Yazıçılar Birliyində Ənvər
Yusifoğlu yad edilib
Yazıçılar Birliyinin (AYB)
"Natəvan" klubunda
filosof yazıçı
Ənvər Yusifoğlunun
100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.Tədbiri
açan
AYB-nin sədri, Xalq yazıçısı
Anar özünün
ilk qələm təcrübəsi
olan "Ağ liman" povestinin həmin vaxt "Azərbaycan" jurnalında
nəsr şöbəsinin
müdiri vəzifəsində
işləyən Ənvər
Yusifoğlunun dəstəyi
ilə nəşr edilməsindən, onun bir insan kimi
yüksək keyfiyyətlərindən,
gənc nəslə qayğısından danışıb.
Filologiya elmləri doktorları Vaqif Yusifli, İfrat Əliyeva, yazıçı-publisist
Aqşin Babayev və başqaları ədibin həyatından,
ədəbiyyatda mövqeyindən
söhbət açıblar:
"Yazıçı Ənvər Yusifoğlu "Azərbaycan"
jurnalında, "Ədəbiyyat
və incəsənət"
qəzetində məsul
vəzifələrdə çalışıb.
O, həm də rəssam və publisist kimi fəaliyyət göstərib.
Ənvər Yusifoğlu SSRİ Rəssamlar İttifaqının,
Azərbaycan və
SSRİ Yazıçılar ittifaqlarının üzvü
olmuşdur.
Nadir istedad sahibi
olan Ənvər Yusifoğlu məşhur
"Molla Nəsrəddin"çi
şair Əliqulu Qəmküsarın bacısı
oğlu idi. O, ziyalılığı,
ailəsindən gəlmə
nəcibliyi və
Allah vergisi olan istedadı ilə qısa müddətdə
ədəbi ictimaiyyətin
diqqətini cəlb etmişdi. Ədibin elmi və bədii təfəkkürü
aydın idi. Bu keyfiyyət onun
təsviri sənətə
dair yazdığı
məqalələrdə özünü
daha çox göstərib. Bir filosof
yazıçı kimi
antik dövr fəlsəfi fikrini və inkişaf etmiş Avropa intibahını müqayisəli
tədqiq etməsi onu ədəbi ictimaiyyətə bir peşəkar kimi tanıdıb. Ədib
"Gənclik illərinə
səyahət" ("Hamballar")
povestinin, "Düşmənimin
düşməni", "Cərrahlar" romanlarının,
"Vətəndaş", "Veysəl və dostları", "Məzəli
adam", "Gecə
qardaşları" və
başqa yaddaqalan hekayələrin müəllifi
olub. Lakin Stalin rejiminin repressiya mühiti yazıçıya öz
istedadının daha qabarıq üzə çıxmasına imkan verməyib, o, 10 il
müddətinə ailəsindən,
vətənindən uzaq
Sibir çöllərində
siyasi dustaq həyatı keçirib. Ənvər Yusifoğlu sürgündən
qayıtdıqdan sonra
onun "Düşmənimin
düşməni" romanı
ikinci dəfə nəşr edilib və həmin vaxt ədəbi mühitdə hadisə kimi qiymətləndirilib.
Tanınmış tənqidçilər yazıçının əsərlərinə,
ümumi yaradıcılığına
yüksək hörmətlə
yanaşıb və onun haqqında dəyərli məqalələr
yazıblar. Ənvər Yusifoğlunun
adı həmişə
görkəmli yazıçılar
sırasında çəkiləcək,
əsərlərinin hər
bir nəşri onun xatirəsinə və oxucularına böyük hədiyyə
olacaq".
Sonda yazıçının
ailəsi adından övladı Nərgiz Ənvərqızı çıxış
edərək minnətdarlığını
bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 10 aprel.- S.7.