Folklor İnstitutu Turizm İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb

 

 

AMEA Folklor İnstitutu ilə Turizm İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Turizm İnstitutunda keçirilən tədbirdə giriş sözü ilə institutun rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov açıb, qonaqları səmimiyyətlə salamlayıb, Azərbaycanın zəngin folklor sərvətlərinin toplanılması, çap olunması araşdırılmasında Folklor İnstitutunun gördüyü işləri yüksək dəyərləndirib. O, elmi müəssisələr arasındakı əməkdaşlığın gərəkliyindən danışıb, bu sahədə münasibətlərin inkişafına əminliyini bildirib.

AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) Turizm İnstitutundakı sağlam mənəvi mühiti yüksək dəyərləndirib: "Bu əməkdaşlıq dövlət xalq üçün faydalıdır. Mədəniyyətimizin öyrənilməsi, tədqiqi, təbliği, nəşri istiqamətində indiyə kimi görülməyən işləri görüb, o mədəniyyəti ilk növbədə özümüzə tanıda bilərik. Hər iki institutun ən böyük amacı budur".

M.Kazımoğlu Folklor İnstitutunun son illərdə böyük uğurla həyata keçirdiyi layihələrdən söz açıb: "İnstitutlar arasında imzalanan niyyət protokolunda Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, qeyri-maddi mədəni irsinin, tarixi-etnoqrafik dəyərlərinin toplanması, tədqiqi, bu istiqamətdə əldə edilmiş nəticələrdən ölkənin turizm imkanlarının genişləndirilməsində, Azərbaycanın dünya turizm bazarına inteqrasiyasında, xalqımızın özünəməxsus  ənənələrinin təbliğində səmərəli istifadə edilməsi məsələləri öz əksini tapıb. Azərbaycanda turizmin inkişafı ilə bağlı birgə tədbirlərin təşkili, yerli imkanların öyrənilməsi, bu yöndə elmi tədqiqatların aparılması, turizm kadrlarının hazırlanması prosesində mövcud imkanlardan qarşılıqlı səmərəli istifadə edilməsi, birgə elmi konfransların, seminarların, ezamiyyələrin digər tədbirlərin təşkili nəzərdə tutulur. Memorandumun praktik icrasını təşkil etmək məqsədilə hər iki tərəfdən mütəxəssislər qrupunun yaradılması da nəzərdə tutulur".

Sonra əməkdaşlıq memorandumunu imzalayıblar.

Tədbir çərçivəsində ATİ AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan əfsanələr diyarı" mövzusunda maraqlı fikir mübadiləsi olub. Professorlar Füzuli Bayat, Nailə Rəhimbəyli, Xaləddin İbrahimli, Nizami Əliyev, filologiya üzrə fəlsəfə elmləri doktoru Elxan Məmmədli, Əli Şamil, Atəş Əhmədli başqaları çıxış ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 25 aprel.- S.7.