Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gənclər sahəsindəki QHT-lərin rolu

 

 

 

Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm yer tutur onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata keçirilməsində, reallaşmasında  mühüm rol oynayır. Fikrimizcə QHT-lərsiz bu fəaliyyəti həyata keçirmək çətin məsələ olardı. Bəs ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda onun inkişafında gənclər QHT-lərinin kimi rolu var? Nəzərə alsaq ki, gənclər hər bir cəmiyyətinin fəal aparıcı qüvvəsidir, onda sözügedən mövzu daim öz aktuallığını saxlamış olur. Bu yazıda Azərbaycanda  gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafına göstərdikləri təsir, mövcud problemlərinin həllində iştirakı, onların vətəndaş cəmiyyətinə gətirdikləri yeniliklər, mövcud problemlərin həllində iştirakı s. məsələlərə qısa nəzər salmağa çalışacağıq.

 

Ümumiyyətlə, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq gənclər QHT-lərinin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Respublikamızda fəaliyyət göstərən  gənclər QHT-ləri əsas etibarilə insan hüquqları demokratiya, ailə, qadın uşaq məsələləri, iqtisadi sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya digər sahələrdə fəaliyyət göstərir müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin yuxarıda qeyd olunan müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar. Statistikaya görə 2013-cü ilə kimi 236 gənclər QHT-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Müqayisə üçün deyək ki, bu rəqəm 2003-cü ildə 51 olmuşdur.

 

Qeyd edək ki, bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır.   Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət  yerli donorların hesabına dəyişmişdir. Bir sıra statistik məlumatlara nəzər salmaqla bunu aydın görə bilərik.  2006-cı ildə Azərbaycan gənclər QHT-lərinin 28 layihəsini  Avropa Gənclər Fondu, 12 layihəsini Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2007-ci ildə bu nisbət demək olar ki, bir-birinə yaxın  olmuşdur. 28 layihə Avropa Gənclər Fondu, 27 layihə isə Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2008-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə digər QHT-lərlə bərabər gənclər QHT-lərinin fəaliyyətində mühüm dönüş yarandı. Həmin ildə QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər QHT-lərinin 41, Gənclər İdman Nazirliyi 14, Avropa Gənclər Fondu isə 33 layihəsini dəstəkləmişdir. 2009-cu ildən gənclər QHT-lərinin maliyyələşdirilməsində yerli donorların çəkisi daha da artmışdır bu üstünlük bu günə qədər qorunub saxlanılır.  Avropa Gənclər Fondunun dəstəklədiyi layihələr  isə azalmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi gənclər QHT-lərinin 120, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 47, Avropa Gənclər Fondu isə cəmi 4 layihəsinə maliyyə yardımı ayırmışdır.   Bötövlükdə isə  2012-ci ildə Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurası Avropa Gənclər Fondu tərəfindən dəstəklənmiş gənclər QHT-lərinin layihələrin sayı  171,  dəstəklənmiş layihələrin ümumi məbləği 4.249.034 manat olmuşdur.

 

2012-ci ili isə gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda inkişafında mühüm dönüş nöqtəsi hesab etmək olar. Məhz həmin ildən Azərbycan gəncliyinin  innovativ potensialından geniş istifadə etmək məqsədi ilə  Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Qeyd edək ki, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət digər sosial sahələrə yönəlmiş ictimai sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə proqramları qrant şəklində maliyyələşdirməyə başladı.

 

Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Gənclər Fondunun yaradılması ötən ildə hazırlanan təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında  nəzərdə tutulmuşdur. Gənclər Fondunun əsasnaməsində gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət digər sosial sahələrə yönəlmiş ictimai sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək kimi öz əksini tapan maraqlı məqamlar bu gün praktiki olaraq icra olunmaqdadır. Gənclər Fondu elan etdiyi müsabiqələrlə gənclərin gənclər təşkilatlarının ideya təşəbbüslərinin reallaşmasına dəstək göstərməkdədir. Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması   gənclər QHT-ləri    üçün müxtəlif  yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif  layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkmilləşmiş oldu. Qeyd edək ki,  Gənclər Fonduna 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrılmışdır.  Gənclər Fondu Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir. D kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər QHT-lər tərəfindən təqdim olunan ayrılan layihələrə Müşahidə Şurasının qərarına əsasən məbləğ 1 920 820 olmuşdur. gənclər  QHT-lərinin ötən ildə dəstəklənən layihələrinin həyata keçirilməsi cəmiyyət tərəfindən müsbət qarşılanmış, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına bir töhfə olmuşdur.

 

Göründüyü kimi, gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafında atdıqları hər bir addımın yerli donorlar tərəfindən dəstəklənməsi  gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq sərbəstlik aid olduqları icmaların sosial iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq münasibətlər aşılanmasına mühüm təsir göstərmiş oldu.

 

Sonda qeyd edək ki, 2013-cü  ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müşahidə Şurasının qərarına əsasən gənclər QHT-lərinin fərdi gənclərin A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihə (cəmi 170 layihə) maliyyələşdirilmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılmışdır. Bu il eyni zamanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 49 gənclər QHT-sinin layihəsini dəstəkləyib.

 

 

Elməddin HACILI

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

 

 525-ci qəzet.- 2014.- 3 aprel.- S.6.