Azərbaycan etnik tolerantlığın nümunəvi məkanı kimi

 

Vətənimiz Azərbaycan yalnız yeraltı yerüstü təbii sərvətləri ilə deyil, həm rəngarəng etnik tərkibinə görə qürur hissi doğurur. Uzun zamandır ölkəmizdə müxtəlif dinə etnik mənşəyə malik xalqlar dost, qardaş tək əl-ələ, çiyin-çiyinə bərabərhüquqlu Vətəndaşlar kimi yaşayırlar. Azərbaycan əzəl gündən burada yaşayan hər kəsin doğma vətəninə çevrilib, milli azlıqlar yerli xalqla qaynayıb-qarışıblar. Qonaqpərvərlik, dostcanlılıq, sadəlik, xeyirxahlıqla yanaşı tolerantlıq da Azərbaycan xalqına xas əsas mənəvi keyfiyyətlərdəndir. Xalqımız həmişə digər milli azlıqların öz dinlərini, dillərini mədəniyyətlərini yaşatmalarına, ənənəvi fəaliyyət sahələri ilə məşğul olmalarına, onların tarixinin qorunmasına çalışıb. Milli azlıqlarla bağlı məsələ dövlətin siyasətində prioritet istiqamətlərdən biri kimi götürülüb. Ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi qətiyyəti ilə 1994-cü ildən sonra bu siyasətin həyata keçirilməsinə başlanılıb. Ulu öndərin təşəbbüsü göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradılıb. Bu məqsədlə müntəzəm şəkildə maliyyə yardımları da ayrılıb. H.Əliyev milli ayrı-seçkiliyin qəti əleyhdarı idi. Görüşlərinin birində bunu açıq şəkildə belə ifadə edib: “...Mən bu görüşü milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşdür...” Mərhum prezident Azərbaycanda yaşayan xalqları ölkənin ən başlıca sərvəti adlandırırdı: “Biz Azərbaycan deyəndə onun sərvətini, gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar...” H.Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

lll

 

Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkəmizdə əhalinin təxminən 90.6 faizini təşkil edən azərbaycanlılardan əlavə,  say nisbətinə görə sıralasaqləzgilər, ruslar, ermənilər, talışlar, avarlar, türklər, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, tatlar, yəhudilər, udinlər digər daha azsaylı xalqlaringiloylar, xınalıqlılar, lahıclılar, haputlular, əliklilər, ceklilər, qrızlılar, rutullular, kilitlilər yaşayır. Bu xalqların əksəriyyəti yalnız öz etnik tərkiblərindən ibarət olmaqla kompakt şəkildə ayrıca yaşayış məntəqələrində məskunlaşıblar. Hazırda ölkənin şimal şimal-qərb bölgəsində etnik tərkibin əsas faizini təşkil edən (son statistikaya görə 278 min nəfər) Quba, Qusar, Xaçmaz, Oğuz, Qəbələ digər rayonlarda bütövlükdə, yaxud böyük əksəriyyəti ləzgilərdən ibarət çoxlu sayda kənd mövcuddur.

Azərbaycanda sayı 150 mindən artıq olan ruslar isə Bakıda, Sumqayıtda Gəncədə, o cümlədən kompakt halda İsmayıllının İvanovka, Gədəbəyin Novosaratovka, Novoivanovka, Qorelsk Slavyanka, Goranboyun Rus Borisi,  Şamaxının Çuxuryurd, Qızmeydan Nağaraxana kəndlərində məskunlaşıblar. Bu kəndlərdən əsası XIX əsrin ortalarında qoyulan yaradıcısı İvan Perşin şərəfinə adlandırılan İvanovka daha məşhurdur. Kənddə əsasən çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş molokanlar yaşayır. İsmayıllıda  qədim etnik xalqın məskunlaşdığı kəndlərdən biri Lahıcdır. Əsasının erkən orta əsrlərdə qoyulduğu ehtimal olunan kəndin əhalisininlahıclıların Sasanilər dövründə Gilanın Lahican əyalətindən köçüb gəldikləri güman edilir. Qədimdən Azərbaycanın misgərlik silah istehsalı mərkəzi sayılan, təbiəti ilə yanaşı, sənətkarlıq tarixinə görə turistlərin diqqət mərkəzində olan Lahıc kəndinin şərəfli tarix səhifələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə mühacirətə getməmişdən əvvəl-1920-ci ilin aprelində əsl dost kimi sığınacaq verməsidir. Bu faktın mövcudluğu da ölkəmizdə xalqların birlik qarşılıqlı həmrəylik mühitində yaşadığına parlaq sübutdur.

Etnik zənginliyinə görə ölkənin ən rəngarəng rayonu hesab olunan Quba, adı bəlli xalqların nümayəndələri ilə yanaşı, azsaylı nadir etnik toplumların mövcudluğu baxımından əsl palitranı xatırladır. Rayon ərazisində yerləşən, nəinki ölkəmizdə, bütün dünyada tanınan, 99 faizi dağ yəhudilərindən ibarət Qırmızı Qəsəbənin 280-300 ilə yaxın tarixi var. Vaxtilə indiki İsrail ərazisindən İraqa, sonra İrana, oradan isə xanlıqlar dövründə Azərbaycana köç etmiş yəhudilər Qudyalçayın sol sahilində məskunlaşıblar Quba xanı Fətəli xan tərəfindən onların təhlükəsizliyi tam təmin edilib. Ötən müddət ərzində yəhudilərlə azərbaycanlılar arasında qarşılıqlı inam etimad hökm sürüb, dostluq əlaqələri yaranıb. Hazırda Qırmızı Qəsəbə inkişaf etmiş, abad gözəl bir yaşayış məskəni kimi xarici ölkələrdən gələn qonaqların da diqqətini cəlb edir.

Qubada nadir etnik xalqın yaşadığı daha bir ecazkar yaşayış məskəni Qafqaz dağlarının 2400 metrlik zirvəsində amfiteatrı xatırladan, 5 min illik tarixə malik olduğu güman edilən unikal Xınalıq kəndidir. Özlərini kətşlər (Xınalıq dilində müqəddəs) adlandıran xınalıqlılar etnik qrupu minilliklər boyu xalqımızın tolerantlığına borclu olaraq öz dilini, adət-ənənələrini bugünədək qoruyub saxlamağı bacarıblar. Qubadakı nadir xalqlar bununla məhdudlaşmır. Rayon ərazisində Şahdağ milli etnik qrupuna aid edilən yergüclülər, əliklilər, buduqlular, ceklilər, qrızlılar, haputlular tatların məskunlaşdığı eyniadlı kəndlər var.

Bu gün müxtəlif bölgələrimizdəLənkəran-Astarada talışların, ermənilərin işğalına qədər Laçın, Qubadlı, Zəngilan Kəlbəcərdə kürdlərin, Balakən, Zaqatala Qaxda gürcülərin, ingiloyların – (müsəlmanlaşmış gürcü subetnik qrupu), avarların, saxurların, Oğuzda Qəbələnin Nic kəndində qədim Qafqaz Alban tayfalarından udinlərin (qeyd edək ki, bu adda etnos hazırda yalnız Azərbaycanda mövcuddur)  kütləvi şəkildə məskunlaşmaları bu xalqların hər birinin öz dilində danışmaq, ənənəvi dinlərinə tapınmaq, özlərinə aid hər şeyi qorumaq hüququna müstəqilliyinə malik olmaları Azərbaycan tolerantlığının bəhrəsidir. Xalqımız həmçinin dili-dini bir qardaş Ahıska türklərinə XX əsrin 50-ci illərindən qucaq açıb. 1944-cü ildə tarixi vətənləriGürcüstan ərazisində yerləşən Ahıskadan sürgün edilən ahıskalılar həmişə qayğı, məhəbbət gördükləri Azərbaycanı özlərinin ikinci vətəni hesab edirlər. Fərqanə hadisələrindən sonra yenidən ölkəmizi pənah yeri seçən Ahıska türklərinin burada sayı hazırda 100 mindən artıqdır.

Bütün sadalanan faktlar bu xalqların nümayəndələrinin özlərini Azərbaycanda qətiyyən yad hiss etmədiyinə, onların respublikanın  bərabərhüquqlu vətəndaşları olaraq milli kimliklərini qoruduğuna əyani sübutdur. Bir faktı da mütləq qeyd etməliyik ki, hazırda Ermənistanla faktiki müharibə şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə təxminən 30 minə qədər erməni yaşamaqda davam edir...

 

lll

 

Tanrı Azərbaycan adlı bu məmləkətdən heç əsirgəməyib. Ona hər cür qiymətli sərvət, bərəkətli torpaq, günəşli səma, üstəlik üzügülər, mehriban, zəhmətkeş, qonaqsevər, edilən pislikləri unudub yalnız yaxşılıqları yadda saxlayan xeyirxah hər cəhətdən dözümlü insanlar bəxş edib. Sülhü dəstəkləyən Azərbaycan xalqı bu günədək erməni işğalında olan tarixi torpaqlarını hərbsiz, danışıqlar yolu ilə qaytaracağına inanır. Hətta ermənilərin bu qədər zülmündən sonra da xalqımız yenidən onlarla əvvəlki kimi dostluq qurmağa hazırdır. Çünki tolerantlıq, özündən qeyrisinə sayğı ilə yanaşmaq xalqımızın qanındadır. Ölkəmizin malik olduğu təbii  sərvətlər vaxtsa tükənə bilər, amma genetik yaddaşımızda kök salan ən ümdə milli sərvətimizdigər xalqlara bəslədiyimiz sevgi, sayğı tolerantlıq tükənməyəcək, əksinə, paylaşmağı bacardıqca daha da artacaq.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 30 yanvar.- S.6.