İstedadın enerjisi
Hər
dəfə Çingiz Abdullayev fenomeni ilə
qarşılaşanda qeyri-iradi düşünürəm ki,
yazıçılar və ədəbiyyat haqqında az qala
bütün müasir mifləri dağıtmaq ona nəsib
olub, çünki o, öz yaradıcılığı ilə
mümkünsüzün mümkün olduğunu sübut edib.
29 dilə tərcümə olunan təxminən 200-ə
qədər roman və
povestin müəllifi
heyrətləndirici iş
qabilliyyəti ilə xüsusilə təəccübləndirir.
Günümüzdə yazıçılar artıq çoxcildli epopeyalar yazmırlar, çünki praktik olaraq onların yayımı, paylanması
mümkün deyil.
Oxucuları əlinə beşcildlik
əsər almağa məcbur etmək isə sadəcə real deyil.
Bəzi
müəlliflər internetdə
öz əsərlərinin
sadiq pərəstişkarları tərəfindən
yayımlanmasına nail olurlar. Bəzilərinə
isə, xüsusilə ingilis
dilində yazanlara, tənqidçilərin də
xoşuna gələn,
həm də yaxşı satılan
bestseller ortaya qoymaq nəsib olur.
İngiltərəli Coan Roulinq misalı
hələ bir neçə nəsil müəllif üçün
qıcıqlandırıcı faktor olacaq. Əgər ciddi və heç kimə tanış
olmayan ingilis müəllifinə belə
bir presedent yaratmaq nəsib olubsa, niyə daha uğurlu və xeyli yaxşı
hazırlaşmış başqalarında
bu alınmasın? Əlbəttə, Roulinq özünün
Harri Poter haqqında kitablarını
ən uğurlu və kütləvi auditoriya olan uşaqlar üçün
yazmışdı. Ancaq romanın
müvəffəqiyyətini yalnız uşaq ədəbiyyatına aid olması
ilə izah etmək praktik olaraq mümkün deyil. Dünyada nə qədər
uşaq kitabı yazılır, ancaq onlardan heç biri Roulinqin kitabları ilə müqayisəyə cəhd
belə eləmir.
Yaxud hələ
40-cı illərin əvvəlində
Tolkienin möhtəşəm
epopeyasının yaranmasını
yada salaq. Bütün bu
müddət ərzində
sadiq oxucular onun personajlarını
-Elf və Hobbitləri,
Qnom və Sehrbazları oynamağa davam edirdilər. Ancaq filmin çəkilməsi
Tolkienin oxucu auditoriyasını onqat çoxaltdı və kitablarının kütləvi
nəşrinə gətirib
çıxardı. Heç vaxt
öz pərəstişkarlarını
itirməyən fentezi
janrı sözün həqiqi mənasında ikinci dəfə doğuldu.
Açıq-aşkar həqiqətdir
ki, kitabın uğurunu janrı yox, hər şeydən
əvvəl oxucuları
maraqlandıra bilən,
öz həqiqətini
ortaya qoyan, dünyanın reallığına
inandırmağı bacaran
və bunu qələmə alan
müəllifin istedadı
müəyyən edir.
Bu nöqteyi-nəzərdən
Azərbaycan yazıçısı
Çingiz Abdullayev bu gün sivilizasiyamızı
özünün inanılmaz
əməksevərliyi ilə
heyran edir. 30 il ərzində
dünyanın bir çox dillərinə tərcümə olunan kitablar yazmaq asan deyil, eyni
zamanda bəzən təşəkkür də
qazandırmır. Hər
il milyonlarla əlyazmanın və çap edilməmiş kitabların yer aldığı internetin populyar olduğu müasir
dünyada heç kim müəllifin uğuruna zəmanət verə bilməz. Vəziyyətin belə fonunda fərqli ölkələrin müxtəlif
dilli, müxtəlif intellekt və mentalitetə malik oxucularının rəğbətini qazanmaq, bu və ya
başqa formada hər kəsin maraqlandığı
məsələni-insan ruhunun dərinliklərinə
nüfuz etməyi bacarmaq, artıq öz müasirlərindən
birbaş yuxarı olmaqdır. Müasirlərimizdən kim
Rusiyanın hüdudlarından
kənarda - Azərbaycanda
yaşaya-yaşaya beşcildilk
"Tənəzzül"("Raspad") yazmağa risk edər? Bundan müasir və
aktual əsər nəinki postsovet məkanda, heç dünyada da yazılmayıb. Ağrılı və iflic olmuş
böyük bir ölkənin 91-ci ildəki
tənəzzülünün sadəcə əyləncəli
deyil, həm də ibrətamiz nəqli beşcildliyin əsasını təşkil
edir.
O, İttifaq daxilində
baş verən qarşıdurmalar, Qarabağ
münaqişəsi və
respublikalardakı milli
konfliktlər haqqında
cəsarətlə yazır.
Bu hadisələrin fonunda
azərbaycanlı oğlanla
erməni qızının
məhəbbət hekayəsi
bizi qədimlərin klassik süjetlərinə
aparır. Ancaq bu dəfə feodal klanları arasında müharibə yox, Zamanın özü, həyatın gərdişi, öz tarixlərinin faciəvi dövrünü
yaşayan iki qonşu xalqın bir-birinə qarşı çıxması göstərilir.
Beşcildlik "Tənəzzül" sevgi
və nifrət, mərhəmət və ikrah, anlaşma və ittihamlarla dolu kitabdır. Epopeya oxucunu
yaxın keçmiş
barədə düşünməyə
məcbur etməklə
yanaşı, yaxın
gələcəyə nəzər
salmağa da vadar edir.
Ukraynada son günlərdə baş verən hadisələr və əlbəttə ki, Çingiz Abdullayevin bəhs etdiyi siyasi liderlər
"Tənəzzül"ün faciəvi səhifələrinin
davamıdır. Burada yırtıcı təbiətli, rusiyalı
lider Boris Yeltsin və
taleyin zərbələrinə
boyun əyməyən,
Bakıya dönən
Heydər Əliyev qabarıq və inandırıcı şəkildə
qələmə alınıb.
Ancaq epopeyada
ən paradoksal təsir bağışlayan
Mixail Qorbaçovdur. Abdullayevə
görə, o uğurlu
lider deyil: öz ölkəsini demokratikləşdirə bilmir,
kommunizmin dağıdıcısıdır,
sosial-demokrat deyil, sistemi uğursuz şəkildə yenidən
qurmağa cəhd edir. Bu kitablarda o, öz mövqeyinin böyüklüyünü dərk
eləməyən zəif
və iradəsiz adam, gəmisini
idarə edə bilməyib onu quruya oturdan kapitandır. 1991-ci ilin avqust hadisələri
indiyədək siyasətçilər
arasında mübahisə
mövzusudur. Abdullayevin bu
mövzuda öz mövqeyi var; Subyektiv səhvlər və obyektiv səbəblər ucbatından
parçalanan dövlətin
bərpası mümkün
deyildi.
Ancaq beşcildliyi sadəcə
tarixlə maraqlanan alimlərə və siyasətçilərə aid elmi iş hesab etmək
olmaz. Bu, son illərdə
Çingiz Abdullayevin uğurla işlədiyi siyasi detektiv janrında yazılmış
dinamik bir əsərdir. Ola bilsin,
gələcəkdə bu
beşcildlik müxtəlif
ölkələrin ali
məktəblərində dünyanın
altıda bir hissəsində doxsanıncı
illərin əvvəllərində
baş verən proseslərin başa düşülməsi üçün
dərs vəsaiti kimi tövsiyə olunacaq.
Əgər azərbaycanlı yazıçı
həyatında heç
bir şey yazmış olmasaydı belə, o, bu beşcildliklə də zəmanəmizin ən görkəmli yazıçıları
sırasında öz
yerini alardı. Müxtəlif janrlarda qələmə alınan təxminən
200 roman onun qeyri-adi enerjiyə malik istedadının göstəricisidir.
Üçcildlik "Qatil"( "Duşequb" ) bir manyakın psixologiyasına
dərin nüfuz etməsi ilə adamı sadəcə heyran eləyir. Yəqin dünya ədəbiyyatında
ilk dəfədir ki, uğur qazanmış bir professorun, elmlər doktorunun, institut direktorunun psixikasında ciddi qüsurlar yaranır və o, dəhşətli
manyaka çevrilir.
Cani sanki ikiləşir.
O, öz-özünə əclaflıqlarının,
cinayətlərinin hesabatını
verir, amma bununla belə, dayana da bilmir.
Bu üçcildlikdə Çingiz Abdullayev ziddiyyətli və faciəvi obraz yaradan böyük rus yazıçısı
Fyodor Dostoyevskinin davamçısı
kimi çıxış
edir. Bununla belə çox
da mühakimə etməyərək bu tipli cinayətlərin psixologiyasını anlamağa
çalışır.
Digər
bir epopeya "Adeptı stuji" ("Soyuğu qoruyanlar") bizi
şərəf, xeyirxahlıq, bədxahlıq
və xəyanət haqqında özlərinə
məxsus anlayışları
olan xüsusi xidmət orqanlarının
sirli dünyasına aparır.
Dörd
kitabda Çingiz Abdullayev sanki həmin dünyanın altını üstünə
çevirir, həyatı
ilə risk edən əzəmətli insanları
göstərib eyni zamanda onların ən pis keyfiyyətlərini
-istənilən kompromisə
hazır olduqlarını,
xəsislik, xəyanət,
eqoizm, karyera ambisiyalarını ortaya qoyur.
Bu romanı ilə müəllif, haqqında çox az
məlumata malik olduğumuz həmin sirli həyatın orijinal ensiklopediyasını
yaradıb.
Çingiz Abdullayevin keçən il işıq üzü görmüş son romanları onun dövri istedadının parlaq şahididir. "Mizantrop", "Maqiə lji" ("Yalanın sehri"), "Roqonoseü" ("Dəyyus"), "Doblestğ velikanov" ("Nəhənglərin şücaəti"), "Sud nepravıx" ("Haqsızların mühakiməsi"). O müxtəlif mövzulara müraciət edir: siyasi detektivdən tutmuş tarixi klassika , casus trillerlərindən tutmuş psixoloji romana kimi ən müxtəlif janrlarda yazır. Ancaq bir şey dəyişmir. Onun kitabları bütün dünyanı gəzib müxtəlif dillərə tərcümə olunur və əvvəlki kimi insanlarda əsl oxucu marağı oyadır. Və əlbəttə ki, Azərbaycan yazıçısının insan orqanizminin imkanları çərçivəsinə sığmayan əməksevərliyini qeyd etməmək mümkün deyil. Belə yüksək keyfiyyətli prozalar yazmağı, əyləncəli dünyalar yaratmağı, milyonlarla oxucunu öz qəhrəmanları ilə bərabər ağlamağa və gülməyə məcbur etməyi yalnız əlahiddə istedaddan doğan inanılmaz enerjiyə malik Müəllif bacara bilər. Digər tərəfdən yalnız istedadın yazıçı yaratması şərti həqiqətdir. Hər kitabın arxasında gərək canlı insan və onun əməyinin ölçüsü dayansın. Axı ədəbiyyat həmişə hərf və sözlərin vasitəsi ilə özünüifadədir. Çingiz Abdullayev çoxdan və layiq olduğu şəkildə bütün dünyada etiraf olunub. Azərbaycanlı sənətkarın kitabları ilə dolu şəxsi kitab rəflərinin olduğu şəhərlərin sayını təxmin etmək çətindir. Aldığı sonuncu Tudor Arqezi mükafatı Çingiz Abdullayevi keçən əsrin görkəmli yazıçıları ilə bir sıraya qoyur. 14 beynəlxalq mükafatın laureatı haqlı olaraq hesab edir ki, Müəllif öncə öz vətənində, öz ölkəsində etiraf olunmalıdır. Çingiz Abdullayev hələ orta əsrlərdən bəşəriyyətə böyük mənəvi irs bağışlamış Azərbaycan ədəbiyyatı tarixində öz ölkəsinin ən yüksək fəxri adına layiq görülən ən cavan xalq yazıçısıdır. Azərbaycanlı müəllif sübut edib ki, çağdaş dövrümüzdə də insanları maraqlandıran kitablar yazmaq mümkündür, o, ədəbiyyatın degenerasiyası ilə bağlı fikirləri təkzib etməyi, milyonlarla insanı öz həqiqətinə inandırmağı bacarıb. Çingiz Abdullayev indi də öz pərəstişkarlarını yeni kitabları ilə sevindirir. Bizim öhdəmizə düşən, oxuculara onun kitablarından zövq almağı, yazıçıya isə bundan sonra da belə intensiv çalışmağı arzu etməkdir, yəqin ki, o, başqa cür heç bacarmır da.
Mariya SEMYONOVA
professor
Sankt-Peterburq
525-ci qəzet.- 2014.- 22 aprel.- S.7.