə nə var,
Piyada yolçunu ötməyə
nə var,
Bir anda görünüb, itməyə nə var,
Yolun axırına
çıxasan gərək.
Hər naşı yolçudan bil, səyyah olmaz,
Hər oğul başını bu yolda qoymaz,
Başını qoymasan, o yol qorunmaz,
Yolun axırına
çıxasan gərək.
Hesaba almayıb gəlir-çıxarı,
Onlardan qalxasan bir az yuxarı,
Günəşdən öyrənib
boy boylamağı,
Yolun axırına
çıxasan gərək.
Sıyrıla biləsən suçdan, suçludan.
Qorxmayasan yol kəsəndən, qoçudan.
Onları
seyr edib, çox-çox ucadan,
Yolun axırına
çıxasan gərək.
Dərələr keçəsən, dağlar
aşasan.
Dağa güvənəsən, doğmalaşasan.
Ən uca zirvəyə bayraq sancasan.
Yolun axırına
çıxasan gərək.
Yol səni
incitsə, yorsa, dözəsən.
Ayağın döyənək olsa, dözəsən.
Ölmək lazım olsa, gərək öləsən.
Yolun axırına
çıxasan gərək.
AYIQDIR VƏTƏN
Vətən, Vətən demək
hələ azdır, az.
Sevənlər boş yerə hay-küy qoparmaz.
Sözlərin möhürü əməldir,
əməl,
Əməlsiz kəlmədə yoxdur bir səmər.
Vətəni sevməyin min bir
yolu var,
Hər yolun ayrıca öz yolçusu var.
Biri baş işlədir onun yolunda,
Biri fidan əkir onun qoynunda.
Qəhrəmanlar Vətən üçün
can verir,
Öz ömründən
sənə, mənə
pay verir.
Onlara laqeyd olan vətəndaş,
Düşmənlə ya dostdu ya
da ki, qardaş.
Vətəni sevəni seviriksə
biz,
Demək tükənməyib vətən
eşqimiz.
Vətən hara, boşboğazlıq,
laf hara?
Kimlər bu Vətəni qoydu qumara?!
“Lal məhəbbət
– bal məhəbbət”, deyiblər.
“Təkcə qəlbdə
qal məhəbbət”,
deyiblər.
İlahi
sevgiyə laiqdir Vətən,
Aldada bilməzsiz, ayıqdır
Vətən!..
TALEYİN OYUNUNDA
Həyatım tənha qayıq,
Dünya okeanında.
Atır-tutur qayığı
Öz əngin
sularında.
Əlimdə nə avar var,
Nə də ipək yelkənim.
Kimsədən kömək ummaz,
Mənim sükansız gəmim.
Gedirəm son limana
Fırtınalar qoynunda.
Ölləm, təslim olmaram,
Taleyin oyununda.
Zeynalabdin Novruzoğlu
525-ci qəzet.- 2013.- 24 yanvar.- S.8.