Vətən, hey!..
Anamın
uzalı əli,
Yanağımdan süzülən inci
seli,
Alışan, quruyan dilim- Vətən, hey!..
İçimdə ağla sən,
Yolları bağlı sən.
Bakının bürküsü-
Canımın ürküsü,
Gözlərimin mürgüsü,
Dərdimə bax?!
Getməyə yerim yox,
Vətən, hey!..
Adına
bağla məni,
Qəlbində saxla məni...
Dərdimi tərpətdin
"Bir
ev qoyub gəlmişəm-
açarları cibimdə.
Açarla
oynayıram-
çadırların dibində".
Əbülfət Mədətoğlu.
Nə olar, Əbülfət,
sən şeir yazma!
Yazdıqca dərdlərim
üzümə durur.
Gedə
bilmədiyim
O yollar ki var
Aşılmaz dağ kimi
Gözümə durur.
Anam da qoynunda
açar gətirdi.
Məni
dərdlərinə
Naçar gətirdi.
Necə
də sevirdi
elin,obasın,
Sonunda qisməti
köçkünlük oldu.
Alışa bilmədi
O bu həyata!
Əlləri hər şeydən
üzülü
getdi.
Sanıram, bəlkə də
küsülü getdi.
Anamdan nişanə
qalan o açar
Qəlbimi talayan
Yağıya döndü.
Deyə
bilmədiyim
Sirrim, sözüm var
Sinəmə dərd yığan
ağıya döndü.
Ey Vətən
Çoxdan itirdiyim o sevdalı
quş,
Tapıbdı ruhumu, səndən oxuyur.
Daha mənlik deyil o dağ, o yoxuş,
Ömür çeşnisini qəmdən
toxuyur.
Vətənsiz yaşamaq varmış
qədərdə,
Səngiməz tufanlar uçur başımdan.
Mənə ömrüm boyu
yarmış kədər
də,
Özgənin baharı keçir qışımdan.
Bu qəriblik hər zərbədən betərdi,
Haqqın nəfəsinə yollar açıla.
Öz içimdə hey çəkirəm
bu dərdi,
Nə ola boynuma
qollar açıla.
Vətən oğlu nərə
çəkə qoşuna,
Hər kəs gedib obasına buluna.
Əlim
dəyə ana yurdun daşına,
Sığal çəkəm tikanına,
koluna.
Şöhrətinə kim
qalxacaq, qoy olsun!
Təltifini kim alacaq, sözüm yox.
Yurd yerində büsat olsun, toy olsun,
Bu dünyadan umduğum
yox, gözüm yox.
Yollarının tozu olum, ey Vətən!
Bazarçayı, Göbəkdaşı görüm
mən.
Qızın olum, yazın olum, ey Vətən!
El-obanı, yar-yoldaşı
görüm mən.
Çəkdim
Könlümə dərmandı Vətən
havası,
Qərib günlərimi saymaqdan çəkdim.
İçimlə çölümün düşüb davası,
Dözümdən, səbirdən-doymaqdan çəkdim.
Ha boylanaq ömrümüzdən
ötənə,
Xəbər çatmır dadımıızdan
yetənə,
Yollar bağlı o dağlara- Vətənə,
Sar tutmuş obadan, oymaqdan çəkdim.
Ruhumu çəkib aparan o yurddu,
Həsrət məni ayaq üstə qurutdu,
İlk nəfəsim, son sözüm
də Uruddu,
Dərdimi qələmlə yaymaqdan çəkdim.
lll
Ötən illər çox
dostumu ələdi,
Xəlbirdə qalanlara dəyməliyəm.
Ömrüm-günüm bir xiffətə
bələndi.
İndən belə yaşa boyun əyməliyəm.
Bir günümə tən gəlməyən bəyazlıq,
Öz yolunu saçlarıma salıbdı.
Nə Arazdı, nə Kürdü, nə dənizdi.
Mənim
gözüm bir
bulaqda qalıbdı.
Qışa doğru
Hüsnünü dəyişir dünya,
Yazım qaçır qışa doğru.
Mənimlə əyişir dünya,
İlim qaçır yaşa doğru.
Ad bizimdi, dad özgənin,
Ocaq yanır, od
özgənin,
Hava mənim, ud özgənin,
Çalınır gərdişə doğru.
Şərəfsizlik xoşa
gəlir,
İş başına naşı
gəlir,
Qurd qoyunla qoşa gəlir,
Öz qapazım
başa doğru.
Karvanın dəvəsi bəlli,
Sarvanın həvəsi bəlli,
Bu dəhşət əbədi
bəlli,
Çarpışmalar boşa doğru.
Ağrı-acı əllidəndi,
Bu xəbər bağrımı
dəldi,
Xəyalıma nələr gəldi,
Könül getdi huşa doğru.
Qul olalım, arkadaş...
"Haqqı
axtardım,qəbrini tapdım"
Baba Pünhan
Haqqın
çatana da əlin yetişməz,
Ən gözəl
arzular qaxaca dönüb.
Rüşvətxora xəzinə də bəs etməz,
Tamahın vicdanı beşikdən sönüb.
Vətən kabinetdi, vətən
maşındı,
Ailən salamatdı, aləm xar olsun.
Ölülər danışdı, diri
daşındı,
Təki çiynindəki başin
var olsun.
Bu dünya əzəldən
nəf dünyasıdı,
Söz atıb
pul tutmaq adətə dönüb.
Elə yaranışdan kəf dünyasıdı,
Qul vurub, qul tutmaq adətə
dönüb.
Qul olalım, arkadaş!
Qula bəxtlər
verilib.
Qolu zəncirdə, könlü
azad solanlar
Bil, tarixin arxivinə çevrilib.
Kafası
boş, cibi dolu olanlar
Qolumuzu burdular,
Sinəmizdən vurdular.
Qul olalım, arkadaş!
Qula taxtlar qurulub!
Özgə havalar
Sinənə sıxdığın tardı, kamandı,
Bəs niyə
çaldığın özgə
havadı?
Dilində məramın sülhdü,
imandı,
Doğma ocağında bu nə davadı?
Pencəyin düyməsin, şalın
saçağın,
Oynada-oynada lallaşana bax.
Bəzəkli kabinetdə-küncün-bucağın,
Vətənə bənzədib kallaşana
bax.
"Gedir yal davası,
sümük davası",
Necə söyləmisən, bunu şairim?
İştahlar dəyişib, yal
yada düşmür,
İtləri aldatmır sümük havası.
Milçək olan yerdə bal yada düşmür.
Çatlayan qəlbimin sözü
yuxarı,
Sağ əllə sol əli öldürür zaman,
Çayların axarı üzü
yuxarı,
Haqlıya haqsızı güldürür
zaman.
lll
Soyadım bu, adım bu,
Sanımla əlləşirəm.
Qohumum bu yadım bu,
Qonumla əlləşirəm.
Vətən gülü saralan,
Yollarını sar alan,
Bu ağrıdan qaralan
Qanımla əlləşirəm.
Ha getdim ön çatmadı,
Səs batdı, ün çatmadı,
İlə də ün çatmadı,
Anımla əlləşirəm.
Düz söz qaldı dəliyə,
Təltif, addı ölüyə,
Şöhrət özü məliyə ,
Sonumla əlləşirəm.
Gənclik uçdu quş kimi,
Gözdən axan yaş kimi,
Qocalıqdı qış kimi,.
Canımla əlləşirəm.
Flora Xəlilzadə
525-ci qəzet.-
2014.- 11 aprel.- S.7.