Novosibirsk Teatr İnstitutu ADMİU-nun qonağı oldu

 

 

 

Son illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr Qurumunun səyi nəticəsində Universitet  bir çox xarici ölkələrdə tanınıb,  ali məktəblərlə qarşılıqlı əlaqələr yaradıb, müştərək elm , təhsil mədəniyyət sahəsində əməkdaşlıq mübadiləsi həyata keçirib. Bunlardan  Böyük Britaniya Kampus Suffolk  Universiteti,  Polşa Respublikasının Qdansk  Dövlət  Rəssamlıq  Akademiyası,  Batumi Dövlət Mədəniyyət İncəsənət Universitetini s. göstərmək olar.

 

Novosibirsk şəhərinin "Rus-Azərbaycan evi" tərəfindən həyata keçirilən layihə çərçivəsində Novosibirsk Dövlət Teatr İnstitutunun tələbə müəllim heyəti Azərbaycana gəlib. Bu institutun 4-cü kurs tələbələri tərəfindən səhnələşdirən "Arşın mal alan" operası Musiqili Komediya Teatrının səhnəsində nümayış olundu. Dahi Uzeyir Hacıbəylinin ölməz əsəri Novosibirsk Teatr İnstitutunun dosenti, sənətşünaslıq namizədi A.V.Arxeyevin quruluşunda təqdim olundu.

 

Bu gün bu ali məktəbin professor-müəllim heyəti bir qrup yaradıcı tələbələri ilə işgüzar görüş keçirildi. Xalq artisti Cənnət Səlimova, Əməkdar incəsənət xadimləri Fikrət Sultanov, Oqtay Babazadə, prorektorlar Çingiz Bağırov, Rafiq Sadıqov Gülşən Əliyeva çıxış edərək institutun kollektivini salamladılar, böyük yaradıcılıq uğurları diləyərək, onları ölkəmizdə görməklərinə şad olduqlarını bildirdilər. Ölkəmiz, müasir şəhərimiz haqqında yüksək təəssüratda olan qonaqlar universitetin tələbə müəllim heyəti tərəfindən maraqla qarşılandı. Yaradıcı söhbətlər, təcrübə mübadiləsi gələcək planlarla bağlı danışıqlar aparıldı, müqavilələr imzalandı.

 

 ADMİU-nun tədris teatrında Novosibirsk universitetinin 4 kurs "Dram-teatrı kino aktyoru" ixtisasının tələbələrinin ifasında konsert proqramı nümayiş olundu.Tamaşa böyük uğurla qarşılandı.

 

Qeyd etmək lazımdı ki, ADMİU-da Beynəlxalq  Əlaqələr üzrə qurum  bir neçə il əvvəl yaradılıb bu qurum   fəaliyyəti  boyu istər Avropa,  istərsə Şərq ölkələrinin təhsil qurumları ilə məqsədyönlü əlaqələr yaradıb. Ümumiyyətlə, Mədəniyyət İncəsənət Universiteti respublikamızın incəsənət təmayüllülər sırasında ilk təhsil ocağıdır ki, hələ 2002- ci ildə Avropa İncəsənət Universitetlər Liqasının üzvü olub. Bu qərar 26 oktyabr 2002 - ci il tarixdə  LİQA - nın Baş Assambleyasında qəbul edilib elə həmin il Universitet Beynəlxalq Universitetlər Birliyinə qoşulub.

 

Bu illər ərzində Universitet  22 xarici ölkənin 46  ali məktəbi ilə  sıx əlaqə  yaradıb və  25 ali məktəblə  müştərək təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq mübadiləsi  həyata keçirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  Türkiyənin  Memar Sinan Universiteti        ,Trakiya Universiteti , Süleyman Dəmirəl adına Sparta Universiteti ,   Sakarya Universiteti ,  Beykənt Universiteti ,  Kültür Universiteti , Erciyes Universiteti ,  Hacıtəpə Universiteti, İranın  Azad İslami İncəsənət Universiteti , Tehran incəsənət Universiteti , Misirin  Hilvan Universiteti , İskəndəriyyə Universiteti , Qahirə Universiteti ,Gürcüstanin Şota Rustavelli adına Tiflis TeatrKino Universiteti, Batumi Dövlət İncəsənət Universiteti,  Rusiyanın Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Sankt-Peterburq Dövlət Teatr İncəsənəti Akademiyası, Sankt Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Bolqarıstanın Bolqarıstan Milli Bədii Akademiyası , Bolqarıstan TeatrKino Akademiyası, Ukraynanın Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti , Lvov Milli Rəssamlıq Akademiyası, Slovakiyanın Nitra Filosof  Konstantin Universiteti, Qazaxıstanın Qazaxıstan Milli İncəsənət Universiteti, Polşanın:   Qdansk  Dövlət  Rəssamlıq  Akademiyası  ilə  əməkdaşlıq haqqında müqavilələr bağlayıb, mütəmadi əlaqə saxlayır, onlarla  birlikdə  layihələr hazırlayır.

 

Novosibirsk Dövlət Teatr İnstitutunun bu layihəsi teatr ölkəmizin mədəni-ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Bu nəcib təşəbbüs, Azərbaycan musiqisinə olan məhəbbət qarşılıqlı ehtiramla müşayiət olundu.

 

Gündüz  ƏLİYEV

525-ci qəzet.- 2014.- 22 aprel.- S.2.