Paris günləri
Tarix var, ölüdü, yalnızca olmuş hadisələrin
toplusudu. Tarix də var, canlıdı, bu gün də
yaşayır. Sahibinə tək mənəvi
fəxarət hissi vermir, maddi qazanc da gətirir. Bax elə, Fransatarixi kimi.
Hər
ilFransaya 75 milyondan çox adam səfər
edir. Ölkənin turizmdən gəliri 33 milyard
avroya yaxındı. Paris uzun illərdi,
dünyanın ən çox turist cəlb eləyən şəhəri,
Eyfel qülləsi isə diqqətçəkən məkanıdı.
ŞəhərdəYUNESKO-nun mühafizəsi
altında olan üç mindən çox tarixi abidə var.
Qısacası, hər tikilisi foroaparatın kadrına
düşəsidi Parisin.
Nə qədər şəkil çəkdiyimi bilmədim,
bircə, ayırseç edəndə sildiyimi təxmin elədim,
500-dən çox kadr idi.
Parisə kimiinqilablar, kimi də sevgilər şəhəri
deyir. XIX əsrin Parisini düşünəndə təsəvvürə
barrikadalar gəldiyi kimi XX əsr Parisi göz önündə
şanson sədaları altında sevgi dramları
canlandırır. Bura gələn ya
aşiq olub qalar, ya da inqilabçılıq eşqinə
düşər.
Bilmirəm,
dərviş Parisi “partlatmasaydı”, Mirzə Fətəli
Axundovun Şahbazı Qarabağdan Parisə gəlib
hansından olacaqdı: aşiq, yoxsa inqilabçı?! Amma onu bilirəm ki, tanıdığım başqa
iki qarabağlıdan biri aşiq olub burda qaldığı
halda (rejissor dostum Şahin Sinariya sayaq), o biri vətənə
dönüb şüurlarda inqilab eləməyə
getmişdi (Əhməd Ağağolu kimi).
Əhməd
Ağaoğlunun Sarbonnası
Parisdə gəzəcəyimiz yerləri şəhərin
istiqamətləri üzrə
qruplaşdırdığımdan hər gün bir tərəfə
yön alırdıq. Birinci günün planında ilk dəyiləsi
yer Sarbonna universitetiydi. Uşaqlar xəritəylə
kəsə yolu asan tapırdı – “Jardin de Luxembourg”
bağından keçib sağa burulasıydıq. Onlara bura niyə gəldiyimizi universitetin
qarşısındakı “Place de la Sorbonne” parkında əyləşəndə
izah eləməyə başladım.
Paris də,
Sarbonna universiteti də qaldı bir tərəfdə, Əhməd
Ağaoğlu adlı bir şuşalının 120 il əvvəl
20 yaşındaykən Qarabağdan gəlib burda
oxumağından, bu divarlar arasında aldığı təhsillə
zəmanəsinin ən ünlü zəka sahiblərindən
birinə çevrilməyindən, 1905-ci ildə başlayan
erməni terroruna qarşı “Difai” adlı gizli silahlı təşkilat
yaratmağından, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan
Xalq Cümhuriyyətini təmsil edən heyətdə yer
almağından, bolşevik işğalından sonra Türkiyəyə
köçüb Atatürkün siyasi müşaviri
olmağından xeyli söhbət elədim. Durub gedəndə
Sabir Rüstəmxanlının “Difai fədailəri”
kitabından sitat da gətirdim: “Difai” təşkilatının
qorxusundan 1906-1909-cu illərdə Qafqazda bir dənə də
erməni terroru olmayıb”. Uşaqların maraqla dinləməyindən
anladım ki, ilk ziyarət yeri kimi Sarbonna universitetini seçməkdə
və Əhməd Ağaoğlundan söz salmaqda düz
iş tutmuşam.
Notrdamda
Esmeralda sevdası
Notrdam kilsəsi şəhərin ən çox turist cəlb
edən üç-dörd yerindən biridi. Notrdam, bizim
dillə desək, Məryəm Ana kilsəsi Sena
çayındakı Site adasında yerləşir. 1163-cü ildə özülü qoyulan kilsə iki
yüz ilə tikilib.
Səfər
öncəsi uşaqlar “Notrdam qozbeli” filminə
baxmışdılar deyə,elə hey
filmi müzakirə edirdilər. Kvazimododan,
Esmeraldadan danışırdılar. Giriş
üçün uzun növbəyə durduğumuz vaxt girəvələyib
onlara baxdıqları filmlə Hüqonun “Paris Notrdam kilsəsi”
romanındakı fərqli yerlərdən danışdım.
Hüqonun bu romanda məqsədi fransızlara Parisin
arxitekturasını sevdirmək olub. O,məqsədinə
çatıb, Paris tək fransızların yox, onun əsərlərini
oxuyan hər kəsin sevimli şəhərinə
çevrilib.
Bayırdanəzəmətli görünən kilsənin
içərisi füsunkar gözəlliklə ilahi hüzurun
qovuşduğu andı, elə bilirsən. Ayağının
ucunda gedirsən, sanki kilsənin daş döşəməsi
deyil, Kvazimodonun titrək ürəyidiyeridiyin yer. Burda dərk edirsən ki, dünyanın ən
böyük dərdi qozbel Kvazimodo kimi doğulmaq yox, Esmeralda
kimi gözəli sevməkdi.
...Kvazimodo Esmeraldanı sevməyində olsun, bizim turistlər
üçün bir məlumatıyazım. Paris bahalı
şəhərdi. Bizim ağız dadımıza və
cibimizə uyğun türk yeməkləri arzulasanız elə
bura gəlin, adanın sağ körpüsünü keçən
kimi Petit Pont küçəsində “İstanbul” adlı sərfəli
türk restoranı var. Braziliya yığmasının
Almaniyaya faciəvi məğlubiyyət oyununa elə burda
baxdım. Bayırda qısa yağışdan
sonra çıxan günəş altında Notrdam kilsəsi
hüznlü görünürdü, elə bil braziliyalı
katoliklərin kədərinə yas tuturdu.
İnsanlara
ürək açan Hüqonun bağlı qapısı
Viktor
Hüqonun ev muzeyinə getmək
üçün, yalan olmasın, bəlkə 10 kilometr piyada
yol gəzdik. Elə də uzaqda yerləşmir,
sadəcə, yolboyu Sarbonna universiteti, Notrdam kilsəsi kimixeyli
yerə baş çəkdik, bağlar, parklar dolaşdıq.
Uşaqlar əldən düşməsin deyə
söhbətə tutsam da, özüm ayaqlarımı güclə
sürüyürdüm, elə bil Jan Valjan kimi özümlə
sürgün əzabı daşıyırdım. Amma qarşıma yepiskop Miriel çıxmadı –
muzeyin qapısı bağlı idi. Sən
demə, bazar ertələri muzey işləmirmiş.
“Place des Vosges” bağında dünya ədəbiyyat
patriarxının bir vaxtlar əyləşdiyi skamyada oturub
onun pəncərəsindən görünə biləcək
yanakı evlərin pəncərələrinə
baxırdım. Bu pəncərələrin birindən
yazıçının yarım əsrlik bir sevgilisi
baxarmış. Deyirlər, Hüqo ailəli
olmasına rəğmən sevdalısı Cülyetta Drueni də
yaxında saxlayırmış. Harda yaşasa
qonşuluqda ona ev tuturmuş. Bu o qadındı ki, Hüqoya görə aktrisa
karyerasına son qoymuş, onu sürgündə belə tək
buraxmamışdı.
Parkdan
çıxanda özümə söz verdim ki, bir də gəlmək
qismətim olarsa, ilk gedəcəyim iki yerdən biri Hüqonun
bu ev muzeyi, o birisə Əlimərdan bəy
Topçubaşovun Müqəddəs Kloud qəbiristanlığındakı
qəbri olacaq. Sağlıq olsun!
Luvr –
muzeylər kralı, krallar evi
Səhəri gün Luvr muzeyinin girişindəki
şüşə piramidanı uzaqdan görən kimi Den
Braunun “Da Vinçi şifrəsi” romanını
xatırladım. Elə bildim, onun qəhrəmanı Robert
Lenqdon kimi bu piramidadan keçib müəmmalar dolu bir
dünyaya girəcəm. Rəssamlıqdan, heykəltaraşlıqdan
mənim kimi üzdən baş çıxaranlar Luvr muzeyini
bir günə, lap istəsə yarım günə də
dolanıb bitirər. Amma əsl incəsənət
xiridarına onun hər bölməsini gəzməyə ən
azından bir gün lazımdı. Açığını
deyim, məni burda gördüklərim nə qədər heyrətləndirdisə,
buncadünya sənət incisinin dəyərini bilib əsrlərlə
qoruyan, nəsildən-nəslə ötürən xalqın fədakarlığıbir
o qədər vəcdə gətirdi.
Fransız krallarının qış sarayı olmuş
Luvrun divar və tavanlarına çəkilmiş rəsmlər,
salonlarını bəzəyən heykəllər bir vaxtlar
burada yaşamış kral ailəsinin zövqündən xəbər
verir. Bu qədər gözəllik sənəti
yaratmış mədəniyyətə valeh olursan.
Lizanın
təbəssümü
“Mona Liza” adlı bir rəsmin mövcudluğundan 7-ci
sinifdə oxuyanda xəbər tutmuşdum. Asif müəllim
onun dəyərindən danışanda deyirdi ki, dünya
ekspertləri yığılıb bu əsərə qiymət
qoya bilməyiblər. Sovet vaxtı
Leninqraddakı Ermitaj muzeyində sərgilənməyə gətiriləndə
hava sərhədini keçərkən dörd sovet
qırıcı təyyarəsi onu müşayət edib.
Heç dövlət
başçılarını belə qorumurlar. O vaxt
yuxuma da girməzdi ki, bir gün dörd
qırıcının qoruduğu o möhtəşəm
“Mona Liza”nı üzbəsurət görəcəm.
Luvrun simvolunuayrıca guşədə, güllə
keçirməz şüşə arxasında sərgiləyirlər. Muzeyin ən
çox seyrçi yığan rəsmidir, qabağında
basabas olur. Onu böyüktablobilirdim,
balacaymış, 77 x53 santimetr. Özü də 4-5 metr
aralıdan sədd qoyublar deyə, yaxınlaşa bilmirsən.Odur
ki, dünya gözəliCakondanın nə təbəssümünü
duya, nə də “Da Vinçi şifrəsi”ni
aça bildim.
Rənglər
allahı Mone
İstəyirəm nə vaxtsa Parisə yolu düşəsi
dostlar mənim görmək istədiyim, amma
çatdırıb dəyə bilmədiyim yerlərə də
getsinlər.
Məsələn,Orse muzeyi kimi. Çox sevdiyim fransız rəssamı Klod Monenin rəsmləri
əsasən bu muzeydə sərgilənir. Təzəcə bitirdiyim “Çölqala 1992”
adlı romanın qəhrəmanı da Moneni sevir. Onun
haqqında belə deyir: “Sanki Allah onu Yer üzünə ona
görə göndərib ki, vaxt eləyib yarada bilmədiyi rəngləri
yaratsın”.
Fransız xalqı adı Fransayla qoşa çəkiləsi
yüzlərlə, minlərlər şəxsiyyət yetirib. Moneni tərəddüd
etmədən ilk onluğa salardım.
Bu sətirləri yazanda öz Monemizi – Toğrul Nərimanbəyovu
xatırladım. Ömrünün son çağlarında Şuşa deyib, xiffət çəkən rəssamın
qəbri də Parisdə ziyarət olunacaq məkanlardan biridi.
Eyfeldə
Luvr qiymətinə şampan əyləncəsi
Səfərin
üçüncü günü uşaqların ən
çox can atdığı Eyfelə gəldik. Yayda Eyfel qülləsinə çıxmaq
üçün saatlarla növbə gözləməlisən
(elə bu növbələrə görə istədiyimiz
xeyli yerə gedə bilmədik). Uşaqlar inad eləməsəydilər,
bəlkə,saatlarca gözləməyə
hövsələm çatmazdı. Həm də
özündə canlı tarix yaşadan Paris muzeyləri, kilsələri,
park və xiyabanlarından sonra Eyfel adama attraksion kimi gəlir.
Bilmirəm, o qədər möhtəşəm
tarixi yerlərin əvəzinə buranı niyə şəhərin
simvolu sayırlar. Yəqin,
hündürlüyü, hər yandan göründüyü
üçün. Hər il 7 milyon
adam Eyfel qülləsini görməyə gəlir. Adamlar onunla müxtəlif pozalarda şəkil
çəkdirirlər, elə bil yanlarındakı “dəmir
yığnağı” yox, Sofi Lorendi.
Qüllənin
lap yuxarı qatınacan qalxdıq, açığı, əvvəl-əvvəl
hündürlükdən hürkdüm, lap Hiçkokun
“Başgicəllənmə” filmindəki kimi. Sonra
alışdım. Uzun saatların yorğunluğunu
Eyfelin zirvəsinə qaldırmaq kimi, elə o zirvədəcəLuvr
muzeyinin biletqiymətinə bir qədəh şampan almaq da
adama səfehlik kimi görünə bilər, amma elə deyil,
sadəcə,xoşəyləncədi.
Parisin
“yeddinci qatı”nda – 324 metrlik hündürlükdə 12 avroya
fransız şampanı... Heç Hitlerə də nəsib olmayıb bu əyləncə.
Fransada belə deyim var: “Hitler Parisi tutsa da, Eyfeli fəth edə
bilmədi”. Şəhərin
işğalından sonra bura səfər edən Hitler qülləyə
qalxmaq istəyib. Qalxa bilməyib! Lift xarab imiş. Bəlkə də hansısa fransız vətənpərvəri
onu qəsdən sıradan çıxarıbmış.
Senaya
açılan “andeqraud” qapılar
Düz deyirmişlər, Parisin gözəllikdə
tayı yoxdu.
Düzdü, korpüləri qəşənglikdə Praqa
körpülərinə çatmaz, amma tarixə şahidlik
edən Paris körpülərinin altında “andeqraund” bir həyat
var: pivələyən dostların yığnağı,
öpüşən sevgililər, çaxır süfrəsi
açan tələbələr, qaçışan idmansevərlər,
mahnı çalan musiqiçilər və sair.
Bir körpünün altındarus, fransız və
amerikan rəssamlar 30 avroya istəyənin portretini çəkir. Qabağa Nərgiz
durdu, onun portreti çəkilincə rus rəssamları
söhbətə tutdum. Məşhur sovet
rejissorları Alov və Naumovun “Qaçış” filmində
general Çarnotanın elə məhz bu körpünün
altında dediyi tükürpədən monoloqunu
xatırlatdım. Gənc rusun bu filmdən
xəbəri yox idi. Saqqallı qoca rəssam isə
sözümü göydə qapdı: “ ß îïÿòü áîãàò, íî ïî÷åìó ìíå ãðóñòíî?Ìíå íèêîãäà íå áûëî òàê ãðóñòíî, äàæå êîãäà ìíå ðàññòðåëÿëè”. Vətən həsrəti
haqda eşitdiyim ən təsirli sözlərdən biridi.
Yəqin Çarnotanın monoloqunu bu rus rəssamlara
görə xatırladım. Əslində isə
bütün günü fikrimdə məşhur Bakı
milyonçuları Şəmsi Əsədullayevlə Musa Nağıyevin
nəvəsi Ümmülbanu idi. Bir vaxtlar
vətəndən dərbədər düşən
milyonlarla insan içində o da olub. 15
yaşlı qızcığaz Parisin bu gözəl
küçələrində yaşamaq, ayaqda qalmaq, həyatın
dibinə yuvarlanmamaq üçün məşəqqətli
günlər yaşayıb, çabalar verib. Onun “Qafqaz günləri”, “Paris günləri” əsərlərini
oxumayanlara tapıb oxumağı məsləhət
görürəm.
Körpülərin
altından yol alan qayıqların birinə
elə Baninə köklənmiş ovqatla mindim. Körpüləri, məhlə və küçələri
keçdikcə elə bilirdim, gözüm indicə o 15
yaşlı bakılı Ümmülbanuya sataşacaq.
Çay qırağı kilsə və evlərə
tarixi vərəqləyirmiş kimi baxıb keçirsən. Qayıq da
zaman kimidi, dayanmır. Sena boyu o baş-bu
baş üzən qayıqlar elə bil fransız film və
romanlarının qəhrəmanlarıdılar, Paris
xiyabanlarında seyrəngaha çıxıblar, gəzişirlər.
Ağappaq balaca qayıq gözəllikdə
sanki məşhur “Emmanuel” erotik filminin qəhrəmanıdı,
ətrafa naz satır. Uşaqlıq illərimin
cazibədar müğənnisi Mirey Matyönünqayıqda səslənən
füsünkar “Paris valsı” mahnısı ovqatıma bir
başqa rəng qatır, qəribə duyğular
yaşadır.
Eh Paris,
Paris, sən nə qədər adamı sehrinə salıb
sevdalı duyğular yaşatmısan!?
Napoleon
türbəsi
Növbəti günə Fransa hərb tarixinə
şahidlik edən “Des İnvalides”, bizim dildə “Əlillər
Evi”nə baxmaqla başladıq. Burada ordunun müxtəlif
əsrləri əhatə edən döyüş ləvazimatı,
hərbi geyimlər və silah-sursat sərgilənir. Kompleksin turistləri cəlb edən cəhəti
Napoleonun burada basdırılmasıdı. Müqəddəs
Yelena adasında dəfn olunan imperatorun qalıqlarını
sonradan gətirib burda basdırıblar. Mərmər
döşəmə və divarlar, rəsmlər çəkilmiş
hündür tavan əzəmətli memarlıq abidəsinə
incə gözəllik qatır.
Napoleonun qəbrinə baxa-baxa Səmərqənddə
Əmir Teymurun, İstanbulda Sultan Süleymanıntürbələrini
xatırlayıram. Tarixin özünü yaradan nəhəng
şəxslərin aurası özlərindən sonra da qalır.
Böyük fatehlərin əzəmətli məqbərəsində
qəribə hisslər keçirir, suallar
düşünüb cavablar axtarırsan: insanlar bunca qanlar
tökmüş adamları niyə sevir, adını
yaşadır, qəbri üstə türbə, mavzoley tikir,
ziyarət edirlər? Minlərlə adamın
ölümünə bais olan bu insanları yaratmaqla Allah
insanlara hansı mesajları ötürmək istəyir?
Onu da deyim ki, gördüyüm bu üç məqbərənin
ən sadəsi Əmir Teymurundu, orada özünü elə
Teymurun zamanında duyursan. Onun türbəsində
yaşadığım ətürpədici qorxu duyğusunu
Napoleonun məqbərəsində hiss eləmədim. Bəlkə
Qarabağacan gələn Teymurdan genetik qorxu qalıb
canımda, nə biləsən!
Zəfər
tağı
Napoleon Avstriya üzərində qələbə
münasibətiylə Zəfər tağı tikmək əmri
verəndə simvolik anlam daşısın deyə əvvəl
onu daşı daş üstündə qalmayan Bastiliya
qalasının yerində ucaltmaq istəyiblər, sonra şəhərin
dörd bir tərəfinə yol gedən mərkəzi bir yer
seçiblər. On iki küçənin yol
adlığı Şarl de Qoll meydanında yerləşən
əzəmətli Zəfər tağına axşam
çağı çıxdıq. Günəş
batabatdaydı. Qürub edən günəşin
şüaları Parisə bir başqa gözəllik verirdi.
Tikintisi təxminən
30 il sonra bərpa edilən Zəfər
tağı dahi sərkərdənin qələbə salnaməsidi.
Abidə haqqında vikipediyadan ətraflı məlumat
almaq olar deyə geniş yazmağa lüzum görmürəm.
Sadəcə bir şeyi qeyd edim ki, Avropanın
bir çox ölkəsində türklərlə
döyüşü xatırladan abidəyə rast gəlmişəm.
Bir vaxt Varşavanın Lazienki parkındatürkləri
Vyana darvazası ağzında durduran Polşa kralı III Yan
Sobolskinin at belində heykəli diqqətimiçəkmişdi. Atın
ayaqları altında kraldan imdad diləyən iki nəfərin
biri Atillanın hun döyüşçüsü, o birisə
Osmanlı ordusunun əsgəriydi. O heykəl haqda hələ
10 il əvvəl “Bəyaz rusun qara taleyi”
essesində yazmışdım. İndi burada da
türklərin Napoleona məğlub olduğu Əbu-Kir
döyüşünü əks etdirən barelyef vardı.
Tarix təsadüflərlə doludu. 1785-ci ildə
dünya səyahətinə çıxan fransız səyyahı
Laperuz o vaxt Paris Hərbi Məktəbində oxuyan Napoleonu heyətə
daxil eləmir. Ərizəsinə rədd
cavabı verən səyyah onun yerinə astronomiyadan
başı çıxan birini götürür. Tale elə gətirir ki, tarixə “Laperuz
ekspedisiyası” adı ilə düşən bu heyət itkin
düşür və geri qayıtmır. Napoleon
da onlarla gedib itkin düşsəydi, Avropanın sonrakı
tarixi necə olardı? Yalnız güman
eləmək olar.
Yelisey
çölləri
Zəfər
tağından düşüb məşhur Şanzelize
bulvarıyla, bizim dillə desək, Yelisey çölləriylə
gəzəndə əvvəl adam
özünü əsl kübarlar sayaq ədalı görkəmdə
hiss edir. Amma fransız sadəliyi tezliklə
adama hakim kəsilir. Küçə boyu
uşaqlara elə bundan bəhs edirəm. Koko
Şanelin moda dünyasında inqilabından söz
açıram. Dəbdəbəli, amma
narahat qadın geyimləri yerinə müasir dövrün sadə
və rahat dəbini gətirdiyindən danışıram.
Bura dünyanın ən bahalı prospektlərindəndi. Dünyaca məşhur
“Lido” kabaresi (Cabaret Le Lido) önündən keçəndə
Bakının “Lido” restoranı yada düşür. Bir dəfə olmuşdum o restoranda. Amma buranın “Lido”sunu Nadir Qafarzadə, Xumar Qədimova
ilə təsəvvür eləmək olmur.
Ümumiyyətlə, dünyanın hər şəhəri
Parisdən çox şey “oğur”layıb. Eyfel qülləsi,
Zafər tağı kimi məşhur abidələri demirəm,
arxitektura, moda bənzətmələrinə hər yanda rast gələrsən.Məsələn,
Bakının yeni qəzet köşkləri formaca Paris
köşklərinin eynidir. Təəssüf ki,
yalnız formaca... Bizimkindən fərqli olaraq
burada köşk öz təyinatı üzrə fəaliyyət
göstərir, yəni qəzet satır. Kaş,
Bakı Parisi təkcə zahirən imitasiya eləməyəydi,
məzmunca da ona oxşayaydı, bütün azadlıqları
ilə birgə.
Azadlıq
dedim, Parisin bu milyonçular küçəsində
dilənməyin orijinal formasını tapan bir uşaqdan da
danışım. Avropalılar bizim kimi hər
dilənçiyə pul verən deyillər. Dilənçi gərək dilənməyin də
kreativ yollarını tapa. Bax bu oğlan
kimi. O, pul qabını iki mert uzunluğunda bir qarmağa
keçirərək səkiyə uzadıb, sanki balıq
tutacaqmış. Ötən hər üç
adamın biri o qaba qəpikatmağı xoş əyləncə
sayır.
Versal
Fransız krallarının qış sarayı Versal
Parisdən 30 kilometr aralıdı. Səfərimizin son
günü bura gəldik. Giriş
üçünbeş uzun cərgədənövbə
vardı. Dünyanın dörd bir tərəfindən
gəlmiş turistlərə baxa-baxa, uşaqlara1919-1920-ci illərdə
Versalda Azərbaycan nümayəndə heyətinin ölkənin
müstəqilliyini tanıtmaq üçün etdiyi
ağlasığmaz fədakarlıqdan
danışa-danışa vaxtın necə keçdiyindən
xəbərim olmadı.
Sarayın zal və otaqları, dəhliz və pilləkənləri
Luvr sarayı kimi gözəl olsa da, onun təkrarı deyil. Mənisə
divarlardakı şəkillər yox, əsrlər boyu bu
divarlar arasında baş vermiş hadisələr daha çox
düşündürürdü. Bu
divarlar ABŞ kimi Azərbaycanın da istiqlalının
tanınmasına, sonralar bütün dünya azadlıqsevərlərinin
mayakına çevriləcək Böyük Fransa
İnqilabının baş sənədi – İnsan və Vətəndaş
Hüquqları Bəyannaməsinin qollanmasına şahidlik
edib. 1871-ci ildə fransızları məğlub
edən almanlar öz imperiyalarını burda elan etdiklər
kimi, 1919-cu ildə alçaldıcı məğlubiyyət
müqaviləsini də elə burda imzalamağa məcbur
olublar.
Sarayın park və bağlarının isə
dünyada bənzəri yoxdu. Çox imperatorlar belə
saray və bağa sahib olmaq istəsələr də təkrarınıyarada
bilməyiblər. 900 hektarlıq ərazidə
ağac, kol və güllərdən, hovuz və fontanlardan,
heykəl və fiqurlardan möcüzələr yaradıblar.
Uzun-uzadı yazmıram, internetdən Versal haqda ətraflı
məlumat oxuyub şəkillərinə baxmaq yetər ki,
insanın yaratdığı gözəlliyə heyran qalasan.
***
Paris beş günə gəzilib qurtarası şəhər
deyil. Həftələr, aylar gərəkdi.
Elə bu beş gündə gəzib
gördüklərim də bir məqaləlik deyil, silsilə
yazılar istər.
Bu
yazını yazmaqda da məqsədim oxucuya Parisi
tanıtmaqyox, sadəcə, bunu deməkdi: “Mən də Parisə
aşiq oldum!”
Vahid Qazi
İyul, 2014
vahidqazi.wordpress.com
525-ci qəzet.-2014.-2 avqust.-S.23.