Cəfər Cabbarlı 115 illiyində yad edilib
M.S.Ordubadinin ev-muzeyində görkəmli
yazıçı-dramaturq, teatr, kino xadimi,
tərcüməçi və
rejissor Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesindəki C.Cabbarlı guşəsinə baxıblar.
Muzeyin direktoru Lalə Abaszadə C.Cabbarlının
görkəmli yazıçı-dramaturq,
teatr və kino xadimi, tərcüməçi,
şair, jurnalist kimi xidmətlərindən
danışıb. Filologiya
üzrə elmlər doktorları - C.Cabbarlı
irsinin tədqiqatçısı
Asif Rüstəmli,
professor Himalay Qasımov
və başqaları
XX əsr Azərbaycan
dramaturgiyasında, teatrında,
kinosunda ilklərə
imza qoyan qüdrətli sənətkarın
həm də jurnalistlik və tərcüməçilik fəaliyyətindən
söhbət açılıb.
Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə
bildirib ki, erməni-müsəlman qırğınını,
neft və milyonlar şəhəri olan Bakının keşməkeşli həyatını
əsərlərində böyük
ustalıqla əks etdirmiş C.Cabbarlı ilk
dəfə olaraq azərbaycanlı qızı
İzzət Orucovanı
kino ekranına və teatr səhnəsinə
gətirməyə nail olub:
"Ədib tərcüməçi
kimi də eyni fədakarlıqla Azərbaycan səhnəsində
Şekspirin "Otello"sunu,
Şillerin "Qaçaqlar"ını
və digər xarici ölkələrin yazıçılarının əsərlərini azərbaycanlı
teatrsevərlərə tanıdıb".
Tədbirdə böyük ədibin poeziyasından nümunələr
və şeirlərinə
yazılmış mahnılar
səsləndirilib. Sonda dramaturqun
nəvəsi Qəmər
Seyfəddinqızı babasının
xatirəsinə göstərilən
ehtirama görə minnətdarlığını bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 11 aprel.- S.7.