ADMİU-da beynəlxalq konfrans keçirilib

 

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMIU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

SalamNews xəbər verir ki, konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin, Türkiyənin Batman Universitetin Gözəl Sənətlər Fakültəsinin, Türkiyənin Qazıantep Universitetinin Türk Musqisi Dövlət Konservatoriyasının, İsrailinTel-Əviv Konservatoriyasının, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının,AMEA-nın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

ADMİU-nun rektoru Timuçin Əfəndiyev bu kimi konfransların keçirilməsinin vacibliyinə diqqət çəkib və türksoylu xalqların timsalında Türkiyə və Azərbaycanın zəngin tarixə və mədəni irsə malik olduğunu vurğulayıb.

Konfransda ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru Maral Manafova, “Musiqişünaslıq” kafedrasının müdiri Kamilə Dadaşzadə, Batman Universitetinin Gözəl Sənətlər fakültəsinin professoru Seyran Fakültəsinin və digər natiqlər məruzə ilə çıxış ediblər.

Sonda universitetdə təhsil alan türkiyəli tələbələr çıxış edərək Oğuzhan Mercimek Qaradəniz kamançasından, türk zərb alətlərindən danışıblar.

 

 Əliyev Gündüz

525-ci qəzet.- 2014.-17 aprel.- S.2.