Bəs indiyə qədər biz haradaydıq?!

Sivilizasiyalı dünya düşdüyü şokdan hələ heç cür özünə gələ bilmir. Belə ki, Rusiya dövləti Ukrayna ərazisinin bir hissəsini anneksiya etdi. Xüsusilə hamını çaş-baş salan hallardan biri odur ki, indiyə kimi bu dövlətlər arasında ərazi iddiaları baxımından böyük gərginlik yox idi çoxdan "üfürülüb körükləndirilən" millətlərarası münaqişə ocağı da közərmirdi. Özünü hazırda yeni tarixin yaradıcısı rolunda hiss edən V. Putin qeyd-şərtsiz olaraq abır-həyadan tamamilə uzaq hərəkət edir bütün bəşəriyyəti Üçüncü Dünya müharibəsinə başlamaqla şantaj edərək, üzünə böyük bir həzzlə tüpürür. Axı, Rusiyanın bu addımı hədəf olaraq yalnız Ukraynaya qarşı yönəlməyibdir. V. Putin üçün vacibi odur ki, həqarətli hərəkətləri ilə bütün Avropanı, Amerikanı digər demokratik dünya ictimaiyyətlərini aşağılasın.

Deqeneratlar tərəfindən idarə edilən Rusiya indi hadisələrin tempini itirə bilməz. Təcavüzün daxili məntiqi (əgər, bu kəlməni irrasional hərəkətləri izah etmək üçün ümumiyyətlə uyğun saymaq mümkündürsə) Rusiyanı onun uğurla başladığı hücum hərəkətlərini davam etdirməyə tərəf itələyir bu gedişatda sonrakı təcavüzün hansı istiqamətdə aparılması heç vacib əhəmiyyət daşımır. Əlbəttə, ekspansiya ilk növbədə o yönümdə genişləndiriləcəkdir ki, orada ya zəif müqavimət gözlənilir, ya da ümumiyyətlə heç bir qarşıdurma gözlənilmir.

Məsələn, "Dnestryanı Moldova Respublikası" yönümündə. Axı, bu "respublikanı" idarə edən Tiraspol şaykası da "ölkənin" Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı prosedurlara başlamağı xahiş edibdir. Kremlin emissarları Moldova Respublikasına aid olan digər bölgədə - Qaqauziya muxtar ərazisində əhali arasında süni şəkildə çaxnaşma iğtişaşlar salır, üsyan əhval-ruhiyyəsini yaradırlar. Xüsusən ona görə ki, bu Muxtar qurumun Ali Hakimiyyət orqanı - Xalk Topluşu hələ Ukraynaya qarşı edilmiş təcavüzə qədər qərar qəbul edibdir ki, əgər, Moldova Avropa İttifaqına daxil olsa, yaxud Rumıniya ilə birləşsə, onda Qaqauziya Moldova Respublikasından ayrılacaq. Hal-hazırda isə orada "Qaqauziya ordusu" yaradılmaqdadır. Ukraynanın şərq əyalətlərində qurtarmaq bilmədən davam edən ara qarışdırmalar fitnəkarlıqlar barədə mövcud olan faktları isə təkrarlamaq istəmirəm.

Gürcüstan ərazisində yaradılmış "Cənubi Osetiya Respublikası", yəni, rusların işğal etdikləri Sxinvali əyaləti bir neçə il bundan öncə Rusiya Federasiyasına qatılmaq "istəmişdi". Axı, bu təəccüblü deyilmi ki, Şimali Qafqazda yerləşən, ruslar tərəfindən idarə olunan Rusiyanın tərkib hissəsi olan Şimali Osetiya-Alaniya Respublikasına müstəqillik vermək yerinə, Rusiya bu respublikanın sərhəddinin o biri üzündə - Gürcüstan ərazisində "müstəqil" Osetiya adlanan oyuncaq "dövlət" yaratdı. Lakin bu "dövlətin müstəqilliyi" azömürlü oldu. Belə ki, "müstəqil Krım Respublikası"nın yaradılması kimi, "müstəqil Cənubi Osetiyanın" qurulması da onun Rusiya Federasiyasının tərkibinə tamamən qatılmasının aralıq variantı idi. Amma "Cənubi Osetiya Respublikasının" Rusiyaya birləşdirilməsi sərbəst muxtar qurum kimi yox, yalnız Alaniya Respublikasının tərkib hissəsi olaraq həyata keçirildi.

Ancaq heç elə düşünmək lazım deyildir ki, V. Putin "cüdohiriyyəsi"nin (rus politoloqu Andrey Piontovski Rusiya dövlətini Müəmmər Qəddafinin "cəmahiriyyəsinə" iqtibasən belə adlandırmışdır) iştahası yalnız keçmiş Sovetlər İttifaqının sərhədləri çərçivəsində məhdudlaşır. Belə ki, Fələstin İnformasiya Mərkəzinin www.palestine-info.ru saytında yerləşdirilmiş publikasiyalardan məlum olur ki, Həmas terrorçuları tərəfindən idarə olunan Qəzza bölgəsi , Fələstin Muxtariyyatı Mərkəzi Hökumətinin iradəsinin əksinə olaraq, Rusiya ilə birləşmək məsələsini müzakirə edir. Bu nədir belə?! Yoxsa, "Avrasiya İttifaqı" adlanan layihənin icrasımı sürətlənir?

Amma o cür "müstəqil" ərazilərin Rusiyaya birləşdirilməsinin qanuniliyini dünyada heç kəs tanımaq istəmirsə, bəs onda necə olsun? Rusiya Gürcüstanda işğal etdiyi regionların "müstəqilliyinin" tanınmasnı Sakit okeanda yerləşən iki ada dövlətdən - Nauru Tuvaludan -  altı il bundan əvvəl satın ala bildi. Belə yerdə deyərlər ki, sən bu dövlətlərdəki həşəmətə qüdrətə bir bax! Krımın anneksiya edilməsinə isə bu dəfə yalnız təcavüzkar Rusiyanın özü tərəfindən yaradılmış "Dağlıq Qarabağ Respublikası", "Dnestryanı Moldova Respublikası", "Cənubi Osetiya Respublikası" "Abxaziya Respublikası" kimi qondarma qurumlar yox, həmçinin dörd "xalis" dövlət - Ermənistan, Qazaxıstan, Qırğızıstan Belarus respublikaları da haqq qazandırdı. Bu dövlətlərin prezidentləri V. Putini "Krım xalqının" (?!) təyini-müqəddərat hüququndan istifadə etməsi münasibətilə təbrik etdilər.

Qazaxıstanla bağlı vəziyyət demək olar ki, qismən yaxud müəyyən qədər aydındır; indiyə kimi məsələni süründürən prezident N. Nazarbayev, Qazaxıstanın şimal əyalətlərində yaşayan əhalinin böyük əksəriyyətinin etnik rus olduqları barədə ona inandırıcı izahlar edildikdən sonra dərhal sözəbaxan rəhbərə döndü. Digər sözlə desək, Vilnüs sammitinin başlanğıcına qədər Ukrayna   Avropa Birliyi arasında assosiativ üzvlük barədə saziş imzalamaq niyyətində olan, amma yalnız V. Putinin ultimativ tələbindən sonra bu fikirdən "vaz keçən" prezident V. Yanukoviç kimi o da zorakılığa məruz qaldı. Bunun V. Yanukoviç üçün ilə bitdiyini indi biz hamımız yaxşı bilirik. Odur ki, zənnimizcə, cənab N. Nazarbayev üçün bu haqda həqiqətən ciddi fikirləşməyə dəyər.

Krımın Rusiyaya ilhaq olunmasından sonra Ermənistanın atdığı addım, bu baxımdan digər "xalis" dövlətlərin etdiyi hərəkətlərlə müqayisədə bir qədər böyük maraq doğurur. Serj Sarkisyan anlamalıdır ki, o, V. Putinlə birgə bütün demokratik dünya ictimaiyyətinə qarşı bir sırada durmaqla, uzun illər ərzində Qərb ictimaiyyətinin şüuruna uğurla yeritdiyi ermənilərin xeyrinə işlədiyi nağılları həmişəlik unutmalıdır. O nağılları ki, harada ermənilərin "avropa əsilli xristian inanclı" millət olaraq, guya Qarabağda Avropa sivilizasiyasını "Asiya əsilli vəhşi müsəlman" azərbaycanlılardan müdafiə edib qoruması haqqında sərsəm-sərsəm danışılır. Ermənistan prezidentinin özünü mənəvi siyasi cəhətdən belə könüllü intihar etməsinin yeganə məntiqi izahı ondan ibarətdir ki, V. Putin yəqin ki, Ermənistan tərəfindən "Rusiya Krımının" de-yure tanınmasının əvəzinə "Rusiya Krımının" analoqu olan "Ermənistan Dağlıq Qarabağının" müstəqilliyini rəsmi olaraq tanımaq barədə qarşılıqlı təəhhüd götürübdür.

qədər ki, qırmızı düymə basılmayıb, deməli, bizi Apokalipsis hələ haqlamayıbdır. Lakin artıq indi inamla demək mümkündür ki, təcavüzkarlıq, arsızlıq demaqoqiya əsl mənada birləşib əməlli-başlı vakxanaliya məclisi qurubdur. Həqiqətənmi bunların hamısı gözlənilməz şəkildə peyda olub ortaya çıxıbdır? Biz bunu yalnız siyasətçilərdən, diplomatlardan çox şeyə bələd olub fikir söyləyən ekspertlərdən yox, ilk növbədə öz-özümüzdən soruşmalıyıq: Hörmətli xanımlar cənablar, bəs indiyə qədər biz haradaydıq?! həqiqətənmi biz indiyə kimi nələr baş verdiyini görmürdük anlamırdıq?

Ola bilsin ki, çoxları həqiqətən anlamırdı. Ancaq aramızda kifayət qədər böyük sayda belə düşünənlər vardı ki, "bu gün quldur mənə toxunmadı, yan keçdi mən hələ ki, sağ-salamatam. Deməli, hər şey öz qaydasındadır". Bəlkə, indi olsa da başa düşməliyik ki, "sağ-salamat" qalmaq üçün şanslarımız artıq tamamilə tükənmək üzrədir. elə bir vaxt gəlib çatıbdır ki, hamımız sıx birləşməliyik həddini tamamilə aşmış yaramazı, bütün məsrəflərə baxmayaraq, layiq olduğu yerinə qoymalıyıq.

Mən bu dəfə Moskoviyanın (Böyük Moskva Knyazlığının) əvvəlcə Böyük Novqorodu, digər müstəqil rus knyazlıqlarını həmçinin tatar xanlıqlarını cür məhv etməsi haqqında, sonra Polşa Krallığı Böyük Litva Knyazlığından ibarət Reç Pospolita federativ dövlətini, Krım, Qafqaz Orta Asiya ölkələrini necə işğal altına alması barədə təfsilatı ilə danışmaq istəməzdim. İndi yalnız müasir guya "başqa", "demokratik" Rusiya dövləti haqqında, eləcə hamımızın ona bu  hoqqaları çıxarmaq üçün verdiyimiz imkanlar barədə danışmaq istərdim. Beləliklə, sıra ilə bir-bir sadalayaq.

Rus separatçılarının yaratdıqları "Dnestryanı Moldova SSR" qondarma dövləti (SSRİ-nin süqutundan sonra - 5 noyabr 1991-ci ildən etibarən "Dnestryanı Moldova Respublikası" adlanır) 25 avqust 1991-ci ildə öz "müstəqilliyini" elan etdi. 2006-cı ildə "Dnestryanı Moldova Respublikasında" onun Rusiya ilə birləşdirilməsi məqsədi ilə referendum keçirildi. Bu "ümumxalq səsverməsi" lap yaxınlarda Krımda referendum adı altında keçirilmiş analoji məzhəkə ilə iki damcı su kimi bir-birinə bənzəyir. Onların nəticələri qeyd-şərtsiz olaraq bir-birinə oxşardır; belə ki, hər iki "dövlətdə" guya əhalinin böyük əksəriyyəti Rusiya ilə birləşməyin lehinə səs veribdir.

Erməni separatçıları tərəfindən yaradılmış "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurum da 1991-ci ilin sonunda eyni şəkildə Azərbaycandan ayrılaraq öz "müstəqilliyini" bəyan etdi. Hərçənd, erməni yaraqlıları "güclü mərkəzin" dəstəyi ilə hələ 1988-ci ildən başlayaraq bu regionda etnik təmizləmələr aparmışdılar (əvvəllər Qarabağda yaşamış 800 min nəfər sakindən hazırda burada yalnız 140 min nəfər əhali qalmışdır). 1992-ci ilin fevral ayında isə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayı döyüşçülərinin iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinin vəhşicəsinə kütləvi qırğınını təşkil etdilər. Bu faciə zamanı heç kəsə - hətta qadın uşaqlara da rəhm edilmədi. 1994-cü ilin yazında Ermənistan-Azərbaycan ərazilərinin artıq yeddidə birini işğal etmişdi. Bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Şurası Avropa Birliyinin ən nüfuzlu qurumları səviyyəsində müvafiq rezolyusiyalar qəbul olunmuşdur. Həmin sənədlərdə Ermənistan ordu hissələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz olaraq çıxarılması barədə tələblərin qoyulmasına baxmayaraq, bu təcavüzkar ölkə işğal etdiyi torpaqları hələ ki öz xoşuyla geri qaytarmaq istəmir. "Dondurulmuş" Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ATƏT-nin Minsk qrupunun iyirmi ildən artıq davam edən səyləri heç bir fayda vermir. İlk növbədə ona görə ki, Rusiya bu problemin həllində destruktiv mövqe tutub. Hələ bu az imiş kimi, Rusiya Ermənistan ərazilərində Azərbaycana qarşı fəaliyyət göstərən mərkəzlər yerləşdirilib. Rusiya Ermənistan dövlətlərinin himayəsi altında işləyən həmin mərkəzlər bir sıra digər Azərbaycan ərazilərini - ələlxüsus etno-linqvistik azlıqların kompakt yaşadıqları rayonları Azərbaycandan qoparmaq üçün aparırlar.

Rusiyanın dəstəyi ilə yaradılmış "Cənubi Osetiya Respublikası" da "Dağlıq Qarabağ Respublikası" "Dnestryanı Moldova Respublikası" kimi analoji addım atdı 1992-ci ildə özünün butaforik müstəqilliyini bəyan etdi. 2006-cı ildə "Cənubi Osetiya Respublikası" Rusiya Federasiyası ilə birləşmək barədə "xalq istəyini" izhar etdi. Digər hallarda olduğu kimi, Rusiya bu dəfə oxşar hərəkət etdi. Belə ki, 2008-ci ilin avqust müharibəsindən istifadə edib Gürcüstana qoşun yeritdi "Cənubi Osetiya Respublikasını" ilhaq etməzdən öncə onun "müstəqilliyini" de-yure tanıdı.

İndicə təqdim etdiyimiz bu fikirləri təxminən kəlməbəkəlmə "Abxaziya Respublikası" barəsində demək olar; Abxaziya 1994-cü ildə Gürcüstandan ayrılaraq öz "müstəqilliyi" haqqında Bəyannamə qəbul etdi. 1995-ci ildə Rusiya Federasiyasının tərkibinə daxil olmaqla bağlı "arzusunu" bildirdi. "Müstəqilliyi" Rusiya tərəfindən rəsmi şəkildə 2008-ci ildə tanındı (axı, belə olmazsa, sonra  onu Rusiyaya necə birləşdirmək olardı?!).

Doğrudan da Rusiyanın belə hərəkətləri o qədər yeknəsəqdir ki, hətta artıq maraqlı deyil. Odur ki, indi bir qədər başqa tipdən olan misallara müraciət edək. 1995-ci ilin iyulunda Potsdam Konfransı bu mötəbər tədbirdə qəbul edilmiş qərarların 50 illiyi təntənə ilə qeyd olundu. Həmin qərarlardan birinə əsasən Şərqi Prussiyanın şimal hissəsi 50 illik müddətə idarə edilmək üçün SSRİ-nin nəzarəti altına verilmişdi. Məhz idarə edilmək üçün verilmişdi. Amma SSRİ-nin tərkibinə daxil edilməsi məqsədilə xüsusən 15 müttəfiq respublikadan biri olan Rusiyaya qatılması üçün verilməmişdi. İkinci Dünya müharibəsinin qalib dövlətləri 50 ildən sonra yenidən bir yerə yığılmalı bu vilayətin sonrakı taleyini həll etməli idilər. Həll etməli idilər, ancaq bir yerə yığılmadılar. Çünki ötən 50 il ərzində SSRİ onun varisi Rusiya dövləti bu məmləkətin etno-demoqrafik vəziyyətini, toponimiyasını sair vacib amilləri büsbütün dəyişibdir. Litva Respublikası da daxil olmaqla dünyada heç bir dövlət buna etirazını bildirmədi. Beləliklə, Litva hazırda Rusiyanı yalnız  şərqdən yox, həm qərb tərəfdən hiss etmək "məmnuniyyətinə" malikdir.

Rusiya 1999-cu ildə ikinci çeçen-rus savaşına (1999-2009) başladı. Niyə görə mən şərhlərə birinci savaşdan yox ikincidən başladım? Çünki Rusiya 1994-cü ildə birinci çeçen-rus savaşına (1994-1996) başlayan zaman öz təcavüzkar hərəkətlərinə bəraət qazandırmaq üçün deyə bilərdi ki, ölkənin ərazi bütövlüyünü qorumaq naminə belə addım atmağa məcbur olubdur. Lakin 1996-cı ildə isə Xasavyurd sazişi adlanan razılıq imzalanmışdı bu razılığa əsasən Çeçenistan İşkeriya Respublikasının qəti hüquqi statusu -  müstəqil dövlət olması yaxud Rusiya Federasiyasının subyekti olaraq qalması məsələsi referendum ya plebesit yolu ilə 2000-ci ilin sonuna kimi həll olunmalı idi. Bununla yanaşı, 1997-ci ildə Rusiya Federasiyası Çeçenistan İçkeriya Respublikası arasında Sülh Dövlətlərarası münasibətlər haqqında saziş imzalanmışdı (hamımız yaxşı başa düşürük ki, Federasiyanın mərkəzi hakimiyyəti Federasiya subyektləri ilə belə sazişlər imzalamır). Beləliklə, Çeçenistan İçkeriya Respublikası keçid dövrü statusuna malik olan dövlət törəməsinə çevrildi. Doğrudur, onda hələ ki tamamilə müstəqil dövlət olmamışdı, amma şübhəsiz ki, artıq Rusiya Federasiyasının da subyekti deyildi.

Biz həmişə öncədən yaxşı bilirik ki, Rusiya rəhbərlərinin verdiyi vədlər atdığı imzalar hansı dəyərə malikdir. Biz bunu onda da bilirdik, lakin real olaraq elə bir mühüm hərəkət etmədik ki, çeçen xalqının fiziki məhvinin qarşısı alınsın, onun mənəvi cəhətdən olduqca ağır şəkildə təhqirinə son qoyulsun. Rusiya ikinci  dəfə savaşa başlayıb İçkeriya Respublikasına soxulandan sonra bu ərazini yalnız işğal etməklə kifayətlənmədi. Moskva çeçen xalqının azadlıq müstəqillik uğrunda apardığı mübarizəni diskreditasiya etmək çeçenləri "islam fundamentalistləri" (özülçüləri) qismində göstərib qələmə vermək qərarına gəldi. Bu niyyəti həyata keçirmək üçün Rusiya Federal Təhlükəsizlik Xidməti çeçen müqavimət hərəkatının rəhbərliyinə yeritdiyi Kremlin təsir agentlərinin vasitəçiliyi ilə 2007-ci ildə Çeşenistan İçkeriya Respublikasını "ləğv etmək" onun yerinə hansısa "Şimali Qafqaz Əmirliyi" yaratmaq yönümündə təşəbbüs səylər göstərdi. Çeçenistan İçkeriya Respublikasının sürgündə (xaricdə) fəaliyyət göstərən Hökumətinin göstərdiyi əks səylər nəticəsində bu planın üstü açılıb ifşa edildi. Buna baxmayaraq, V. Putinin Çeçenistana rəhbər təyin etdiyi əlaltısı - R. Kadırov kriminaliteti hal-hazırda bu ölkəyə nəzarət etməkdə davam edir. 2008-ci ildə isə Rusiya, bundan əvvəl göstərdiyimz kimi, digər Qafqaz ölkəsinə - Gürcüstana hücum etdi.

Dnestryanı ərazi, Qarabağ, Şərqi Prussiya, İçkeriya, işğal edilmiş Gürcüstan əyalətləri... Bu torpaqların təcavüzkarlar tərəfindən zəbt olunması hallarına sivilizasiyalı dünya son vaxtlara kimi tamamilə etinasızlıq göstərməsə , eyni zamanda həmin faktlara lazımınca diqqət yetirib adekvat dəyərləndirmək üçün müvafiq iradə nümayiş etdirməyibdir. Biz sadəcə olaraq, yalan ədalətsizliklə yan-yana yaşamağa vərdiş etmişik, kiminsə ağrılarına kiminsə həyasızlığına məhəl qoymadan qonşuluqda həyat sürməyə öyrəşmişik. Hamımız gözləyirdik ki, müsibət bədbəxtlik gətirən şər qüvvə basmarlayıb doyacaq bundan sonra rahat olub sakitləşəcəkdir. Lakin o, doymadı sakitləşmədi.

 

İndi isə Ukrayna didilir, onun ərazi bölgələri həyasızcasına ilhaq olunur. Yenə nələr baş verməlidir ki, beynəlxalq hüquq qaydaları beynəlxalq öhdəliklər daha da mənasız kağız parçalarına çevrilməsin, Rusiya onun əlaltısı olan Ermənistan isə qonşu dövlətlərin ərazilərində işğal etdikləri torpaqlardan nəhayət çıxıb rədd olsunlar?! Bəlkə elə bir vaxt gəlib çatıbdır ki, təcavüzkarların hərəkətlərinə rəğmən, doğrudan da adekvat tədbirlər tətbiq edilməlidir, başqa sözlə desək, ən sərt ən tələbkar ölçülər qəbul olunmalıdır.

Gördüyümüz kimi, elə adekvat ölçülər yalnız Krımın anneksiyası ilə bağlı olmamalıdır...

P.S: Məqalə Litvanın www.balsas.lt xəbərlər portalında 22 mart 2014-cü il tarixində dərc olunub. Publikasiyanın internetdə yerləşdirildiyi link: http://www.balsas.lt/naujiena/781638/o-kur-buvome-iki-siol

 

Litva dilindən tərcümə edəni Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,

Litva-Azərbaycan Assosiasiyasının təsisçisi

 

İmantas MELYANAS (Vilnüs)

Litva tarixçisi etnoloqu,

Litva-Azərbaycan Assosiasiyasının

prezidenti

 

525-ci qəzet.- 2014.- 10 aprel.- S.5.