Oralarda kimlər var: Cem
Qələndər
“İKİ ROMANLA
BACARDIM DEMƏK ÇOXBİLMİŞLİK OLAR”
Türkiyə
ədəbiyyat dünyasının ağır toplarından
Hilmi Yavuz, Füsün Akatlı, Latifə Təkin kimi isimlərin
başçılığı ilə keçirilən Əhmət
Hamdi Tanpınar roman yarışmasında Cem Qələndərin
115 əsər arasında birincilik qazanan “Əhatə” əsəri çox keçməmiş
“Kavis” nəşriyyatında çap olunub oxuculara təqdim
olundu.Kitabın üz qabığının arxasında Hilmi
Yavuz əfəndi “Oğuz Atay romanının
açdığı dərin məcradan axan “Əhatə”
romanı postmodern yazı manerasının mətnlərarası
ifadə tərzindən qidalanaraq, bütün
imkanlarını son dərəcə ustalıqla istifadə
edib” – deyərkən,başqa biri jüri üzvü Latifə Təkin isə belə
deyib: “Kitab daha ilk cümlədə iddiasını
açıq ortaya qoyur. Və sonra tarix qələmi
əlinə aldı- deyərək
axmağa başlayır. Axış tək bir məcradan
deyil,bir çox kanaldan süzülür və
bu axış ana qaynağa
yaxınlaşdıqca səsini yüksəldir. Təqlid və
gərəksiz təkrara yol vermədən Joycə, Prust, Musil, Kafka,
Oğuz Atay kimi şəxsiyyətləri kitaba müsafir
edir,onların ruhlarını incitmədən onlarla
göz-gözə gəlir.”
Cem Qələndərin romanı postmodern bir mətn və
oxunması biraz zəhmət tələb edir. Oxucu kitabı
oxuyarkən diqqətini diri tutmaq zorunda. Alt
mətnlər üst mətnlərlə iç-içə
yoğrulub.Göndərmələr olduqca çox. Bir
çox romana, filmə, tarixi örnəklərə müraciət
olunmuşdur.Məsələn : romanın
ana xarakterlərindən İşıq Kutlu üçün
müalicəyə gələn doxtorların adı Doktor Joycə,
Doktor Prust, Doktor Musil. İşıq Kutlunun tutulduğu xəstəlik
isə lazım olmayan şeyləri də oxumaq və bununla
bağlı ağıl yorğunluğu,daha
doğrusu stresin üstələməsi.
Kitab İsanın həvariləriylə yediyi son
axşam yeməyilə başlayır. İşıq
Kutlu İsanın süfrəsində özünü əfəndisinə
xəyanət edən Yahuda qılığında
görür. İlk baxışda İsa və
İncil vurğusu düşünülə bilər, amma
ayrıntılara diqqət edildiyində bunun belə
olmadığı o saat anlaşılır.’ Bəli,bəli! Hadisə Milano Santa Maria
Dəllə Qrazie Monastrının rahiblərinin yemək
yedikləri salonun bir divarındakı tabloda əks
olunur”.’Hadisənin divardakı tabloda əks olunan
varinantından anlayırıq ki, Da Vinçini “Son Axşam
Yeməyi tablosuna” bir baxış ifadəsi var. Romanda buna bənzər
yerlər olduqca çoxdur.
İşıq Kutlunun qarmaşıq
dünyası
Romanda
hadisələr hər nə qədər İşıq
Kutlunun ətrafında cərəyan edirsə də
İşıq Kutlu çox yerdə bir izləyici,hadisəni
danışan rolundadı.İşıq Kutlu iradəsiz və
zəif xarakterlidir.Tək başına bir heç olduğunu,
ayaqda qala bilməsi üçün bir qrupun içində
yaşamaq mütləqliyini düşünən birisidir.Bunun
üçün dəstələr içindəki həyatı
çox bəyənər və mütləq bu həyatın
içində olmaq istər. Amma bu əlaqəni
uzun müddət davam etdirməsi imkansız olduğundan qəflətən
yoxa çıxar.O oxuduğu kitablarla, izlədiyi filmlərlə
və örnək aldığı tarixi fikirlərlə
yüklənmiş olur həmişə. İndiki
zamanı heç yaşaya bilmir. Cem Qələndər,
romanını bir üst quruma məxsus hadisələri hissə-hissə
alt qurumlardan ibarət sağlam bir mətn olaraq oxucuya təqdim
edir.
Və yazar Cem Qələndər,
üç il aradan sonra ikinci romanı “Zamanın Unutq3an
Qoynunda”nı (Qövs Kitab) ortaya çıxardı.Qarşımızda
ustalıq qazanmış bir qələm; üç ayrı
dövrün və xarakterin dilini müvəffəqiyyətlə
əks etdirən bir romançı. “Zamanın Unutqan Qoyunda” romanında da
hadisələr üç fərqli
zamanda keçir.
İstanbulda Əl Yazmaları Kitabxanasında məmur
olaraq təyin edilən Dərvişin hekayəsi 80-ci illərlə
eyni düşür. Üç qızı və nəvəsi
Qönçəylə dayısının evinə yerləşən
Dərviş, dayısının qızı Qərənfillə
evlənməyi ümid edir.Dərviş ilə bir qəza nəticəsində
qarşılaşan İnanın hekayəsi isə 90-larda
baş verir. Yetimxanada böyüyən və anarxist bir
ruha sahib olan İnan, Dərvişin evinə gedib-gəlirkən
tanış olduğu kiçik
yaşdakı Qönçənin həyatını zəhərə
çevirir.Qönçənin izah etdikləriylə 2000-ci
illərə şahid olur oxucu. Reabilitasiya mərkəzindəki
Qönçə, Dərviş və İnanın ona necə
təsir etdiyini anladır. “Klan” əsərindəki
postmodern ab-havanı qoruyan Cem Qələndər, üç
zamanı və üç ayrı xarakteri izah edərkən fərqli
texnikalarından istifadə edir.
Tanpınar Roman Mükafatının yazı həyatınızdakı
təsiri necə oldu?
Yeni bir yazarın, daha doğrusu yazar namizədinin ədəbi
camiəyə girə bilməsi üçün ya
güclü bir lobbisi olmalı, ya da yarışmalarda önə
çıxması lazımdı. Yazdığınız
əsəri qoltuğunuza vurub hər hansı bir nəşriyyatın
qapısını döydüyünüzdə “Biz də sizi
gözləyirdik” demirlər. Bundan
ötrü yazar namizədlərin özlərini göstərəcəyi
tək sahə qalır; ədəbiyyat yarışmaları.
Mən də bu yolu sınadım məcbur
olaraq. Tanpınar kimi ədəbiyyatın kilometr
daşlarından biri adına təşkil edilən və
seçici qurulunda Hilmi Yavuz, Füsun Akatlı, Lətifə Təkin,
Abdullah Uçmağın kimi adların olduğu bir
yarışmada birincilik mükafatı almaq, təbii ki, mənə
yüksək ruh verdi.
Yaxşı,
“Zamanın Unutqan Qoynunda” oxucuların ixtiyarına verildikdən
və ilk reaksiyalardan sonra artıq hər şey yoluna
düşüb dedinizmi?
Kitab üçün gələn müsbət reaksiyalar
ancaq yaxşı bir əhval-ruhiyyə qaynağı olur. Məsələn,
qarşıma məqsəd qoymuşdum ki,
üçüncü kitabıma bir neçə ay sonra
başlayım.Gələn reaksiyalardan sonra bu işə
başlamağı düşündüm. Bacarmaq, elə
bir anlayışdır ki,saqqız kimi
dartdıqca uzana bilər. Ancaq iki kitab yazıb,
artıq hər şeyi bacardım demək heç nə demək
deyil.
“Klan”, şüur axışıyla
yazılmışdı. Yeni romanınızda maraqlı bir fantastika var.
Üç ayrı bir dövr və hər dövr
üçün ayrı bir dil... Yenilik
axtarışlarınızı davam etdirirsiniz, eləmi?
Roman mənim üçün dil deməkdir. “Zamanın Unutqan Qoynunda”da,
üç fərqli qəhrəmanı, üç fərqli
yazı tərzindən istifadə edərək yazmağı qarşıma məqsəd
qoydum.Bu həm vacib idi, həm də bir növ sınaq idi. Dərviş ilə klassik, İnan ilə posmodern və
şüur axışını sərgilədim,
Qönçə ilə də klassik və psixoanalitik bir tərzi
sınadım.
Dərviş,
İnan və Qönçə... Xarakterləriniz hər vaxt
bir iç hesablaşma halında. Ancaq bu
hesablaşmalar vəziyyətdən xilas olmağa
çalışmaq kimi konkret bir addıma çevrilmir.
Bəli, vəziyyət elədi.Amma üç xarakterin
də özlərinə görə tutarlı dəlilləri
var. Dərviş dövlət qapısında bir vəzifə
tutmuş və bunu itirməmək hayında. İnan,
tamamilə fərqli bir yerdə dayanır. O erkən itirən
bir adam... Bəlkə lap doğuşdan
itirib çox şeyi. Köynəyinin yaxası
açıq gəlmiş bu dünyaya. Qönçə
isə Dərvişlə İnan var olduğu müddətcə
heç bir şeyin yaxşıya getməyəcəyini
düşünür.
Psixiatriya
mərkəzində yatan Qönçəni təsvir etdiyiniz
səhifələr çox inandırıcı...
Bunun
üçün düşünülməyəcək bir
iş gördüm. Xüsusilə,
Bakırköy Ruh və Əsəb xəstəlikləri xəstəxanasına
gedib, xəstələrin davranışlarını
müşahidə etdim. Bununla birlikdə Freud və Lacan
psixanalizi işimi çox asanlaşdırdı..
Romanda qəhrəmanların
başına gələnləri oxucuların şərh etdikləri
hissələr var. Buna nə üçün ehtiyac duydunuz?
Bu romanın
Qönçə barədə olan hissələrində
daha çox hiss olunur. Çünki Qönçə, hadisələri
izah edərkən bir növ dəlilik, əsəbi
halındadı. Onu xilas etmənin başqa yolu yoxdu.Müəyyən
bir əsas göstərməsinin də imkanı yox. Tənqid
oluna bilər bir vəziyyət. Yazarın,
oxucunu yerli-yersiz istiqamətləndirməyə
çalışması onun kefini qaçıra bilər.
Amma bu bəlkə də bəlli estetikaya uyğun bir
dünyagörüşüdür. İnteraktiv
bir roman olsun istədim bəlkə də. Oxucu
passiv bir oxucu olsun istəmədim. Xarakterin özüylə
danışması, bəlkə də onun xarakterinin daha da
açılmasına xidmət etsin deyə
düşündüm! Roman onsuz da bir hisslə
yazılmazmı? Əsla
başladığınız şey olmaz, bitirdiyiniz.
İddiadan ilhamlandığınız bir hissə var
kitabda. Kafkanın necə bir təsiri var sizdə, başqa
ustalarınız kimlər?
Bir oxucu, ya da yazar olub, Kafkadan təsirlənməmək
qeyri-mümkün. Oğuz Atay mənim üçün necə
ki, Türk ədəbiyyatının mayasıdırsa, Kafka da
xarici yazarlar üçün eyni mövqedədir. Onlar yazıçılıqdan kənar, gündəlik
həyatda nə vaxt başım sıxışsa, fikirlərinə
müraciət etdiyim yol yoldaşlarımdır. Kafkadan təsirlənməm,
bir az da içimdəki ədalət
duyğusuyla, həyata eyni yerdən baxmamızla əlaqədar.
Kafkanı anlamaq, bəlkə də
dünyanı anlamaqdır. Mən də
bunu həm onu oxuyaraq, həm də özümcə onu və
ortaq baxış bucağımızı yenidən şərh
edərək ifadə etməyə çalışıram.
Romanın sonunda Raskolnikov, Cozef K. və İnan
arasında keçən cinayət, cəza və vicdan
anlayışlarını mübahisəyə açan xeyli
maraqlı və əslində çətin bir hissə var. Bu
hissə necə meydana gəldi, səbəbi nə idi?
Çoxdandır
baş yorduğum bir məsələ idi bu. Cinayət və cəza,
ya da cəza və cinayət... Cinayət, cəzaya
doğrumu axar, yoxsa cəza özünə bir cinayət
yaradar? Dostoyevskinin “Cinayət və Cəzasın”da
cinayət, cəzasını axtarır, bu normal bir vəziyyət.
Çünki vicdan dövrəyə girir və
cinayət, cəzanı axtarır. Amma
Kafkanın “İddiası”nda çox qorxunc bir vəziyyət
var; cəzanın cinayət axtarışı. Bu insan üçün tam bir cəhənnəm.
Cəza, cinayət axtarışa
başladığı zaman yenə Kafkanın ifadəsiylə
bir gün bir qəfəs quş ovlamağa çıxar.
Qəfəs, quş ovlamağa
çıxdığında, dünya insan üçün
quru cəhənnəmə çevrilmiş deməkdir. Kafkanın etdiyi tam budur işdə. Mən də
kitabda “Cinayət və Cəza”nın
Raskolnikovunu, “İddia”nın Josef K.ını
götürüb romanın xarakteri Enənlə üzləşdirdim.
Bu asan olmadı; çünki iki mədəniyyətə aid
kitabın iki mədəni xarakterini öz kitabınıza
alıb, bir az da dialektika etmək çox
çətin və bezdiricidi. Amma
anladığım qədəriylə ortaya çox
yaxşı və keyfli dialoqlar çıxdı.
Qadın-kişi qarşıdurması üzərində
çox dayanılmış. Qadınlar, kişilərin
qurbanı... Bu təəssüratın səbəbi
də, Qönçə və İnanın düşüncələri.
Niyə bu mövzu romanda aparıcı xəttlərdən
biridir?
Hadisələri Qönçənin gözündə
izlədiyimizdə belə bir təəssürat meydana
çıxır. Qönçənin üstünə düşən ağır yükün səbəbkarı
Dərviş və İnandı. Ona görə
bütün pisliklərin qaynağı İnan və Dərvişdir,
bu səbəbdən də kişilərdir. Onlar yox olmadan qadınların ağrısı
dayanmayacaq. Qönçənin
gözündə qadınların qurban olması tamamilə
onun yaşadıqlarıyla əlaqəlidi. İnsan çölə həmişə içəridən
baxar.
“ZAMAN” qəzetindən
uyğulama
Tofiq ABDİN
525-ci qəzet.- 2013.-
26 yanvar.- S.23.