Sabir adına Şəhər
Kitabxanasının 95 yaşı qeyd olunub
Mirzə
Ələkbər Sabir
adına Mərkəzi Şəhər
Kitabxanasında kitabxananın
95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Kitabxanadan verilən məlumata görə, tədbirdə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professoru, M.Ə.Sabirin gəlini Zemfira Tahirli, Sabir Fondunun sədri Sevda Tahirli, Xalq şairi
Nəriman Həsənzadə,
Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid, ali məktəblərin müəllim və tələbələri, həmçinin
digər qonaqlar iştirak ediblər. Tədbirdə bu kitabxananın
Azərbaycan mədəniyyətindəki
mühüm mövqeyindən,
95 illik dəyərli fəaliyyətinin müxtəlif
mərhələlərindən danışılıb. İştirakçılar ölməz Sabirin adını daşıyan
bu kitabxananın onun xatirəsinə layiq mədəniyyət ocağı kimi fəaliyyət göstərdiyini,
Azərbaycan ədəbiyyatının
yaşadılması və
təbliği baxımından
bir sıra önəmli işlərin
məhz bu kitabxana ilə bağlı olduğunu vurğulayıblar.
Kitabxananın direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, yubileylə bağlı bu görüşün əhəmiyyətini
vurğulayıb, gördükləri
işlərdən söz
açıb. Şair Nəriman Həsənzadə
kitabxana haqqında xatirələrini bölüşüb.
Rəşad Məcid kitabxanaların
ölkə mədəniyyətinə
və ictimaiyyətə
xidmətini yüksək
dəyərləndirərək, son illər bu sahədə
mühüm canlanma müşahidə olunduğunu
məmnunluqla qeyd edib.
Tədbirə bədii hissə ilə yekun vurulub.
525-ci qəzet.-
2014.- 30 aprel.- S.6.