Xeyirxahlıq fədaisi

 

Cəmiyyətimizdə yaxşılıq etməyi sevən, xeyirxahlığı yüksək mənəvi borc hesab edən insanlar çoxdur. Onlar öz əməllərindən zövq alır, qürur duyur, başqalarına yardım etdikləri üçün məmnunluq hissi keçirirlər. Belə xeyirxah soydaşlarımızdan biri Kərbəlayi Zülfü Rüstəmovdur. 1950-ci ildə Qarabağın dilbər guşələrindən sayılan Ağcabədidə dindar, zəhmətkeş bir şəxs kimi tanınan Cəmil kişinin ailəsində dünyaya göz açan Z.Rüstəmov mənalı həyat yolu keçib. O, keçmiş sovet ordusu sıralarında hərbi xidməti başa vurduqdan sonra Bakı plan-uçot texnikumunu bitirib, mühasib ixtisasına yiyələnib. Bacarıqlı mütəxəssis uzun illər adıçəkilən bölgənin bir sıra tikinti təşkilatlarında, idarə müəssisələrində  iqtisadçı, mühasib, baş mühasib vəzifələrində çalışıb. Bir vaxtlar bölgə ərazisində geniş yaşayış massivlərinin inzibati binaların tikilib istifadəyə verilməsində onun da əməyi az olmayıb. Müstəqillik illərində Z.Rüstəmov öz ixtisası üzrə özəl qurumlarda fəaliyyət göstərib. Hazırda bu işi uğurla davam etdirir. O, hansı dövrdə, harada işləməsindən asılı olmayaraq kollektiv üzvlərinin sevimlisinə çevrilib, həmişə sayılıb-seçilib.

Bölgə əhalisi arasında böyük hörmət nüfuz qazanan Zülfü kişi rayonda xeyirxah əməllər sahibi kimi yaxşı tanınır. O, hələ gənc yaşlarından imkansızlara, kimsəsizlərə əl tutub, köməklik göstərib. Çətinliyə, dara düşənlər, tələbələr, köçkünlər onun xeyirxahlığından yetərincə bəhrəniblər. Himayəyə götürdüyü bir çox imkansız şəxslər ondan daim razılıq edirlər. Xeyirxahlığı Allah rizasına, ürəyinin istəyi ilə həyata keçirdiyini vurğulayan bu alicənab insan həmin keyfiyyətlərin ona ulu babalarından atasından miras qaldığını deyir. Zülfü Rüstəmov həm qayğıkeş tələbkar ailə başçısıdır. O, həyat yoldaşı Zəhra xanımla birgə böyüdüb boya-başa çatdırdığı 7 övladına gözəl tərbiyə təhsil verib, hamısını ev-eşik sahibi edib. Bu gün onun övladları çalışdıqları sahələrdə yaxşı işləri ilə atalarının adını layiqincə doğururlar. Xaraktercə mehriban, sadə təmiz qəlbli insan olan Zülfü kişi xalqımıza məxsus məziyyətləri özündə birləşdirərək əsl el ağsaqqalı kimi camaatın rəğbətini məhəbbətini qazanıb. O, tez-tez bölgədə təşkil olunan xeyir şər məclislərində, ictimai tədbirlərdə yaxından iştirak edir, öz dəyərli məsləhət tövsiyələrini yeniyetmələrdən gənclərdən əsirgəmir. Məşhəd Kərbəla ziyarətlərinə gedən Z.Rüstəmov müntəzəm olaraq rayonda dini mərasimlərin ayinlərin icrasına qatılır, şəriət məsələlərinin düzgün təbliği üçün bütün bilik bacarığını sərf edir. Təsadüfi deyildir ki, onun həyat yoldaşı Zəhra xanım Məşhəd, Kərbəla Həcc ziyarətlərində olub. Zülfü Rüstəmov uşaqlıq çağlarından şeir yaradıcılığı ilə məşğuldur. Onun bir çox şeiri mətbuatda dərc edilib. Kərbəlayi bu yaxınlarda əsərlərini kitab şəklində nəşr etdirmək fikrindədir. El ağsaqqalı son illər respublikamızın hər yerində həyata keçirilən möhtəşəm abadlıq quruculuq işlərindən fərəhləndiyini bildirir. Özünün dediyi kimi, xeyirxahlar xeyirxahı ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan siyasət nəticəsində respublikamızın inkişaf edərək qabaqcıl dövlətlər sırasına çıxması, adamların firavan həyatının təmin olunması, dolanışıqlarının gündən-günə yaxşılaşması onu da hamı kimi çox sevindirir, daim yaşamağa fəaliyyət göstərməyə ruhlandırır.

 

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2013.- 29 yanvar.- S.8