Zaman haqqında dərdlərin rekviyemi
“ Bir
mən vardı, məndə məndən içəri”....
(Yunus Əmrə)
Göylərin
yeddi qatından
Qəriblərin
ovqatından
Qəmlərimin
çatından
Keçib
sinəmə tuş gəldi
Xoş gəldin, dərdim, xoş
gəldin!
(Zakir Fəxri)
Hamıdan uzaqda, insanlardan kənarlaşıb tamam uzaqda dayanan və çiynində tabut gəzdirən bir nəfər var....
Və o
insanın fırçasını dərdlərə
batıraraq çəkdiyi
“Rekviyem” də var.
Dirilərin ölülərinə
, ölülərin isə dirilərinə
həsr olunmuş bir “ Rekviyem”.
Uzaqda bir Zakir Fəxri
də var. Dünyanı
içində kiçildərək
dünyanın içində
böyüyən Zakir
Fəxri...
Və onun ”Rekviyem”i
var. Sayca yeddinci olan , dünyanın yeddi qatından keçən “Rekviyemi”.
2011-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirərkən müdafiə
etdiyim diplom işinin mövzusu “ Ədəbi portretlər “
idi. Siyahıda 5 yazıçı və 5 şair vardı. Müdafiədə mən ən
çox Zakir Fəxri haqqında danışdım. Sözlər
özümdən asılı
olmadan deyilirdi və bir də
gördüm ki, böyük
bir gərginlik altında yaxınlaşdığım
kürsüdə indi
tamamilə rahatam. İstəyirəm ancaq mən
danışım. Heç nə
haqqında düşünmürdüm.
Zakir Fəxri və onun yaxın
dostları Mövlana Cəlaləddin Rumi, Yunus
Əmrə , Həsən
Bəsri , İbn Ərəbi haqqında danışır, onlardan sitatlar gətirirdim. Diplom işim artıq tarix olaraq qaldı.
Amma mən bir həqiqəti
özüm üçün
kəşf etdim.
Mənə hansısa bir
enerji ötürülürdü.
Allahın Həsən
Bəsridə, Mövlanada, Yunus Əmrədə əks etdirdiyi nur ilğımı
Zakir Fəxridən mənə ötürülürdü.
Və mən bəlkə də bu gün o enerjinin, o nur ilğımının mahiyyətindən
danışmaq istəyirəm. Zakir müəllimin “Rekviyem”i ni birnəfəsə
oxudum. Özü dəvət etdiyi qapılardan keçdim, nələrisə
ötüb arxada qoydum, mənəvi sferaları adladım. Bir də gördüm ki, hansısa bir qatdayam. Və kitabı oxumazdan qabaq indi məndən
xeyli aşağıda
dayanan oğlana baxdım. Hansı ki, əlində Zakir Fəxrinin “Rekviyem “ kitabını
tutaraq oxumağa hazırlaşırdı. – “ Eheyy, Elmin mən hardayam indi ?
– Sən onun dəvət
etdiyi qapıdan keçdin ,
üzünə qapılar
açıldı.
“Əziz oxucu ! Qapımı döyməyin , açıqdı, ərklə içəri
girin , kasıbın olanından – Sizləri Sözə, İlahi kəlamlara , nağıllara qonaq edərəm . Qapıma qonaq gələndə uşaq kimi sevinirəm,
lap balaca uşaq kimi... “
“Rekviyem”in ilk qapılarını
bax beləcə
açıram. Nədir
burası, məsumiyyət
muzeyidirmi, saflıq ilğımıdırmı bilmirəm. Beləcə gəzirəm .. Heyrətlənirəm. Burada iki
cüt qəribə
göz görürəm,
durmadan o gözlərə
qovuşuram. Oluram əbədi sakin! Həmin gözlərin əbədi sakini!
–Dayan, oğlan tələsmə! Deyəsən, Zakir Fəxrinin
səsidir. Yeni bir qapını açır.
Dərdlər dünyasının
qapılarını. İki
nəfəri görürəm
burda : Sabitli Mirsadiq Zakir Fəxri oğlu, Hacı Mətanət Mürşüd qızı
Qurbanova. ..
Kitab bu insanların ölümünə
bir ağıdır.
Şairin dərdlərinə xoş gəldindir, dünyanın məsumluğuna
isə baş sağlığı. ..
2007-ci il 11 mart tarixində yeganə oğlunu itirən Zakir Fəxri həyatı
gözlərində o qədər
kiçiltdi ki, indi ona ancaq
dərd pəncərəsindən
baxır. Bu pəncərədən
o tərəfə həyat
heç nəyi ilə onu özünə
cəlb etmir. Bütün cəlb edən
nə vardısa rəhmətlik Mirsadıq
onları özü ilə apardı. O, Zakir Fəxrinin gizli sirri idi (Ərəbinin
“oğul atanın sirridir” kəlamını
şairin özü də çox sevir). Yaradıcılıq
mahiyyəti , insanilik formulu hamısı 17 yaşlı
oğlunun simasında
cəmləşmişdi. Öz sirrini
itirən ata (şair) üçün artıq dünyanın da gizli qalan
heç nəyi yoxdu. Onu səslər bu
dünyadan təcrid edir və səslər
də öz dünyasının yaranmasında
əsas rol oynayıb. Deyəsən, “Rekviyem”i də bu səslər
yazıb. Ya da ki, “Rekviyem”
elə bu səslərin özüdür:
Bu səs yaddaşımdan gəldi
Qopub baş daşımdan gəldi
Bu səs göz yaşımdan gəldi
Bu səsin əlindən al məni, Tanrım!
Nə vaxt ki, bu səsi
görsək (eşitsək
yox) onda şairin əsl simasını təsvir edə bilərik. Çünki Zakir Fəxri hamının gördüyü
Zakir Fəxri yox, məhz bu səsin içində
yaşayan Zakir Fəxridir. Dərdlərdən süzülən səsdi bu səs.
Süzülüb-süzülüb gəlib “Rekviyem”də
qərar tutub. Bəlkə də o səs
bayaq dediyim və qapılar arasından gördüyüm
o iki cüt gözün birgə ifa etdiyi simfoniyadır.
Qapılardan o tərəfə başqa
bir insan dünyasını vaxtsız
dəyişən məşhur
göz həkimi, alim Mətanət xanım Qurbanovadır. Qapıların arxasından
boylananda gördüyüm
məsumiyyət Mirsadıqla
Mətanət xanımı
birləşdirən kimi
, dərdlər də
Zakir müəllimlə
Mətanət xanımın
ömür gün yoldaşı Cavid Qəmbəroğlunu birləşdirir.
Onlar hazırda ən yaxın dostlardır.
Dərdlərə birgə sinə
gərsinlər deyə.
Rekviyem bu iki insanı
hər cür çaları ilə əks etdirir. Dağlar övladı olan bu iki dost Kəlbəcərin,
Qarabağın
güllü – çiçəkli
, hər cür şəfa mənbəyi olan dağlarından çox uzaqlardadılar. Elə bu uzaqlığın özü onlar üçün ən böyük dağdır.
İndi bu iki dostu o dağların
dağı ilə bərabər tamam ayrı bir dağ
da birləşdirir: doğmaların itkisi boyda sinəyə vurulan dağ. Bu birləşmə hər birini ayrılıqda bir xatirəyə bağlayır. Elə bu xatirələrin özü qaranlıqda işıq, bozluqda əlvanlıq , şərdə xeyir yaradır. Yaradır və yaşadır.
Kitabda şair
hər üç dağa toxunur. Vətən
dağı, Övlad dağı və ən yaxın dostunun sevgi dağı . Birinciyə o dağlar
oğlu, Haqq şairi Şəmşirin
nəvəsi Cavidin diliylə cavab verir:
Zirvəsi var , qarı da
var
Dağlar bizim dağlar deyil.
Yurd düşənin yurdu da var
Dağlar
bizim dağlar deyil
Öz dərdinə toxunur:
Sənsiz
dünyam həzin düşdü
Hər günümə hüzn düşdü
Döndün , odun, közün düşdü
Boş ruhuma savaş gəldin
Xoş gəldin dərdim xoş gəldin!
Və nəhayət üçüncü:
Tənhalıq alar qoynuna
Qəm dəryası udar səni
Düşüb dolanar boynuna
Oxşayıb ovudar səni
Mətanətli xatirələr...
“ Rekviyem “ təkcə kitab deyil. “Rekviyem” özü
–özlüyündə bir
uçuşdur. İlahi bir
uçuş. Odur
ki, bunun haqqında resenziya (ya
da ona oxşar nəsə) yazmaq olmaz. Bununla qərq
olmaq olar. Metafizik aləmlərə, nur ənginliklərinə
“Rekviyem”lə
pərvazlanmaq olar. Bu pərvazlanmada İlahi
bir yaxınlıq var.
Və bu yaxınlıq oxucunun şəxsiyyətini , onun
insani mahiyyətini özündə əks etdirən bir ünsürdür.
İnsan
hər atdığı
düzgün addımda
belə Tanrıya yaxınlaşır. Çünki o addımın mahiyyəti özündə Allahın
sifətlərini təcəlla
edir. O ki, qaldı. Sözlərin uçuşu ola. Zakir Fəxri sizləri
qapılardan keçirdəcək.
Mənəvi qatlara yüksəldəcək.
Çünki şairin
özü bu dünyanın yox, məhz o qapıların
arxasında qalan səmavi aləmin insanıdır.
Və əvvəldə yazdığımız kimi
həmin o insan çiynində tabut gəzdirir.
O tabut dünyanın
özüdür :
Çox
göynətdi ürək
məni
Dərdsiz ürəyə qurd
düşər!
Silkələmə fələk məni
Çiynimdəki tabut düşər!
Çiynində tabut gəzdirən
isə hamıdan uzaqda yaşayan Zakir Fəxrinin özüdür.....
Niyyətim “ Rekviyem”i təhlil etmək deyildi. Sadəcə,
şairin mənə ötürdüyü mənəvi
enerjinin qaynaqlandığı
ünsürü- dərdi
yada salmaq idi. “ Rekviyem”in də ali
məqamı məhz bu olub. Maddiliyin, savaşların içində
çaxnaşan dünyanı
dərdin (rəhmin, saflığın, qardaşlığın,
həyati dərkin) süzgəcindən keçirmək ! Zakir Fəxrinin son yazdığı
şeiri də bu kitabın və bu yazının
açarı kimi təqdim edirik:
Yolumu sapdım deyəsən
Bu dünyaya azıb gəldim...
Göy üzü dərddən çatladı
Qoşulub bir damla suya
Mən
o çatdan sızıb
gəldim...
Gördüm qanadlanır quşlar
Bir SƏSə
..... AZAN tərəfə
Adamlar ardımca gəlir
Gəlir, mən azan tərəfə...
P.S. Mən də sonda böyük şairimiz Musa Yaqubun sözlərinə qoşuluram:
“Bu, yeni bir ədəbiyyatdır, görünür
ədəbiyyat bundan sonra belə də olacaq!”
Elmin Nuri
525-ci qəzet.- 2013.- 26 yanvar.- S.24.