Görkəmli alim Fəridə Vəzirovanın 90 illiyi qeyd olunub  

 

 

Ötən gün Yazıçılar Birliyində (AYB) tanınmış ədəbiyyatşünas, tənqidçi, professor Fəridə Vəzirovanın 90 illik yubileyilə bağlı tədbir keçirilib.

AYB-nin katibi Rəşad Məcid qonaqları salamlayaraq Fəridə Vəzirovanın ömür fəaliyyət yolundan danışıb. Rəşad Məcid bu barədə filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədovanın bugünlərdə "525-ci qəzet"də çap olunan "Unutma ki, unudulmayasan" məqaləsi sayəsində daha geniş məlumat əldə etdiyini məmnunluqla dilə gətirib.

BDU-nun professoru Almaz Əliqızı Fəridə Vəzirovanı həm insan, həm alim kimi yüksək dəyərləndirib: "Fəridə xanım gözəl tədqiqatçı alim olmaqla yanaşı, həm əvəzedilməz insan idi. Uzun illər Bakı Dövlət Universitetində çalışıb mən fəxr edirəm ki, gənclik illərimdə Fəridə Vəzirova ilə rastlaşdım. İftixarla qeyd edim ki, namizədlik işimi yazarkən elmi rəhbərim Fəridə Vəzirova olub. qədər ömrüm var, Fəridə müəllimənin zəhmətini unutmaram".

Professor İfrat Əliyeva Fəridə Vəzirovanın həyat yaradıcılığı haqqında geniş məlumat verib: "Fəridə Vəzirova 1924-cü ildə Füzuli (o dövrdə Qaryagin) rayonunun Sərdarlı kəndində anadan olub. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya gedib, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərib.

1945-ci ilin oktyabrında ordudan təxris olunduqdan sonra təhsilini davam etdirib, Stalin təqaüdü alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. Fəridə Vəzirova 1948-1949-cu illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləyib, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxuyub, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olub. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləyib, illərdə universitetin filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olub. Əmək müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilib".

Yubilyarın pedaqoji fəaliyyəti ilə yanaşı müharibədə iştirakından söz açan İ.Əliyeva F.Vəzirovanın həmçinin mətbuatda dövri olaraq məqalə oçerklərlə çıxış etdiyini bildirib. Tədbirdə yubilyarın həyat yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Professor Nüşabə Sadıqlı belə tədbirlərin gələcək nəsil üçün çox vacib olduğunu vurğulayıb: "Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Çünki belə tədbirləri keçirməklə biz gələcək nəsillərə, gənclərə şərəfli keçmişimiz, sanballı elm adamlarımız haqqında məlumat veririk. Mən Fəridə xanımın minlərlə tələbəsindən biriyəm, amma təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, mən onun sevimli tələbələrindən olmuşam. Eyni zamanda Fəridə xanım da mənim ən sevimli müəllimlərimdən idi. Fəridə Vəzirova ciddi zəhmli xanım idi. Lakin o ciddiyyətin zəhmin arxasında yumşaq, əsl ana ürəyi vardı. O kübar bir xanım idi. Fəridə xanım əvəzsiz bir pedaqoq olub. İndi məni yuxudan qaldırıb Məmməd Səid Ordubadi haqqında soruşsalar, ətraflı danışa bilərəm. Çünki onu bizə Fəridə xanım tədris edib. O, Məmməd Səid Ordubadi irsini dərindən bilirdi tələbələrinə öyrədib  sevdirmişdi. Fəridə xanımdan necə müəllim olmaq lazım olduğunu öyrəndim. O, çox prinsipial adam idi heç bir halda prinsiplərindən geri çəkilməzdi".

Professor Əmirxan Xəlilov bildirib ki, Fəridə Vəzirovadan Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı haqqında yazdığı dəyərli tədqiqatlar qalıb: "Azərbaycan ədəbiyyatı qarşısında Fəridə xanımın böyük xidmətləri var. Məmməd Səid Ordubadi, Cəfər Cabbarlıdan sonra gələn Mirzə İbrahimovun, İlyas Əfəndiyevin simasında dramaturgiyanın tarixi, lirik, psixoloji qolları təşəkkül tapdı. Fəridə xanım isə bunları sonrakı nəslə tədris edərək onların əbədiyən yaddaşlarda qalmasına nail oldu".

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da tədbirdə ürək sözlərini bölüşüb: "Çox şadam ki, belə bir tədbirdə iştirak edirəm, çünki mən bu tədbirdə Fəridə Vəzirova kimi bir xanımı, alimi, pedaqoqu daha dərindən tanıdım. Burada danışılanlardan Fəridə xanımın necə nümunəvi bir həyat yaşadığına bələd oldum. Fəridə Vəzirovanın bir üstünlüyüonun qeyrətli övlad kimi vətəni qorumasıdır. Məhz belə bir örnək həyat yaşadığı üçün bu gün tələbələri, onu tanıyanlar Fəridə xanımı sevgiylə tərənnüm edirlər, haqqında ürəklə danışırlar. Belə örnək insanların həyatının, yaradıcılığının gəncliyimizə çatdırılması çox vacib addımdır. Biz belə xanımları hər sahədə axtarmalıyıq. Əslində, bütün sahələr üzrə bizim belə xanımlarımız var, sadəcə biz onları bir daha yada salmalıyıq".

Şair Vahid Əziz tədbirdə "Hərbçi paltarı geyindi qızlar" şeirini oxuyub.

Milli Elmlər Akademiyası Əlyazmalar İnstitunun şöbə müdiri Mehri Məmmədova F. Vəzirova ilə bağlı xatirələrini bölüşüb, yubilyarın yüksək şəxsi keyfiyyətlərindən bəhs edib. Asif Cahangirov, Həqiqət Abdiyeva, Ədalət Tahirzadə, Asif Rüstəmli çıxışlarında görkəmli ədəbiyyatşünasın fəaliyyətindən söz açıblar, Azərbaycan elmindəki mövqeyindən ətraflı danışıblar.

Sonda alimin qızı İradə Vəzirova ailəsi adından tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 18 aprel.- S.7.