Əlvida deyə bilmirik
(Məşhurların
xanımları)
Onsuz o
evin qapısına getmək o qədər qəribə hissdir
ki... Tofiq Abdin, demirdiniz, hər zaman gəlin,
qabağınıza çıxaram qızlar... İndi
hardasız? Qapını bizə siz açın.
Nədənsə
yaman utanırdıq, birtəhər dizimizdə taqət
tapıb içəri giridik. Evdən tək Tofiq müəllim
getməmişdi. Nə əvvəlki hərarəti, nə
sevinci, nə həvəsi gördük. Hər şey donub
qalmışdı. Elə bil həyata yenidən başlamaq
üçün, 40 gun bundan qabaq ölümlə edilmiş
zarafatın sona çatmasını gözləyirdilər...
Zaman bir tək Gülnaz xanımın üzərindən
adlamışdı. Özü də bizə elə gəldi
ki, onunla 40 gün yox, sanki 40 il bundan qabaq
gorüşmüşük. Hanı o əvvəlki sevinc dolu
gözlər Gülnaz xanım...? Yoxsa Tofiq Abdin onu da özüylə aparıb?
Bilmirəm
nədən başlayım...
O
ölümdən qorxan adam olub. İki dəfə
öskürsə, üçüncüdə təlaşlanıb
xəstəxanaya gedərdi. Həkimə o qədər zəng
edirdi ki, deyirdim bəsdir, bezdirmə həkimləri, ən
kiçik şeydə qorxuya
düşmək nəyə lazımdır? Tofiqə səhhəti
ilə bağlı nəsə demək mümkün deyildi. O
saat ölüm qorxusu canını alardı. Hər şeyi
ona deməyə ehtiyat edərdik. Amma son dəfə xəstələnəndə
heç əl-ayağa düşmədi. Gecə yata bilməməsi,
yaxşı yemək yeməməsi, rənginin dəyişməsi
ona hec nə demirdi. O ayın 25-i köçmədi, artıq
bir həftəydi ki, ölmüşdü Gözləyirdi,
sakitcə oturub, əcəlin gələcəyi anı səbirsizliklə
gözləyirdi. Ölümdən qaçan adam,
özünü ölümə təslim etmişdi. Sanki
dolu-dolu yaşadığı həyatdan tək bunu istəyirmiş.
Aman Allah,
bir qadın əzabdan yəqin ancaq bu qədər göynəyə
bilər. Hisslərindən danışanda, bax gör körpə
təki necə
hıçqırır...
Bir həftə
idi ki, halsızam, zəhərlənmişəm deyirdi. Mən
də adi vaxtlarda olduğu kimi ona qulluq edirdim. Hardan bilim son
günləridir? Həmin gün iştahı da yaxşı
idi. Zəng edib, dost- tanışlarıyla danışdı.
Öz-özümə “bu kişi niyə konturu boş yerə
xərcləyir”deyə deyinirdim. Axşam tərəfi idi.
Gordum narahatdır. Yerində
otura bilmir, nəfəs alması çətinləşir:
– Niyə
belə ağır nəfəs alırsan, Tofiq?
– Nə
bilim, alıram da!
Özgə
vaxt bu sözü ona desəydim, təlaşdan
özünü itirərdi. Hec beş dəqiqə keçməmiş,
nəfəsində xışıltı duyuldu. Əlim catan həkimləri
cağırdım. Oğluma da xəbər verdim.
İnanılmaz idi, amma iki-uc dəqiqə bundan əvvəl
eşitdiyim xışıltı, xırıltı
olmuşdu... Əlini sinəsinə uzadıb:
–
Xırıltıya bax eyy... – dedi.
Təcili
yardım çağırdım. Bir iynə vurdular. İkincidə
damara düşmək mümkün olmadı. Hər dəqiqə
başqalaşırdı. Təcili yardım maşını
ilə xəstəxanaya getdik. Artıq uzana da bilmirdi. Sanki xəstəxanada
bir az rahatlaşmışdı. Reanimasiyada olduğunu əsas
gətirib, bizi içəri buraxmırdılar. Təxminən
10 dəqiqə keçmiş, həkim dedi ki, xəstə
sizi çağırır. Yanına getdim:
– Nəsə
istəyirsən? –deyə soruşdum
– Mənə
su ver! –dedi. Əsəbi görünürdü
Su verdim.
Ürəyi yanırmışcasına, doyunca içdi. Nə
vaxtsa bir insanın bu qədər iştahla su içdiyini
görməmişdim. Çölə çıxdım. Qərara
gəldik ki, bu gecəni birtəhər yola verib,
sabahısı əməliyyata götürək. Amma sabah
olmadı...
Həkim
gəlib:
–Sizin xəstəniz
can verir, –dedi.
Mənə
hec nə çatmırdı. Səs –küy salmağa da
macalım olmadı. Oğlum içəridəydi. Palatadan
cıxanda ata itkisi gozlərindən oxunurdu.
– Allaha
şükür et ana, atam əzab çəkmədən bu
dünyanı tərk etdi...
Evə gələndə
həyat yoldaşımın üzünü acıb, son dəfə
baxdım. Qara adam necə ağarmış, üzündəki
qırışlar sanki yoxa çıxmışdı. Üzündəki
nur yox, bəyaz işıq idi. Təsəlli tapmaq
üçün bəhanələrimiz var. Deyirik rahat gedib, əlimizdə
can verib. Əzab çəkmədən həyatdan
köçüb. Amma ölüm öz sözünü dedi.
Tofiq
Abdin, necə qıymısan yarına? Atası yox, anası
yox. Balaları da ki, ata dərdi çəkir... İndi kim onu
sakitləşdirəcək? Artıq peşmanlıq çəkirdik.
Gülnaz xanımın qaysaqlamamış yarasına bir ovuc
duz da biz tökmüşdük...
Mənə
nəsə olanda Tofiq deyərdi:
– Sənə
heç nə olmasın, yerinə mən xəstələnim...
Dərdləri
çiynimdən elə alardı ki, heç xəbərim də olmazdı. Ailəmizdə
çox faciəvi, vaxtsız olumlər olub. Amma Tofiq hec birinin
əzabını yaşamağa qoymayıb. Mən
ağlayanda dözməzdi. Görürdüm ona pis təsir
edir, mən də ağlamazdım. Amma indi göz
yaşımı silən yoxdur. Ağlama deyənim
qalmayıb...
Gözləyirəm,
nəyi gözlədiyimi hec özüm də bilmirəm. Səhər
olur, gecə gəlsin deyirəm, gecə olur səhər
açılsın deyirəm. Gecələrsə yaman uzun
imiş... Bir gecədə aylar kecir, il olur, səhər
açlmaq bilmir... Darağı, axırıncı dəfə
cçxardığı şalvar-köynək, eynəyi necə
qoyubsa elə də yerində qalır. Heç birinə dəyməmişəm.
Axı o hər şeyin yerini məndən daha yaxşı
bilirdi. İndi mən onları hara qoyum? Bilmirəm, heç nəyi
bilmirəm.
Bir daha
olmayacağını dərk etmək istəmirəm. Ən
böyük təsəllim təklikdir. Deyirəm bəlkə
tək qalıb düşünsəm, nəsə çarə
taparam. Bəzən bunun faydasız olduğu yadıma gəlir.
Amma düşüncələr az da olsa qəlbimi
rahatlaşdırmağı bacarır. Mənə elə gəlir
bütün bunların bir sonu var. Bu sonda ya məğlub olub
Tofiqin gedişini qəbul edəcəm, ya da başqa gozlədiyim,
istədiyim nəsə olacaq. Oturub şəkliylə
danışıram. Ürəyimdə olan hər şeyi
düz üzünə deyirəm. Danlayıram,
ağlayıram... Yoxluğundan şikayətlənirəm.
O qədər
çarəsiz görünürdu ki, içimdən dua etdim.
“Allahım nə olar Tofiq müəllim içəri girib onun
bütün əzablarını dindirsin”. Olmayacaq duaya, amin deməyim
gəlmirdi. Amma Gülnaz xanımın iniltisinə qulaq asmaq
daha çətin idi. Təsəvvür edirdim, gedənimiz
geri gəlsə, qalanımız necə sevinər.
İnana
bilmirdik ki, bu qadın Tofiq muəllimin öləcəyini həyat
boyu bir dəfə də olsun ağlına gətirməyibmiş...
O cür
şıltaq, həyat dolu, çılğın insan 5-10 dəqiqənin
içində yoxa cıxmışdı... 4-5 il bundan əvvəl
Tofiq xəstələnmişdi. Halı bir az qarışan
kimi, məni yanına çağırıb vəsiyyət zəminli
sozlər deyərdi. Cox məyus olurdum.
– A
kişi, sən yenə başladın?- deyə zarafata cevirib,
sohbəti dəyişərdim.
İndi
bir həftə idi ki, halsız idi. Bəs niyə məni bircə
dəfə yanına cağırıb heç nə demədi?
Heç, nə ölümlə mübarizə apardı, nə
bircəmizə onsuz olacaq gələcəkdən söz
açdı. Hər şeyi axarına buraxıb, təslim
olması məni narahat edir. Bəlkə ölümün
özü ilə danışmışdı? Bəlkə tək
qorxusunun ölüm olduğunu bilən Əzrayıl ona cəsarət
suyu verib, rahat aparacağına söz vermişdi? Gedəcəyini
qəbul etmişdisə, yoxluğundan danışıb, məni
niyə xəbərdar etmirdi? Gedirdi gedirdi, bəs niyə məni
heç kimə tapşırmadı?
İnsan
xoşbəxt olanda heç özünün xəbəri
olmur. Zaman bir göz qırpımında axır.
Başını elə qatır ki, bəzən həyatdan
şikayətlənə də bilmirsən. O zamana qədər
ki, həyat əllərindən körpə quş tək
uçub gedir...
Hər
şey mənə dünənmiş kimi gəlir. Uşaqlar nə
vaxt böyüyüb bilmirəm. Amma Tofiq mənə adiləşməmişdi.
Heç ayrı qala bilməzdik. Bu evdə ikicəmiz
yaşayırdıq. Axır vaxtlar hara getsəm cəmi iki saat
dözər, sonrasında zəng edib məni
çağırardı.
– Hardasan,
hara getmisən? Çalış çox yubanmayasan!
– Allah sənə
kömək olsun gələcəm də, nədir, nəsə
olub?
Hər zəng
edəndə oturduğum yerdə dura bilməzdim.
Qayıdıb evə gəlirdim. Bilsəm yanından
ayrılmazdım. Həmin gün onu xəstəxanaya da
aparmazdım. Zaman tez kecib. Həmişə onsuzluğa oyrəşməyimi
istəyirdi. Amma hec nə alınmayıb. Varkən onu yox
saymağı bacarmamışam... 37 il ərzində, iynənin
ucu boyda gileyim olmayıb. Məni özünə çox
bağlayıbmış. Onsuzluğa bir dəqiqə olsun belə
öyrəşə bilmirəm. Həyatımın hər
bucağında o var imiş. Onun mənə bu qədər
yaxın olduğunu bilməmişəm.
Axı
heç düşünməmişdim. Onsuz qalmaq
ağlıma belə gəlməyib. Vəfasızdı deyirəm.
Qoyub gedibsə deməli vəfasızdır. Sənin bu qədər
bivəfa olduğunu bilmirdim,Tofiq... Hərdən istəyirəm
küsüm ondan, görürəm yox bu da
faydasızdır... Bəlkə görünüşü məni
aldadırdı. Deyirlər, Tofiqin 73 yaşı var imiş.
Axı buna necə inanım. Mənimlə yaşayan Tofiq, o
yaşda deyildi ki.
Söhbətimiz
boyu bir dəqiqə belə Gulnaz xanımın göz
yaşları susmadı... Bu ağrılı-acılı
müsahibənin ideya muəllifi yenə də Tofiq Abdinin
özü idi...
Məhəbbət
HACIYEVA,
Firəngiz
AĞALAR
525-ci qəzet.-
2014.- 12 aprel.- S.20.