Vətəndaş cəmiyyətinin əsas
cəhətləri və tarixi inkişafının
ümumi parametrləri
Vətəndaş cəmiyyətinin mühüm
elementi kimi həmkarlar təşkilatları
müxtəlif subyektlər
arasında əmək,
iqtisadi, sosial və digər münasibətlərin dinc
və anlaşılan
şəkildə formalaşması
və həll edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli
təsir imkanlarına
malikdirlər. Bu, hər
şeydən əvvəl
həmkarlar ittifaqlarının
malik olduqları hüquqlarının məzmunundan
görünür. Qanunla
həmkarlar ittifaqları
aşağıdakı hüquqlara
malikdirlər: əmək,
sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında
iştirak edə bilər; öz üzvlərinin əmək
hüquqlarını müdafiə
edir, dövlət məşğulluq siyasətinin
hazırlanmasında iştirak
edirlər; səlahiyyətlərinə
uyğun işçilərin
sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin
əsas meyarları, qiymət əmsallarının
dəyişməsindən asılı
olaraq kompensasiyaların
məbləğlərinin müəyyən
edilməsi üzrə
plan və proqramların
hazırlanmasında, qanunvericiliklə
müəyyən edilmiş
dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin
artımından asılı
olaraq əmək haqqının,
pensiyaların, təqaüdlərin,
müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət
edilməsində iştirak
edirlər; öz səlahiyyətləri daxilində
qanunvericilikdə nəzərdə
tutulan qaydada məşğulluğun vəziyyətinə,
məşğulluq sahəsində
təminatlar haqqında
qanunvericiliyə əməl
olunmasına nəzarət
edirlər; işəgötürən
tərəfindən əmək
və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər
barədə
qanunvericiliyə əməl
olunmasını və
aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını
tələb etmək hüququ var; dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində
iqtisadi, sosial və mədəni inkişaf məsələləri üzrə
kollektiv danışıqlar
aparır və kollektiv sazişlər bağlayırlar...
Həmkarlar ittifaqları
kollektiv müqavilələrin
və kollektiv sazişlərin yerinə yetirilməsinə
öz səlahiyyətləri
daxilində
qanunvericiliyə uyğun
olaraq nəzarət edirlər; öz üzvləri ilə işəgötürən arasındakı
fərdi əmək mübahisələrini səlahiyyətləri
dairəsində həll
edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə)
baxılmasında iştirak
edirlər; qüvvədə
olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata
keçirmək məqsədilə
həmkarlar ittifaqları
tətillər, mitinqlər,
küçə yürüşləri,
nümayişlər və
başqa kütləvi
tədbirlər təşkil
edib keçirə bilərlər. Həmkarlar
təşkilatları tarixən
işçilərin hüquqlarının
qorunması, sosial problemlərin həll edilməsi və digər funksiyaların həyata keçirilməsində
kifayət qədər
güclü təsirə
malik olublar. İndi də demokratik dövlətlərdə
həmkarlar təşkilatları
güclü nüfuza
və təsirə malikdirlər. Azərbaycanda isə cəmiyyətin inkişafı
üçün bu institutun gücləndirilməsinə ciddi
zərurət var.
Dini birliklər adından göründüyü kimi,
insanların daha çox dini, mənəvi ehtiyaclarının
ödənilməsi üçün
bir araya gəlməsinə
imkan verən birlik formasıdır. Hüquqi cəhətdən
vətəndaşlar müxtəlif
dini birlik formalarında birləşə
bilərlər. Belə
ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanunun
7-ci maddəsində dini
qurumların dairəsinə
dini icmalar, idarə və mərkəzlər,
dini qardaşlıqlar,
dini tədris müəssisələri və
onların birlikləri aid edilir. Dini qurumlar yetkinlik
yaşına çatmış
şəxslərin dini
etiqad azadlığı
hüququnun birgə həyata keçirilməsi,
həmçinin dini etiqadı və dini yaymaq üçün
yaradılmış könüllü
təşkilatlardır. Baxmayaraq
ki, qanunvericilik birləşmək üçün
müxtəlif formalar
təqdim edir, lakin praktikada vətəndaşların daha
çox dini icma şəklində birləşməyə üstünlük
verdikləri müşahidə
edilir. Qanuna əsasən, dini icma dinə
birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə
könüllülük əsasında
birləşmiş dindar şəxslərin
yerli dini qurumudur. Hazırda respublikamızda 500-dən artıq
qeydiyyatda olan, ümumilikdə isə
800-dən artıq dini
icmanın olması bildirilir. Dini icma kimi isə
daha çox məscidlər çıxış
edir. Baxmayaraq ki, ölkəmiz dünyəvi dövlət
hesab edilir və din dövlətdən ayrıdır,
lakin digər birliklər kimi dini birliklər də ölkə həyatında
aktiv iştirak etmək və cəmiyyətin müxtəlif
ehtiyaclarının ödənilməsinə
öz töhfələrini
vermək imkanlarına
malikdirlər. Qanunun
5-ci maddəsində deyilir
ki, dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı,
kütləvi məlumat vasitələrindən
istifadə etmək hüququna malikdirlər. Lakin dini qurumlara siyasi partiyaların fəaliyyətində iştirak
etmək və onlara maliyyə yardımı göstərmək qadağan
edilir. Dini birliklərin əsas fəaliyyətini xeyriyyə
və mədəni-maarif xarakterli fəaliyyətlər təşkil
edir. Bu fəaliyyəti
isə həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə həyata keçirirlər.
Dini birliklər müstəqil şəkildə qanunvericiliyə
və öz nizamnamələrinə (əsasnamələrinə)
müvafiq surətdə
hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri,
yetimxanalar, internatlar, xəstəxanalar
və sair təsis edə bilərlər.
Vətəndaş cəmiyyəti institutlarının
başlıca və aparıcı qüvvəsi
olan QHT-lər ölkənin ictimai-siyasi həyatında iştirak etmək, öz fərdi və kollektiv məqsəd, istək və arzularını daha sərbəst şəkildə ifadə
etmək və cəmiyyətin inkişafına
töhfələrini vermək
nöqteyi-nəzərdən digər vətəndaş
birlikləri ilə müqayisədə vətəndaşlara daha geniş imkanlar verir. Dünyanın bir çox ölkələrində QHT-lər
vətəndaş cəmiyyətinin
vacib elementi, ölkənin inkişaf prosesində vacib qurumlardan biri hesab edilir. Qeyri-hökumət
təşkilatları müasir
dövrdə özünü
demokratik proseslərin
inkişafının səmərəli
iştirakçısı kimi
göstərir. Bu təşkilatlar
şəffaflıq, effektivlik,
açıqlıq, hesabatlılıq
kimi yaxşı idarəetmə mexanizmlərinin
işləkliyini təmin
etməkdə günbəgün
öz əhəmiyyətini
artırır. Onlar cəmiyyətdə vətəndaş
fəallığının artmasına yardım edir, dövlət və yerli hakimiyyət
orqanlarında qərarların
qəbul olunması prosesinə qeyri-siyasi vasitələrlə təsir
edirlər. QHT-lər vətəndaş təşəbbüskarlığını
inkişaf etdirir və problemlərin həllinə kömək
edir. İdarəetmənin
yaxşılaşdırılması üçün QHT-lər
əsas etibarilə 3 funksiya yerinə yetirirlər: siyasət və strategiyaların hazırlanmasında iştirak
funksiyası: dövlət
idarəetməsi prosesində
boşluqların doldurulması,
iqtisadi və sosial rifaha dəstək
üçün inkişaf strategiyalarının
hazırlanması, ictimai
siyasətlərin təhlili;
ictimai nəzarət və yaxud ictimai
maraqların müdafiəsi
(vəkillik) funksiyası:
dövlət hakimiyyəti
orqanlarının fəaliyyətinin
və dövlət proqramlarının monitorinqinin
aparılması, dövlət
orqanlarında şəffaflığın
artırılması, qanun
pozuntusu və sui-istifadə hallarına ictimai diqqətin cəlb edilməsi və s. Sosial xidmətlər funksiyası: vətəndaşların maarifləndirilməsi
və onların bilik, bacarıq və məsuliyyətlərinin artırılması,
vətəndaşların qərarvermədə
iştirak üçün
səfərbər edilməsi,
demokratik təsisatların
möhkəmlənməsi, dövlətlə vətəndaşlar
arasında dialoqun yaradılması yolu ilə sosial kapitalın yaradılması. Ayrı-ayrı
ölkələr iqtisadi,
sosial və siyasi inkişaf vəziyyətindən,
o cümlədən xalqın
adət-ənənəsi və
mentalitetindən asılı
olaraq demokratik dövlət quruculuğunu
müxtəlif yollarla
keçirlər. Bu gün
bir çoxları belə hesab edirlər ki, sosial rifahın və ədalətin bərqərar olmasının
az-çox təminatçısı
demokratiya, onun praktik təcəssümü
isə vətəndaş
cəmiyyətidir. Ötən əsrin 90-cı illərinin
demokratikləşmə dalğası
və yoxsulluğun azaldılması çağırışları
inkişaf etməkdə
olan ölkələrdə
vətəndaş cəmiyyəti
ideyasına marağı
daha da artırdı
və QHT-lər üçün yeni fəaliyyət imkanları
və vəzifələr
müəyyən etdi.
AQİL
525-ci qəzet.-
2014.- 25 aprel.- S.6.