KAİNAT
KİMİ
Üzünü
sevirəm!
Üzün
həyatın özüdü.
Enişli,
yoxuşlu,
Dağlı,
dərəli,
Yaraşıqlı,
mənzərəli!
Gözünü
sevirəm!
Gözün
həyatın özüdü.
Dənizli,
dalğalı,
Tufanlı,
ləpəli.
Cənnəti
bu dünyada tapmışam,
O
gözlərdən öpəli!
Özünü
sevirəm,
Sən
həyatın özüsən.
Həmişə
canlı,
Həmişə
hərəkətdə,
İşdə,
sevgidə, bərəkətdə.
Üzünə
də, gözünə də,
Özünə
də qurbanam
Həyat
kimi.
Səninlə
işıqlıyam
Günəş
kimi,
Kainat
kimi!
ÜRƏYİMDƏN KEÇƏNLƏR
Yolçunu
isindirən
yanar
oddu-ocaqdı,
Dağ
döşündə qaynayan,
göz-göz olan bulaqdı.
Bar
altında əyilən
çarpazlanmış budaqdı,
Ürəyimdən
keçənlər!
Göz
yaşı qədər duru
dağlardan axan sudu,
Göy
meşədə, çəməndə
ötən qumrudu, qudu.
Anasının
dalınca
qaçan körpə quzudu,
Ürəyimdən
keçənlər!
Gəncliyim,
gerçəkliyim,
düzlüyüm, şaxlığımdı,
Həm sərtliyim,
bərkliyim,
həmi
yumşaqlığımdı.
Kövrək
körpəliyimdi,
dəcəl uşaqlığımdı,
Ürəyimdən
keçənlər!
Yer
üzündə insandı,
göy
üzündə mələkdi,
Şah-vəzirdi,
nökərdi,
hökmdardı, fələkdi.
Bir ürəyə
sığmayan
min-min
azan-diləkdi,
Ürəyimdən
keçənlər!
Solub gedən
çiçəkdi,
sönən közdü-kömürdü,
Alnımıza
yazılan
göstərişdi, əmrdi.
Torpaqdan
boy göstərib
torpaq
olan ömürdü,
Ürəyimdən
keçənlər!
ŞİRİN DÜNYA
Bulağı
sərin dünya –
Min il ömrüm olaydı,
Sularından içəydim.
Dərələrə
hay salıb,
Çaylarından keçəydim.
Neməti
şirin dünya –
Şirin
nemətlərini
Hey
daddıqca dadaydım.
Ömrün-günün
vaxtını,
Çəkəydim, uzadaydım.
Söhbəti
dərin dünya –
Dərin
söhbətlərinə
Tez-tez qulaq asaydım.
Nə
yaratdın, nə qurdun,
Hamısını
balam tək,
Öz bağrıma basaydım.
Heyf o sərinliyə,
Heyf o
şirinliyə,
Heyf o dərinliyə.
Ömür
azdı, vaxt qısa,
Toydan
çox həyat bizi,
Yasa
çağırır, yasa!
MƏNƏM
Çiçək
ölüsüyəm, gül dəlisiyəm,
Əllərdə güllərin dəstəsi mənəm.
Ağacda
yarpağam, yarpaqda nəğmə,
Budaqda quşların bəsdəsi mənəm.
Hər
biri nəğməli, neyli bir dodaq,
Qurumur dağ çayı, qurumur bulaq.
Sağlamdı
təbiət, sağlamdı torpaq,
Ana təbiətin xəstəsi mənəm.
QƏLBİNİ DƏ, QAPINI DA
AÇIQ SAXLA
Dərd qəlbini
deşik-deşik dələn olar,
Öz dərdinin soyuğunda ölən olar.
Öz
ömrünü sənin ilə bölən olar,
Qızdır
evi qəlbindəki od-ocaqla,
Qəlbini
də, qapını da açıq saxla!
Vaxtsız
ağrı qamətini əysə belə,
Sevənlərin qəmdən libas geyə belə.
Vaxtsız
əcəl qapıları döysə belə,
Sən həyatı
həyat kimi sıx, qucaqla,
Qəlbini
də, qapını da açıq saxla!
Allah səni
ocaq kimi pir eləsin,
Min dərdini heç eləsin, bir eləsin.
Tanrı
sənə öz qəlbində yer eləsin,
Min
qucağa salam göndər bir qucaqla,
Qəlbini
də, qapını da açıq saxla!
Ustad bilər,
ozan bilər, lələ bilər,
Sevincini, həsrətini bölə bilər.
Yolçu
olan səni deyib gələ bilər,
Yaxşılıqda
yüzə yetiş, mini haqla,
Qəlbini
də, qapını da açıq saxla!
Bu
dünyanın bu başından o başına,
Sevinc göndər yoldaşına, qardaşına.
Görən
görsün, bilən bilsin, duyan duysun,
Bir
sirdaş ol yerlə, göylə, bu torpaqla,
Qəlbini
də, qapını da açıq saxla!
BU GÜN
Yaşıllığın
meydanı,
yazın
gəlhagəl çağı,
Sevgiylə
dolub daşır
yerin
qoyun-qucağı.
Canlılar
həsrət ilə
gözləyirdi bu çağı,
Sudan o qədər
içib
özünə sığınır dərə,
Bu gün
vergi verilib
güllərə-çiçəklərə!
Təbiətin
qoynunda
tükənməz xəzinə var,
O xəzinə
içində
sərvət dolu sinə var.
O
coşqun nəğmələrdə
yaşıl dağ var, binə var,
Özüm
də gülə döndüm
güllərdən dərə-dərə,
Bu gün
vergi verilib
güllərə-çiçəklərə!
Xallı
kəpənəyi də,
arısı da kefdədi,
Qara
qarışqası da,
qarası
da kefdədi.
Yaşılı
da, alı da,
sarısı da kefdədi,
Ətirdi
başdan başa
cığır, keçid, bənd-bərə,
Bu gün
vergi verilib
güllərə-çiçəklərə!
Dünya
Allah vergisi,
Allah verən
gözəldi,
Həm
bitirən, yetirən,
həm
də dərən gözəldi.
Hər
gülün ləçəyində
haqqı
görən gözəldi,
Tanrı
sevdiklərini
tutub
qızıla, zərə,
Bu gün
vergi verilib
güllərə-çiçəklərə!
ÜMİDLƏR QIRILANDA
Heç
nə qalmır geridə
gücündən, tutarından,
Uçub
gedən durnalar
üzülür qatarından.
Sevənlər
ayrı düşür
sirdaşından, yarından,
Ümidlər
qırılanda!
Ayaq yerdən
üzülər,
əl
göydən, göz işıqdan,
Heç
nə çatmır imdada
əvvəlki yaraşıqdan.
Dan
sökülmür gün doğa,
yoxa
çıxır işıq, dan,
Ümidlər
qırılanda!
Axmaq
qocalıq gəlir
cavanlığın dalınca,
İstə,
ya da istəmə
başın enir balınca.
Hər
ağrı ürəyində
dönür paslı qılınca,
Ümidlər
qırılanda!
Nizamı
pozulan arx,
uçuq
dəhnə görünür,
Dünya
nimdaş görünür,
dünya
köhnə görünür.
Hansı yana baxırsan
qanlı
səhnə görünür,
Ümidlər
qırılanda!
Hər
şey olan nə varsa,
dönüb birdən heç olur,
Təzə
yurd qəbir evi,
yurddan
yurda köç olur.
Hər
şey sınır, qırılır,
çox
arzular puç olur,
Ümidlər
qırılanda!
RUHUMA TOXUNMA
Ruh
Tanrı payıdı verib insana,
Ruhuma toxunma, qəlbimə dəymə.
Yaralı
quş kimi perikdirirsən,
Ruhuma toxunma, qəlbimə dəymə.
Ətri-təravəti
çiçək kimidi,
Hökmdə, qüdrətdə fələk kimidi.
Mələklər
yanında mələk kimidi,
Ruhuma toxunma, qəlbimə dəymə.
İnamsız
bir ömür hədərdi, hədər,
Onu zaman-zaman şübhələr didər.
Ucadı
Allahın varlığı qədər,
Ruhuma toxunma, qəlbimə dəymə.
Yellənir
beşikdə, gülür bələkdə,
Dadı
var, tamı var duzda, çörəkdə.
Dünya
nemətidi ruh da, ürək də,
Ruhuma toxunma, qəlbimə dəymə.
Məhəbbət
dünyası dərindən dərin,
Olmasın aramız, olmasın sərin.
Bədənim
yerindi, ruhum göylərin,
Ruhuma toxunma, qəlbimə dəymə.
SU
Dünyada
nə qədər dağ çayları var,
Hamısı
süzülüb canımdan çıxsa
Yenə də yanğımı söndürə bilməz.
Dünyanın
nə qədər bulaqları var,
Üzümdən
süzülsə, gözümdən axsa
Yenə atəşimi söndürə bilməz.
Dünyanın
nə qədər dənizləri var,
Yığılıb
qəlbimdə bir ümman olsa,
Canımda
birləşib canhacan olsa,
Yenə də ağrımı söndürə bilməz.
Olsa da
qarşımda min cürə ruzu,
Yenə də ürəyim su istəyir, su.
GEDİR
Sayırıq
axşam sabahı,
Günlərimiz keçib gedir.
Dərd
yaxasız köynəyini,
Bizim üçün biçib gedir.
Nə
behi var, nə bazarı,
Öndə hazırdı məzarı.
Cəllad
kimi dərd-azarı,
Qanımızı içib gedir.
Həyat
qısa duş kimidir,
Yolları yoxuş kimidir.
İnsan
oğlu quş kimidir,
Yurddan-yurda köçüb gedir.
GÖZƏLDİ
Yağışın
səsidir, qarın səsidir,
Sellərin nəğməsi gözəldi, qardaş.
Zirvələr
həmişə zildən oxyur,
Yellərin nəğməsi gözəldi, qardaş.
Daşlar
da dil açıb gəlir həvəsə,
Can cana toxunur, nəfəs-nəfəsə.
Yaşılbaş
sonalar verir səs-səsə,
Göllərin nəğməsi gözəldi,
qardaş.
Alışıb
sönəni yadına salır,
Yaddaşa dönəni yadına salır.
Keçmişi,
dünəni yadına salır,
Çöllərin nəğməsi gözəldi, qardaş.
Yorulmaz
ötməkdən nə dodaq, nə dil,
Əyil
bu qüdrətin önündə, əyil!
Min il oxusan da tükənən deyil,
Ellərin havası gözəldi, qardaş.
OLMUŞAM
Yunus Əmrəyə nəzirə
Təbiətin
bir parçası mənəm, mən,
Yaranan yurd, yaradan əl olmuşam.
“Məni
görən bir pula saymaz idi”,
Çöl daşıydım, çevrilib ləl
olmuşam.
Xəzər
kimi dalğalanıb coşmuşam,
Hər ürəkdə ötən bir tel olmuşam.
Mayalanıb
ağacların kökündən,
Şahdağından əsən bir sel olmuşam.
Yaranmışam
zəlzələdən, tufandan,
Göygöl kimi sehrli göl olmuşam.
“Bir
göl idim qıldı ərənlər nəzər”,
Xalqa dönüb ağır bir el olmuşam.
Verən
verib vergisini dostuna,
Söz sarıdan qisməti bol olmuşam.
Yoldan gəldim,
haqq yolları dolandım,
Özüm indi yollara yol olmuşam.
OLMADI
Çiçək
– Cəfər ömrüdü,
Çiçək – Müşfiq ömrüdü.
Çiçək
– Cavid ömrüdü,
Açdı, açdı, solmadı.
Cəfər
köçüb gedəndə,
Müşfiq
güllələnəndə,
Cavid
sürgün olanda,
Hansı
çiçək, hansı gül,
Saçlarını yolmadı.
Müşfiqi
də yaşatdı,
Cəfəri
də yaşatdı,
Cavidi də
yaşatdı,
Nəğməkarsız,
nəğməsiz
Bizim bircə
günümüz,
Olmadı ki, olmadı.
DÜNYADAN KÖÇƏN MƏNƏM
Beşikdən
qəbrə qədər
ağlayıram, gülürəm,
Ömrümü
ömürlərə
paylayıram, bölürəm.
Min illərdi
doğulur,
min illərdi
ölürəm,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Dünya
nədir, həyat nə,
ötüb keçən an nədi,
Axşam
nədi, sabah nə,
cahan nədi,
can nədi.
Damarı
qarışdıran
ağ
qan, qara qan nədi,
Loğman
kimi öyrənib,
təbib
tək seçən mənəm.
Qarışır
torpaqlara
ahı,
tüstüsü, külü,
Puç
olan arzuların
bir də
açılmaz gülü.
Bir bədəndi,
bir kəfən
torpaqda
yatan ölü,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Gəlir
qəbir qazanlar,
qəbir yeri qazılır,
Kim
olmuşam dünyada
baş
daşına yazılır.
Yağış
döyür, qar vurur,
yazılanlar pozulur,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Gah toyda,
gah yasdadı,
qəmli
keçir, şən keçir,
Ayaz,
şaxta, boz bulud
keçir, ömürdən keçir.
Ömür
yanır, qurtarır,
közdən, kömürdən keçir,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
Zəhəri
şərbət kimi
qaldırıb içən mənəm,
Əkən,
səpən, göyərdən,
zəmini
biçən mənəm.
Körpü
salan, yol çəkən,
körpüdən keçən mənəm,
Dünyaya
qonan məndim,
dünyadan köçən mənəm.
QÜRBƏT
Darıxmışam
Vətən üçün,
Xiffətdəyəm, xiffətdəyəm.
Sanki
qaranlıq gecədə,
Zülmətdəyəm, zülmətdəyəm.
Hədər
keçir ömür hədər,
Sevinmək yox zərrə qədər.
Məni
gözdən qoymur kədər,
Diqqətdəyəm, diqqətdəyəm.
Qəlbən
içi yanan neydi,
Duyğularım qara geydi.
Doğmalıq
çox yaman şeydi,
Həsrətdəyəm, həsrətdəyəm.
Sağım
dərdli, solum qəmli,
Yanaq yaşdı, kirpik nəmli.
Vaxt
amansız, ömür kəmdi,
Zəllətdəyəm, zəllətdəyəm.
İstilik
yox od-ocaqda,
Söz donur dildə-dodaqda.
Doğma
yurdum çox uzaqda,
Qürbətdəyəm, qürbətdəyəm.
TORPAQ OL
YAŞA
Sükutdan
qaç,
Qəlbini
aç,
Nurunu
saç,
Ocaq ol
yaşa!
Sevsinlər
boyunu,
Çalsınlar
toyunu,
İçsinlər
suyunu,
Bulaq ol
yaşa!
Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol
yaşa!
Süfrəni
bol aç,
Sevgiyə
qol aç,
Yolsuza yol
aç,
Çıraq
ol yaşa!
Yaşat
dünyanı,
Yaşat
cahanı,
Yaşat
insanı,
Torpaq ol
yaşa!
ÇOX GÖZƏL
Gördüyümüz
nəyi varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
Yeri varsa,
göyü varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
Al
işığı ulduzundan, Ayından,
Tut
mayanı çeşməsindən, çayından.
Doymaq
olmur baharından, yayından,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
Yaylağa
bax aşağıdan yuxarı,
Bu yarıdı, bu gülüdü, bu xarı.
Şeir
oxuyur dağ çayının axarı,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
İnsan
onu görmədi də, gördü də,
Yaraşıqdı dörd fəslin dördü də.
Sevinci də,
möhnəti də, dərdi də,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
Eldən-elə,
evdən-evə hay oldu,
Sevgi gərdi, yurddan yurda pay oldu.
Oğlan
sevdi, qız bəyəndi, toy oldu,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
Uca durdu
ucaların ucası,
Min illərlə tüstüləndi bacası.
Qoca
dünya qocaların qocası,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
Gözümüzdə
gözəlliyin möhrü var,
Sirr içində min bir sirri, sehri var.
Axşamın
da, sabahın da mehri var,
Çox gözəldi, çox gözəldi, çox
gözəl.
18.01.2013
ƏZİZİM
Sən
ki, cavanlığın yaraşığıydın,
İşıqlı günlərin gur
işığıydın.
Alnından
Ay doğan haqq aşığıydın,
Çoxalıb alnında qırış, əzizim.
Hayana
çağırır içindəki səs,
Hayandan danışır çəkdiyin nəfəs.
Ölməyə
tələsmə, qalmağa tələs,
Sellərə, sulara qarış, əzizim.
Bir
gün ağ geyəcək qaralar geyən,
İnsandı yedirdən, torpaqdı yeyən.
Bir
gün ölüm olsa qapını döyən,
Barış taleyinlə, barış, əzizim.
Zəlimxan YAQUB,
Xalq şairi
525-ci qəzet.- 2013.-
26 yanvar.- S.28.