Böyük ədib və böyük ürək sahibi (Ilyas Əfəndiyev 100)

 

ƏZİZ VƏ UNUDULMAZ İLYAS ƏFƏNDİYEV HAQQINDA XATİRƏLƏRİM

 

 

 

 

İndi tanınmış ədəbiyyatşünas alim olan Əməkdar elm xadimi, Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevlə mənim tanışlığım dostluğum 1963-cü ildən, o zaman bədnam S.M.Kirovun adı verilmiş Universitetdəindiki ali təhsil ocağımız BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində  oxuduğumuz zamandan başlayır. Timuçinlə mən ərəb dilinin qrammatikasını ev tapşırıqlarını birlikdə hazırlayırdıq.

 

Bizim dostluğumuz o qədər möhkəmləndi ki, günlərin birində Timuçin mənə dedi: “Atam deyir, bir halda ki, dərslərə bir yerdə hazırlaşırsınız, Qurbanı da çağır gəlsin, bizim evdə bir yerdə məşğul olun”.

 

İlk dəfə Azərbaycanın böyük oğlunu, böyük ədibimizi, əvəzsiz yazıçı-dramaturq İlyas Əfəndiyevi görəndə, mənə elə gəldi ki, onun günəş kimi parlayan üzü görkəmi ilahi bir nurdur, ilahinin qüdrətinin təcəllasıdır, bu əzəməti evə nazil olmuşdur.

 

İlahi! İnsan qədər mehriban, qədər insanpərvər olarmış. Adamı necə gülərüzlə qarşılayarmış.

 

O, qüdrətli yazıçı-dramaturq olmaqla bərabər əsl övliya idi.

 

İlyas müəllimin nur saçan əzəmətli görkəmi baxışları ömrümün sonuna kimi yadımdan çıxmaz. Onun gözəl məşhur əsərlərindən birinin adıSən həmişə mənimləsənadlanır. İlyas Əfəndiyevin nur saçan əzəmətli görkəmi həmişə mənimlədir.

 

Onun mənə ilk sözü belə oldu: “Qurban, bundan sonra Timuçinlə bizim evdə dərslərə hazırlaşın”.

 

Elə buradaca deyim ki, İlyas ƏfəndiyevMənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969) Mahnı dağlarda qaldı” (1969) adlı pyeslərinin ilk tamaşalarına baxmağa məni özü Dram Teatrına aparmışdı. Daima xatırladığım həmin günlər mənim gəncliyimin ən gözəl işıqlı xatirələridir.

 

Doğrusunu deyim ki, mən bu xeyirxah ailə ilə tanış olandan sonra hiss elədim ki, bundan belə heç dərdim yoxdur. Əgər əvvəllər min dərdim vardısa, hamısı birdən yox oldu. Ucalardan uca olan İlyas müəllimin – o qüdrətli sənətkarın övliya olduğunu ondan bildim ki, canımda olan sıxıntı ya bir ağrı var idisə, onun parlaq əzəmətli görkəmini görəndə sağalırdım, elə bilirdim ki, bundan sonra mənim dərdim olmayacaq.

 

Allah-taala ona öz qüdrətindən istedad, yazıçılıq, insanpərvərlik, mənəvi cismani gözəllik qismət etmişdi. Vüqarlı baxışları ilə onu görən adama cəsarət, cürət xoşbəxtlik bəxş edirdi.

 

O, öz dövrünün çox sevilən qələm sahibi idi, indiki dövrdə belədir əbədi olaraq da belə qalacaqdır. Dramaturgiya sözü yadıma düşəndə gözümün qabağında məhz İlyas Əfəndiyev canlanır, qeyrisi yox! Belə bir şəxsiyyəti yalnız yalnız Azərbaycan xalqı yetirə bilər!

 

Onun dərin mənalı romanları, povestləri, hekayələri... Bunlar yüksək əxlaqın nümunələridir, bədii-mənəvi bir dəryadır.

 

O vaxtlar İlyas Əfəndiyevin böyük oğlu, indiki böyük yazıçı-dramaturq görkəmli ictimai dövlət xadimi Elçin müəllim aspiranturada oxuyurdu. Yadımdan çıxmaz Elçin müəllim istəyirdi ki, Timuçinlə mən birlikdə ali məktəbi bitirəndən sonra gələcəkdə elmi fəaliyyətimizi davam etdirək. Arzusu çin çıxdı, Timuçin Əfəndiyev elmin yüksək pilləsini fəth etdi – professor, ictimai xadim oldu, mən İlyas müəllimin Elçin müəllimin xeyirxah köməkliyi sayəsində alimlik dərəcəsini əldə etdim, sonra isə ömrümü müqəddəs dinimizə xidmətə həsr etdim.

 

Bu ailəni Allah-təala insanlara xeyirxahlıq, yaxşılıq etmək üçün yer üzərinə göndərmişdir. Əzizimiz İlyas Əfəndiyevin anasıElçin müəllimin, Timuçinin nənələri Qarabağ mahalının məşhur bəylərindən olan Bayram bəyin xanım-xatın qızı, dahi Bilqeyis nənə çox mehriban qayğıkeş həm ana, həm nənə idi. Mənə deyirdi ki, İlyasa tapşıracağam sənə həmişə kömək etsin, sən təhsilini davam etdirəsən.

 

Mən İlyas müəllimin bu əzəmətli evi ilə tanışlıqdan özümə bir nümunə götürərək həyatımı necə quracağımı öyrəndim.

 

Əgər mən bu ailə ilə tanış olmasaydım, həyatda sərgərdan qalacaqdım.

 

Bir dəfə İlyas müəllim mənə dedi ki, Qurban, madam ki, sən Timuçinlə bu qədər yaxın dostsan, qədər ki, biz varıq, gərək bizim evdən ayaq çəkməyəsən, sən tələbəsən, həm Elçinlə, Timuçinlə dostsunuz, hər ikisi xətrini istəyirlər, haçan acdın, gəl bizim evdə yeməyinin ye, sonra get öz qaldığın yerdə dərslərinlə məşğul ol.

 

Bilqeyis nənənin bişirib, gülər üzlə mənim kimi kasıb kimsəsiz tələbənin qabağına qoyduğu o səliqə-səhmanlı təamların dadı indiyə qədər damağımdadır.

 

Şərqşünaslıq fakültəsini bitirdim, aspiranturada elmi işimi davam etdirirdim. Həmin vaxt mən İlyas müəllimlə şəhərdə rastlaşdım.

 

O, məndən soruşdu:

 

Evləndinmi?

 

Dedim:

 

Bir xanım qızın universitetdə oxumasına kömək edirəm. Bu il ali məktəbi bitirəcək, gedəcək Ordubada, sonra evlənəcəyəm.

 

O, dedi:

 

– Bu saat get, onu özünlə aspirantlar evinə apar. Mən sizə kömək lazımdı, edəcəyəm.

 

Elə həmin gün böyük İlyas Əfəndiyevin dediyini etdim. O da hər cürə köməyini əsirgəmədi.

 

Beləcə, iki oğul sahibi olmağıma da İlyas müəllimin sözləri səbəb oldu.

 

Bu ailədən gördüyüm bu qədər yaxşılıqların əvəzini ömrü boyu ödəyə bilmərəm.

 

İlyas Əfəndiyevin qardaşları məşhur tərcüməçi və naşir, Azərnəşrin direktoru Mustafa Əfəndiyevin, görkəmli yazıçı Tofiq Əfəndiyevin və hüquqşünas, o zamanlar Tovuz rayon partiya komitəsinin birinci katibi olan Arif Əfəndiyevin də mənə çox köməklikləri olub.

 

Allah-təala Bilqeyis nənənin övladlarının, nəvələrinin hamısına fitri istedad, yazıçılıq və düha kəraməti əta etmişdi. Mən deyərdim ki, Bilqeyis nənənin qayğısı və Allahın istəyi və iradəsi ilə onlar Azərbaycan xalqının işıqlı və çox böyük ləyaqətli oğulları olmuş və olmaqdadırlar.

 

Allahdan Elçin müəllimə və övladlarına, nəvələrinə, Timurçin müəllimə və övladlarına, nəvələrinə həyatda ən qiymətli olan can sağlığı, daha böyük nailiyyətlər arzulayıram!

 

Allahdan arzum budur ki, Bilqeyis nənəyə, böyükunudulmaz yazıçımız, xalqına qayğıkeş və mərhəmətli olan ata İlyas Əfəndiyevə, onun qardaşları Mustafa Əfəndiyevə, Tofiq Əfəndiyevə və Arif Əfəndiyevə, onların bacıları Məhbubə müəlliməyə və Məhliqa müəlliməyə (görkəmli şairimiz Çingiz Əlioğlunun anası) qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun, sonbeşik həkim Nəzihə xanımın isə ömrü uzun, balaları xoşbəxt olsun!  

 

Molla Qurbanəli Süleymanov

BDU-nun İlahiyyat fakültəsinin baş müəllimi,

filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2014.- 19 aprel.- S.15.