Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib  

 

 

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxmışDəlicəsinəkitabının təqdimatı keçirilib.

 

MŞ-nın mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdə şuranın İdarə Heyətinin üzvləri, R.Məcidin sənət dostları, kütləvi informasiya vasitələrinin rəhbərləri ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü iləsədri Əflatun Amaşov açaraq bildirib ki, R.Məcidin təbiəti  üçün xarakterik olan geniş diapazon, incə duyum tərzi onun yaradıcılığının da aparıcı həlqəsini təşkil edir. Müəllif jurnalistikaya, publisistikaya lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir. Bu keyfiyyətin daşıyıcısı olmaq hər sənət adamına nəsib olmur. R.Məcidin yeni çapdan çıxmış kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır. «Kitabın bölümlərinə nəzər salanda da bunu görmək mümkündür.

 

Təqdimat mərasimində R.Məcid bildirib ki, ətraf aləmdə baş verən hadisə proseslər barədə düşünməyin, dolğun mühakimə yürütməyin, söhbətlərdən, mükalimələrdən həzz almağın vaxt imkanlarının məhdud olduğu indiki zamanda unudulmayan insanların mövcudluğu çox vacibdir. “Bu gün həmin insanların bir çoxu buradadır. Əslində kitab da Sizlər barədədir. Sizlər mənim həyatımın tərkib hissəsisiniz, ayrılmaz parçalarısınız”, - deyən R.Məcid toplantı iştirakçılarına təşəkkürünü bildirib.

 

Dəlicəsinəkitabının ön söz müəllifi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli R.Məcidi publisistikanı bədii ədəbiyyatla birləşdirməyi bacaran sənət adamı kimi xarakterizə edib. Ədalətqəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay çıxışına R.Məcidlə ilk tanışlıq dövrünə ekskursla başlayıb.

 

Olaylarqəzetinin eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Kaspiqəzetinin baş redaktoru Natiq Məmmədli, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə çıxış ediblər.

 

Lətifov Aqil

525-ci qəzet.- 2014.- 5 aprel.- S.9.