Həyat eşqi
sönməyən Təbib!
Atatürk mərkəzində, Şirvan
şəhərinin önəmli
şəxslərindən biri,
50 ildən çox insanların sağlamlığının
keşiyində duran, həkim-şair Mirəfsəl
Təbibin əsərlərinin
təqdimat mərasimi
keçirildi. Mərasimdə ölkənin ictimai-siyasi
xadimləri, millət
vəkilləri, akademik
və alimlər, qeyri-hökumət nümayəndələri
və jurnalistlər iştirak edirdilər.
Tədbirdəki çıxışımı olduğu kimi dəyərli oxucularıma
çatdırmaq istəyirəm: "Bu gün bu dəyərli insanların əhatəsində,
şairin söz xəzinəsinə böyük
qiymət verib, onun incə ruhlu, tərbiyə əhəmiyyətli, sevgi
ilə dolu olan kitablarının təqdimat mərasiminə
toplaşmışıq.
Mənə elə gəlir
ki, şairlə-təbib
arasında çox böyük oxşarlıq
var. Elə bu qəbildən də, İbn Sinanı, Abbas Səhhəti, Paşa Qəlbinuru, Mirəfsəl Təbibi çox böyük şəxsiyyət, gözəl
həkim və incə ruhlu şair adlandırmaq olar.
Bəzən insanlar acı dəva-dərmandansa, şirin
bir sözə ehtiyac duyurlar. Şirin
bir misra, şirin bir kəlam çox vaxt ən güclü
dərmandan da gözəl təsir bağışlayır xəstəyə!
Şairin indiyə qədər onlarla kitabı çap olunub. Onun kitabları
çox qiymətli və ən dəyərli söz xəzinəsidir. Şair
Təbibin 2008-ci ildə
"Mütərcim" nəşriyyatı
tərəfindən Azərbaycan
və ingilis dillərində buraxılmış
"250 Sonet" və
"250 Sonnets" kitabları çox diqqətəlayiqdir.
"Sonet" Avropa mədəniyyətinə
məxsus bir janrdır. Bu janrda yazıb-yaratmaq və onu bizim
Azərbaycan xalqına
sevdirmək, doğmalaşdırmaq
çox məsuliyyətli
və olduqca çətin bir janr növüdür.
Azərbaycan şairlərindən
bir neçəsi, Əliağa Kürçaylı,
Mikayıl Müşfiq,
Mirəfsəl Təbib
və qeyriləri də bu janrda
öz ürək çırpıntılarını, insanlığı qəflət
yuxusundan ayıltmağı,
onları birliyə və vəhdətə çağırmağı, sevgi
duyğuları ilə
insanların ilham pərisini qanadlandırmağı,
ruhlandırmağı əsas
amillərdən biri hesab edirlər.
Bu janr ilk dəfə
XIII əsrin sonunda
"Renessans" İtaliyasında
meydana gəlmiş,
XVI əsrin II yarsında
isə ingilis ədəbiyyatında böyük
şöhrət qazanıb.
Həzin musiqiyə bənzər sonetləri ilə ürəkləri riqqətə
gətirən, ingilis lirikasının kralı Vilyam Şekspirin yaradıcılığından bəhrələnən şair
Mirəfsəl Təbib
bu çətinliyin öhdəsindən çox
layiqincə gəlmiş
və sonda olduqca maraqlı gələcək nəsil
üçün çox
qiymətli bir əsər alınmışdır. İngilis sonet
qaydalarına riayət
edən şair bütün incəlikləri
nəzərə alaraq,
kitabı ingilis dilində çap etdirməyi bir ziyalı kimi xalqı, Vətəni qarşısındakı böyük
məsuliyyətli işi
çox bacarıqla yerinə yetirməyə çalışıb.
Bu gün bütün insanlığı, gələcəyimizi,
ruhumuzu, mənəviyyatımızı,
təmizliyə, paklığa
aparan böyük şəxsiyyət, incə
ruhlu həkim, dərin duyğulu yazıların müəllifi
kimi xalqımızın
həkim- şair oğlu Mirəfsəl Təbibə sevgi dolu mənalı ömür yolu, çoxlu müvəffəqiyyətlər,
ən böyük uğurlar, yeni-yeni nailiyyətlər və ən uca zirvələri
fəth etməyi arzulayıram. Şairin bir neçə bənd şeirini oxucularıma çatdırmaq
istəyirəm..
Bədbini tez atır, unudur dünya
Hər zaman, hər dövran gülüş istəyir.
Beləcə, əbədi şərt
qoya-qoya
"Gülmək istəyirəm", səslənir
deyir!
Kədərdən, qüssədən bezibdir
həyat,
Sevincdən ötəri, cadar-cadardır.
Hər gün qəm-kədərlə
yüklənir qat-qat,
Həyatçın şadlığa möhtaclıq
vardır.
Çalışır unutsun qəmi-qüssəni,
Bu qədər göz yaşı, bəs deyilmi, de!
Beləcə, ayıltsın bu
dünya səni,
Bədbinlik bir cümlə
nəs deyilmi, de!
Zamana, dövrana heç kəs heç bir kəs
Qəm-kədər notların sevdirə bilməz!
Dəyərli oxucularım, Şirvan şəhərinin keçmişi, bu günü və gələcəyi üçün böyük şəxsiyyət, kiçikdən böyüyə qədər hamının üstündə hədsiz əziyyət və zəhməti olan, yaşının bu gözəl çağında simasından nur yağan, tibbin böyük atası, ədəbiyyatımızın çox böyük söz ustadı şair Mirəfsəl Təbibə firavan həyat və cansağlığı arzulayaraq, şairə ünvanladığım "Sadəliyin yenilməzdir, ay həkim" şeirimlə yazımı sona çatdırmaq istəyirəm.
İstəyirəm, saçlarına çələng hörüm
çiçəkdən,
ay həkim!
İstəyirəm, gözlərinə nur çiləyim günəşdən,
ay həkim!
İstəyirəm o əllərə səcdə edim,
ay həkim!
Tək əllərin qarşısında, demirəm,
ay həkim!
O, ağ saçlar yenilməzlik,
O böyüklük qarşısında
Ən nəhayət, Sizdə olan,
O, sadəlik qarşısında baş əyirəm,
ay həkim!
Hacı Zərifə
NOVRUZOVA,
"Qızıl
qələm" media mükafatı
laureatı
525-ci qəzet.- 2014.- 24 aprel.- S.8.