Milli-mənəvi dəyərlərimizin təbliğatçısı
Müasir dünyada sürətlə
genişlənməkdə olan
qloballaşma prosesləri
ilk növbədə milli-mənəvi
dəyərlərimizin qorunub
saxlanılmasını zəruri
edir. Bu nəcib işdə informasiya vasitələrindən olan
televiziyanın geniş
imkanları var.
İnternetlə televiziyanın fəaliyyətinin
birləşdiyi bir vaxtda milli- mənəvi
dəyərlərimizi qurmaq,
insanların bədii-estetik
zövqünü formalaşdırmaq,
təqdim olunan verilişlərin hazırlanmasında
zəngin dəyərlərimiz
olan mədəniyyətimizdən
və incəsənətimizdən
bəhrələnmək səriştəlilik
və peşəkarlıq
tələb edir. Qeyd olunan kriteriyalara uyğun olaraq İctimai Televiziya və Radio Yayımları
Şirkətinin yaradıcı
kollektivinin həyata keçirdikləri əməli
tədbirlər milli-mənəvi
dəyərlərimizin təbliğində,
qorunub saxlanılmasında
mühüm əhəmiyyət
kəsb edir.
Məlum həqiqətdir ki, Azərbaycanda fəaliyyət
göstərən televiziya
kanalları arasında
reytinq ilk növbədə
ictimaiyyətin dərin
rəğbətini qazanan
dəyərli verilişlərlə
səciyyələnir. Təcrübə və müşahidələrə
əsaslanıb İctimai
Televiziyada yayımlanan
verilişlərin müntəzəm
izləyiciləri kimi
son vaxtlar ictimaiyyətin
istək və arzularını özündə
ehtiva edən bir çox yeniliklər diqqətimizi cəlb edir. Onlardan təqdir olunanlardan biri tok-şouların - "Ortaq
məxrəc", "Diqqət
mərkəzi" və
"Açıq dərs"
verilişlərinin yayımlanmasının
ən əlverişli
vaxta - saat 21.20-də reallaşmasıdır. Bu verilişlərdən demək
olar ki, əvvəlki yayım zamanı geniş ictimaiyyətin baxmaq imkanı olmurdu.
Digər
proqramlara diqqət etsək, yeni yaradılan və milli mənəvi dəyərlərimizi özündə
birləşdirən "Qarabağ
sərvətləri", "Muğam sədası",
"Yurd inciləri",
"El sənəti", "Bizim ellər", "Dostluq körpüsü",
"Sağlam yaşam"
və s. bunların hər birinin məzmunu və mahiyyəti, cəmiyyətin bütün
təbəqəsini əhatə
etməsi, tərbiyəvi
təsir gücünə
malik olması, orijinallığı, maraq
doğuran dərin məna çalarları vardır.
Azərbaycanda yaşayan azyaşlı xalqların adət və ənənələrinin
təbliği onların
azərbaycançılıq ruhunda formalaşmasında
"Bizim ellər"
verilişinin əməyi
təqdirə layiqdir.
Bir çox türkdilli ölkələrin ictimai televiziyalarının çəkdiyi
sənədli filmlərin
"Dostluq körpüsü"
vasitəsi ilə yayımlanması nəticə
etibarı ilə dünya xalqlarına
sevgi, məhəbbət,
doğmalıq kimi mənəvi dəyərləri
təbliğ edir. Bu gün İctimai Televiziyanın həftə
ərzində beş dəfə yayımlanan "Sağlam
yaşam" proqramı
sosial mahiyyətinə
görə xeyirxahlıq,
insana sevgi, qayğı, diqqət, sağlam həyat və s. nemətlər bəxş edir.
Azərbaycan xalqının zəngin musiqi və çoxsaylı musiqi alətlərinin müasir
dövrdə təbliği,
onlara yeni baxış qlobalaşan dünyamızda son dərəcə
aktualdır. Belə bir vətəndaşlıq
missiyasını həyata
keçirən "Yurd
inciləri" verilişi
mənəvi xəzinəmizdir.
Azərbaycan filmləri bizim kimliyimizi tərənnüm
edir. İlk dəfə yüksək
keyfiyyətlə bərpa
olunan filmlərimiz İctimai Televiziyanın ekranlarına mütəmadi
daxil edilir və fondun arxivində qorunaraq saxlanılır. Həyata keçirilən
ümumxalq əhəmiyyətli
tədbirlərdən biri
də Azərbaycanın
qədim tarixini və mədəniyyətini
ehtiva edən sənədli filmlərin müntəzəm olaraq İctimai Televiziya tərəfindən nümayiş
etdirilməsi və onların qorunmasının
təmin olunmasıdır.
Bu gün İctimai
Televiziyanın ixtiyarında
olan 50 - yə qədər cizgi filminin və eləcə də retro - musiqi verilişləri vasitəsi ilə klassiklərin təbliği
təqdir olunmağa layiq yeni addımlardır.
İctimai Televiziya Azərbaycan
xalqının üzləşdiyi
qanlı yaddaşa həkk olunan "20 Yanvar faciəsi, Xocalı
və 31 mart soyqırımı"
hadisələrinin təqvim
günlərində reklamların
dayandırmasını müşahidə
etdik. Bu göstəriş
rəhbərlik tərəfindən
adət və ənənələrimizə diqqət,
qayğı və ehtiram kimi dəyərləndirilməlidir. Qeyd olunan hadisələrə
çox yaxından münasibət bildirən
"Carçı" film yaradıcılıq birliyinin
istehsalı olan Xocalı soyqırımı
və 20 Yanvar faciəsindən bəhs edən "Yaddaşin izləri" adlanan teleməhsul öz orijinallığı və
bədii cizgilərinin
dəqiqliyi ilə insanlara təqdim edilməsi gərgin əməyin nəticəsidir.
Bu gün İctimai Televiziyada diqqəti çəkən, geniş
təhlil proqramlarından
biri "Həftənin
yekunudur". Bazar günləri
yayımlanan bu proqram həftənin ən mühüm hadisələrini olduqca dolğun şəkildə
tamaşaçıya çatdırır.
Verilişin baxımlı olması
həm də onu kimin və
necə təqdim etməsiylə bağlıdır.
"Həftənin yekunu"nu yüksək səviyyədə təqdim
edən Şaiq Məmmədov tamaşaçıya
yad sima deyil. Onun intellekti, səlis
danışıq qabiliyyəti,
studiyadakı sərbəstliyi
televiziya tamaşaçılarından
daha yüksək qiymət almasının əsas səbəbidir.
Bu gün İctimai
Televiziyada həm də məsul vəzifə daşıyan, baş direktorun müavini kimi fəaliyyət göstərən Şaiq
Məmmədovun bir necə xarici dili mükəmməl bilməsi, yəni dil bilgisinin zənginliyi də qiymətləndirilməlidir.
"Yeni gün" verilişi həftənin altı günü efirə çıxaraq elm, maarif, təhsil sahələri ilə bağlı geniş məlumatlar verməsi, aktual mövzularla diqqət çəkməsi
ictimaiyyətdə maraqla
qarşılanır. Bu gün müxtəlif sahələrdə çalışan
təcrübəli və
nüfuzlu ziyalıların
daha çox cəlb edilməsi "Yeni gün" verilişini daha da baxımlı edib, auditoriyasını genişləndirib.
İctimai Televiziyanın daimi izləyiciləri kimi nümayiş etdirilən verilişlərin mahiyyətini və məzmununa həmişə böyük önəm verən elmi araşdırıcı olaraq "Ortaq məxrəc" tok - şou verilişinin aparıcısı və müəllifi olan Vəsilə Vahid qızının səriştəlilik və peşəkarlılığı daha çox şərtləndiyini desək yanılmarıq. Biz hər həftə debat xarakterli bu tok - şou verilişinə baxarkən iki və daha çox fikirlərin təqdimatı ilə reallaşdığının şahidi oluruq. Bu da verilişin ictimai dəyərini artırır. Bu səbəbdən iştirakçılar mövzu ətrafında düşünməyə yönəlir, yeni ideyalar yaranır. Nəticədə ortax məxrəc üzə çıxır. Digər məqam ondan ibarətdir ki, "Ortaq məxrəcdə" cəmiyyətdə ən çox maraq doğuran sosial - iqtisadi, mədəni - elmi, ekoloji - tibbi, tarixi və b. sahələr üzrə aktual məsələlər debatda alqoritmik formada müzakirə edilir. Kütləvi informasiya vasitəsi olan televiziya səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi olub. Bu prosesdə fəaliyyət göstərib dünya standartlarına uyğun teleməhsulun emalı ilə bağlı kriteriyaların gözlənilməsinə xüsusi məsuliyyətlə yanaşan Vəsilə xanım deyərdik ki, İTV -nin funksiyasına daxil olan balansı həmişə təmin edir. Atalardan çox yaxşı deyim var: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". Elə bilirik ki, İTV - nin seyrçiləri də bizimlə razılaşarlar ki, Vəsilə xanım peşəsini sevən, öz üzərində daima çalışan, yeniliklər axtaran yaradıcı mütəxəssisdir. Təsadüfi deyil ki, o, təhsil aldığı BDU - nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İlk dəfə olaraq o, Azərbaycanda İctimai Televiziyanın fəaliyyətinin reytinqinin müəyyənləşdirilməsi ilə bağlı doktorant kimi dəyərli dissertasiya işini tamamlamışdır.
Elə buna görə də, ekspertlərin apardıqları monitorinqlərin nəticələri və tamaşaçıların rəyi bir daha sübut etmişdir ki, "Ortaq məxrəc" verilişi çox fikirliliyi ilə hamıda maraq doğurur. "Ortaq məxrəc" verilişi İTV - nin demək olar ki, ən istedadlı, əməksevər, hörmət gətirən, ictimaiyyət tərəfindən sevilən övladıdır.
İctimai Televiziyanın milli - mənəvi dəyərlərlə təqdir olunan verilişlərindən biri də Azərbaycanın mədəniyyət xadimlərinin həyat və yaradıcılığı barədə portret materialların təqdim olunmasıdır. Bu baxımdan ilk dəfə olaraq İctimai Televiziyada unudulmaz sənətkar, Xalq artisti Muxtar Avşarovun (1914 -2004) 90 - illik ömür yolunda silinməz izləri şəxsi nümunə kimi örnək və mənəvi dəyərlərimiz kimi təqdim edilən materiallar hamının sevincinə səbəb oldu.
Azərbaycan kino və teatr sənətinin inkişafında misilsiz xidmətləri olan Xalq artisti Muxtar Avşarovun yaradıcılığını tariximizə zəngin xəzinə kimi İctimai Televiziyanın fondunda qorunub saxlaması və təbliğ edilməsi böyük sənətkarın adına hörmət və ehtiramdır.
Azərbaycanın təbliğində mühüm rolu olan, milli-mənəvi dəyərlərimizin təbliğatçısına çevrilən İTV-nin rəhbərliyi başda olmaqla bütün yaradıcı kollektivə son vaxtlar qazanılmış nailiyyətlərə görə yeni-yeni uğurlar arzu edirik.
Mircəfər HƏSƏNOV
pedaqogika üzrə fəlsəfə
doktoru, professor
Şahrza AĞAYEV
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2014.- 8 aprel.- S.5.