Yazıçıların Qarabağ
səfəri
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) rəhbərliyi ötən
həftə Qarabağa
səfər edib. Birliyin sədri, Xalq yazıçısı Anar,
birinci katib, Xalq şairi Fikrət Qoca, gənclər üzrə katib Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri
Xəyal Rza öncə Ağcabədi
rayonunda olublar. Ağcabədi rayonun İcra
Hakimiyyətinin başçısı
Şahin Məmmədov
qonaqları qəbul edib. Görüşdə icra başçısı
ağcabədililərin ədəbiyyata,
şeirə, sözə
olan böyük məhəbbətindən söz
açıb. Görüşdə millət vəkilləri Aqil Abbas, Tahir
Rzayev, AYB-nin Qarabağ bölməsinin
sədri, şair Ənvər Əhməd də iştirak ediblər.
Daha sonra AYB
rəhbərliyi rayon mərkəzində
yerləşən Şahmat
məktəbində və
Gənclər Mərkəzində
olublar. Müasir dizaynla inşa
edilmiş hər iki bina rayon gənclərinin asudə vaxtlarının səmərəli
təşkili üçün
nəzərdə tutulub.
Qonaqlara Şahmat məktəbi, bu məktəbin tələbələrinin respublikada
birincilik qazanması ilə bağlı geniş məlumat verilib. Gənclər Mərkəzində isə müsair oyun aparatları, boulinq zalı, kafeteriyalar var, bura gənclərin boş zamanlarında üz tutduğu bir məkandır.
Rəşad Məcidin ata evi
AYB rəhbərliyi tanınmış
jurnalist, şair, AYB-nin gənclər üzrə katibi,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcidin rayonun mərkəzində yerləşən
ata evində olub, Rəşad Məcidin atası Müseyib müəllim, anası Yavər xanımla görüşüblər.
Xalq yazıçısı
Anar və Xalq şairi Fikrət Qoca ev sahiblərinə
imzalanmış kitablarını
hədiyyə ediblər.
Ənvər Əhmədin yubileyi
Ənvər Əhməd 1943-cü il avqustun
8-də Azərbaycanın Kəbirli
mahalının Sarıyer
yaylağında doğulub.
Ağcabədinin 5 saylı şəhər
orta məktəbində
ibtidai təhsil alandan sonra Bakı
statistika texnikumunu bitirib (1961). Ağcabədi rayonundakı Salmanbəyli
kəndində mühasib
köməkçisi işləyib
(1961-1962). "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə Ağcabədinin
rayon qəzetində dərc
olunub. Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində
təhsilini davam etdirib (1963-1968). Sonra
Ağcabədi rayonunda
nəşr olunan
"Sürət" qəzetində
ədəbi işçi,
müxbir, məktublar
şöbəsinin müdiri
(1968-1976), Xankəndi Dövlət
Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müəllimi,
sonra dosenti (1976-1994) işləyib. N.Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şuşa fılialının direktoru
(1994-2000), Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi
fılialının direktoru
(2000-2002) olub. Hazırda Azərbaycan
Respublikası Təhsil
Nazirliyi Problemlər İnstitutunun şöbə
müdiri vəzifəsində
işləyir. Azərbaycan Yazıçılar
Birliyinin Qarabağ fılialının sədridir
(1991). Bədii tərcümə ilə ciddi məşğul olur.
"M.Ə.Sabirin poetikası" mövzusunda
dissertasiya müdafıə
edib (1982). Şair,
tərcüməçi, ədəbiyyatşünas,
1981-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, filologiya elmləri namizədi
(1982), Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının
doktoru (1992), "Qızıl
qələm" mükafatı
laureatı, beynəlxalq
dərəcəli fəlsəfə
və filologiya doktoru, professor (2000), Beynəlxalq
Kadrlar Akademiyasının
həqiqi üzvüdür
(2001).
Ənvər Əhmədın Ağcabədi
rayon İcra Hakimiyyəti
tərəfindən təşkil
edilmiş yubiley tədbiri Mədəniyyət
Evində keçirildi. Tədbiri millət
vəkili Tahir Rzayev aparırdı.
Möhtəşəm gecədə Mədəniyyət
Evinin musiqiçiləri,
xanəndələr çıxış
etdilər.
Sonra çıxış
üçün söz
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anara verildi. Xalq yazıçısı
Anar Ənvər Əhmədin yaradıcılığından,
ömür yolundan söz açdı.
Daha sonra Yazıçılar Birliyinin
təbrik plaketi və yeni üzvlük
vəsiqəsi yubilyara
təqdim olundu.
Tədbirdə Xalq şairi Fikrət Qoca, Rəşad Məcid, Aqil Abbas, Ağcabədi
rayon İcra Hakimiyyətinin
başçısı Şahin
Məmmədov çıxış
edərək Ənvər
Əhmədi təbrik
etdilər.
Sonda şair
Ənvər Əhmədə
söz verildi. Yubilyar hər
kəsə, xüsusilə
rayon İcra Hakimiyyətinin
başçısı Şahin
Məmmədova və
AYB rəhbərliyinə öz
minnətdarlığını bildirdi.
AYB-nin konfransı
Səfərin səhəri günü Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin konfransı keçirildi. Ağcabədi, Beyləqan, Bərdə, Ağdamdan olan üzvlərin iştirakı ilə keçirilən yığıncaqda AYB sədri üzvlərin suallarını cavablandırdı. Daha sonra səsvermə yolu ilə üzvlərin arasından qurultay nümayəndələri seçildi.
İsi Məlikzadənin məzarını ziyarət
Görkəmli nasir, ssenarist İsi Məlikzadənin məzarı Ağcabədi rayonundadır. Səfər zamanı yazıçının məzarını ziyarət edən AYB rəhbərliyi İsi Məlikzadə ilə bağlı xatirələrini danışdılar. Yazıçının məzarına güllər qoyuldu, “Quran” oxundu.
Həmidə xanım Məmmədquluzadənin ev muzeyində
AYB rəhbərliyi Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Həmidə xanım Məmmədquluzadənin Kəhrizli kəndində yerləşən Ev muzeyini ziyarət etdilər. Millət vəkili Aqil Abbas qonaqlara Ev muzeyi ilə bağlı geniş məlumat verdi. Xalq yazıçısı Anar muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra muzeyə imzalanmış kitablar hədiyyə edildi.
Məhəmməd Füzuli adına kitabxanada
Qarabağa səfər zamanı AYB rəhbərliyi Bayat kəndində yerləşən, millət vəkili Aqil Abbasın təşəbbüsü ilə yaradılmış Məhəmməd Füzuli adına kitabxanada oldular. Kitabxana ilə bağlı AYB rəsmilərinə geniş məlumat verildi. Bildirildi ki, yarandığı ilk günlərdə Rəşad Məcidin və Aqil Abbasın hədiyyə etdikləri 300-400 ədəd kitabla fəaliyyətə başlayan kitabxanadan indi 11 min nüsxəyə yaxın kitab var.
Kitabxanaya imzalı kitablar hədiyyə edən AYB rəhbərliyi kitabxananın əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.
Ağdama doğru
Ərazisinin böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonunun digər kəndlərində quruculuq və abadlıq işləri bu gün yüksək səviyyədə həyata keçirilir. Ağdamlıların böyük hissəsi indi Quzanlı qəsəbəsində və ətraf kəndlərdə məskunlaşıblar. AYB rəhbərliyi səfər zamanı bu kəndlərə də gedərək, düşmənlə təmas xəttində oldular. Sonra Ağdam Şəhidlik Memorial Kompleksi ziyarət edildi.
AYB Mətbuat Xidməti
525-ci qəzet.- 2014.- 18 aprel.- S.4.