SƏMA CİSMLƏRİ
1. GÜNƏŞ
Dan yeri
sökülür, oyanır Günəş,
Sevinmiş kimidir sanki uçunur.
Səmaya
sığışmır titrək telləri,
Telin bir
ucu od, o bir ucu nur.
Milyon illərdir
ki, beləcə durur,
Bircə həniriylə oyadır yeri.
Ona
çox yaraşır məğrur duruşu,
Cəzb edir, fırladır səyyarələri.
Əbədi
zülmətdə qaynayır, daşır,
Min aləm
yaradır bir od kürəsi.
Onun
övladıdır qövmi-bəşər də,
Yerin dağı-daşı, kərə-kürəsi.
İşıq
zərrə-zərrə nizamla axır,
Şimala, Cənuba, Şərq ilən Qərbə.
Burda Gecə-Gündüz
gəzişir qoşa,
Zaman da bölünür burda dörd rübə.
Hər
rüb fövqəladi xalça naxışı,
Birər-birər buta - Yaz, Yay, Payız, Qış.
Bütün
kürrələrin gözəli Yer də,
Bizə Vətən
olmuş, yurd-yuva
olmuş.
Dörd
ünsür də bundan, dörd qızıl kərpic
Su, od, torpaq, nəfəs - bütün məxluqat.
Başımızın
üstdə doğma Günəş var,
Qalan günəşlərsə bizə ögey, yad.
Yeddi rəng
də bundan, gün işığında,
Qövsi-güzeh olub yanası - Günəş.
Tanrının
ən böyük möcüzəsidir,
Bütün dünyaların Anası - Günəş.
Günəşin bir adı - nəhəng
yanğındır.
Hərdənbir diksinir, püskürən oddan.
Göylərə
yeni bir Günəş gəlincə
O bizi hifz
edər dərddən-bəladan.
Mart, 2014
2. AY
("İkinci
şeir")
Dur,
ayıl apaydın Aya bax, ayə!
Ay-Yerin aynası, yerin güzgüsü.
Ulduzlar
içində ən xanım-xatın,
Göylərin işıqlı bəzəyi,
süsü.
Analar
uşağa "Ay parçası", "Ay",
Aşiqlər gözələ "Ay üzlü"
deyib.
Aya bənzədilən
sevgililərə,
Ay da
ucalardan uğur diləyib.
Buluda girməyi
mələk misallı,
Buluddan çıxmağı şah gəlişidir.
Göydən
yağış yağar, qar düşər, fəqət,
Zəriflik yağdırmaq Ayın işidir.
Ay - Yerin
göylərdə mərd keşikçisi
Səma daşlarından qoruyur Yeri.
Bu -
doğma, fədəkar Ayın qılığı,
Utandırır bütün səyyarələri.
Aydan
doymaq olmur, Aya baxırsan,
Hamar gül üzündə çapıqlar bəlli.
Ay məğrur
dayanıb öz səngərində
Daşların yeridir ona təsəlli.
Ay
ömrü, Ay üzü - istihalədi
"Aypara",
"Yarım Ay", bütöv "Bədr-Ay".
Bəzənib-düzənib,
zərif, xuraman
O Günəş donunda hara gedir - Ay?
Ay Yeri düşünür
özündən də çox
Yer ona Anadır, Ay - dəcəl övlad.
Onların
bu ülvi məhəbbətinə
Paxıllıq eləyir külli-kainat.
Mədd-cəzr - Ayın cazibəsidir.
Gündə iki dəfə, hər axşam-səhər.
Göydən
mehr yağır, sığallanır Yer,
Qabarır, çəkilir bütün dənizlər.
Bir də,
tarix bilir, qədim türklərin
Aypara çəkilib bayraqlarına.
Aypara - ərlərin
başının üstdə
Sayə olub Turan torpaqlarına.
Yenilməz
aypara - bayraqlarını
Alp-ərən igidlər çəkib aparıb.
Dünyanın
al-əlvan xəritəsində
İndi də parlayır ayparaları.
3. YER
Göydən
baxılsa yer,
daha gözəldir.
Daha yaraşıqlı, daha işıqlı.
Hər
daşı yerində, hər yeri daş-qaş,
Donu yaşıl zehli, gül-sarmaşıqlı.
Dağları sıyrılıb, göyə ucalır.
Qırçın ətəyini yuyur ümmanlar.
Baxan bir də
baxır, göz çəkmir, əsla!
Məsuddur uzaqdan, feyz umanlar.
Meh əsir
canlanır sünbüllü zəmi
Ahəstə kəhrizlər, dolu bulaqlar.
Yovşanlı
küdrülər, qalın ormanlar,
Al-əlvan baxçalar, meyvəli bağlar.
Şeh
düşüb, işıldar məxmər çəmənlər
Torpağı
duymaqçın ayaqyalın gəz!
Nəbzini
hiss edib qürrələnərsən,
Yerdə həyat yoxsa bir çöpə dəyməz.
Səni
yoldan elər - donub qalarsan
Dağların hörüyü billur şəlalə.
Bu yana dönsən də yolunu kəsər,
Yamacda alışıb-yanan al lalə.
Bizim bəxtimizdən, Yer bizim Yerdir.
İnsan məskənidir indi bu dünya.
Bir-bir gəlir-gedir,
əbədi deyil,
Bitirir, yetirir, puç edir sonra.
Dünya,
məhlə-məhlə, küçəbəküçə
Ev-ev, qapı-qapı bölünüb durur.
Sonra o məhlələr,
o küçələr də
Ev-ev, qapı-qapı kömülüb durur.
İnsan
şəhər salır möhtəşəm, qəvi
Vaxt onu dağıdır mürür-zamanla.
Çox
yurdu mehrlə gülzar eləyib,
Çox yurdu sınayıb ahla-amanla.
Tayfa, qəbilə,
ta bəylik, xanlıqdan
Keçib səltənətə sakin olublar.
Dünya əzəl gündən ibrət yeridir.
Göz açıb gördüyün sənə dərs
olur.
Burda qoşa bitir xeyir də, şər də.
Sevgi də, nifrət də, haqq da, nahaq da.
Ta
özü gələndən kürreyi-ərzi
İkili görübdür elə o vaxtdan.
Qitələr,
dövlətlər, el-oba, millət
Sərhədlər içində bir-bir ya birgə.
Quru, dəniz,
hava yolları xətt-xətt
Bunları bağlayır ölkəbəölkə.
Yerin
canı qızıl, yerin qanı neft,
Yerdə qalmır, çıxır bölünür həmən.
Varın əlindədir
ağ gün, qara gün,
Güzəran dirçəlir bu bölünmədən.
Yer
cıdır meydanı, hamı at çapır
Bu yolda
yorulur adam da, at da.
Köhlən
at büdrəyir, bir də görürsən,
Kor yabı qazanır bu partapartda.
Bu ali məxluqu nəfsdir yıxan
Yerdə dedi-qodu, yerdə qeybət var.
Varlanmaq
üçünmüş müharibələr,
Varlanmaq üçünmüş bütün davalar.
İnsanın
sap-sağlam sağ əli ilə
Tala-tala olub bölünüb meşə.
Bitir,
çox yaşamır, çünki zərifdir
Yerdəki qismətə dözmür bənövşə.
Dərzi
ölçüb-biçir bir top parçanı
Bir əlində qayçı, birində arşın.
Fateh də
qan tökür bir çim yer üstə,
Bir
qarışa fəda, bir alay qoşun.
Burda ər
igidlər şanlı qəhrəman!
Orda ağciyərdir fərari, qorxaq.
Burda
ucalıbdı göyə qalib tuğ,
Orda ayaqlara atılıb bayraq.
Yerdə
varlı-kasıb, hər cürə adam.
Haqlısı, haqsızı, əyri-düzü var.
Yerin
özü birdir, üzü də birdir,
Yerdə yaşayanın min bir üzü var.
Sənin taleyində nə varsa - burda.
Ha əlləş,
ha vuruş, ha yan, ha çalış!
Biri
şad, o biri çarpaz dağlıdır,
Buna qu tükündən, ona daş balış.
Dünyaya
gələndə insan gördü ki,
Qol-boyun dolaşır yerdə ağ-qara.
Ağa da yerdədir, qul da yerdədir.
Günəş,
Ay, bütövmüş, yer - para-para.
Yerdə
zalım da var, məzlum da, hətta
Mərd namərddən azdır, yaxşı da pisdən.
Bir rəngli
olsaydı, yer fırlanmazdı,
Bunlar lap əzəldən
bölünüb - qəsdən.
Gah vulkan
püskürür, gah yer dəbərir,
Daşqınlar, uçqunlar, sürüşmələr
də.
Yeri
lağım-lağım dəyişir bir də,
Yeri dağım-dağım dağıdır bir də.
Rəssamlar,
memarlar, sənət, sənətkar
Yeri
addım-addım etdi abadan.
Bugünü
qurdular Sabaha görə,
Dünən də qalıbdır dədə-babadan.
Dahilər,
şairlər vətənidir - yer
Aya da,
Marsa da göndərib xəbər,
Burda - yer
üzünün əşrəfi insan
Adına layiqdir kamil, mötəbər.
Sürülər, ilxılar, köçəri
quşlar.
Yerdə - Şir, pələng, qurd, tərlan, şahin,
qu.
Ovçunun
zəhmi var, zəhmi yox, qurub,
Hər tərəfdə tələ, hər yanda pusqu.
Üstdə
nə vardısa yanıb kül olur,
Olanlar qalanın yer altda qat-qat.
Burda hər
nə varsa vaxta qarışıb,
Bir hovur yerində dayanmır həyat.
Yer təkcə yer deyil, su içindədi.
Qurudan çoxdu su, çaylar, dənizlər.
Burda da
balıqlar, pullu-pulsuzdu
Təbiət burda da min bir sirr gizlər.
Hərdən,
hərdən qopub, yeri saran bu
Göyü də yandıran kimin ahıdır?
Yerin
suçu yoxdur, yer dağdı-daşdı,
Bu ah da insanın bir günahıdır.
Mart, 2014
4. ULDUZLAR
Bizdən
çox uzaqdırlar, uzaq, uzaq ulduzlar,
Biz onlardan xəbərsiz, onlar bizdən xəbərsiz.
Deyirlər
ulduzların bəzisində həyat var,
Biz onlardan xəbərsiz, onlar bizdən xəbərsiz.
Ağ
şırımlar uzanır göydə belədən belə,
Bu ağ yol, süd yoludur, bu - əzəmi kəhkəşan.
Bizim
Günəş də, Yer də bu ağ
yolun üstündə,
Göylər dağılmayınca ayrılmarıq biz
ondan.
Göyün
övladlarıdır bir-bir Günəş də, Yer də,
Ulduzlar da qohumdur hamısı bir-biriylə.
Biri-birini
qovub, biri-birindən qorxub,
Səpələniblər göyə, hərə bir niyyət
ilə.
Gəl, bir də bu - uzaqdan ulduzları seyr elə.
Zülmətə düşmüş kimi dolaşma o baş, bu baş.
Nə yaxşı, alnımıza yazılıbdı bu dünya,
Ulduzların altında dayanma belə çaş-baş.
Bizim evdən o uzaq evlərə pəncərə var,
Bu pəncərə olmasa yetim qalardı göylər.
Ümid
dolu nəzərlər bu yolda intizardır,
Bu qədər sevinməzdik, yaxın olsaydıq, əgər.
Onlar bizə
doğmadır, biz də onlara doğma,
Bu gəlişi gözəl söz deyildi bəri
başdan.
Bu yolda
qara lağım, soyuq ögeylikdə var,
Səma daşları yağar, gərək qorunaq
daşdan.
O qərib
ulduzların hər biri bir Günəşdir,
Hər
biri neçə
peyki başına dolandırır.
Hər
ulduz gurhagurla qaynayır alov-alov,
Gah səmaya
od saçır, gah özünü
yandırır.
Bu
qarışıq nizamda bir ali intizam var,
Buna deyib
- "burda dur", ona deyib orda dur!
Cazibə
saplarıyla bağlayıbdır bunları,
Bu qurğunu yaradan, ululardan uludur.
Qurğu
saat kimidir, daşları ulduzlardı,
Bunlardan xəbər verən Tovrat, İncil, Quran var.
Asimanın
ürəyi işıqla döyünürmüş,
Bu işığı yandıran, bu dünyanı quran
var.
Mart 2014
Fikrət
Sadıq
525-ci qəzet.-
2014.- 15 aprel.- S.7.