XƏCALƏT
Yazılar masamın üstündə
çin-çin,
Nəşrini gözləyir, indi neyləyim?
Müəllimə çatan bu məvacibi,
Kitaba xərcləyim, ya
özüm yeyim?
Daş altından çıxır
bir parça çörək,
Birinə asandı, birinə çətin.
Bir şeir kitabı nəyinə gərək
Mədəsi qəlbindən üstün
millətin.
İndi söz əhlini dinləyənmi var?
Sanki söz eşidən
qulaqlar batıb.
Şeirin
meydanı indi olub dar,
Xalqın tikəsinə ortaqlar artıb.
Döğma övladlar da bəzən anlamır,
Güzaran axtarır hərə bir yanda.
Nə deyim... şeirlə qazan qaynamır,
Ehtiyac hər yandan üzə duranda.
Özümü ovudum, görən nə qədər?
Dözüm qalasını yıxan
tapılmır,
Boy verir günbəgün bu göydələnlər,
Kitaba havadar çıxan tapılmır.
Yazılar masamın üstündə
çin-çin,
Nəşrini gözləyir, indi neyləyim?
Müəllimə çatan bu məvacibi,
Kitaba xərcləyim,
ya özüm yeyim?
1996
UMACAĞIM
Gözlərim açıq qalıb
Yata bilmirəm
Dilimdə müqəddəs duam,
dodaqlarım hər gecə pıçıldayır
bu duamı eşitmir dünyam.
Məni ögey gözlə görür.
İstədiyimi yarımçıq verir.
Umacağım çoxmudur dünyadan?
Bir içim
su?
Bir udum hava
Bir xışma
torpaq işlədim ondan.
Onu da çox gördü, nə deyim?
Haqlı- haqsızdırmı gileyim?
Axı nə fərqi?
Burda da su, hava,
torpaq var,
İnsanlar yaşayırlar.
Baş alıb ögeylik, yadlıq,
İtib doğmalıq?
Bu boyda dünyayla
davammı var?
Bəlkə özüm-özümdə azmışam,
Huşumu
qarışdırmışam
Dəli oluram?
Dünyanın üzünə dururam.
Dəlilər də bəzən
sözün
Düzünü deyirlər,
Dünyanın hər üzünü söyurlər.
Ünvan
deyin, yol göstərin
Əcəl üstümə kölgə
salıb,
Gözlərim açıq qalıb.
Dünyam
eşitsin duamı,
Qaytarsın umacağımı.
Strasburq,
yanvar 2014
BURA
BERLİNDİ
Çoxdan arzuladığım,
Yuxumda da qorxduğum
bir şəhərdəyəm.
Bilmirəm göydə
Yoxsa yerdəyəm
Dörd
yanımda:
"Ziq hayt! Ziq hayt!Ziq hayt!"
-deyə-deyə
Dəmir
dabanlı çəkmələrini
Daş döşəməyə döyə-döyə
Hitlerin qanıçən,
Insanlığın üstündən
keçən əsgərləri,
Dünya
bizimdir-deyənləri
Dünyaya meydan oxuyur,
Nəfəslərindən qan qoxuyur.
Küncdə-bucaqda,
Yaxında qıraqda,
Yahudi axtarırlar,
Ev- ev gəzirlər,
Neçə taleni xışmalayıb,
əzirlər.
Daş,
torpaq od
tutub yanır.
Göz-gözü görmür
Tüstü dumanlı,
Yedəkdə itlər,
Bax SS-çilər, cüt-cüt
gəzirlər
Allah amandı, fikrim
dolandı.
Hansı zamandı?
Könlüm üşüdü, ürəyim
dondu.
Düşdüyüm bu yer görən
haradı?
Halım
pozuldu qanım qaraldı
Biri öyünüb qürurla
dedi:
-Bura Berlindi.
Başıma vurdum döydüm
dizimə,
Gəldim özümə.
Bu nə təlaşdı,
necə qorxudu?
Bu bir xəyaldı,
yəqin yuxudu.
Hər tərəf reklam, vitrinlər əlvan,
Gümüşü çiraqban,
Deyib gülən çox,
Qandan, qorxudan
Bir əsərdə
yox.
Burda nə ölən, nə öldürən var
Əlində zənbil,
Çiynində çanta
Gəzir insanlar.
Yaşıl bağlardan, xiyabanlardan
tutub əl-ələ,
şən, gülə-gülə,
keçir cavanlar.
Meydan elə bil
Qaynayır daşır,
Məsum
körpələr su pərisitək
Suda oynaşır.
Gördüklərimdən
Lap ağlım çaşır,
Bir dünya sevinc,
Bir dünya sevgi,
İndi
mənimdi,
Bura Berlindi.
Berlin, fevral 2014
REYXSTAQ
SARAYI
Müharibədən qalan
Qara kabus kimi
Bir saray durub qarşımda,
Qorxunc bir xəyal
Dolanır başımda
Xəyalı, gözlərimlə hec görməmişdim,
Xəyalda həqiqəti də bilməmişdim.
Gözümlə hördüm,
Yaman üzüldüm.
Bu daş divarlar, sütunlu zallar
Dünyanın bağrında
Basılmış dağdı,
Dönmüş zamandı, çağdı.
Qəlbim sızladı, canım talandı.
Bir vaxt dimdiyində qan,
Gözləri oyan,
İkibaşlı quş olub burda,
Tarixdən qalıb daş
olub burda
Haqqın
harayı,
Reyxstaq sarayı.
Bu adda vahimə, dəhşət, qorxu,
İndi
də xısın-xısın,
pıçın-pıçın
Danışır çoxu
"Taqq... Taqq..." güllələrdən
Oyuq-oyuqdur,
Buz kimi soyuqdur
Divarı-daşı,
Neçə xalqın, millətin
Qan yaddaşı,
Fəryadı, harayı
Reyxstaq sarayı.
Berlin 2014
GÖZLƏRƏM
SƏNİ
O vaxtdan ay ötdü, il də
dolandı,
Həsrətin üstünə həsrət
qalandı.
Hicran sevincimi əlimdən aldı,
Qara saçlarıma ağ
naxış saldı.
Bulud tək qaraldı günüm-gündüzüm,
Ürək qüssə çəkdi,
gülmədi üzüm.
Bir təhər dözürəm
desəm, yalandı,
Yer üstə
gəzirəm desəm,
yalandı.
Desəm
ki gecələr yuxum qarışmır,
Göz yaşım yasdıqda köz-köz alışmır,
Desəm
yol çəkməyə
gözüm öyrəşib,
Desəm
tənhalığa üzüm
öyrəşib,
Desəm ki, qələmim, sözüm ovunub.
Ta səbrim tovlanıb, dözüm ovunub,
Külək pəncərəmi döyüb
ağlamır,
Həsrət kirpiyimdə qrov bağlamır.
İnanma,
əzizim ağ
yalanlara,
Hər gecə
varlığım çəkilir
dara.
Ürək alışanda, can odlananda,
Bəzən ümid verir acı yalanda.
Bir həlim
baxışa, bir şirin sözə.
Bir dünya
verərdim dursaq üz-üzə.
Bu sayaq durumda qınama
məni,
Qayıtsan ölüncə gözlərəm
səni
Gəlsən güllü yazda,
ya qarlı qışda,
Yoluna çıxaram
elə bu yaşda.
Durnalar da dönər yuvası üçün,
Darıxar dağların havası üçün.
İndi
mən bir quşam qanadı qırıq,
Kərəmsiz Əsliyəm sinəsi yanıq.
Elə
ah çəkərəm yer
göy alışar,
Bulaqlar gözümdə
qaynayar-daşar.
Sənsiz
məkansızam doğma
yerim yox,
Xəyalından qeyri dərdi-sərim, yox.
Sən demə gəlməzəm, bağlıdır yollar.
Bu yolla gedənlər gəlməz olurlar.
Qollarım daş altda, yerim qəfəsdi
Olanım, olmazım bir quru səsdi,
O səslə əzizim çağır sən məni
Səsləsən əbədi gözlərəm səni.
Strasburq 2014
ARADAN
ZAMAN BAXIRDI
Ordakı
bulaqlar oxuyurdular,
Göylər maviliyin hey paylayırdı.
Qərib
bənövşələr qoxluyurdular,
Külək pərdə-pərdə ətir
yayırdı.
Bulaq nəğməsinə sözüm
bələndi
Əyilib bir dodaq suyundan
içdim.
Çiçək baxışından sevgi
ələndi
Şeirimin donunu ləçəkdən
biçdim.
Ordakı
bulaqlar oxuyurdular,
Elə bildim bu yaz
həminki yazdı
Qəribsəyib birdən elə
doldum ki
Bulaq həsrətimi
sulara yazdı.
Ordakı
bulaqlar oxuyurdular,
Xatirələr düşüb, suya axırdı.
Qayıtdım dünənki səadətimə,
Heyif ki, aradan zaman baxırdı.
2011 Qəbələ
FƏLƏK
DƏ DİL AÇDI
Dolan bulud nə durmusan
Başım üstə çətir-çətir?
Evimizin üstündən keç
Nənəmdən bir nağıl gətir.
Doğan
günəş, bir az əyil,
İçimdə bir sazaq gəzir,
Arxam dağlar, məni eşit
Sizsiz qürbət
məni əzir.
Sevinc mənə baxma belə
Çıx get, izin də qalmasın,
Tanrı
dərdimi çox eylə
Elə çəkim
qurtarmasın.
Vüsal,
mənə gəlmə
yaxın,
Şam idim ta qaralıram
Ruhum səhrada sürünür
Xəyalıyla dolanıram.
Gedən
karvan, bir az əylən,
Sanma səfər
başa yetdi.
Zaman məni elə döydü,
Mən haqq idim haqqım itdi.
Öz halıma özüm
güldüm
Sandım
ki, bəxtim gül açdı,
Dərd məni elə yandərəd
Zalım fələk də dil açdı.
NİGARANAM
Yaz səhəri, nə tutqunsan, ürəyim,
Kəhrizlərim görən yenə axırmı?
Ömür keçir çin olmayır istəyim,
Çəmənlərim şehdən sırğa taxırmı?
Bahar gəlib, içim qardı, borandı,
Dilimdəki hər gün dağdı-arandı.
İkisi
də bir sevgidən yarandı,
"Ziyarət" im,
"Üç qardaş"
a baxırmı?
Bu həsrəti bəxtimizə
kim yazıb?
Durulmuruq bizi yaman dərd
basıb.
Həyətimiz baxışından qəm
asıb
Qubarlanıb, gözlərini sıxırmı?
Nigaranam, yol bağlıdır nə vaxtdan.
Ay dəyişib, illər ötüb o vaxtdan.
Novruzgülü pardaxlanıb torpaqdan,
"Gillə" yeli
çardaxları yıxırmı?
Şövkət anan bu həsrəti
bildimi?
Onsuz üzün
bircə kərə güldümü?
Ümidinə qat eyləyib sevgini,
Axşam-səhər yol üstünə çıxırmı?.
Şövkət
Zərin Horovlu
525-ci qəzet.-
2014.- 16 aprel.- S.7.