TƏNHALIQ
Ürəyimdə
bir inilti,
bir hicran.
Doğmalarım
Ah, yadıma düşübdü.
O qayğılı,
o dünənki,
günlərim
Saçlarımın ağ
tağına düşübdü.
Nələr gəlir,
nələr
keçir
önümdən
Qəribsəyib
mən qalmışam
Tək-tənha.
Qardaşların
tamarzısı
olmuşam.
Əl uzalı,
gümanım
yox
sabaha.
Faniliyin
sərt
üzünə
bələdəm.
Əyrisini,
mən
düzünü
görmüşəm.
Öz-özümü
tanıyandan,
biləndən.
Bu dünyanın
hər üzünə
gülmüşəm.
GÖRÜN
Ürəyimin yağı gedib.
Xoş günlərin ağı gedib,
Cavanlığın bağı gedib,
Qaldım boylana-boylana.
Dağlar
duman içindədi,
Çölüm nədi, içim nədi?
Könlüm hələ seçimdədi,
Gəzdim yaylana-yaylana.
Gün dolanıb, ömür ötüb,
Kimlər
məni gəlib ötüb,
Qəm qüssədən əl götürüb,
Görün, haylana-haylana.
KÖNLÜMƏ
Dərgahımın qapısına çatmışam,
Hu... ərənlər,
mənə bir yol göstərin.
Nəfəsimdə gül-çiçəyin qoxusu,
Qoy açılsın
bu cənnətdə gözlərim.
Sizi görüb mən bir hala düşmüşəm,
Könül dinir, könül
mənim həmdəmim,
Ney səsinin həzinliyi içimdə,
Öz dünyamın xoş dəmidi, xoş dəmi,
İnsanlığın sevgisini gəzirəm,
Torpağımın cadar-cadar üzündə.
Yerdə,
göydə hər nə varsa gözəldi,
Xoş nidadı
öz Tanrımın gözündə.
Dərgahımın hər pilləsi nurdu, nur,
Zərrə-zərrə nur çilənsin könlümə.
İlahi
de, bu ruhumu ovundur,
Sevgi dolu bir ömür ver könlümə.
DÖNDÜM OZANA-OZANA
O günlərdə nər idim,
Dərdə tuş olub əridim.
Dedim qismətim bəridi,
Qaldı yazana-yazana.
İnsanlığı uca tutdum,
Eh... nələri qoca tutdum,
Öz könlümü saca tutdum,
Yolum uzana-uzana.
Yeri-göyü mən hayladım,
Dostu, canları huyladım,
Nəğmə deyib boy-boyladım,
Yandım yazana-yazana.
Gedə-gedə işıqlandım,
Göz görəsi uşaqlandım,
Könül dindi, aşıqlandım,
Döndüm ozana-ozana.
GƏLİR GÖZƏLLİK DƏMİ
Ürəyimi gəl oxu,
Gör ürəkdə
nələr var.
Daş-kəsəyi qoparan,
Coşub-daşan sellər var.
Arzum könül xoşluğu,
Haylayıram, gəzirəm.
Yol üstə pirə dönüb,
Xoş məramlı
nəzirəm.
Gözü-könlü tox olan,
Bir ürəkdi
həmdəmim.
Tanrım!
Şükürlər olsun,
Gəlir gözəllik dəmi.
DÖRDLÜK
Könül ola bilməz nadan,
Könül dərin bir kuzədi.
Ürəklərə od
paylayan,
Sevgisiylə göz-gözədi.
Ömrümüzün xoş məqamı
Tanrıdandı tanrıdan.
Gözəlliyi hali edib,
Yeri, göyü
yaradan.
Göz önündən keçən
deyil bircə an,
Ürəyimdə neçə nəğmə,
neçə söz.
Öz könlümün ağrısıyla
gedirəm,
Bu yolların dağ
yükünə bircə
döz.
Əfəndimin dərgahına çatmışam,
Bu yolların nuru
gülür üzümə.
Dörd
yanında gül-çiçəklər
dövr edir,
Gözəlliklə zikr eyləyən özüməm.
DÜŞMÜŞƏM
Gecə
yarı, yuxu itib gözümdən,
Səslənirəm vallah özüm-özümdən,
Bədirlənmiş ay süzülür
sözümdən,
Ulduzların mən sehrinə düşmüşəm.
Kövrəkliyim bu gecənin qonağı,
Görən necə açılacaq
sabahım,
Nə yaxşı ki, göylər mənim pənahım,
Tənhalığın tən qəhrinə düşmüşəm.
Öz könlümə həmdən
gəzən mənəm,
mən,
Nə gəlir ki, bu bəndənin əlindən,
Xəta
çıxmaz neynəsəm
də dilimdən,
Dualarla öz əhdimə düşmüşəm.
SÜZƏCƏM
Göydən yerə səpələndi
ulduzlar,
Öz könülmün
istisinə qızındım.
Hara baxdım sevgi gördüm dopdolu,
Allı-güllü söz dünyamı qazandım.
Gördüklərim mələkləndi
gözümdə,
Üzərriyin topasına ad vurun.
Şirin-şəkər dəstə yığın sözümnən,
Qəlbi kövrək ürəkləri
ovudum.
Arzularım-istəklərim təzə-tər,
Çiçəklənib, əl uzadıb üzəcəm.
Yerdə,
göydə, bu aləmdə sehrə bax!
Gözəlliyin havasında süzəcəm.
NƏFƏS DÜŞÜB
Dünyam
əlvan geyindi,
Bu yer, bu göy
mənimdi,
Nəğmələrim dilləndi,
Könlümə bir səs düşüb.
Nəfsimə yiyələndim,
Göydən tutub yelləndim,
Aşıb-daşıb selləndim,
Eləcə səsə düşüb.
Arzularım qanadlı,
Yol yodlaşım ağ
atlı,
Haray salıb ayıltdı,
Könlümə nəfəs düşüb.
PAYIZ
Payız
duman içindədi,
Çən-çiskini ələ düşməz.
Günəşin qızıl telləri,
Soyuyubdu, gülə düşməz.
Payız
halıma bənd olub,
Qəhərlənsəm leysan tökər.
Geyib xəzandan donunu,
Əl götürüb
burdan köçər.
Payız
toyum, büsatımdı,
Daşan da mən, coşan
da mən.
Dərdi
içimə yükləyib,
Qəm dağını
aşan da mən.
ŞUŞAM HEY...
Könlüm para-paradı.
Yolum bilməm haradı,
Üzüm yaman qaradı,
Şuşam mənim, Şuşam
hey...
Dərdlərimlə qoşam hey...
Həsrət qaldım havana,
Sevgi dolu yuvana,
Çən-çiskinlə dumana
Sözüm vardı, Şuşam
hey...
Dərdlərimlə qoşam hey...
Qubarlayıb qalanım,
Məni
məndən alanım,
Yol göstərin yollanım,
Şuşam mənim, Şuşam
hey...
Dərdlərimlə qoşam hey...
TALAN CANIM
Ürəyimdə söz gəzdirdim,
Oda düşüb köz gəzdirdim,
Bir kölgəli üz gəzdirdim,
Üzü qara qalan canım.
Haray sallam dağa-daşa,
Ünüm yetməz yar-yoldaşa,
Dağ-dərəni aşa-aşa,
Saçlarımı yolan canım.
Yüyrükləri boşa gedən,
Ələyimlə başa gedən,
Şəhidləri qoşa gedən,
El-obasız talan
canım.
Fəridə Hacıyeva
525-ci qəzet.- 2013.- 30 yanvar.- S.7.