Regionlarda erkən evlilik problemi
Erkən evlilik Azərbaycanda problem
olaraq hələ də qalmaqdadır.
Bu problem daha çox Azərbaycanın
ucqar regionlarında özünü göstərməkdə,
bir çox halda ictimaiyyətdən xəbərsiz olaraq kəndlərdə müşahidə
edilməkdədir. Təəssüf ki, Azərbaycanda
evliliyə təhrik halları yaşanır. Düzdür, erkən evlilik
hallarının, xüsusilə
azyaşlı qızların
yaşlı kişilərlə
ailə qurması hallarıının aradan
qaldırılması məqsədilə
müəyyən tədbirlər
görür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1 maddəsinə əsasən
Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilib. Uşaq hüquqlarının pozulma dərəcəsindən
asılı olaraq hüquq pozuntusuna yol verilmiş valideynləri sərt cəza tədbirləri gözləyir. Lakin bütün
bunlar valideynləri erkən evliliyə təhrikdən çəkindirmir.
Belə ki, informasiya azlığı və sosial-iqtisadi problemlər kimi müxtəlif səbəblərdən hələ
də valideynləri tərəfindən qızların
erkən yaşda ərə verilməsi hallarına rast gəlinir.
2011-ci ildə UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Azərbaycan Gənclərinə
Dəstək Proqramı”
adlı layihənin icrasına başladı. 7 rayonu
(Ağdam, Ağcabədi,
Bərdə, Beyləqan,
Goranboy, Tərtər,
Yevlax rayonlarını)
əhatə edən layihənin əsas məqsədi rayonlarda
gəncləri narahat edən məsələlərin
həll olunmasına töhfə verə bilmək üçün
onların bilik və bacarıqlarının
artırılması və
belə məsələlərin
həllində yerli idarəetmə orqanlarına
dəstək olmalarından
ibarətdir. Layihənin
icrasının ilk mərhələlərindən BAMF gənclərin regionda üzləşdikləri problemləri
qiymətləndirməyə yönəlmiş fəaliyyətlər
həyata keçirmişdir. BAMF-ın
UNİCEF-lə birgə
hazırladığı “Sağlam
həyat tərzi” adlı dərslik əsasında layihəyə
cəlb olunan könüllü gənclərə
və yeniyetmələrə
təlimlər keçilib.
Təlim
komponentlərindən biri
də erkən evlilik olmuşdur.
Layihənin ilkin mərhələsində
prosesə cəlb olunan gənclər dəfələrlə vurğulayıblar
ki,
regionda həmin
risk qrupuna daxil olan qızların üzləşdiyi əsas
problem valideynlərinə “yox”
deyə bilmək seçimlərinin olmamasıdır.
Erkən
evlilik hallarının
bəzilərində qızların
bu cür izdivacların nəticələrindən
məlumatsız olmaları
da əsas səbəblərdən biridir.
Layihə çərçivəsində
yuxarıda adları çəkilən rayonlarda
könüllü yeniyetmə
və gənclərdən
yaradılmış Təbliğat
Qruplarının üzvləri
tərəfindən gənclər
arasında aparılan
sorğular zamanı bütün bunlar bir daha təsdiq
olundu. Dəyərləndirmənin nəticələri göstərdi ki, erkən evliliklə bağlı problem bütün
rayonlarda qeyd olunsa da, əsasən
Ağdam, Ağcabədi,
Tərtər, Beyləqan
və Goranboy rayonlarında özünü
daha qabarıq göstərməkdədir. Layihənin icrası prosesində gənclər
arasında həlli vacib olan digər
problemlərlə yanaşı,
erkən evliliklə bağlı valideynlər və qızlar arasında müxtəlif fəaliyyətlər çərçivəsində
maarifləndirmə və
təbliğat işlərinin
aparılması, erkən
evliliyin ağır nəticələri barədə
KİV-in imkanlarından, xüsusilə
sosial mediadan istifadə olunması layihə heyətinin prioritet vəzifələrindən
birinə çevrildi.
Layihənin icrasına cəlb edilən gənclər və yeniyetmələrlə
birgə regionda apardığımız araşdırmalardan
aydın olub ki, yuxarı siniflərə çatan zaman bir sıra
hallarda valideynlər qızlarını məktəbdən
uzaqlaşdırır, onları
öz yeniyetməlik dövründən ayırır,
gələcək arzularını,
istəklərini nəzərə
almadan övladlarını
erkən evliliyə vadar edir. Belə gənclər
təcrid olunmuş həyat yaşayır, həmyaşıdlarından uzaq
düşür və
erkən ailə qayğıları ilə
yüklənirlər.
UNİCEF və BAMF tərəfindən
təşkil edilmiş
bir sıra təlimlər sayəsində
erkən evliliyin pis nəticələri barədə gənclər
çox şey öyrəniblər. Gənclər erkən evliliyə
daxil olan qızların əksəriyyətinin
həyatlarının uğurlu
olmadığı barədə
yaxşıca məlumatlandırıldılar. Orta məktəbi erkən
tərk etmələri,
həyatlarının qalan
hissəsini təhsilsiz
yaşamaları və
gənc yaşda ailə qayğısına
qalmaq məsuliyyətinə
vadar edilmələri ilə yanaşı, həmin qızlar məişət zorakılığına
məruz qalır və ən pis halda insan
alveri qurbanına çevrilirlər. Bundan başqa, erkən evliliyə girmiş qızların doğuşla bağlı
sağlamlıq problemləri
yaşaması ehtimalı
çox yüksəkdir.
Layihə
çərçivəsində erkən evlilik və gəncləri narahat edən digər məsələlərin
həlli istiqamətində
görülmüş tədbirlər
sırasında, gənclərin
özlərinin apardığı
qiymətləndirməyə görə erkən evlilik probleminin üstünlük təşkil
etdiyi 2 rayonda – Tərtər və Ağcabədi rayonlarında
– layihə rayonlarının
könüllü gəncləri
və rayon rəsmilərinin
iştirakı ilə regional görüşlərin
keçirilməsini də
qeyd etmək olar.
Görüşlər nəticəsində gənclər
qarşılaşdıqları problemlərlə bağlı
narahatlıqlarını bu
problemlərin aradan qaldırılmasına cavabdeh
olan dövlət məmurlarına, din xadimlərinə,
yerli icra strukturları rəhbərlərinə
ünvanlamaq imkanı
əldə etdilər. Xüsusilə
görüş iştirakçılarından Ağcabədi
məktəblərindən birində müəllim olan bir gənc, gənclərin
narkotikdən istifadəsi
və işsizlik məsələləri
ilə müqayisədə
erkən evliliyin cılız məsələ
olduğunu qeyd edən dini rəhbərlərlə
razılaşmadı. Hətta bir qızın
belə erkən evliliyi artıq problemin olduğundan xəbər verir.
Layihənin icrasına könüllü
cəlb edilən və Təbliğat Qruplarında birləşən
gənclər keçirilən
təlimlər zamanı
qazanılmış biliklər
sayəsində regionda
erkən evliliyə təhrik edilən qızlara istiqamətlənmiş
kiçik layihələr
həyata keçiriblər. Diqqətəlayiq
haldır ki, həmyaşıd maarifləndirməsinə
əsaslanan bu layihələr erkən evliliyin nəticələri
barədə məlumatsız
olan bəzi qızların, onları erkən evliliyə təhrik edən valideynlərin və cəmiyyətin
digər yaşlı nümayəndələrinin fikir
dəyişikliyinə müsbət
təsir göstərib.
Həmyaşıd maarifləndirməsinin müsbət nəticəsi
kimi Goranboy rayonundan bir misal göstərmək olar. UNİCEF-in dəstəyi
ilə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində
rayonun Səfikürd kəndində “Erkən evlilik və onun mənfi təsirləri” mövzusunda
tədbir keçirildi.
Tədbirdə gənclər və
yeniyetmələrlə yanaşı
müəllimlər və
valideynlər də iştirak edirdi. İştirakçılar arasında 9-cu sinifdən
sonra təhsilini davam etdirməyən və ailə qurmağa hazırlaşan
16 yaşlı bir qızla (adını yazmırıq – N.N.) anası
da varmış.
Tədbirin ertəsi günü qızın
anası Goranboy Təbliğat Qrupunun üzvlərinə yaxınlaşıb
bildirib ki, erkən evliliyin mənfi nəticələrinə
həsr olunmuş görüş ona çox böyük təsir göstərib və qızını ərə vermək fikrindən daşındırıb.
Ana onu da bildirib ki, o, qızının təhsilini davam etdirməsi üçün
də ona dəstək olacaq.
Qeyd edək
ki, regionda erkən evliliyin qarşısının alınması
ilə bağlı bu fakt yeganə
deyildir. Layihə heyəti belə
nəticəyə gəlib
ki, erkən evlilik hallarının aradan qaldırılması
istiqamətində ən
əsas vasitə maarifləndirmədir.
Layihənin icrası davam edir və regionda
erkən evliliklə bağlı mübarizə
aparılması işçi
heyətin qarşısında
prioritet vəzifə olaraq qalmaqdadır.
Nik NVOLİSA,
BAMF-ın proqramlar departamentinin rəhbəri,
“Azərbaycan gənclərinə dəstək
proqramı”
layihəsinin əsas koordinatoru
525-ci qəzet.-
2013.- 29 yanvar.- S.2.