Kinorejissor Zaur Məhərrəmovun 75 yaşı tamam oldu

 

2013-cü il yanvarın 28-də tanınmış sevimli sənətkarımızkinorejissor, ssenarist,  operator Zaur Məhərrəmovun 75 yaşı tamam oldu. Ömrünü kino sənətinə həsr edən bu böyük sənətkarın həm bədii, həm sənədli kino sahələrindəki yaradıcılığı milli kinomuzun ən parlaq səhifələrindən birini təşkil edir.

Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı aparılan kino tədqiqatlarının nəticələri olan  Mirzə Kazımbəy”, “Sənsiz”, “Almas İldırım”, “Nurlu qəbirlər”, “İstiqlal yollarında”, “Dünya bir pəncərədir”, “Meydan”, “Əzablı yollarfilmləri, tamaşaçılarda vətənpərvərlik hissi oyatmaqla yanaşı, həm sənədli kino inciləri sayılan əsərlərdir   müəllifin yaradıcılıq yolunun parlaq nümunələridir.

Zaur Məhərrəmov Azərbaycan kinosunda öz dəsti-xətti, yüksək poetik obrazlılığı ilə seçilən, böyük peşəkarlıq nümunəsi olan kinematoqrafın bütün proseslərində aktiv iştirak edən sənətçi kimi tanınır.

Zaur Xasay oğlu Məhərrəmov Bakıda ziyalı ailəsində anadan olub. Fəaliyyətə 1956-cı ildənAzərbaycanfilmkinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb institutu əla qiymətlərlə bitirərəkAzərbaycanfilmkinostudiyasında quruluşçu-operator kimi fəaliyyətini davam etdirib.  O, 16 bədii filmin quruluşçu operatoru olub bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.

Tamaşaçıların sevə-sevə baxdıqlarıUşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur. 

80-ci illərin əvvəllərindən rejissor ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edib   1984-cü ildəYaddaşstudiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirənBakı balkonları”, “Köç”, “Üzeyir Hacıbəyov”, “Həbib Gülxanım c. filmlərini yaradıb.

Onun müəllifi olduğu filmlər bir çox Beynəlxalq Festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Son olaraq, “Həbib Gülxanımfilmi 9-cu Nyu-York Türk filmləri festivalına qatılıb uğur qazanıb.

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, professor Zaur Məhərrəmov Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları dostları arasında böyük nüfuza hörmətə malik bir sənətçidir...

Bu gün o, Türkiyənin Anadolu Universitetinin kino TV bölməsində dərs deyərək, öz bilik bacarığını qardaş türk xalqının kinosunun inkişafına həsr edərək Türkiyə sinemaçıları ilə Azərbaycan kinematoqrafçıları arasında ünsiyyət yaradılmasında körpü rolunu oynayır.  Onun təzə çapdan çıxmış “Kino üzərində düşüncələrkitabı isə kinematoqrafa olan vurğunluğunun sədaqətinin daha bir təzahürüdir...

Hörmətli əziz həmkarımızı 75-illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda sənətdə yeni-yeni uğurlar arzulayırıq.

 

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosu

 

 

525-ci qəzet.- 2013.- 29 yanvar.- S.7.