Fikrət Qoca: şair ömrü,
yazıçı yaşantıları
Oxuduğumuz bir çox hekayə və romanı ünlü şair Fikrət Qocanın çoxdan bəri şeirlə birlikdə nəsr yaradıcılığıyla da məşğul olduğunu göstərir.
"Onun əsərləri
ilə şəxsiyyəti
arasında qəribə
bir uyğunluq mövcuddur. Həyatda çox dinc, sakit, həlim təbiətli,
yığıncaqlarda və
xeyir-şər
məclislərində adi diqqətdən yayınan bir insan kimi tanıdığımız
Fikrət Qoca əsərlərində yüksək
dərəcədə həssas
və həyəcanlı,
xalqın, vətənin,
dünyanın böyük
dərdlərini yumruğu
boyda ürəyində
mətanətlə daşıyan,
narahat, qayğılı
və cəfakar bir şairdir". Bu sözləri onun
haqqında mərhum akademik Bəkir Nəbiyev yazıb.
Professor Nizami Cəfərovun
fikrincə isə:
"Bizdə ədəbi
proses elədir ki, nəsr düşüncəsi
ardıcıl olaraq şeir düşüncəsindən
qidalanır. Amma Fikrət Qocanın poetik marağı elədir ki, bir çox vəziyyətdə nəsr
materialına da təsir edir, poeziyada nəsr təməlində düşünür,
eksperimentlər edir,
bütün eksperimentlər
isə təməldə
tək məqsədə
-qaydaları zədələmədən
şeir düşüncəsinin
sərhədlərini genişləndirmək
məqsədinə xidmət
edir".
Şair,
ədəbiyyatçı Gülxani
Pənaha görə:
"Fikrət Qocanın
nəsr əsərlərində
belə bir xətt daha çox gözə çarpır ki, müasir dövr keçmişlə üz-üzə
gəlir, burada qarşılaşdırma deyil,
yalnız ayrı-ayrı
zamanların yetişdirdiyi
insanların psixologiyası araşdırılır.Onun nəsr əsərlərinin hər
biri zərurətdən
yaranmışdır". Yazıçı
Nəriman Əbdülrəhmanlı
deyir ki: "Fikrət Qocanın
uzunlu- qısalı nəsr əsərlərində
poeziyasından aldığı
gözəl tərəflər
çoxdur. Bu da, şübhəsiz hər qələm sahibinə nəsib olmayan sənətkarlıq
hadisəsidir". Tənqidçi
Vaqif Yusifli F.Qocanın nəsr yaradıcılığı haqqında
bildirir: "Onun nəsrində çağdaş
həyatımızın ən
zəruri, ən acılı problemlərə
toxunub. Bu baxımdan
onun nəsri çağdaş nəsrimizin
yönləriylə kəsişir".
Sadə,
adi həyatı, vətəni, cəmiyyətin
problemlərini, insanı,
insani münasibətləri,
insan sevgisini ehtiva edən şeirləriylə bərabər,
duyub yazdığı nəsr
əsərləri də
Azərbaycanda sevilərək
oxunur. Türkiyədə
daha çox "Gəl, ey səhər"
mahnısının mətn
yazarı kimi tanınan usta şair Fikrət Qoca ilə Bakıda
- Birinci katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin
tarixi binasında söhbət etdik.
-Sizin bir çox
əsərinizin; romanlarınız,
uzun hekayələriniz,
pyeslərinizin nəşr
olunduğunu bilirəm.
Amma neçə romanınızın
çap olunduğunu
tam olaraq bilmirəm.
Dörd,
yoxsa beşdirmi?
-Altı. Altı nəsr kitabım çıxıb: "Mavi
dünyanın adamları",
"Mil-mil balıq", "Qanlı qərənfillər",
"Kələfin ucu",
"Hələlik qiyamətəcən",
"Taleyin ağır
taleyi", "Dəniz
altındakı xatirələr".
-Fikrət bəy, amma yeddi kitab
oldu... Son illərdə
hansı əsərləriniz
işıq üzü
gördü?
- Bəli, məndə belə şeylər olur, hər zaman öz işlərimdən
danışanda az söyləyərəm,
amma saydığımdan
çox çıxar.
Son illərdə şeirlərimdən
ibarət beş cildlik "Seçilmiş
əsərlər", "Dayanacaqda görüş",
"Könlümdən keçənlər",
"Sönən deyil
bu ocaq" kitabları, eyni zamanda "Azərbaycan"
jurnalında "Suzen
Dark və ya məhəbbət piri",
"Qarğa səsi"
adlı əsərlərim
çap olundu.
-Əsərlərinizin qəhrəmanları sizin
uşaqlarınız sayılır,
yəni onları siz dünyaya gətirmisiz. Xarakterləri sizə bənzəyirmi?
-İnsanların damarlarındakı
qan ilk baxışda eynidir, bənzərdir. Biz eyni zamanda bu
eyni görünən
qanların nə qədər fərqli olduğunu bilirik. Şübhəsiz, bu qəhrəmanların
hər birində mənim hissimdən, duyğumdan, arzumdan, məndən bir şeylər var. Amma onların yaşadığı
zaman hadisələrə,
şəraitə, düşdüyü
vəziyyətə görə
tamamən fərqlidir.
Məsələn, "Dəniz altındakı
xatirələr" romanında
Bəhram İkinci Dünya müharibəsində
faşist Almaniyasına
qarşı vuruşur.
Müharibədə ölməkdən qorxur, çünki onun əsl düşməni
öz kəndlərində
qalıb. Onun nişanlısını
almışdır. O, mütləq bu müharibədən ölmədən
dönməlidi, intiqam
almalıdı. Buna görə "mən kiçik bir ağac yarpağının
arxasında güllədən
qoruna bilərəm"
deyə düşünür,
"ölməməliyəm. Mən dönüb həqiqi düşmənimlə hesablaşmalıyam.
Buradasa bilmirəm, kimə güllə atıb uşağını atasız
buraxacam?" Beləcə romanın sonlarında isə Mingəçevirdə
su elektrik stansiyası qurmaq üçün anbar tikirlər. Azərbaycanın ən zəngin
təbiəti olan Samux meşələrindən
kəndləri köçürürlər.
Bəhramın uşaqlıq dostu,
qonşusu Zeynəb gecə ay işığında
içindəki qorxunun
öhdəsindən gələrək
anasının məzarı
suyun altında qalmasın deyə təkbaşına bel, külüng götürüb
dərəyə enir.
Köhnə qəbiristanda anasının
məzarını tapır
və qazır. Anasından qalanları heybəsinə
doldurub yeni salınmış kəndinə
dönür.
Mən onların mənə bənzəyib bənzəmədiyini bilmirəm. Amma Bəhram ilə Zeynəb psixoloji baxımdan bir-birinə bənzəyir. Mən onların vəziyyətində olmamışam. Mən də onların vəziyyətinə düşsəm eləmi davranardım, bilmirəm. Amma onlar mənim uşaqlarımdı. O vəziyyətdə, o şəraitdə onların çıxardığı nəticə göstərdiyi davranışlarda bənzərlik var. Mən kağız üstündə bir həyat yaradıram, orada eyni zamanda eyni torpaqda, çeşidli şərtlərdə yaşayan insanları yazıram. Şübhəsiz onlar mənim olmaqla bərabər, həm də o dövrün, o zamanın, o çevrənin uşaqlarıdır. Meyvə ağacın gövdəsindən uzağa düşmür, biz hamımız yaşadığımız dövrə bənzəyirik. Bizi Allah yaradıb deyirik. Taleyimizi də Allah yazıb. Əslində bizim hamımızda Allahın bir zərrəsi var. Bu, məntiqlə inkar edilməz.
Bəli, məntiq belədir, amma
gəl gör ki,
görünən ilə görünməzi necə
qarşılaşdırırsan? Bizim Yaradana bənzədiyimizi necə isbat edə bilərsiniz ki?
Həyatda sual buradan
başlayır. Biri özünü
"mən daha mükəmmələm, ona-Yaradana daha çox bənzəyirəm, daha
yaxınam deyə inandırır". Bunu
deyir, isbat edə bilmir. Əksini söyləyənlər də
əmin edib inandırmağa
çalışır. Amma isbat edə bilmir. Budur, yazıçının işi
burada başlayır. Yer
üzündə, bu girdabda
yaşayan hər bir insan roman qəhrəmanıdır.
Ona yaxınlaş, içini
çöz, düşüncəsini
araşdır. Sevgisini, nifrətini,
içində topladıqlarını tök.
Diqqətlə, səbrlə
sonunacan get, bir də baxacaqsan ki, roman yazmısan. Hər kəsin gördüyü,
diqqət yetirmədiyi
adi bir insan
da çox maraqlı bir əsər qəhrəmanı
olacaq.
Deyəsən, mən çox danışdım. Neyləyim, çox şeylər
yaşadım. İndi yetmiş
səkkiz yaşındayam.
Yaşadığım gərgin dövrü
nəzərə alsaq,
yaşım iki dəfə çox olar. 1930-cu illərin
hadisələri mənim
uşaq nəğmələrimi
pozdu. Arxasınca İkinci Dünya
müharibəsi, aclıq,
yoxsulluq, sonra müstəqillik arzusu,
1990-cı ilin Qanlı
Yanvarı. Sovet tankları
altında əzilən
əlisilahsız oğullarımız,
qızlarımız. Arxasınca Qarabağ
müharibəsi. Əslində əsas düşmənimiz
Rusiya idi. Nəsr əsərlərimin hamısında
bu hadisələrə
toxunulub. Mən
o qəhrəmanların hər
birindən danışsam yorucu, üzücü
bir söhbət olar.
- Mövzunu bir az da sizin
Türkiyədə sevə-sevə dinlənilən
"Gəl, ey səhər" mahnısına
yönəldək. "Gəl,
ey səhər" mahnısına hər dəfə qulaq asanda müasir türk hekayəsinin tanınmış nümayəndələrindən Sait
Faik Abasıyanıkın
şeir haqqında söylədiyi "Şeir
olmayan yerdə insan sevgisi olmaz.
İnsanı insana ancaq şeir sevdirir. Şeir insanı insana yaxınlaşdıran şeydir"ifadələri
ağlıma gəlir.
"Gəl, ey səhər" mahnınızın
Türkiyədə də çox sevilməsi və oxunması sizdə necə təəssürat
yaradır?
- Bilirsinizmi, bir yazıçı üçün
əsəriylə görüşmək
vətəniylə, əqrabalarıyla,
yaxınlarıyla görüşmək
kimi bir şeydir. Ölkədən
kənara gəldikdə isə
Türkiyə bizim üçün doğma bir diyardır, amma Türkiyə haqqında "bizim üçün yad bir ölkədir" deyə bir düşüncə
də var
Yasemin BAYER
525-ci qəzet.- 2014.- 9 aprel.- S.7.