TƏSƏLLİ YERİNƏ
Üzmə
nəzərini Haqq dərgahından!
Nəsə bir əngəl var bürcündə, qorxma.
Madam hər gəlişin bir dönüşü
var:
Dönüb
qurtularsan bir
gün də, qorxma.
Odur ha,
yaz gəlir; darılma qışa!
Sən ki çox dözmüsən bu
çalxanışa.
Halal
beygirinlə qoşul yarışa,
Mənzilə
yetərsən lap öndə, qorxma!
Təklərdən
təkmildi aləmin cəmi;
Piy varsa, yağ da var: di yandır şəmi!
İpucundan
başlar hər işin çəmi:
Biçinə
hesabdır əkin də, qorxma!
Tərs
olan hər nöqtə yer elər sənə;
Baxmazsan,
dünyanı verələr sənə!
Tükənsən,
min qanad gərilər sənə,
Qalmazsan
kimsənin tərkində, qorxma!
Gəldiyin
dünya da əbədi sürgün...
Taqətin tükənmiş, əsəbin gərgin.
Bircə
təsəllin var, Məmməd didərgin:
Hər
şey olan işdi; sürgün də, qorxma!!!
Bakı 19.02.2014.
SÖZÜN
XƏTRİNƏ
Üçəm
nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı
işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə
çatsın.
Arif kimsələrin
döşünə yatsın!
İldırım
çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm
bir gündən də kəm olur-olsun!
Nakəslər
qəsdimə cəm olur-olsun!
Kimsəyə
baş əyməm, kim olur-olsun!
Gedərəm,
imanım xətasız qalar!
Bakı 21.02.2014.
BAHAR
LEYSANI KİMİ
Xalq
şairimiz Zəlimxan YAQUBA
Möhtərəm
şairimiz,
“525-ci qəzet”
də(18.01.2014)
dərc
elətdirdiyi iki səhifəlik mükəmməl
şeirlərinin hamısını 2013-cü ilin sentyabr
ayında
qələmə almışdır.
Necə
sapa düzüb, necə çinləyib –
Bir ayın ərzində bu boyda şeri?!
Şair
tünlüyündə, söz qıtlığında;
Bu
vurçatdasında, bu hayda şeri...
Daşı
hopdurubdu rahatca sözə,
Bu da sehirkarlıq, bu da möcüzə.
Daşa dərs
dedirdib tarixdən bizə;
Kök atıb, dil açıb bir ayda şeri.
Çəmən
çiçəkləri açırmış kimi;
İlhamı
şığıyan qızılquş kimi;
Cənnət
bağçasından uçurmuş kimi
Birdən
qanadlanıb nə sayda şeri!
Nə dilək
diləsə, Rəbbi eşidir;
Ömrü
nur ömrünün pərvərişidir!
Sözün
gərdişi ki Haqqın işidir:
Səslənir damxada, sarayda şeri.
Harda
soyumuz var, nəfəsi orda;
Bülbüllə
ötüşən həvəsi orda;
Məkkə-Mədinəsi,
Kəbəsi orda!
Dəlidağsız qalıb nə fayda şeri.
Bir mərmər
haçansa baldan süzülmüş,
Sonra
misra-misra mərmər üzülmüş:
Bənd-bənd
qalaqlanıb, çin-çin düzülmüş;
Qəlbindən qan əmir hər layda şeri.
Allahın,
türklüyə görüm-baxımı!
Cövhəri
tükənməz Zəmzəm axımı!
Zəlimxan
gəzəri bir gül şaxımı:
Güllənər
Dərbəndə, Hatay(x)da şeri!
Gahdan
övliyadı, gahdan şamandı;
Gah Yunus
Əmrədi, gah Zəlimxandı!
Türkün
dünyasına bir tərcumandı:
Gəzər toy-bayramda, halayda şeri.
Nüsrət
haqdan gələr: bu, bir gərçəkdi!
Sözü ucaldıqca dincliyi çökdü.
Şerin əzabını
fil kimi çəkdi;
Saxlar
gözü üstdə bu soy da şeri!
Sözü nə bilmisiz?! Söz bir xunxardı:
Əmr
etdi, Zəlimxan dağları yardı!
Çılğın
qayalardan xam söz qopardı;
Belə Cilalandı bir qayda şeri.
Məmməd Aslan heyran ağıl-huşuna.
Kürdən
qol ayrılır çağlayışına;
Muncuqtək
düzülür soy yaddaşına:
Otaydan
oxunur Butayda şeri!...
Bakı 23.01.2014.
–———————-
X. HatayTəkləməkanda
(Çin) türklərin
gur
yaşadıqları qədim şəhər.
DÜNYA,
BU DÜNYA...
Yaddaşı
ölərsə, ölər dünya da;
Varlıqdan
silinən düşməz ki yada!
Buz
dağlar ərisə, bir ada qalmaz:
Buzlaqlar
düşməsin biz düşən oda!...
UYUŞUM
Mən sənin
qarşında kor güzgüymüşəm;
Halından xəbərsiz bir özgəymişəm.
Hər
kimsə bir özgə yolun yolçusu;
Rəncbər çəltik döyər, mən söz
döymüşəm.
Dünyamız
karsala, zaman əsəbi;
Dəyişir insanın fikri, mətləbi.
Gün
önü başqadı, gün sonu başqa:
Səhərlə
uyuşmur axşamın təbi...
Mən
zifri qaranlıq, sən Dan işığı;
İstədim
borc alam səndən
işığı.
Mənim
qəmxanamda zərrəcə nur yox;
Bəs necə qaytarsın zindan işığı?!
Bu yol
öndən-sona ömürlə bitən;
Gah qəfil
tapılan, gah qəfil itən...
Füzulidən
soruş, Məcnundan öyrən:
Oldumu bu yolda murada yetən?!
Günah
həm məndədir, günah həm səndə;
Min əzab
çəkməyə gəlir hər bəndə...
Olarla-olmazın
dərdini çəkmə:
Bəla:
“Gəldim!”-deməz; gələr gələndə.
Od tutub
yanandan köz qala keşkə!
Köz
külə dönməyə, söz qala keşkə!
Yanmağa
yanırsan; mübarək olsun!
Barı səndən
qalan düz qala keşkə!
Sumqayıt 14.02.2014.
Daş
BÜRÜNCƏKLİ
DƏNİZ
– 2
BAKI-Kürdəmir yolunun başlanğıcında (Sahil
qəsəbəsindən sonra) göz nurumuz olan mavi Xəzər
qəflətən yoxa çıxır. Bir-birinə
calanmış qalın və hündür daş divarlardan nəinki
dəniz, heç qarşı üfüqlər də
görünmür. Dənizimizi
amansızlıqla udmuş bais divarlar haqqında ikinci
düşüncələrimdir bu naçar yazı.
Hardan köçüb qonub fağırlar bura?!
Bəlkə
dolu kimi yağırlar bura...
Gələn
yox, gedən yox, bir qaraltı yox,
Yasaqmı
yol bura, cığırlar bura?!.
Eləcə
divardı əvvəldən –sona;
Çağırsan,
səs gəlməz; min dəfə sına!
Mavi bir dənizi
birdən udublar;
Hanı o
quşlar ki, gəlməzdi sana?!
Hansı
məmləkətdən, hansı dünyadan?!.
Timsahmı,
azmanmı Xəzəri udan?!.
Üfüq
də görsənmir, ha boylan, ha bax:...
Hardan çıxır Günəş, hardan doğur
Dan?!
Görəsən, daşların məzhəbi nədi?!
Bu daş bürüncəyin səbəbi nədi?!
Dünyadan
ayrılmış bu insanların
Öyrənsəydik:
soyu-nəsəbi nədi?!.
Hal tutaq,
hay verək, əvəz gözləyək...
Şirin söz eşidək, şirin söz deyək.
Baxaq
ordakılar bizdəndilərsə,
Həm əzizlik
duyaq, həm əzizləyək...
Öyrənmək
zor işdi: haralı, nəçi?!
Hansı planetdən, hardanmış köçü?!
Millət
saydıqları: evindəkilər,
Vətən
dedikləri: hasarın içi...
Üz
tutub gedirik məchul sabaha,
Mənim
bundan özgə sözüm yox daha...
İstədim:
şerimi yarımçıq qoyam,
SABİR
tamamladı: “Amma millət a!..”
Bakı
06.03.2014.
TƏBRİZ
XİFFƏTİ
(Rübai)
Haçandı,
Təbrizdən bir soraq gəlməz,
(Ağlıma
gələndən min iraq!-Gəlməz!)
Pərişan
dünyama sığal çəkməyə
Dişləri
nur saçan bir daraq gəlməz......
Bakı
08.03.2014
YER
GÖYDƏN ASILI,
GÖY
YERƏ BAĞLI
(İlk
qarla yağan rübai düzümü)
Bu bəyaz
günümüz nə gözəl belə!
Qar belə
yağardı çox əzəl belə!
Dupduru bir
yazın müjdəsi olsun!
Düzəlirsən, dünya, di düzəl belə.
Göydən süd yağışı
yağdımı yerə?!
Hardan bu qədər süd, o boyda nəhrə?!
Acgöz
körpə kimi Yer əmdi Göyü,
Alqış
bu cəlala, bu bəyaz sehrə!
Aləm təzələnə,
bax, belə keşkə!
Bərraqlıq
doluşa evlərə, köşkə!
Pay almaq
olaydı bu duruluqdan;
Nə
olar başlasa insan da məşqə...
İnsan
öz-özüylə bacara bilə;
Mənəvi
dəyərlər cücərə bilə!
Təriylə
sulaya bağ-bostanını,
Təmiz əkib,
təmiz becərə bilə!...
Bu qardan
dirçələ Yerüzü bəlkə,
Sıyrıla gecənin gündüzü bəlkə.
Durulub
dünyaya qayıtmaq üçün,
Qarıyla dondura Göy bizi bəlkə.
Qar
üstdən qar tökə: Yer doyanacan!
Həm
Yerə can gələ, həm insana can!
Qış
yazın şəklini indidən çəkir:
Bəmbəyaz bir çiçək – budaqda açan.
Yerə
görüm-baxım olmasa Göydən,
Çökər canlı aləm, kəsilər heydən.
Xaral-xaral
yağan bu qardan sonra
Çeşmənin dili də açılar keydən.
Bəndə
də şərməndə qalmaz Pirinə,
Səcdələr
başlayar giley yerinə...
Səbəbsiz
nə alqış, nə qarğış yağar:
Gərək çən dağıla, Günəş
görünə.
Yer
Göydən asılı, Göy Yerə bağlı:
Gör ki:bir-birinə bənd-bərə bağlı...
Görünən nə varsa, Onun əmrində;
On səkkiz
min aləm tək Birə bağlı!
Səsi
Haqqa çatan Təkbirə bağlı!
Möcüzə
yağdırdın bu dəfə, Allah!
Dərya
mərhəmətin hər kəsə agah!
Bir qara
daşına tay tutma bizi:
Duysan bəndəlikdən
sapmışıq hərgah!
Bu qar
cığır açar möhnətdən bizə;
Bu qar müjdə verər Cənnətdən bizə.
Bir yaz
qollarını açaraq gəlir:
Xonçası mindürlü nemətdən bizə.
Qar da
yağdığına sevinər onda,
Ömrü bahar olar onun da sonda.
Cənnət,
xəlvətindən aşkara çıxar,
İnsanlar görünər mələk donunda.
Qar altdan
bir ümid pıçıldar nəsə,
Min
ömür verərdim bu sirli səsə!
Mənim
ünvanıma axışıb gəlin:
Zəm-zəm gətirmişəm bir dolu kasə.
Bu qar da,
soyuq da bir xatırlatma;
Bir əməl xovudur çıxma və batma.
Səni səndən
dəqiq tanıyır Rəbbin;
Bacara bilməzsən, Rəbbi aldatma.
Göylərdən
ələnən o qar kimiyəm,
Gülə-gülüstana baxar kimiyəm.
Nur
yağdı, gur yağdı bu qarla birgə:
Qardan baş qaldıran bahar kimiyəm.
Sumqayıt 30.01.2014.
MEŞƏLƏR
SULTANI
Körpəlik
dostum Yerlicəli şair
Salman
Ramazana.
Payız
meşələri soyundurardın,
Yaşıla
bükərdin yaz meşələri:
Ətəkdən
–zirvəyə sən qaldırardın
Nazlı meşələri, qız meşələri.
Əlləri
əlində, saçında sənin,
Tərifi dilinin ucunda sənin.
Pay-püştü
çiynində, xurcunda sənin...
Canına
can bildik biz meşələri.
Bir
cır armud bizim qoymazdın olsun,
Alçası,
əriyi qıymazdın olsun...
Fələk
saydığını saymazdın olsun,
Sənə naz öyrətdi naz meşələri.
Hayıf
Yellicəyə, o yurda,
Salman!
Aləm
vardı çöldə-çayırda, Salman!
Həsrəti
qəlbimi oyur ta, Salman,
Kaş
bir də görərdik güz məşələri!
Dönmüşdün
dağlarda yorğun səyyada,
Çətin
görünərdin qohuma, yada,
Getdi əl-ayağın
daşda-qayada,
Demədimmi
dolan az meşələri?!...
Fələkmi, kələkmi meşəni aldı?!
Nə
yaman əlimiz qupquru qaldı...
Bu necə taledi, necə iqbaldı?!
İndi gözyaşınla yaz meşələri.
Yer-yurd
qızıllana, zər-ziba geyə!
Ozan şəlalələr vəsfini deyə.
Allah
öymüşləri bəndə də öyə,
Öyməklə
qayıtmaz söz meşələri...
Gəncə
22.01.2014
DÜNYA
Səməd
Vurğunun “Düya” rədifli
qoşmasına
günümüzün ovqatına bürünmüş
sitəmli bir nəzirə
Gah
gülə baş qoyub, gülüstan olar,
Gahdan da bürünər bir qışa dünya.
Sağ
tutar qoymadı torpağın üstdə,
Qəlblərdə başladı savaşa dünya.
Əzəldən-
əbədə hökm et, parçala!
Ya
qılınc doğraya, ya ilan çala...
Bir dəfə
görmədik bir səbəb sala:
Qurduyla quzusu barışa, dünya.
Yaz gəlincə
dünya zərgər olardı,
Sehrindən qayalar çim zər olardı.
Çəmənlər
titrəşib vər-vər olardı:
Nəqşə öyrədərdi nəqqaşa
dünya.
Onda ana bildik, varmı o namı?!
Nizamı pozulmuş, yoldan yanamı?!
Gah zəlzələ
qopur, gah da sunami,
Can
çəkir çaxnaşa-çaxnaşa dünya.
Axşam
hay-haraylı, səhər mürgülü,
Qanqal dara
çəkdi bağda bir gülü...
Qurbağa
susdurdu naçar bülbülü,
Haşa
eşidəndən, min haşa, dünya!.
Kinlə,
küdurətlə ürəklər dolu,
Yatmır uyuşuma ta bəşər oğlu.
Artıb
nifaq oğlu, artıb şər oğlu,
Olub başdan-başa qarğaşa dünya.
Durmadı
imanla söz arxasında,
Qol açıb oynadı oğul yasında.
O qədər
itirdi ağlını sonda:
Gəldi öz-özüylə baş-başa dünya.
Cümlə
məxluqata anasan guya,
Vəsfini qaldırdıq ərşi-əlaya.
Sənin
günahını çətin ki yuya:
İstər Yer ilə Göy qovuşa, dünya.
Biryolluq
qeyb edər yaşıl-alını;
Dönüb
özgələrdən sorar halını,
Büsbütün
itirər cah-cəlalını,
Qalar nə bəyzadə, nə paşa, dünya.
Can
çəkir ortada göz baxa-baxa,
Get-gedə
azalır ümid sabaha...
Təlatüm
içindən sıyrılıb çıxa,
Salamat
sahilə yanaşa dünya!
NANKOR
Nankor bir övlada sahib olmaq ilan dişindən daha dəhşətli
əzab verər.
V.Şekspir
Yaxşılığa qarşı nankorluq göstərən
adamın yaxasından səfalət əl çəkməz.
Həzrəti-
Süleyman
Ən
böyük korluq nankorluqdur!
Hacı Bəkdaş
Vəli.
Ataya ağ oldu nankorun biri,
Üzündə çaxnaşdı qəlbinin kiri.
Leşdi,
ya cəsəddi?!. Bilmək çətindi,
İndi
kim çağırsın inkir-minkiri?!.
Nə dəxli:
nə deyib, nə təhər deyib?!.
Deyib, vicdanından bixəbər deyib.
Allahın
haqqıdır Atanın haqqı!
Bunu mən demirəm; Peyğəmbər deyib.
Ata qibləgahın,
Ata nur çeşmən!
Boylanar
üfüqdən Gün peşman-peşman...
Qurani-Kərimdən
çörək əvvəldir!
Çörəyə
xor baxan – Allaha düşmən!
Hər kəsin
kimliyi sözündən gələr,
Bu mətləbə
təsdiq yüzündən gələr!
Çörək
itirəni Haqq bağışlamaz:
Nankorun
yediyi gözündən gələr!
Görəcəyi
varmış soyun – soydaşın...
Əyər, sinəsinə dağlar da başın.
Gərdişin
dövranı gör necə döndü:
Qəmxar tək-tək gələr, qəm
qoşun-qoşun.
Nankorluq
başlayıb hər şeyə doğru,
Müqəddəs
Qurana, həm Göyə doğru.
Təpədən-dırnağa
nifrət tuluğu:
Ədəbə, ərkana, sevgiyə doğru.
Çörək
gözümüzdə müqəddəs nemət!
Nankorluq
bu üzdən böyük Qiyamət!
Nütfədən
saf gələn imansız olmaz,
Nankor xəlvət
gələr dünyaya,əlbət!
Əgər
ata yoxsa, həm yoxmuş Allah!
Nöyzənbillah
deyin, min nöyzənbillah!
Sən
necə ərsəyə çatardın, qafil,
Bir evdə olmasa Ata qibləgah?!
Çeşməylə damlası eyni olmazmı?!
Nankorun bir zərrə beyni olmazmı?!
Hər
şeydən qanmağa qol-qanad çalar;
Nəslinə boylanan zehni olmazmı?!
Nankorlar
dünyada eybəcər xəstə!
Hansı quş düz uçar tək qanad üstdə?!
Ata-babasını
rüsvay eyləyər
Şüursuz qarğalar zildə və pəsdə.
Toxumu zay
torpaq çürütsə əgər,
Əcrini
kim çəkər:Yer, yaxud rəncbər?!
Şorana
atdığın palıd cücərməz:
Südlə gələn illət sümüklə gedər.
Bakı 03.03.2014
YÜKSƏKLİKDƏKİ
“Tanrının günü bitməz,
Asadurun günü bitər!”
(erməni atalar sözü)
Yüksəklik qamaran, ey alçaq yağı,
Cümlə yaranmışın rəzil alçağı!
Başını çiynində dim-dik görmədik,
Şər ilə şeytanın əli-ayağı!
Yüksəklik baş demək, baş sənin deyil!
Zirvədən atdığın daş sənin deyil!
“Şuşa Qarabağın üzük qaşıdır!”
Üzük sənin deyil, qaş sənin deyil!
Hesaba çəkilər hiylə də, şər də!
Yüksəklik yerində!.. Qalxan düşər də!
Xalqın intiqamı dolub-daşdımı,
Vulkanlar püskürər, dağlar deşər də!..
09.03.2014
Məmməd
Aslan
525-ci qəzet.-
2014.- 5 aprel.- S.28-29.