Muzey Mərkəzində
məşhur kukla ustası Lada Repinanın yeni işləri sərgilənib
Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzində sankt-peterburqlu məşhur
kukla ustası Lada Repinanın yeni işlərinin sərgisi
açılıb. SİA-nın məlumatına görə,
Bakıda “Kukla” adlı ilk profil art-qalereya bir il bundan əvvəl
2013-cü il aprelin 23-də açılıb. Qalereyanın təşkilatçıları
budəfəki ekspozisiyanı məhz bu əlamətdar hadisəyə
həsr ediblər.
Lada
Repinanın kuklaları bakılı tamaşaçıya
artıq tanışdır. Bu işlərin bir qismi “Kukla” qalereyasının
kolleksiyasında saxlanılır.
“Kukla”
qalereyasının direktoru Lalə Kazımova ekspozisiyanın
müəllifini tamaşaçılara təqdim edərək
bildirib ki, Lada Repina ümumi adı “Krallıq” olan unikal
kuklalar seriyasını məxsusi Bakı qalereyası
üçün yaradıb.
Müəllif
əvvəlki işlərində vaxtaşırı bu
mövzuya toxunurdu. Bu, Repinanın silsilə işləri ilə
yanaşı ayrı-ayrı kuklalara da aiddir. “Liliputiya
kralı” və “Qırmızıtoxmaq qadın” işlərində
müəllif bu mövzunu qrotesk tərzində
açıqlayır.
Əvvəlki
işləri tamamlayan bu seriya sənətkarın böyük
zəhmətinin məhsulu kimi onun “Krallığı”nın sərhədlərini
xeyli genişləndirərək yüksək sənət səviyyəsinə
çatdırır.
Lada
Repinanın işlərini art-obyekt kimi səciyyələndirmək
olar. Lakin müəllif məhdud profilli məna effekti
ardınca qaçmır, daha çox vizual bədii estetikaya
meyl edir. Onun müəyyən mövzu ətrafında
yaratdığı işlər adətən seriya şəklində
sərgilənir.
Hər
obyektin bənzərsiz mənası vardır. Repinanın
işlərində rəng xüsusi yer tutur. Müəllif
eyni seriyaya aid işləri vahid rəng qamması ilə birləşdirməyə
çalışmır, əksinə, personajların forma və
xarakterini dəyişməklə bu effekti tamamlamağa nail
olur. Onun işləri musiqi notlarına oxşayır. Burada
tamaşaçı musiqini öz səs duyumuna uyğun şəkildə
yaradır.
Lada
Repina “Ədəbi və teatral personajlar kuklalarda” (Musiqi Muzeyi,
Şeremetyev sarayı), “Milad sərgisi” (“Rosvuzdizayn”
qalereyası), “İncəsənətdə ölüm
obrazı” (rəssam Mixail Şemyakinin fondu), “Monstrlar. Mifoloji
varlıqlar” (rəssam Mixail Şemyakinin fondu), “Kukla sənəti”
(Mərkəzi sərgi zalı, Moskva Maneji), “İncəsənətdə
başmaq” (rəssam Mixail Şemyakinin fondu)və başqa əlamətdar
sərgilərin iştirakçısı olub.
N.K.Rerix
adına Sankt-Peterburq Rəssamlıq Məktəbinin məzunu
olan Lada Repinanın işləri Rusiya, Azərbaycan,
İspaniya, ABŞ və İsraildəki fərdi kolleksiyalarda
saxlanılır.
Sərgi
çərçivəsində müəllifin daha
üç işi nümayiş etdiriləcəkdir. Bu əsərlər
Svetlana Pçelnikovanın (Moskva) “Kuklalar məkanı”
adlı şəxsi kolleksiyasından götürülüb.
Qeyd
edək ki, sərgi aprelin 29-dək davam edəcə
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 25 apel.- S.7.