Professor Elçin
Xəlilovun 55 yaşı
tamam olur
Bu gün professor Elçin
Xəlilovun 55 yaşı
tamam olur. Bütün
dostları və həmkarları E.Xəlilovu
yubileyi münasibəti
ilə səmimi qəlbdən təbrik edərək ona möhkəm can sağlığı
və yaradıcılıq
uğurları arzulayırlar. Professor geridə qoyduğu illər ərzində dünya elmi və ictimaiyyətinə böyük töhfələr
verib. Lakin biz dostları heç
şübhə etmirik
ki, onun daha mühüm kəşfləri hələ
qarşıdadır. Axı, alim
üçün 55 yaş
bilik və həyat təcrübəsinin
toplanmasının yekunlaşmasını
və yaradıcılıq
inkişafında yeni mərhələnin başlanmasını
bildirən bir tarixi rəqəmdir.
Professor Elçin Xəlilov
26 aprel 1959-cu ildə ziyalı ailəsində dünyaya gəlib. Atası Nüsrət
Xəlilov neftçi-geoloq,
geologiya-mineralogiya elmləri
doktoru, professor, əməkdar
geoloq və prezident təqaüdçüsüdür.
Anası
Rəna Xəlilova Azərbaycan Pedaqoji Universitetinin müəllimi
olub. Ulu babası - görkəmli
şərqşünas alim,
professor Sadıq bəy
Ağabəyzadə XX əsrin
əvvəllərində general-mayor rütbəsi ilə çar ordusunda xidmət edib. O,
1918-1919-cu illərdə Azərbaycan
Xalq Cümhuriyyəti
hökumətində bir
müddət daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
E.Xəlilov 1981-ci ildə
M.Əzizbəyov adına Azərbaycan Neft
və Kimya İnstitutunu
bitirib. 1981-ci ildən 1989-cu ilə qədər
Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub
bölməsində mühəndis, kiçik
elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib.
1989-cu ildən "İntergeo-tetis"
beynəlxalq elmi-texniki kompleksin
prezidentidir. 1984-cü il
üçün elm və
texnika sahəsində Azərbaycanın Lenin Komsomolu Mükafatı
laureatıdır. Zəlzələlərin proqnozu və vulkan
püskürmələrinin öyrənilməsi sahəsində
1990-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyəti
yanında Daimi Komissiyanın həmsədri
və Ali Attestasiya
Komissiyasının üzvü
təyin olunub. 2001-ci ildə Beynəlxalq
Elmlər Akademiyasının (Avstriya, İnsbruk) həqiqi üzvü
(akademiki) və Beynəlxalq Elmlər
Akademiyasının Azərbaycan bölməsinin prezidenti seçilib. 2001-ci
ildən Beynəlxalq Elmlər Akademiyasının Zəlzələlərin
Proqnozu və Öyrənilməsi üzrə
Elmi-Tədqiqat institutunun baş direktorudur. 2002-ci
ildə elmi tədqiqatlarına görə
"Beynəlxalq Elmlər Akademiyasının qızıl döş nişanı ilə təltif olunub. E.Xəlilov
2003-cü ildə Nobel mükafatı
laureatı P.N.Kapitsanın "Elmi kəşfin
müəllifinə" adı altında, gümüş
medalla təltif edilib.
O, 2003-cü ildə akademik Ş.Mehdiyev, Rusiya Elmlər
Akademiyasının akademiki V.Xain, Rusiya Texniki Elmlər Akademiyasının akademiki T.İsmayılzadə ilə birlikdə
"Vulkan püskürmələrinin
zaman-məkan paylanmasının qanuna uyğunluğu" adında elmi
kəşfin diplomunu alıb. 2003-cü
ildə Beynəlxalq Elmlər Akademiyasının və Eurasia Pacific Uninet Beynəlxalq Təşkilatının
(Avstriya, Vyana) "Seysmik risk və seysmodavamlı
tikinti üzrə Beynəlxalq
Komissiya"nın sədri seçilib.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının Yer Elmləri üzrə
Ekspert Şurasının sədri təyin
olunub. 2006-cı ildə "Zəlzələyə
davamlı tikinti üzrə yeni texnologiya" NATO Beynəlxalq
Layihəsinin Direktoru təsdiq olunub. Layihə Cenevrədə patent
almış E.Xəlilovun iki ixtirasına əsaslanıb.
Layihədə üç
ölkə iştirak edir
-Türkiyə, Azərbaycan və Qazaxıstan. 2007-ci ildən
seysmodavamlı tikintidə və zəlzələlərin
proqnozlaşdırılmasında yeni texnologiyalar üzrə İndoneziyada
Gada Mada Universiteti ilə birlikdə beynəlxalq proqrama başçılıq edir.
2007-ci ildə Beynəlxalq Elmlər Akademiyasının S&E vitse-prezidenti seçilib.
2008-ci ildə Rusiya Təbii
Elmlər Akademiyasının akademiki seçilib. 2008-ci ildə Ümumdünya
Elmi Əməkdaşlıq Təşkilatının
(London) vitse-prezidenti olub. 2009-cu ildən Zəlzələlərin
Proqnozlaşdırılması üzrə Qlobal
Şəbəkənin (London) baş direktorudur. 2009-cu ilin dekabrında, geoloji ətraf
mühitin qlobal dəyişikliklər
üzrə beynəlxalq komitənin əsaslı iclasında,
30 ölkənin alimlərini birləşdirən Geodəyişiklik
Beynəlxalq Komitəsinin prezidenti seçilib. O, Amerikanın Elmi
İnkişaf üzrə
Assosiasiyasının və Avroasiya Geofizika Cəmiyyətinin üzvüdür.
2007-ci ildə E.Xəlilov Rusiya Təbiət
Elmlər Akademiyasının akademiki seçilib. Professor müasir dövrün geodinamik proseslər, zəlzələlərin
proqnozu və vulkanların püskürməsi
sahəsində mütəxəssisdir. O, 300-dən
çox elmi məqalənin,
beş monoqrafiyanın, beş
kitabçanın, 50-dən çox ixtiranın,
o cümlədən, 10 PST (Cenevrə), 1 Avropatent və 15 Avrasiya patenti və 60-dan artıq (Pakistan,
İndoneziya, Azərbaycan və s.) milli patentlərinin və
bir elmi kəşfin
müəllifidir. E.Xəlilov həmçinin
Xəzər dənizində Benyof
zonasının olmasının öyrənilməsinin əsasını
qoyub. 2007-ci ilin 19-27 sentyabr
tarixlərində E.Xəlilov
və Fövqəlada
Hallar Nazirliyinin təşəbbüsü ilə
Bakıda "Natural Cataclysms and Global
Problems of the Modern Civilization" adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda 20-dən artıq ölkədən 200-dən çox
elm adamı iştirak
edib. 19-21 sentyabr
2011-ci il tarixində E.Xəlilov
"Müasir sivilizasiyanın
təbii kataklizmləri
və qlobal problemləri" Ümumdünya
Forumunun sədri olub. Alimin həyatındakı
ən mühüm hadisələrdən biri onun 2006 və 2009-cu illərdə Kral həzrətləri Böyük
Sultan və İndoneziyanın
Yogyakarta Xüsusi əyalətinin
qubernatoru - Xomenqhu Buvono X ilə görüşlərinin olmasıdır.
2011-ci ilin noyabrında
Səudiyyə Ərəbistanına
Şəhzadə Turki
ibn Saud ibn Məhəmməd Al Saudun
dəvəti ilə gerçəkləşən səfəri
E.Xəlilovun həyatında
xüsusi hadisə olub. Bu səfər
zamanı o, Kral Elmi Şəhərciyinin Elmi Geofizika Mərkəzi və Ər-Riyad Kral Universitetində zəlzələlərin
proqnozlaşdırılmasına həsr edilən mühazirə və məruzə ilə çıxışlar edib.
Ötən illər ərzində alimin elmi və
kəşf fəaliyyəti
olduqca məhsuldar olub. Elmi kəşflərlə
yanaşı olaraq verilən beynəlxalq diplomla yanaşı yubilyara 80-ə yaxın kəşfin, o cümlədən
10-dan çox ümumdünya
RCT (Cenevrə), Avropatentin,
15-ə yaxın Avroaziya
patentin və Azərbaycan, Pakistan, İndoneziyanın
kəşf patentləri
verilib. Elmi nəşrlərdə 300-ə
yaxın məqaləsi
çap edilib ki, bunlardan 40 faizi xarici nəşrlərə
aiddir. Bundan əlavə, yeddi
monoqrafiya, o cümlədən
Almaniya və Böyük Britaniya da daxil olmaqla,
çap edilib. 2013-cü ilin yanvarında
E.Xəlilov Vaşinqton
şəhərində baş
tutan "Təbii fəlakətlər və
ətraf mühit"
ABŞ milli konfransında
iştirak edib.
Həbib OCAQOV,
Texnika elmləri doktoru,
professor
525-ci qəzet.- 2014.- 25 aprel.- S.4.